2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə13/46
tarix29.01.2018
ölçüsü4,25 Mb.
#22623
1   ...   9   10   11   12   13   14   15   16   ...   46

1) Neməti İnkar Küfrü Bu Allahın nemətini inkar etmək və ya onun Allahdan başqasına da məxsus olduğunu bildirməklə yaranan küfrdür. «Onlar Allahın nemətini bilir, lakin sonra onu danırlar. Onların əksəriyyəti kafirdir». (ən-Nəhl 83).

2) Namaz Qılmamaq Küfrü Namazın vacibliyini inkar etməməklə bərabər təmbəlliyi üzündən namazı qılmayan, lakin onu qılmağı həvəsi olan şəxs kiçik küfrə düşür. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bizimlə onların arasında (vuruşmağımıza mane olan) əhd (saziş) namazdır. Kim namazı tərk edərsə kafir olar»251. Burada kiçik küfrə işarə edilir və onu edən dindən çıxmır. Lakin kim namazları inkar edərək Allahın şəriətinə mənsub olmadığını iddia etsə onda onun kafir və mürtəd olmasına (dindən çıxmasına) dair alimlər arasında ən kiçik ixtilaf da belə tapmaq olmaz.

3) Kahin Və Baxıcılara Getmək Onların qeyblə bağlı söylədikləri hər hansı bir şeyi təsdiq etmək. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim kahin və ya baxıcının yanına gedib onun dediyini təsdiq edərsə Məhəmmədə nazil ediləni inkar etmişdir»252.

4) Qadınla Arxadan Əlaqədə Olmaq Heyzli qadınla əlaqədə olmaqda bu qəbildəndir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim kahinin yanına gedib onun dediyini təsdiqləyərsə və ya heyzli qadınla əlaqədə olarsa və yaxud qadınla arxadan yaxınlıq edərsə Məhəmmədə nazil olanı inkar etmişdir»253.

5) Müsəlmanla Vuruşmaq - Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Müsəlmanı söymək fasiqlikdir, onunla vuruşmaq isə küfrdür»254. İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: «Peyğəmbər sallallahu aleyhi və səlləm müsəlmanı söyməklə onunla vuruşmağı bir-birindən ayırdı və birini təkfir edilməyən fasiqlik/günah, digərini isə küfr olaraq isimləndirdi. Məlumdur ki, bu etiqadi küfr deyil, sadəcə əməli küfrü qəsd etmişdir. Küfrün bu növü onu İslam dairəsindən (millətindən) və dindən tamamən çıxarmaz. Necə ki, zina edən, oğurluq edən və içki içən də hər nə qədər iman ismi ondan yox olsa da belə dindən çıxmaz.

Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Veyl olsun sizlərə! Nəbadə məndən sonra bir-birinizin boyunlarını vuran kafirlərin halına bənzəməyin (dönməyin)»255. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrin bir-birlərinin boyun vurmaq misalını kafirlərə bənzədib. Əməli küfür adlandırıb, mütləq kafirin altına daxil olmur». Peyğəmbər sallallahu aleyhi və səlləm zina edənə, oğurluq edənə, borcu olana cənazə namazını qılmaması onun kafir olduğuna, İslamdan çıxdığına görə deyildir. Əksinə Peyğəmbər sallallahu aleyhi və səlləm əmr edərdi: «Qardaşınıza cənazə qılın». Peyğəmbər sallallahu aleyhi və səlləm in özünün cənazəni qılmaması həmən əməlin şiddətli günah olmasına və gələcəkdə insanların bundan çəkinmələrinə görə idi. «Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə qayıdana qədər vuruşun». (əl-Hucurat 9).



6) Allahdan Qeyrisinə And İçmək - Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim Allahdan qeyrisinə and içərsə şirkə və küfrə düşmüş olar»256.

7) Ərinə Və Yaxşılığa Qarşı Nankorluq İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mənə Cəhənnəm göstərildi. Bir də gördüm ki, Cəhənnəm-liklərin çoxu qadınlardır. Onlar küfr edərlər». Səhabələr: «Allahamı küfr edərlər?» deyə soruşdular. Peyğəmbər: «Onlar ərlərinə qarşı nankorluq (küfrü) edərlər. Yaxşılığa qarşı nankorluq edərlər. Birisinə çox uzun bir müddət yaxşılıq etsən sonra səndən xoşuna getməyən bir şey görsə: «Mən səndən heç bir yaxşılıq görmədim ki, deyər»257.

8) Nəsəbə Söymək Və Ölü Üçün Şivən Qopararaq Ağlamaq - Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanlarda küfrə dəlalət edən iki xislət vardır: Şivən qopardaraq ağlamaq və əsl-nəcabətə tənə etmək (söymək)»258.

9) Atadan İmtina Etmək - Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Atalarınızı tərk etməyin. Kim bilə-bilə atasını rəd edərsə o, kimsə küfr etmişdir»259.

Yenə də insanın böyük küfrə batdığı bir sıra hallar vardır ki, onun kafir adlandırılmasına hökm verilmir. Qəsdən deyilməyən, dil xətaları ilə küfrə salan hər hansı bir sözün deyilməsi, iradəsindən aslı olmadığından sahibini kafir etmir. Yuxu, bayğınlıq halında və ya sərxoş vəziyyətdə olarkən ağlın fəallığı kütləşdiyindən baş verən küfr əməl və ya deyilən sözlər sahibini kafir etmir. Qəlbi imanla sabit olduğu halda ölümlə və ya digər vəsitələrlə qorxudularaq küfrə məcbur edilən əməl sahibini kafir etmir. «Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib qəlbi ilə onu təsdiq etməyən) şəxs istisna olmaqla hər kəs iman gətirəndən sonra küfr etsə (onu ağır təhlükə gözləyir)». (ən-Nəhl 106). Küfrə aparan bir davranış olduğu halda bunu zarafat, əyləncə xatirinə etdiyini bildirən şəxs həm zahirən, həm də batinən də küfrə batmışdır. Belə ki, istər ciddi olaraq, istərsə zarafatla kafir davranışlara yol verənlər kafirdirlər. «(Ya Muhəmməd! Təbuk döyüşünə gedərkən səni lağa qoyan) münafiqlərdən (nə üçün belə etdiklərini) soruşsan: Biz ancaq söhbət edib zarafatlaşırdıq, əylənirdik deyə cavab verərlər. De ki: Allaha, Onun ayələrinə və Peyğəmbərinə istəhzamı edirsiniz». (ət-Tövbə 65). Təkfir məsələsində küfrü vacib edən davranış ilə, o davranış sahibi olan kimsəni ayrı dəyərləndirmək lazımdır. Məs: Allahın hər yerdə olduğunu, Qurani Kərimin yaradılmış olduğunu söyləmək, Allahın ilahi sifətlərini nəfy (inkar) etmək və s. küfrdür. Belə ki, bu söz və ya əməlin küfr olması babına aiddir. Lakin söz hər hansı bir şəxs barəsindədirsə onun küfrünə hökm verməkdə tələsməmək, dayanmaq və küfrlə ittiham etməmək lazımdır. Ta ki, ona haqq bəyan olunana qədər. Çünki o, ayə və hədisləri səhv başa düşən, hədisin səhih olduğunu bilməyən, zəif hədisə əsaslanan, təvilçi biri ola biləcəyi kimi, ayə və hədisləri başa düşmək qabiliyyətinə malik olmayan cahil birisi də ola bilər. Münaqişə və dəlilin bəyan edilməsi ilə həmən şəxsin şübhələri ortadan qaldırıldıqdan sonra vəziyyət artıq dəyişir. Çünki cahilcəsinə təvil edən və şübhə içində olan kimsə ilə günahkar və inadcıl kimsə eyni deyildir.



Cahil və bənzəri insanların küfrünə hökm etməmək, onların rahat başa düşəcəkləri bir səviyədə dəlillər gətirib izah etmədən mümkün deyildir ki, o dəlilləri (özləri) başa düşsünlər. Təkfir və digər məsələlər haqqında həmişə olduğu kimi Əhli Sünnə vəl Cəmaat yenə də firqələr arasında orta yolu tutmuşlar. Uca Allah onları bir-birilərini təkfir etmək-dən qorumuşdur. Başqaları haqqında da elmə, ədalətə uyğun olaraq hökm verərlər. Təkfir məsələsi Allah və Rəsulunun yeganə ixtiyar sahibi olduğuna aid mövzudur və Allah və Rəsulunun kafir saydıqlarından başqa heç kimsə kafir sayıla bilməz. Bir kimsənin küfrünə hökm verəcək kimsə Allah haqqında bilmədiyi bir sözü söyləməkdən qorxaraq yavaş və diqqətli hərəkət etməsi lazımdır. Məhz buna görə də bu mövzu təhlükəlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bir kimsə başqasını fasiqlikdə və ya kafirlikdə ittiham edərsə əgər o, kimsə belə deyilsə mütləq o, söz ona geri dönər»260. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bir kimsə belə olmadığı halda başqa bir kimsəni kafir və ya ey Allahın düşməni deyə çağırarsa bu söz mütləq onu söyləyənə geri dönər»261. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim bir mömini küfürdə ittiham edərsə bu onu öldürmək kimidir»262. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «İsrail oğulları arasında qardaşlıq münasibəti qurmuş iki kimsə vardır. Bunlar biri günah işlər görər, digəri isə böyük bir həvəslə ibadət edərdi. İbadət edən kimsə digərini günah edən an gördükdə dayanıb ona nəsihət verərək: «Bu günahdan əl çək» deyərdi. Bir gün yenə də onun günah işlədiyini görüncə ona: «Bu günahdan əl çək!» dedi. O isə: «Məni Rəbbimlə tək burax (mən bilərəm, Rəbbim bilər). Sən mənim üzərimə gözətçi göndərilməmisən?» dedikdə ibadət sahibi: «Allaha and olsun ki, Allah səni bağışlamayacaqdır (Allah səni Cənnətə salmayacaqdır) deyərkən ruhları alındı. Hər ikisidə bir yerdə aləmlərin Rəbbinin hüzurunda həşr olundular. Allah ibadət edən kimsəyə: «Sən Məni dərk edib tanıyan birisisənmi? Yoxsa ki, mənim əlimdə olanlardan xəbərdarsan? Günahkar kimsəyə isə: «Rəhmətimlə Cənnətə gir» deyə buyurdu. İbadət edən kimsə üçün: «Götürün bunu Cəhənnəm atəşinə atın» deyə buyurdu. Əbu Hureyrə: «O, kimsə dünyasını da, axirətini də məhv edən bir söz söyləmişdir»263.

İmanı Dağıdan Baxışlar - Allahın təkliyini, Onun olmasını inkar etmək və ya bu məsələdə şübhədə olmaq. Peyğəmbər sallallahu aleyhi və səlləm in peyğəmbərliyini inkar etmək və ya bu məsələdə şübhə etmək. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm dən sonra peyğəmbərliyin davam etməsinə inanmaq və kiminsə Peyğəmbər olduğunu qəbul etmək. Qiyamət gününün, Cənnət və Cəhənnəmin, Mələklərin və Cinlərin və s. olmasını inkar etmək. «Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə inanmış və mömnlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və büün Peyğəmbərlərinə iman gətirərək dedilər: Biz Onun Peyğəmbərləri arasında fərq qoymuruq». (əl-Bəqərə 285). Həmçinin inanmaq ki, insanlar azaddırlar və istədikləri dini seçə bilərlər. Məcbur deyil ki, Muhəmmədin şəriətini qəbul etsinlər. «Kim İslamdan başqa bir din axtarasa ondan bu qəbul edilməyəcəkdir». (Ali İmran 85). İnanmaq ki, müşriklər, ateistlər, Xristian və Yəhudilər düzgün yoldadırlar və onların yolları bizim yolumuzdan daha üstündür, yaxşıdır və ya onların küfründə şübhə etmək. «(Ya Muhəmməd!) Kitabdan özlərinə bir az şey verilənləri (Yəhudiləri) görmürsənmi? Onlar Cibt və Tağuta inanır və kafirlər üçün də: Bunlar möminlərdən daha doğru yoldadırlar deyirlər». (ən-Nisa 51). Zəkat verməyi, namaz qılmağı, oruc tutmağı inkar etmək. Allahın haram etdiyi şeyləri halal görmək. Məs: Zina, içki, faiz və s. Dünyəvi qanunları İslam qanunlarından üstün tutmaq və ya İslam qanunlarının vaxtı keçib, bu zəmanə üçün deyildir demək. «(Ya Muhəmməd!) Sənə nazil edilən və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmürsənmi? Onlar şeytanın (Tağutun) hüzurunda mühakimə olunmaq istəyirlər. Halbuki onlara şeytana inanmamaları əmr olunmuşdur. Şeytan isə onları çox uzaq bir zəlalətə sürükləmək istər». (ən-Nisa 60). Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm in gətirdiyi hər hansı bir şəri məsələyə qarşı nifrət etməsi hətta onu etsə də belə. «Bu ona görədir ki, kafirlər Allahın nazil etdiyini bəyənmədilər. Allah da onların əməllərini puç etdi». (Muhəmməd 9). Həmçinin də Allahın və Rəsulunun qoyduğu qayda-qanunlarla narazı olan kimsə də buna aiddir. İslamı öyrənməkdən imtina etmək. Allahın İsim və Sifətlərindən hər hansı birini inkar etmək, təhrif etmək. Əl, ayaq, göz, İstiva və s. Həmçinin Allaha xas olan sifətlərdən bəzisini məxluqa da vəsf etmək. Məs: Qeybi bilmək və s.

İmanı Dağıdan Sözlər Allahı, Peyğəmbərləri, dini söymək, Allahdan qeyrisinə dua etmək, dinə aid olan məsələrlə zarafat etmək, gülməli əhvalatlar danışmaq (anektod), İslam dininə əməl edən bir kimsəyə geridə qalmış demək, özünə vəhy gəldiyini iddia etmək və s.

İmanı Dağıdan Əməllər Allahdan başqasına səcdə etmək, Allahın ayəsi və Peyğəmbər sallallahu aleyhi və səlləm in hədisləri olan hər hansı bir yazıya qarşı hörmətsizlik etmək. Allahdan qeyrisinə qurban kəsmək, nəzir demək, qəbirləri təvaf etmək. Həmçinin sehr, cadu etmək, fala baxmaq, kartda, qəhvədə, kahinlik və s. Müsəlmanlara qarşı kafirlərə dəstək olmaq.

Küfrün Rükunları Təkəbbürlük boyun əyməyə mane olar. Həsəd - nəsihəti qəbul etməyə mane olar. Qəzəb - ədalətə, Şəhvət - isə ibadət etməyə mane olar. Təkəbbürlüyün dirəyi yıxılarsa qulun boyun əyməsi asanlaşar, həsədin dirəyi yıxılarsa qulun nəsihəti qəbul etməsi, qəzəb dirəyi yıxılarsa ədalət, şəhvət dirəyi yıxılarsa ibadət o, qul üçün asantlaşar.

Bir Qulda Həm Şirk, Həm Küfr, Həm Nifaq Bir Yerdə Cəm Ola Bilər? - Günümüzdə olan təkfirçilər Quran və Sünnədə kafirlərə gələn hədə və təhdid ayələrini bir başa müsəlmanların üzərinə tətbiq edirlər. Lakin bilindiyinə görə ayə və hədislərdə keçən şirk, küfr kəlimələri gəldikdə hökm vermək üçün tələsmək lazım deyil. İlk öncə öyrənmək lazımdır ki, bu kəlimələrdən (şirk, küfr) nə qəsd olunur? Böyük şirk, küfr, yoxsa kiçik? İslamdan çıxardandır, yoxsa İslam dairəsindən çıxardmayandır? Bu haqda daha ətraflı:

İtaətlər imanın şöbələri olduğu kimi bütün günhlar da küfrün şöbələridir. Əhli Sünnə vəl Cəmaata görə bir qulda imanın bəzi şöbələri ilə, imanın əslinə və həqiqətinə zidd olmayan küfrün və ya nifaqın bəzi şöbələri olması mümkündür. «Onlar o, gün imandan daha çox küfrə yaxın idilər». (Ali İmran 167). AbdurRahman əs-Sədi rahmətullahi aleyhi - deyir ki: «Bu ayədə bir qulda həm iman, həm də küfr ola biləcəyinə və bunlardan birinə digərindən daha yaxın ola biləcəyinə dəlil vardır».

Şirk, küfr, nifaq, bidət, zülm Tövhidin və İmanın ziddidir. 1-ci qayda olaraq biz bilməliyik ki: Şirk, küfr, nifaq, bidət hər biri iki qismə bölünür. Böyük şirk, böyük küfr, böyük nifaq və s. Həmçinin kiçik şirk, kiçik küfr, kiçik nifaq və s. Nə üçün bunlar iki qismə bölünürlər? Bizlər bunu nə üçün bilməliyik? Quran və Sünnəni daha gözəl başa düşmək üçün. Əgər bizlər Quran və Sünnədə şirk, küfr, nifaq kəlimələrinə rast gəldikdə birinci qaydaya əsasən biləcəyik ki, bütün bu kəlimələr (şirk, küfr, nifaq) iki qismə bölünürlər. Əgər biz bu qaydanı bilməsək elə zənn edəcəyik ki, bu kəlimələr İslamdan çıxardan böyük şirk, böyük küfr və böyük nifaqdır. Qaydanı bildikdə isə artıq tələsməz, ayə və hədislərdən hansı qism şirk, küfr və nifaqdan söhbət getdiyi barədə fikirləşər və hökm verməyə tələsmərik. 2-ci qayda odur ki, Tövhidin və İmanın əsli və şöbələri olduğu kimi, şirk və küfrün də əsli və şöbələri vardır. Böyük şirk, küfr, nifaq Tövhid və İmanın ziddidir. Yəni: Böyük şirk və böyük küfrün əsli Tövhid və İmanın əslinə ziddir. Ya sənin qəlbində şirk və küfrün əsası, ya da sənin qəlbində Tövhid və İmanın əsası olmalıdır. Əgər qəlbdə İmanın əsası olarsa orada küfrə, küfrün əsası olarsa orada İmana yer olmaz. Kiçik şirk, küfr və nifaq Tövhid və İmanın kamiliyyinə ziddir. Yəni: Kiçik şirk, küfr böyük şirk və küfrün şöbələridir (budaqları).

Daha aydın olsun deyə bir məsəl ilə bunu izah edək: İki ağac təsəvvür edin. Bir ağacın həm kökü, həm də budaqları küfrdü. Yəni ağacın həm əsası küfrdü, həm də budaqları küfrün şöbələridir. Digər ağac isə İslam ağacıdır. Həm kökü İmanın əsası, həm də budaqları (şöbləri) imanın budaqlarıdır. Həm iman, həm də küfr ağacından bir budaq qıraq. Sonra küfr ağacından qırılan budağı iman ağacından qırdığımız budağın yerinə calağ edək (sadəcə bir budaq). Onda sizə belə bir sual verək. Küfr ağacından bir budaq qırıb iman ağacına calağ etməklə bizdə iman ağacı oldu, yoxsa küfr? Sösüz ki, iman ağacı olaraq qalır. Biz dedik ki, budaqlar kiçik küfrün şöbələridir və imanın əslinə yox, kamilliyinə ziddir. Bizdə iman ağacı o, vaxta qədər iman ağacı olaraq qalır ki, imanın əsası (ağacın kökü) küfrün əsası (küfrün kökü) ilə dəyişmədikcə. Buradan da 3-cü qayda: Bir mömin qulda həm iman, həm də küfr qəlbdə bir yerdə ola bilər. Burada olan küfr hansı küfrdür? Sözsüz ki, kiçik küfrdən söhbət gedir. Əgər biz böyük küfr desək onda heç imandan söhbət də gedə bilməz. Ona görə də deyilir ki, böyük şirk, küfr imanın əslinə (Yəni: İnsanı İslam dairəsindən çıxardır), kiçik küfr isə imanın kamilliyinə ziddir.



Böyük Və Kiçik Küfrün Fərqi - 1. Böyük küfr insanı İslamdan çıxarır və bütün əməlləri batil edir. Kiçik küfr isə insanı İslamdan çıxarmır və əməlləri batil etmir. Yalnız etdiyi bu əmələ görə cavab verəcək. 2. Böyük küfrə görə insan əbədi Cəhənnəmi qazanır. Kiçik küfrə görə isə insan Cəhənnəmə düşsə də əbədi deyildir. 3. Kiçik küfrdən fərqli olaraq böyük küfr edənin malı və canı halal olur. 4. Böyük küfrə görə o, insanı sevmək, onunla dostluq etmək olmaz, hətta yaxın qohum da olsa belə. Kiçik küfrə görə isə belə deyildir.

Böyük şirk və küfrü Allah yalnız tövbə ilə bağışlayır. Əgər insan İman ağacını küfr ağacı ilə dəyişərsə və bu şəkildə də ölərsə Allah onu bağışlamayacaqdır. «Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar» (ən-Nisa 48). «Allah ona şərik qoşmağı bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar». (ən-Nisa 116). Bu ayədə böyük şirkdən söhbət gedir. Bəs Allah bütün günahları bağışlayır deyənlərin dəlili nədir? (Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de ki: «Ey mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən O bağışlayan və rəhm edəndir». (əz-Zumər 53). İnsan tövbə etmədən böyük şirk və küfr üzərində ölərsə Allah onu bağışlamayacaq və o, kimsə əbədi Cəhənnəmlikdir. Lakin tövbə edərək ölərsə Allah onu bağışlayacaqdır. Lakin kiçik şirk belə deyildir. Əgər kiçik şirk edib və tövbə etməzsə mütləq Allah onu cəzalandıracaqdır. Lakin bu cəza əbədi deyildir.



İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Artıq bir qulda nifaq və iman, küfür və iman cəm ola bilər»264. İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: «Əməli münafiqlik isə Peyğəmbər - sallallahu aleyhi və səlləm – in səhih hədisində söylədiyi kimi: Münafiqin əlaməti üçdür: «Danışanda yalan danışar, söz verdiyi zaman sözünü yerinə yetirməz (sözündə durmaz), ona bir şey əmənət edildikdə əmanətə xəyanət edər»265. Yenə səhih bir hədisdə Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurur: «Dörd şey vardır ki, bunlar kimdə olarsa o, kimsə xalis münafiqdir. Lakin bu dörd xislətdən biri bir kimsədə olarsa onu tərk edincəyə qədər onda münafiqlikdən bir xislət vardır: 1) Ona bir şey əmənət edildikdə əmanətə xəyanət edər, 2) Söz söylədiyi zaman yalan söyləyər, 3) Söz verdiyi zaman yerinə yetirməz, 4) Mübahisə etdiyi zaman biyabırçı sözlərə yol verər»266. Bu əməli nifaqdır. Bu hədis ona dəlalət edir ki, artıq bir insanda nifaq və İslam cəm oluna bilər. Həmçinin əgər bir insan bir əməlini Allah üçün yox, riya ilə edirsə, o insanda artıq şirk və İslam cəm olunar. Həmçinin əgər Allahın hökmü ilə hökm vermirsə, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in küfür adlandırdığı bir əməli edirsə, artıq burda küfr və İslam cəm olunar. Lakin bunlar kamil şəkildə qəlbdə yerləşdiyi zaman sahibi namaz da qılsa, oruc da tutsa və müsəlman olduğunu söyləsə də dindən sıyrılıb çıxa bilər. Çünki iman mömini bu pisliklərdən qoruyar. Bir qulda bunlar kamil şəkildə olarsa və onu bu şeylərdən qoruyan heç bir şey olmazsa o, artıq xalis bir münafiq olmaqdan başqa bir şey deyildir»267.

İbn Qeyyim rahmətullahi aleyhi sözünə davam edərək deyir: «Burada bir başqa qayda da vardır. Bir kimsədə həm iman, həm küfr, həm tövhid, həm də şirk, həm təqva, həm də fucur (günah) və həm də münafiqlik, həm də iman ola bilər. Bu Əhli Sünnətin önəmli və təməl görüşlərindən biridir. Xəvariclər, Mötəzilə və Qədəriyə kimi bidət firqələri buna qarşıdılar. Böyük günah edənlərin Cəhənnəmdən çıxmaları və orada əbədi qalmamaları məsələsi buna dayanır. Quran, Sünnət, fitrət və səhabələrin icması bunun dəlilidir. Allah buyurur: «Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha iman edirlər» (Yusif 106). Ayə onların şirklə birlikdə mömin olduqlarını ifadə etməkdədir. Allah buyurur: «Bədəvi ərəblər: «Biz iman gətirdik!» dedilər. (Ya Peyğəmbər! Onlara) de ki: «Siz (qəlbən) iman gətirmədiniz. Yalnız: «Biz İslamı qəbul etdik!» deyin. Hələ iman sizin qəlblərnizə daxil olmamışdır. Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərnizdən heç bir şey əskiltməz. Həqiqətən Allah bağışlayan və rəhm edəndir». (əl-Hucurat 14). Bu ayədə Allah onlardan imanı nəfy etdiyi zaman, İslamı Allah və Rəsuluna itaəti onlar üçün isbat etdi/mömin deyil müsəlman olduqlarını söylədi. Allahın onlardan nəfy etdiyi (onlarda olmadığını söyləyən) iman bu ismi kəsinliklə almağa müstəhaq olan mütləq imandır. O, da bu ayədə vəsflərini daşıyan kimsələrin imanıdır: «Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!» (əl-Hucurat 15). Bu mövzuda iki səhih görüşdən doğru olan görüşə görə bunlar münafiq deyirlər, Allah və Rəsuluna olan itaətləri ilə müsəlmandılar. Lakin hər nə qədər onları kafirlərdən ayıran bir parça imana sahib olsalar da mömin deyildirlər. İmam Əhməd rahmətullahi aleyhi dedi ki: «Bu dörd böyük günahla gələn və ya buna bənzərini ya da daha böyüyünü edən – yəni zina, oğurluq, içki və soyğunçuluq edən – kimsə müsəlmandır, lakin mən onu mömin deyə isimləndirmərəm. Lakin bundan daha aşağı səviyyədə olan günahlarla gələn kimsələri imanı əskik mömin deyə isimləndirərəm. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurur: «Lakin bu dörd xislətdən biri bir kimsədə olarsa onu tərk edincəyə qədər onda münafiqlikdən bir xislət vardır»268. Bu hədis bir kimsədə münafiqliklə İslamın bir yerdə olmasına dəlildir. Riya da bir şirkdir. Bir kimsə hər hansı bir əməlində/ibadətində göstəriş edərsə onda şirk və İslam bir yerədə olmuş olar. İslama və onun şəriətinə/hökümlərinə bağlı olduğu halda Allahın nazil etdiyi şeylərdən başqası ilə hökm etdiyində və ya Peyğəmbər - sallallahu aleyhi və səlləm – in küfr deyə isimləndirdiyi bir şeyi etdiyində bu halı ilə o, kimsə həm küfr etmiş olur, həm də müsəlmanlığı davam edər. Bütün itaətlər və xeyir işlər imanın şöbələrindən bir şöbə olduğu kimi, bütün asiliklər və günahlar da küfrün şöbələrindən bir şöbə olduğunu da bəyan etmişdik. Bir qul imanın şöbələrindən bir şöbəni və ya daha artığını edərsə bu şöbəni etməsi ilə bəzən mömin deyə isimləndirilər, bəzən də isimləndirilməz. Eyni şəkildə bir kimsə küfrün şöbələrindən hər hansı bir şöbə ilə bəzən kafir deyə isimləndirilə bilər, bəzən də bu isimlə isimləndirilməz. Burada iki məsələ vardır. Birincisi: İsim və Ləfzlə olan tərəfi. İkincisi: Məna və Hökm ilə olan tərəfi. Məna tərəfdən bu bir küfrmüdür yoxsa küfr deyilmidir? Ləfzi tətəfdən bunu edən bir kimsə kafirmidir, kafir deyilmidir? Birincisi tamamən şəri bir mövzudur, ikincisi həm lüğəti, həm də şəri bir mövzudur»269.

İbn Qeyyim rahmətullahi aleyhi nin son cümlələrinə diqqət edin: «Bir qulda iman qollarından bir qolun olması onun mömin adlandırılması üçün bəs etmir. Küfr də belədir. Bir qulda küfrün qollarından birinin olması onun kafir adlandırılmasının zəruri etmir. O, qolun nə dərəcədə küfr olmasından aslı olmayaraq sahibi kafir adlandırılmaz. Kimsədə bir az elmin olması onun alim adlandırılmasına, fiqhin və tibbin bəzi məsələlərini bilənə də həkim və ya fəqih deyilməz. Bu cahil Təkfirçilərin problemi ondadır ki, onlar iman və küfr məsələrini düzgün bilmirlər, bilənlər də düzgün başa düşməyiblər. Çünki asiliklər küfrün şöbələrindəndir»270.



Kafirlərlə Rəftar Necə Olmalıdır? - İslam şəriəti beş prisipin – din, can, ağıl, namus, var-dövlətin qorunmasının zəruriliyini bildirərək, kimliyindən aslı olmadan, onlara təcavüz edənlərə qarşı cəzalar təyin etmişdir. Burada müsəlmanla əhd bağlanılan kafir arasında fərq yoxdur. Müsəlmanlara aid olan qanunlar əhd bağlanılan kafirlərə də aiddir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim əhd bağlanılan kafiri öldürərsə Cənnətin iyini belə hiss etməz»271. Əgər müsəlmanlar əhd bağlayan kafirlərin xəyanətindən qorxub ehtiyat etsələr, aralarında olan əhdin pozulduğunu elan etməyincə onlara qarşı vuruşmaları doğru olmaz. «Əgər (əhd bağladığın) bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan (döyüşə başlamazdan əvvəl) onlarla olan əhdini pozduğunu açıq-aydın özlərinə elan et. Çünkü Allah xainləri sevməz». (əl-Ənfal 58). Kafirlər üç qismdir:

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə