2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə11/46
tarix29.01.2018
ölçüsü4,25 Mb.
#22623
1   ...   7   8   9   10   11   12   13   14   ...   46

49. Günahlar insanın düşməni üçün bir yardımdır. Günahlar düşmənə kömək edir ki, özünə qarşı vuruşsun. Allah qulunu ondan ayrılmaz bir düşmənlə imtahana çəkib. İnsandan bir göz qırpımı belə ayrılmayan düşmən. Elə bir düşmən ki, insan yatsa da yatmayan, insan ona qarşı qafil olsa da, ondan qafil olmayan, tayfası insanı insanın görməyəcəyi yerdən görən və insana hər cür pisliyi, hiyləni etmək üçün bütün gücünü səfərbər edən, insana qarşı həm öz cinsi olan insan şeytanlardan, həm də cin şeytanlardan yardım alan bir düşməndir. Artıq bu düşmən insan üçün tələlər və hiylələr qurmuşdur. Bu tələ və hiylələr hər cür fəlakətləri gətirmişdir. Bu düşmən yoldaşlarına demişdir: «Siz baxın, diqqət yetirin bu düşməninizə. Atanızın (İblisin) düşməninə. Onu qaçırmayın. Elə etməyin ki, onun payı Cənnət olsun, sizin payınız isə Cəhənnəm, onun payı rəhmət, sizin payınız isə lənət olsun. Artıq siz bildiniz ki, bizim başımıza gələn bu rüsvayçılıq, lənət, Allahın rəhmətindən uzaqlaşmaq onun səbəbilədir. Elə isə bu bəlada sizə şərik olsunlar deyə əlinizdən gələni edin. Çünkü onların salehlərini bunda şərik edə bilmədiyim izə görə Cənnətlik oldular.

Artıq Allah bizə bildirmişdir ki, sizin ən qəddar düşməniniz şeytandır və həmçinin də bizə əmr edib ki, ona qarşı hər cür hazırlığımızı görək. Allah insana düşməninə qarşı əsgərlərlə və orduyla yardım etdiyi kimi, düşməninə də insanlara qarşı əsgərlərlə və orduyla yardım etmişdir. Buna görə də bu cihad insanla şeytan arasında ölənə qədər davam edəcəkdir. Allah bunun üçün möminlərin canlarını və mallarını Cənnət müqabilində satın almışdır. «Allah şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu ən böyük qurtuluş və uğurdur!». (ət-Tövbə 111). Möminlər Allah yolunda vuruşaraq həm ölür, həm də öldürülürlər. Allah bunun ən şərəfli kitabları olan Tövrat, İncil və Quranda güclü bir vədlə vəd vermişdir. Sonra da vədinə Özündən daha sadiq heç bir kimsənin olmadığını da xəbər vermişdir. Sonra onlara əmr etmişdir ki, bu ticarətlə sevinsinlər. Kim də Allah yolunda vuruşmağın dəyərini bilmək istəyirsə bunu alana baxsın. Bunu alan da Allahdır. Allahın bu mala verdiyi qiymətə baxsın ki, bu malın qiyməti Cənnətdir. Bu saziş də kimin əli ilə bağlandığına baxsın. Bu da Peyğəmbər sallallahu aleyhi və səlləm dir. Bundan da daha böyük bir qazanc və bundan daha böyük bir ticarət ola bilərmi? «Ey iman gətirənlər! Sizə elə bir ticarət göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? Allah və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşarsınız. Bilsəniz bu sizə nə qədər xeyirlidir. (Əgər belə etsəniz) O, sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan Cənnətlərə Ədn Cənnətindəki gözəl saraylara daxil edər. Bu ən böyük qurtuluş və uğurdur. (Sizi hələ) sevdiyiniz başqa bir nemət də Allah dərgahından kömək və yaxın qələbə gözləyir. Möminlərə müjdə ver». (əs-Səff 10-13).

Allahın yaratdıqları arasında ən çox sevdiyi mömin quluna bu düşməni yollaması sadəcə cihadın Allah qatında ən çox sevilən əməl olması, mucahidlərin Onun qatında məxluqatın ən yüksək dərəcələri olmaları və Ona ən yaxın kişilər olmasına görədir. Allah bu döyüş bayrağını qullarını qurtarmaq üçün qaldırmışdı. İnsanda şeytana qarşı vuruşan qəlbdir. Təqva, ixlas, təvəkkülün yeri qəlbdir. Bu döyüşü Allah insana tapşırmış və onu yanından heç ayrılmayan mələklərdən ibarət olan ordularla dəstəkləmişdir. «İnsan üçün onu öndən və arxadan təqib edən mələklər vardır. Onlar insanı Allahın əmri ilə qoruyurlar». (ər-Rəd 11).

Bunlar onu təqib edərlər. Hər bir əskər getdikdə onun yerinə digəri gələr. Beləcə bir-birilərini təqib edərək onun ayağını xeyirdə sabitləşdirir və xeyrə təşviq edərlər. Ona Allahın ikramını xatırladaraq: Bu ancaq bir anlıq səbrdir. Ardıyca əbədi bir istirahətə çəkiləcəksən – deyərək səbrə təşviq edərlər.



Bunlardan başqa Allah öz vəhyi və kəlamı ilə insana şeytanla mübarizədə onu dəstəkləyərək Peyğəmbərini göndərmiş, kitablarını nazil etmişdir. Beləcə insanın qüvvəsinin üzərinə qüvvə, dəstəyinə dəstək və təchizatına təchizat əlavə olunmuşdur. Bundan əlavə insana vəziri və idarəçisi olan ağılı, nəsihət edici və mərifətlə, sabit edən, dəstəkləyən və yardımçı olan imanla, ona hər bir işin həqiqətini bəyan edən yəqinliklə də dəstəkləmişdir. Elə bil ki, insan Allahın düşmənləri ilə cihad edən dostlarına və tərəfdarlarına vəd etdiyi şeyləri gözləriylə görür kimi olur. Ağıl insanın ordusunun işlərini səhmana salar. Mərifət insan üçün döyüş işlərini səhmana salar. İman insanı sabit, güclü və səbrli edər. Yəqin insanı düşməninə yönəldərək doğru döyüş səmtini seçməsində köməklik edər. Bunlardan başqa Allah bu döyüşü aparanları zahiri və batini güclərlə də dəstəkləmişdi. İnsanın gözünü kəşfiyatçı, qulağını xəbər çatdıran, dilini tərcüməçi, əllərini və ayaqlarını isə köməkçilər etmişdir. Mələklərini və ərşi daşıyanları da insan üçün məğfirət diləyən, onu pisliklərdən qoruyaraq Cənnətinə qoyması üçün dua edənlər etmişdir. «Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: «Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından qoru. Ey Rəbbimiz! Onları da, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları da özlərinə vəd buyurduğun Ədn cənnətlərinə daxil et. Şübhəsiz ki, sən yenilməz qüvvət və hikmət sahibisən. Onları pisliklərdən qoru. O, gün (Qiyamət günü) pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük uğur və qurtuluş budur». (əl-Mumin 7-9). Həmçinin də onları qorumaq Allah öz üzərinə götürmüşdür. «Onlar mütləq qalib gələcəklər. Bizim əsgərlərimiz labüd olaraq (kafirlərə) zəfər çalacaqlar». (əs-Saffət 172,173).

Həmçinin - Allah cihadın necə olacağını qullarına öyrədmiş və bunu dörd kəlimədə toplayaraq buyurmuşdu: «Ey iman gətirənlər! Səbr edin, dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız». (Ali İmran 200). Cihad yalnız bu dörd şeylə tamamlana bilər. Səbr etmək, dözmək, keşikdə durmaq və Allahdan qorxmaq (Təqva). Səbr ancaq düşmənə qarşı dirənmək, onunla üzbəüz dayanmaq, geri bir addım da belə çəkinməməklə əldə olunur. Bu halda olan insanın keşikdə durmağa ehtiyacı vardır. Düşmənin girməsi ehtimalı olan qəlbin və əzaların başında durub keşik çəkməli: Göz, qulaq, dil, əl və ayaq kimi düşmənin hücum edə biləcəyi postların başında durmalıdır. Düşmənin də əsas girdiyi yerlər bu postlardır. Düşmən bu postlardan girərək ifsad və fəsad törədərək bədən ölkəsini yıxar. Elə isə bu postlardan ayrılmamaq, onları boş buraxmamaq və düşmənin içəri sızmasına fürsət verməmək üçün əsla boş buraxmamaq lazımdır.

Peyğəmbərdən sonra şeytandan ən çox qorunan səhabələr idi ki, onlar da Uhud döyüşündə qorumaqları olduqları postları tərk edtdikləri üçün düşmən ora girərək fəsad və ifsad törətdi. Bu üç şey və onların ayaq üstə dura bilmə dirəkləri təqvadır. Allahdan qorxmaq. Təqvasız nə səbr, nə keşik çəkmək, nə də dözmək olar. Təqva da ancaq səbrlə ayaqda durar.



İnsanın İçində Olan İki Ordunun Döyüşməsi İndi isə – sənin içində olan iki ordunun qarşılaşmasına, iki tərəfin didişməsinə bax: Kafirlərin başçısı böyük bir ordu ilə qəlb üzərinə hücuma keçir. Kafirlər xəbərdardırlar ki, qəlb öz məmləkətində oturub və qəlbin əskərləri onu dövrəyə alaraq onu müdafiə edirlər. Ora hücum etmək üçün düşmən bilir ki, yalnız qəlbin yaxın adamlarını ələ keçirməklə mümkündür.

Nəfsi Ələ Keçirmək - Kafirlərin başçısı soruşur: «Qoşun içərisində qəlbə ən yaxın olan kimdir». Ona: «Nəfsdir» deyirlər. O, da əmr edir ki, qəlbə nəfsi və istək tərəfdən hücum etsinlər. Kafirlərin başçısı deyir: «Baxın nə kimi şeylər ona sevimlidir». Sevdiyi şeylər tərəfdən ona vədlər verin. O, sevdiyi şeylərin surətini yatdığı və ayıq vaxtı ona çəkin. Əgər o, bununla rahatlanarsa üzərinə şəhvət qırmaqlarını və zəncirlərini atın. Sonra onu özünüzə tərəf çəkin. Əgər bu nəfs qəlbin əleyhinə dönər və sizin yanınızda olarsa bu zaman siz: Qulaq, göz, əl və ayaq postlarını da ələ keçirmiş olarsınız. Bundan sonra bu postlarda ayıq olun. Belə etmiş olsanız artıq qəlbi ya ağır yaralamış, ya ölmüş, ya da əsir düşmüş olar. Buna görə də bu postları boş buraxmayın. Düşmənin qəlbə girməsinə imkan verməyin. Heç bir düşmənin oradan qəlbə girərək sizi oradan çıxarmasına imakan verməyin. Qəlbə girmək istəyən düşməni gücünüz çatdığı qədər zəiflətməyə, gücsüz etməyə çalışın ki, qəlbə çatsa da belə zəifləmiş və qəlbə zərər verməyəcək şəkildə çatmış olsun. Heç bir faydası olmasın.

Göz Postu - Kafirlərin başçısı deyir: «Siz bu postları ələ keçirdikdə diqqət edin göz postuna. Çalışın ki, göz baxanda ibrət baxışı ilə baxmasın. Göz ibrət baxışı ilə baxarsa onu şəhvət baxışına çevirin. Siz göz postuna diqqət edin. Çünkü hədəfinizə onunla çata bilərsiniz. Mən göz kimi şeydən başqası ilə Adəm övladını korlamadım. Mən baxışla qəlbdə şəhvət toxumunu səpir, sonra səpdiyimi arzu suyu ilə suvarıram. Sonra ona bir çox vədlər verir, qətiyyətini gücləndirirəm. Beləcə əzmini gücləndirir və şəhvətdən onu günahlara sürükləyirəm. Buna görə də sizlər bu postun işinə səhlənkar yanaşmayın. Bacardığınız qədər onu pozmağa çalışın».

Qulaq Postu Kafirlərin başçısı deyir: «Qulaq postunda da sizlər möhkəm durun və çalışın ki, ondan sizin işinizi korlayan bir şey daxil olmasın. Çalışın ki, qulaqdan yalnız batil şeylər daxil olsun. Sizlər şirin və ağılları sehirləyən sözlər seçin və bu sözləri nəfslərin havası ilə qatışdırın. Siz ilk əvvəl bir kəlimə ortaya atın. Əgər görsəniz ki, o bu kəliməni dinləyir və bu kəlimə ilə xoşlanır çalışın ki, bu kəlimələri onun zikri edəsiniz. Özünüzü də qoruyun. Çalışın bu qulaqdan Allah kəlamı, Peyğəmbər sözü və nəsihətçilərin sözlərindən hər hansı bir şey keçməsin. Əgər siz məğlub olsanız çalışın ki, daxil olan (ayə, hədis, nəsihətlər və s.) sözləri başa düşməsinə, düşünməsinə və o sözlərdən öyüd almasına əngəl olun. Bunun üçün ya ona zid olan sözlər söyləyin, ya onları gözündə böyüdün, ya da insanların başa düşməyəcəyi, qavramayacaqları və bunun ağır bir yük olub tək başına daşımayacağı sözlər olduğunu söyləyin. Və ya bu kimi sözlər ucuz, nəfslərə bəsit sözlər olaraq göstərin. O, işi onun gözündə böyüdərək: «Bu iş sənlik deyil». O, da görəcək ki, bu ağır bir yükdür və bununla məşğul olmayacaqdır. Ya da bu daxil olan şeyləri ona ucuz göstərərək başa salmaq ki, sənin məşğul olacağın şey daha izzətli və daha mühüm bir şey olmalıdır. Beləcə batili onların qəbul edə biləcəkləri və onlara yüngül gələcək hər bir şəkildə, haqqı isə xoşlamayacaqları və onlara ağır gələ biləcək bir şəkildə onlara göstərin.

Şeytan qulaq postundan insana mənfəət verməyən zərərli şeyləri daxil edir, xeyirli şeylərin isə daxil olmasına mane olur. Əgər istəmədiyi halda faydalı şeylər girsə bu səfər də onu pozaraq zərərli hala gətirməyə çalışar.



Dil Postu Şeytanların başçısı öz adamlarına deyir: «Bu da böyük bir postdur. Sizlər çalışın ki, onun dilindən zərər verəcək, fayda verməyəcək sözlər çıxsın. Ona fayda verəcək zikr, istiğfar, Allahın kitabını oxumaq və qullarına nəsihət vermək və ya faydalı elmi sözlər danışması kimi faydalı şeyləri söyləməsinə əngəl olun. Sizin bu posta iki önəmli təsiriniz vardır. Hansı birində qələbə çalsanız fərq etməz.

Birinci - Batil, boş şeylər danışması. Çünki batil danışan insan sizin qardaşlarınızdan biridir. Sizin ən böyük köməkçilərinizdəndir.

İkinci Haqqı danışmamaq. Bu da sizin lal qardaşınızdır. Hətta bu ikinci qardaşınız sizi birinci qardaşınızdan daha faydalıdır. Sələflər deyirlər ki: «Batil söz danışan şeytandır, haqdan susan isə lal şeytandır». Amanın günüdür çalışın ki, haqq söz söyləməsin və ya batil danışmaqdan da geri qalmasın. Ona hər cür yolla batil danışmağı gözəlləşdirin və hər cür yolla da haqq danışmaqdan qorxudun. Övladlarım bilin ki, bu dil postu ilə mən Adəm övladlarını həlak edirəm və onları üzü qoylu Cəhənnəmə atıram. Bu postdan neçələrini öldürmüş, əsir almış və yaralamışam. İnsan oğlunu bu postdan yaxalamışam. Sizə olan tövsiyəmə diqqət verin: Biriniz insan qardaşının dili ilə bir söz söyləsin. Digərinizdə dinləyənin diliylə o, sözü çox bəyəndiyini, heyran qaldığını və çox müthiş bir söz olduğunu söyləsin və onu təkrarlamasını istəsin. İnsana qarşı bir-birinizə hər cür dəstəyi verin və onlara hər yoldan girməyə çalışın və onları hər yerdən gözləyin. Mənim onların rəbbinə verdiyim andımı eşitmədinizmi? «Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də sənin düz yolunun üstündə oturub insanlara mane olacağam. Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən». (əl-Əraf 14-17).

Mənim Adəm oğullarının bütün yolları üzərində oturduğumu görmür-sünüzmü? Bir yolda uğur qazanmaramsa dərhal digər yola keçərəm. Dilədiyimi və ya ən azından dilədiyimin bir qismini əldə etmədən o, yoldan ayrılmaram. İbn Abbas - radıyallahu anhu deyir ki: «Sonra onlara qarşılarından – onları axirətləri haqqında şübhəyə salacağam, sonra onlara arxalarından gələcəyəm – yəni onlara dünyanı çox sevməyə təşviq edəcəyəm, sağlarından gələcəyəm – yəni dinlərində onları tərəddüdə salacağam (yaxşı əməllər tərəfdən), sollarından gələcəyəm – yəni onları günah etməyə həvəsləndirəcəyəm. Şeytan üstlərindən demədi. Çünki bilirdi ki, üstlərində nəzarətçi Allahdır». İmam Şabi rahmətullahi aleyhi deyir ki: «Uca və Böyük olan Allahın rəhməti onların üzərindən enər»212. Peyğəmbər sallallahu aleyhi və səlləm də bu xüsusda onlara nəsihət edərək: Şeytan insan oğlunun bütün yollarında oturar. İslam yolunda oturaraq deyər: Sən müsəlman olursan. Müsəlman olub ata-babanın dinini tərk edəcəksənmi? İnsan onu dinləməyib müsəlman olursa, şeytan dərhal hicrət yolu üzərində oturaraq deyir: Yerini və yurdunu buraxaraq hicrətmi edirsən? İnsan yenə də onu dinləməyib hicrət edərsə bu dəfə şeytan cihad yolu üzərində oturaraq deyər: Cihad edib ölmək və ya öldürülmək istəyirsən, malının paylaşdırılıb, zövcənin başqasına nigahlanmasınımı istəyirsən? Kim belə edərsə onu Cənnətə qoymaq Allahın üzərinə bir haqq olar. Kim öldürülsə onu cənnətə qoymaq Allahın üzərinə bir haqq olar»213.

Bu belədir. Elə isə sizlər onların hər bir yollarının başında oturun və onları gözləyin. Onlardan biri sədəqə vermək istəyərsə həmən sədəqə yolu üzərində oturun və ona: Malını itirib bu dilənçi kimi olmaq istəyirsən? Sizlər mənim sədəqə vermək istəyən kimsənin dilinə qoyduğum sözləri eşitmədinizmi? Ondan bir şeylər istənildikdə: Bunlar bizim mallarımızdır. Sizə verəsi olsaq sizin kimi olarıq. Həcc etmək istəyən kimsənin yolu üzərində oturun və: Bu yol çətin və təhlükəlidir. Bu yolda gedənin canı və malı təhlükədə olur. Bu cür hər bir xeyir yollarına baş vurun və insanları o, yolların çətinliklərindən və təhlükələrindən bəhs edərək o. yollardan uzaqlaşdırmağa çalışın. Sonra günah yollarında da durun və o, yolları insanların gözlərində və qəlblərində gözəl göstərməyə çalışın. Bu işdə ən çox yardımçınız qadınlar olsun. Qadınlar vasitəsilə onlara yaxınlaşın. Onlar sizin üçün necə də gözəl yardımçıdırlar. Usamə b. Zeyd - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Məndən sonra kişilərə qadınlardan daha zərərli bir fitnə və imtahan səbəbi buraxmadım»214.

Əl Və Ayaq Diqqət edin ki, əli ilə sizə zərər verən şey etməsin və ayağı ilə də sizə zərər gələn yerlərə getməsin.

Nəfsi Əmmarə Şeytan öz əsgərlərinə deyir: «Bilin ki, bu işdə sizə ən yaxşı yardımçı olan nəfsi əmmarə ilə sülh bağlamaqdır. Elə isə ona yardım edin və ondan yardım alın. Ona dəstək olun və ondan dəstək alın. Mutmain nəfslə vuruşmaqda onunla bərabər olun. Mutmain nəfsi sındırmaq və gücünü yox etmək üçün tələsin. Onu məhv etməyin tək yolu qidalandığı qaynaqları kəsməkdir. Onun qaynaqlarını kəsdikdə nəfsi əmmarənin qaynaqları güclənir. Onun köməkçiləri də sizə itaət edərlər. Bundan sonra qəlbi öz qalasından endirirlər və məmləkətindən uzaqlaşdırırlar. Yerinə isə nəfsi əmmarəni keçirirlər. Belə olduqda o, nəfs sizə sevdiyiniz şeyləri əmr edəcəkdir. Heç vaxt sizin sevmədiyiniz şeyləri etməyəcəkdir. Üstəlik nəfsi əmmarə sizin tövsiyə etdiyiniz heç bir xüsusda sizə qarşı çıxmayacaqdır. Əksinə siz ona nəyi əmr etsəniz həmən onu yerinə yetirər. Əgər görsəniz ki, qəlb məmləkətinə qayıtmaq üçün səy göstərir həmən onunla nəfsi əmmarə arasında birləşmə yaradın və ona xatırladın ki: «Bu müharibə bir günlük deyildir. Bu ölənə qədər davam edəcək bir döyüşdür. Bu uzun müharibədə isə gücün tamamən zəifləyəcəkdir».

Ey övladlarım siz bu iki böyük qoşundan (silahdan) istifadə etsəniz heç vaxt məğlubiyyətə uğramazsınız. Birinci - Qəflət qoşunu. Siz bacardığınız qədər Adəm övladlarının qəlbini Allahı və axirət yurdunu xatırlamaqdan qafil edin. Öz məqsədinizə çatmaqda bundan böyük bir şey yoxdur. Əgər qəlb Allahdan qafil qalarsa onda siz onu ələ keçirib azdıra bilərsiniz. İkinci - Şəhvət qoşunu. Şəhvəti onların qəlblərində şirin, gözlərində isə gözəl göstəin.

Bu iki qoşunla (silahla) onlara hücum edin. Onlara qalib gəlmək üçün bunlardan böyük bir qoşununuz yoxdur. Siz insanın qafil olması üçün şəhvətdən, şəhvətə düşməsi üçün isə qəflətdən istifadə edin. İki qafili bir yerə toplayın. Əgər görsəniz ki, bir qrup müsəlman bir yerə yığılaraq Allahı zikr edir və Allahın dinini müzakirə edirlər onları ayıra bilməsəniz onlara qarşı onların növündən olan (boş-boğaz) insanlardan istifadə edin. İnsanlardan olan şeytanlarla onlara yaxınlaşın ki, onların başlarını qataraq bu işdən onları çəkindirsinlər. Hər bir insana öz iradə və şəhvətindən yaxınlaşın. O kimsəyə bunları əldə etməsi üçün yardımçı olun. Əgər Allah sizə qarşı səbr etməyi onlara əmr edibsə siz də səbr edin bu postları ələ keçirməkdə. Adəm övladı şəhvətli və qəzəbli olduğu zaman siz bu fürsəti əldən verməyin. Siz Adəm övladını bu iki işlə ovlaya bilərsiniz. Hansı hisslər güclüdürsə ondan da tutun. Lakin digərini də əldən verməyin. O kəs ki, qəzəbləndiyi zaman özünü ələ ala bilmir şəkk yoxdur ki, şəhvətləndiyi zaman da o, qəzəbi əldə edəcəkdir. Sizlər də onun şəhvəti ilə qəzəbini qarışdırın. İnsanı qəzəb tərəfdən şəhvətə, şəhvət tərəfdən də qəzəbə çağırın. Bilin ki, sizin Adəm oğullarına qarşı bu iki silahdan daha güclü heç bir silahınız yoxdur. Mən də onların atalarını Cənnətdən şəhvətə (istək və iradəyə) görə çıxartdım və onların övladları arasında düşmənçiliyi qəzəblə saldım. Bununla onlar arasında qohumluğu qırdım və onların qanlarını tökdüm. Qəzəb sayəsində Adəmin iki oğlundan biri digər qardaşını öldürmüşdür.

Bilin ki, qəzəb Adəm övladının qəlbində bir közdür, şəhvət isə alovlanan oddur. Odda yalnız su ilə, namazla, zikrlə və təkbirlə sönər. Adəm övladlarını qəzəbləndiridyiniz zaman onları dəstəmaza, namaza yaxınlaşmağa qoymayın. Çünki dəstəmaz və namaz onun şəhvət və qəzəb atəşini söndürür. Artıq onların Peyğəmbəri onlara bildirmişdir ki: «Qəzəb Adəm övladlarının qəlbində bir közdür. Siz onun közünün qızartısını və damarlarının şişdiyini görmədinizmi? Kim bunu hiss edərsə dəstəmaz alsın»215. Yenə onlara buyurmuşdu: «Atəş ancaq suyla söndürülür». Allah da onlara sizə qarşı səbr və namazla yardım almalarını tövsiyə etmişdir. Elə isə bunlarla onların arasına girib onlara mane olun. Onlara bunları unutdurun. Onlara qarşı qəzəb və şəhvətdən yardım alın.

Sizin onlara qalib gəlmək üçün silahlarınız qafillik və nəfsə tabe olmaqdır. İnsanların da sizə qrşı güclü silahları Allahı zikr və nəfslərinə müxalif olmalarıdır. Elə isə nəfsi-istədiyinə müxalif olan birisini görsəniz onun kölgəsindən də belə qaçın.

Şeytanın öz əsgərlərinə verdiyi nəsihətdə məqsəd: Günahlar və asiliklər qulun düşmənlərinin əllərinə verdiyi bir silah, düşməninə etdiyi kömək və öz nəfsinə qarşı onlara etdiyi dəstəkdən ibarətdir. Düşmən də bu silahla ona qarşı vuruşur. Silahı düşməninə verir ki, özünə qarşı vuruşsunlar. Cahil kimsə özünə qarşı onlarla birlikdə olur. Bu da cəhalətin ən uca nöqtəsidir. Şair deyir ki: «Cahil bir kimsənin özünə etdiyini heç düşməni də etmir».

Qəribə orasıdır ki, insan bütün taqətini sərf edərək özünü aşağı salmağa çalışır. Elə zənn edir ki, nəfsini ucaldır, yüksəldir və böyük nemətlər əldə edir. Əksinə bütün bunlardan məhrum olur. Sələflər deyirlər ki: «Diqqət edin! Bir çox insanlar vardır ki, nəfsini ucaltdığını zənn etdiyi halda onu alçaltmışdır, zəlil etdiyi halda hörmətli etdiyini zənn etmişdir, nəfsini kiçiltdiyi halda böyük etdiyini zənn etmişdir, nəfsinin haqlarını zay etdiyi halda haqlarını yerinə yetirdiyini zənn etmişdir. İnsanın cahil olmasına düşməni ilə birgə özünə qarşı vuruşması, öz nəfsinə öz əməlləri ilə düşməninin etmədiklərini etməsi kifayət edər». Kömək istənilən Allahdır.

50. Günahlar insanın nəfsini, özünü unutmasına səbəbdir. Əgər o, insan özünü unudarsa özünü itirər, ifsad edər və həlaka aparar. İnsan özünü necə unudur? Unudursa ona hansı şey özünü xatırladır? Özünü unutması nə deməkdir? deyə soruşulacaq olursa bu suala belə cavab verilir: Bəli, qul özünü bütünlüklə unudur. «Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin. Onlar fasiqlərdir». (əl-Həşr 19). Nə vaxt ki, onlar Allahı unutdular Allah da onları unutdu və onları özlərinə unutdurdu. «Onlar Allahı unutdular, Allah da onları unutdu». (ət-Tövbə 67). Beləcə Allah onu unudanları iki şəkildə cəzalandırmışdır: Birinci - Allah onu unutmuşdur. Ikinci - Allah da onu özünə unutdurmuşdu.

Allahın insanı unutması onu yalnız buraxması, onu tərk etməsi, insan bununla özünü zay etməsidir. Bu an həlak ona daha yaxın olur əlin ağıza yaxın olması kimi. Allahın insana özünü unutdurması isə ona səadət, xoşbəxtçilik, sevinc və fərəh onu kamilləşdirən yol və səbəbləri ona unutdurmasıdır. Onun ağlına belə xeyirləri gəlmir və öz xeyirlərini də xatırlamır. Ağlına belə gəlmir ki, onları edib faydalansın.

Həmçinin Allah insana öz nəfsinin ayıblarını, naqisliklərini, qüsur-larını ona unutdurur. İnsanın ağlına da belə gəlmir ki, bu ayıblarını düzəldərək özünü islah etsin. Həmçinin də Allah ona nəfsinin və qəlbinin xəstəliklərini, ağrılıqlarını unutdurur və onu həlaka və fəsada aparan bu xəstəlikləri müalicə etmək, xəstəlik səbəblərini qaldırmaq nə qəlbinə, nə də ağlına gələr. Elə isə belə birisinin xəstəliyi çox ağırdır, təhlükəlidir və onu ölümə aparandır. O, isə xəstəliyinin fərqinə də varmaz və onu müalicə etmək ağlına da gəlməz. O, artıq güclü bir xəstəliyə tutulmuş xəstədir. Bu da ən böyük xüsusi və ümumi cəzalardandır.

Öz nəfsini buraxan, onu zay edən, nəfsinin məsləhətlərini, nəfsinin xəstəliyini və xəstəliyinin əlacını unudan, xoşbəxtçilik, sevinc, fərəh və daimi nemətlər içərisində əbədi yaşayış yolunu və səbəblərini unudan bir kimsənin bu cəzadan daha böyük hansı bir cəzası vardır?

İnsan bunlar haqqında düşünsə görər ki, həqiqətən də insanların çoxu öz xeyirlərini, Allahdan olan paylarını unudaraq itiriblər. Bu paylarını ucuz bir qiymətə satmışlar ki, bu da onlara yalnız ölüm vaxtı bir də Təğabun Qiyamətdə qarşılıqlı aldanma günü ortaya çıxacaqdır. Bu kimsə dünyada da, axirətdə də etdiyi ticarətdə böyük xüsrana düşdüyünü görəcəkdir. Həqiqətdə isə hər bir insan dünyada axirəti üçün ticarət edər. Bu ticarətdə axirətlərini sataraq bu dünyanı götürənlər elə zənn edirlər ki, udanlar onlardır. Onların bütün səyləri (dünya ləzzətlərini) əldə etmək olmuşdur. Onlardan biri deyir ki: «Sən gördüyünü götür, eşitdiklərini isə tərk et». Onlar qeyd edirlər ki, axirət nisyə söhbətdir, nəğd olanı götürmək lazımdır. Necə bu dünyada gördüyüm, hazır olanı buraxaraq digər dünyada olanla dəyişim. Buna iman zəifliyi, şəhvətin dəvət edən gücü, dünya sevgisi və həmcinslərinə bənzəmə istəyidir. «Onlar axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar». (əl-Bəqərə 86). «Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyr gətirmədi və haqq yolu da tapmadılar». (əl-Bəqərə 16).

Təğabun günü gəldikdə isə onların bu ticarətdə zərər çəkib aldandıqlarını görəcəklər. Peşmançılıqlarından qəlbləri parçalanacaqdır.

Bu ticarətdə udanlara gəldikdə isə onlar bu fani dünyanı verərək əbədi olanı, ucuz olanı verərək Qiymətli olanı, kiçik olanı çox böyük qarşılığında almışlar. Onlar deyirlər ki: «Bu dünyanın əvvəldən axıradək qiyməti nədir ki, Allahdan və axirət diyarındakı payımızı bunun qarşılığında satın alaq? Qul bir anlıq yuxudan ibarət olan və əbədi axitrətlə qarşılaşdırılması mümkün olmayan bu qısa müddətdə bu dünyadan nələr əldə edə bilər?». «Allah müşrikləri gündüz bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə toplayacağı Qiyamət günü onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər». (Yunus 45). «(Ya Peyğəmbər! Müşriklər) Səndən Qiyamətin nə vaxt qopacağı barəsində soruşurlar. Sən onun vaxtını nə bilirsən? Onu bütün təfərrüatı ilə bilmək ancaq sənin Rəbbinə məxsusdur. Sən ancaq ondan qorxanı qorxudan bir Peyğəmbərsən!». (ən-Nəziət 42-45). «Onlar vəd olunduqları əzabı görəcəkləri gün gündüzün ancaq bir saatı qədər (dünyada) qaldıqlarını sanacaqlar». (əl-Əhqaf 35). «(Allah Qiyamət günü kafirlərə) belə buyuracaqdır: Yer üzündə neçə il qaldınız? Onlar: Bir gün, yaxud bir gündən də az deyə cavab verəcəklər. Allah buyuracaq: Əgər (həqiqəti) bilirsinizsə siz (orada) çox az qaldınız! Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz». (əl-Muminun 112-115). «Surun çalınacağı və günahkarları (qorxudan) gözləri göm-göy göyərmiş halda məhşərə gətirəcəyimiz gün onlar öz aralarında pıçıldaşıb bir-birinə: Dünyada cəmi on gün qaldınız! deyəcəklər». (Ta ha 102-103). Qiyamət günü gəldikdə dünyanın həqiqəti bilinəcəkdir. Dünyada qısa bir müddət qaldıqlarını, onlar üçün bu diyardan başqa bir həyat diyarı, əbədilik diyarının olduğunu bildikdə əbədi olanı fani olana satmağın nə qədər böyük bir yanılma olduğunu görəcəklər.

Bu dünyada hər kəs satan və alandır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «…Bütün insanlar səhər öz günlərini başlayırlar. Kimisi öz nəfsini satın alıb azad edər, kimisi də onu məhvə aparar»216. «Allah şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu ən böyük qurtuluş və uğurdur!». (ət-Tövbə 111). «(Onlar Allaha) tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar, ruku və səcdə edənlər, yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlərdir. Belə möminləri (Cənnətlə) müjdələ». (ət-Tövbə 112). «Ey iman gətirənlər! Sizə elə bir ticarət göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? Allah və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşarsınız. Bilsəniz bu sizə nə qədər xeyirlidir». (əs-Səff 10-11).



Məqsəd Budur: Günahlar qula bu ticarətdə ki, nəsibini unutdurur və onu zərər verən ticarətlə məşğul edər. Bu da cəza olaraq kifayətdir. Kömək istənilən Allahdır.

51. Günahlar əldə olan nemətləri yox edər və gələn nemətlərin qarşısını kəsər. Çünkü Allahın nemətlərini var olanları Ona itaət kimi bir şey qorumamışdır. İnsana çatmayan nemətlər də vardır ki, itaət kimi bir şey onları cəlb etməmişdir. Allah qatında olanlar yalnız itaətlə əldə olunur. Allah hər bir şey üçün bir səbəb və maneə etmişdir. Bir şeyi gətirən səbəb və maneə də var etmişdir. Allah nemətləri cəlb edən səbəbi itaətdə, nemətlərin gəlməsinə mane olan səbəbləri isə ona qarşı çıxmaqda etmişdir. Əgər Allah bir bəndəsinə verdiyi neməti qorumaq istəyərsə o, nemətləri Özünə itaət edərək nemətləri qorumağı ona ilham edər. Əgər Allah nemətlərin yox olmasını istəyərsə onu yalqız buraxar və sonda qul o, nemətlərlə özünə üsyan edər.

Təəccüblüdür ki, bəndə bu kimi halları özündə, başqalarında da müşahidə etmiş və əvvəlki ümmətlərin xəbərlərindən də eşitmişdir ki, günahlar nemətləri itirir. Lakin buna baxmayaraq o, kimsə günahlar üzərində davam edir. Sanki o, bu cümlədən istisnadır. Elə bil ki, bu digərlərinə aiddir, ona aid deyildir. Bu əzab xalqın başına gələcəkdir onun başına gəlməyəcəkdir. Bundan da böyük başqa bir cəhalət ola bilərmi? Nəfsə bundan daha böyük bir zülm varmıdır? Elə isə hökm Uca və Böyük olan Allahındır.



52. Günahlar insandan mələklərin uzaqlaşmasına səbəbdir. Günahlar insandan dostunun, yaradılmışlar içərisində ən mənfəətlisini, qula ən çox nəsihət edəni, ona ən faydalı olanı uzaqlaşdırır. Qulu düşməninə, onu ən çox aldadana, ən böyük zərər verənə şeytana yaxınlaşdırır. Bəndə günah etdikdə mələk ondan onun günahının böyüklüyünə görə ondan uzaqlaşır. Hətta tək bir yalana görə ondan çox uzaqlaşır. Əsərlərin birində deyilir ki: «Əgər bir bəndə yalan danışarsa mələk ondan çıxan pis qoxuya görə bir neçə km uzaqlaşar»217. Əgər bir yalana görə mələk ondan bu qədər uzaqlaşırsa onda bundan da böyük günahlara və daha fahiş işlərə görə nə qədər uzaqlaşar? Sələflər deyirlər ki: «Əgər erkək erkəyin üzərinə çıxarsa (Lut qövmünün əməli qəsd olunur) yer haray qopardaraq Allaha şikayət edər. Mələklər isə Rəbblərinə tərəf qaçarlar gördüklərinin böyüklüyündən şikayət edərlər». Sələflər deyirlər ki: «İnsan sabahladıqda ona tərəf şeytan və mələk tələsərək gələr. Əgər bəndə Allahı zikr edər, Təsbih, Təhlil edərsə mələk şeytanı qovar və bəndəni özünə dost tutar. Əgər insan başqa şeylərlə sabahlayarsa mələk ondan uzaqlaşar və şeytan onu özünə dost tutar».

Mələklər insana o, qədər yaxınlaşar ki, artıq hökm onun əlinə keçər. O, insana həyatında da, ölümündə də, dirilişində də dost tutar. «Şübhəsiz ki, Rəbbimiz Allahdır deyən, sonra da düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır». (əl-Fussilət 30-31). İnsanın ən çox ehtiyacı olduğu vaxt ölüm ayağında, qəbrdə mələk onu sabit edər. Həmçinin bu dünyada da onu sabit edər. Bu da ən mənfəətli yoldaşdır. «Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edərdi: Mən də sizinləyəm. Möminlərə qüvvət, mətanət verin». (əl-Ənfal 12).



Ölüm anında mələk ona: Qorxma, üzülmə, səni sevindirəcək şeylə sən sevin. Dünya həyatında ehtiyac duyduğu söz olan Tövhid kəliməsi ilə onu dəstəkləyər, ölüm anında və qəbir sorğu-sualında onu dəstəkləyər. Qul üçün mələyin onunla yoldaşlıq etməsindən daha faydalı heç bir şey yoxdur. Mələk oyaq ikən, yatarkən, həyatında, ölüm anında, qəbirdə hər yerdə onun dostu və həmdəmidir. Xəlvətdə ona yoldaş, sirrində onunla söhbət edən və düşmənə qarşı vuruşan, onu qoruyanıdır. Qula xeyiri vəd edər, xeyirlə müjdələyər və haqqı təsdiq etməyə onu təşviq edər.

«Rəbbindən qorxanlar dəstə-dəstə gətiriləcəklər. Nəhayət ora çatınca onun qapıları açılacaq və Cənnət gözətçiləri (onlara) Salam aleykum! (Sizə salam olsun) xoş gəldiniz. Əbədi qalacağınız Cənnətə daxil olun». (əz-Zumər 73). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanın qəlbində həm şeytanın, həm də mələkdən olan Ləmmə – səs vardır. Mələyin ləmməsi ona xeyiri vəd etməsi və vəd olunanı təsdiq etməkdir. Şeytanın ləmməsi isə şərri vəd etmək və haqqı təqzib etməkdir»218. Əgər mələyin insana yaxınlaşması güclənərsə insan mələyin dilində danışar və qulun dilinə doğru olan sözü qoyar. Əgər mələk ondan uzaqlaşarsa şeytan ona yaxınlaşar və insan şeytanın dilində yalan və fahiş sözlər danışar. Nəticədə bir adamın dilində mələyin, digərinin dilində şeytanın danışdığını görərsən. Sələflər deyirlər ki: «Saleh insandan yaxşı söz eşitdikdə deyərdilər ki, bunu sənin dilinə qoyan mələkdir. Bunun əksini eşitdikdə isə deyərdilər ki, bunu sənə təlqin edən şeytandır. Dəyərdilər ki: Çünkü mələk qəlbə haqqı qoyar və dilə haqqı söylədər. Şeytan isə qəlbə batili qoyar və onu dildə söylədər».

53. Günahların cəzalarından biri də qulun xoşbəxtçiliyi, dostu olan mələyi uzaqlaşdırır və həlakı, bədbəxtçiliyi və düşməni olan şeytanı ona yaxınlaşdırır. Hətta qulun dostu olan bu mələk bir kimsə onu söydükdə və ya təhqir etdikdə qulu müdafiə edər. Peyğəmbər sallallahu aleyhi və səlləm in hüzurunda iki nəfər bir-birilə mübahisə etdilər. Biri digərini söyməyə başladı. Digəri isə susurdu. Nəhayət susan kimsə dözməyib bir kəlimə ilə yoldaşına cavab verdi. Peyğəmbər sallallahu aleyhi və səlləm həmən qalxaraq getdi. O, kimsə: «Ya Rəsulullah! Mən onun bəzi sözlərinə cavab verdikdə nə üçün qalxıb getdin?» deyə soruşduqda. Peyğəmbər: «Sən susduqda mələk sənin əvəzinə ona cavab verirdi. Sən ona cavab verdikdə isə şeytan gəldi. Mən isə şeytan olan yerdə oturmuram» deyə buyurdu219. Həmçinin qul bir qardaşının qeybində ona dua etdikdə mələk onun duasına Amin deyərək: «Eynisi sənin üçün də olsun!» deyər220. Həmçinin insan Fatihə surəsini oxuyub bitirdikdə mələk bu duasına Amin, Allahım qəbul et! deyə dua edər221. Həmçinin mələklər Muvahhid olan və Allah yolunda, Peyğəmbər sallallahu aleyhi və səlləm in sünnəsinə tabe olan bir qul günah etdikdə Ərşi daşıyan mələklər və Ərşin ətrafında olanlar o, qul üçün istiğfar diləyərlər. «Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: «Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından qoru. Ey Rəbbimiz! Onları da, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları da özlərinə vəd buyurduğun Ədn cənnətlərinə daxil et. Şübhəsiz ki, sən yenilməz qüvvət və hikmət sahibisən. Onları pisliklərdən qoru. O, gün (Qiyamət günü) pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük uğur və qurtuluş budur». (əl-Mumin 7-9).

Mömin bir qul yatdıqda mələk onu himayə edər. Möminin mələyi onu müdafiə edər, himayə edər, onun üçün vuruşar, onu öyrədir, onu sabit edər, cəsarətli edər. Ona görə də insan mələyin onunla bərabər olmasını unutmamalıdır. Onu unudaraq əziyyət verməməli və özündən uzaqlaşdır-mamalıdır. Çünkü mələk onun müsafiridir. Əgər insan öz cinsindən olan bir kimsəyə (müsafirinə) ikram edirsə, ən xeyirli olana, ən çox sənə xeyiri toxunan mələk müsafiri haqqında nə fikirləşirsən? Qul yanında olan iki mələyə ardıcıl günahlar etməklə, zülm və fahiş işlər etməklə əziyyət verdikdə mələk beləsinə bəd dua edərək deyər: Allah sənə xeyir verməsin! Qul itaət və yaxşılıqla mələyə ikram edərsə mələk ona xeyirlə dua edər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizinlə birlikdə ayaq yoluna girdiyiniz vaxt ilə cima halından başqa ayrılmayan mələklər vardır. Onlardan həya edən və onlara hörmət edir»222. Allahda bizim diqqətimizi bu ayəyə yönəldərək buyurur: «Sizin üstünüzdə gözətçi mələklər (əməllərinizi) yazan və çox hörmətli mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər». (əl-İnfitar 10-12). Yəni bu dəyərli, şərəfli yazanlardan həya edin və onlara ikram edin. Utanın elə bir şeylər etməkdən ki, onu özünüz kimi bir bəndənin yanında etməkdən utanardınız. Adəm övladının əziyyət çəkdiyi şeylərdən mələklər də əziyyət çəkirlər. İnsan oğlunun qarşısında günah etdikdə, üsyan etdikdə hər nə qədər o, insan özü də bu günahları etsə də bu hərəkətlərdən narahat olur. O, ki qaldı dəyərli və şərəfli mələklərə? Əgər Adəm övladı özü kimi birindən əziyyət çəkirsə mələk necə əziyyət çəkməsin, bir düşün? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Adəm oğullarına əziyyət verən şey mələklərə də əziyyət verir»223.



54. Günahlar bəndəyə həm dünyada, həm də axirətdə həlak vasitələrini cəlb edir. Həqiqətən də günahlar qəlblərin xəstəliklərdir. Nə vaxt insanda yerləşdisə öldürür. Bədənin sağlam olması üçün bəndəni qoruyan qida olmalıdır. İnsan sağlam olması üçün bədəninə ziyan olan şeylərdən pəhriz saxlamalıdır. Qəlb də belədir. Onun həyatının tamamlanması üçün iman və saleh əməllərdən ibarət qida lazımdır ki, onun qüvvəsini qorusun, səmimi bir tövbə ilə özündə yerləşən çirkablıqları təmizləsin. Qəlbinin sağlamlığına zidd olanlara qarşı pəhriz saxlamalıdır. Təqva isə bu üç şeyi özündə əhatə edən şeyin adıdır. Nə vaxt ki, bunlardan biri azalarsa təqva da bir o, qədər azalar.

Günahlar da bu üç şeyin üçünə də ziddir. Çünkü günahlar qəlb üçün zərərli maddələri cəlb edir. Şair deyir ki: «Sən öz bədənini pəhrizlə ötəri bir ağrının sənə gəlmək qorxusundan qorudun. Yaxşı olardı ki, sən Allahın qorxusundan günahlardan pəhriz saxlayasan». Əgər bir kimsə Allahın əmrini yerinə yetirərək öz qüvvəsini saxlayarsa (çünki itaət insana güc verir), özündə olan çirkablıqarı itirmək üçün tövbə edərsə artıq o, kimsə bütün xeyirləri yerinə yetirmiş və şərlərdən də çəkinmişdir.



GÜNAHLARIN BƏNDƏYƏ DAXİL OLMASI

«Allah gözlərin xain baxışını və qəlblərin də gizlətdiyini bilir». (Gafir 19). Allah bilir ki, bu baxış ləzzət, yoxsa istehza, yoxsa haram, yoxsa ibrət baxışıdır. İlk əvvəl gözün naməhrəmdən çevrilməsi əmr edildi. Çünki bütün hadisələrin başı gözdəndir. Necə ki, böyük odun əsası qığılcımdan-dır. İşlərin də əsası gözdəndir. Buna görə də deyilmişdir ki, kim bu dörd şeyi qoruyarsa baxış, fikir, addım və dili o, kimsə dinini qorumuşdur. Buna görə də insan bu postlarda möhkəm durmalıdır.

Hər bir bəndəyə vacibdir ki, o dörd qapının keşikçisi olsun. Düşmənin o, qapılardan içəri girməsinə imkan verməsin. Əgər o, qapıdan düşmən girərsə içəridə olan hər bir şeyi məhv edər. Günahların çoxu bəndəyə əsasən bu dörd qapıdan daxil olur. 1. Baxış. 2. Fikirlər. 3. Sözlər. 4. Addımlar.



Baxışlar Şəhvətin başı və elçisidir. Baxışı qorumaq ayıb yeri qorumağın əsasıdır. Əgər bir kimsə baxışını buraxarsa özünü həlaka salmışdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «(Təsadüfü) bir nəzərin ardıyca nəzər salma. Çünki birincisi sənin lehinə, ikincisi isə sənin əleyhinədir»224. Bəzi dini ələ salanlar deyirlər: «Əgər sən gözünü qırpmadan baxa bilərsənsə bu birinci baxışdır». Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Baxış İblisin zəhərli oxlarından biridir. Əgər bir kimsə baxışını qadının gözəlliklərindən çevirərsə Allah onun qəlbinə qiyamətə qədər şirinlik qoyar»225. Əbu Səid əl-Xudri - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Yolların (kənarında) oturmaqdan çəkinin». Səhabələr: «Ya Rəsulullah! Biz bunu etməyə məcburuq. Çünki burada yığışaraq (bir çox işlərimizi) həll edirik» dedik. Peyğəmbər: «Əgər oturmağınız mütləqdirsə onda yolun haqqını ödəyin» deyə buyurdu. Səhabələr: «Yolun haqqı nədir?» dedilər. Peyğəmbər: «(Gözü) haramdan çəkmək, (gəlib-gedənlərə) əziyyət verməmək, salamı almaq və yaxşılığı əmr edib, pislikdən çəkindirmək (Başqa rəvayətdə: Gözəl söz danışmaq)» deyə buyurdu226. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm eyvanlarda oturmağı qadağan etdi. Səhabələr: «Ey Allahın Rəsulu! Evlərimizdə oturmaq bizi sıxır» dedilər. Peyğəmbər: «Əgər oturmağınız mütləqdirsə onda onun haqqını ödəyin» deyə buyurdu. Səhabələr: «Onun haqqı nədir?» dedilər. Peyğəmbər: «Soruşana yol göstərmək, (gözü) haramdan çəkmək, salamı almaq, yaxşılığı əmr edib, pislikdən çəkindirmək» deyə buyurdu227. «Allah gözlərin xain baxışını və qəlblərin də gizlətdiyini bilir». (Gafir 19). Baxış insana gələn müsibətin əsasıdır. Baxış insanda xəyal yaradır, sonra xəyal fikirlər, fikirlər şəhvətə, şəhvət də iradəyə, sonra güclənərək qətiyyətə çevrilir ki, onda da qarşısı alınmazsa əməl qaçılmaz olur. Gözü haramdan çevirməyə səbr etmək baxdıqdan sonra yaranan ağrıya səbr etməkdən daha xəfifdır. Şair deyir ki: «Hadisələrin başı baxışdandır. Odun çoxu da balaca qığılcımdandır». İnsanın baxışı o, zəhərli ox yerindədir. İnsan nə qədər başqalarına baxarsa o, kimsə təhlükə üzərindədir.

Baxış insanda həsrət, ağrılar, yanğılar yaradır. Bu da baxışın bəlalarındandır. Bəndə özünün qadir ola bilməyəcəyi və səbr edə bilməyəcəyi şeylərə baxır. Bu da ən böyük ağrıdır. Şair deyir ki: «Sən nə vaxt gözünü buraxırsansa və o, mənzərələr (baxdığın şeylər) səni yorar. Baxdığın şeyə isə nə qadir (əldə edən) deyilsən, nə də səbrin çatır».

Neçə baxışlar var ki, gözünü çevirmədən qulu ölü olaraq yerə sərər. Neçə belə insanlar vardır ki, gözlərini harama buraxaraq sonra çətin bir hala düşmüşlər. Şair deyir ki: «Ey o baxışlar! Baxışları sonsuz, baxarkən ölü olaraq yerə sərilən. Mənim də bir neçə beytim vardır: Salamat olmaqdan bezərək baxışlarını baxmağa davam edər. Nəhayət baxışlar arasında cansız yerə sərilər». Qəribə də burasıdır ki, baxanın baxışı bir oxdur. Hətta ona çatmazdan əvvəl baxanın qəlbində yer hazırlayır. Şair deyir ki: «Ey baxış oxlarını məharətlə atan, atdığınla ölən sənsən, elə isə vurma. Ey şəfa axtaran, baxışlar göndərən, elçini tut ki, sənə həlak gətirməsin». Bundan da daha qəribəsi baxış qəlbi yaralayır. Yaranın üstünə yara gətirir. Əgər baxışı davam edərsə bu da yaranı daha da dərinləşdirər. Ağrının üstündən ağrı gətirər. Şair deyir ki: «Hər gözəlin ardıyca baxmağa davam etdin. Bu yaranın dərmanıdır dedin. O, isə yara üzərinə bir yaradır». İnsanın baxışını həbs etməsi həsrətin davamlılığından daha yüngüldür.

Fikirlər Ağla gələn duyğu və düşüncələr. Bu fikirlərində şəni olduqca çətindir. Fikirlər xeyirin və şərrin başlanğıcıdır. Elə buradan da istək, iradə, qətiyyət yaranır. Əgər kimsə fikirlərinə sahib olarsa nəfsinin yüyəninə malik olar və nəfsini boğar. Kimin fikirləri özünə qalib gələrsə onda nəfsi ona qalib gələr. Kim bu fikirlərə səhlənkar yanaşarsa istər-istəməz bu fikirlər onu həlaka aparar. Bu fikirlər o, qədər davam edər ki, boş xülyalara çevrilər. «Kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O, öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. Allah da onun cəzasını verər. Allah tezliklə haqq-hesab çəkəndir». (ən-Nur 39). Himmə və nəfs tərəfdən insanların ən alçağı bu yalançı arzuların haqq olması ilə razı qalanları və onunla bəzənənlərdir. Belə bir arzular tənbəllərin ticarətidir, müflislərin mallarının əsas hissəsidir. Bu da boş qəlbin azuqəsidir. Qəlb belə bir xülyalarla doludur. Bu insana ən zərərli bir şeydir. Bu da acizlikdən və tənbəlikdən ortaya çıxır. İnsanda səhlənkarlıq, həsrət və peşmançılıq yaradır. O, arzulara çatmadığına görə fikirləri qəlbinə salır və onun surətini yaradır. Bunun da ona heç bir faydası yoxdur. Necə ki, ac və susuz bir insanın ağlında yeməyin və içməyin surətini yaratdığı kimi. Amma həqiqətdə isə nə yeyir, nə də içir. İnsanın belə bir şeylə razılaşması və aldanması o nəfsin alçaq və aşağı olmasını bildirir. Nəfsin isə təmizliyi, paklığı, yüksəkliyi yalnız həqiqəti olmayan hər bir fikri uzaqlaşdırmaq-dadır. İnsan belə bir fikirlərin özündə olması ilə razılaşmamalıdır.

Ağla gələn bu fikirlər dörd təməl üzərində dövran edirlər: Birinci - O, fikirlər ki, onların dünyəvi mənfəəti vardır. Ikinci - O, fikirlər ki, dünyəvi zərərləri uzaqlaşdırır. Üçüncü - Axirət məsləhəti olan fikirlər. Dördüncü - Axirət zərərlərini dəf etmək üçün olan fikirlər. İnsan bütün fikirlərini, dərdini bu dörd şeyə həsr etməlidir. İnsan daha mühüm olan fikri götürməlidir, mühüm olmayanı isə geri salmalıdır.



Mühüm Və Mühüm Olmayan Fikirlər - Bunu da bilmək üçün insana ağıl və fiqh lazımdır. Qazanan insanlar da elə bundan qazanmışlar, uduzanlar da elə bu tərəfdən uduzmuşlar. Görürsən ki, nə qədər insanlar vardır ki, mühüm olmayanı mühüm olandan üstün tutaraq zəlalətə düşmüşlər. Belə bir iş baş verdikdə insan daha mühüm olanı önə keçirməli və ya iki pis bir iş varsa onlardan daha yüngül olanını götürərək digərindən qurtulmalıdır. Onda sən daha böyük xeyir əldə etmiş olarsan. Bu da şəriətdə bilinən bir qaydadır ki, iki zərərli işdən daha yüngül olanı və ya iki xeyirli işdən daha xeyirli olan götrülür. Bunun üçün də insana ağıl və fiqh lazımdır. Fikirlərin ən ucası Allah və axirət həyatı üçün olan fikirlərdir. Allah üçün olan fikir və düşüncə beş qismdir: Birinci - Allah üçün olan fikirlərdən ən öncə nazil olan ayələr barəsində fikirləşmək, onları dərk etmək, bunlarla qəsd olunanı başa düşmək. Allah ayələri elə dərk etmək və başa düşmək üçün nazil etmişdir. Yoxsa sadəcə oxumaq üçün deyildir. Oxumaq ayələri başa düşmək üçün vasitədir. Sələflər deyirlər ki: «Allah Quranı nazil etmişdir ki, onunla əməl edilsin. Buna görə də onun tilavətini əmələ çevirin». Ikinci Allahın görülən ayətlərini düşünmək, onlardan ibrət almaq və onlarla Allahın İsimləri, sifətləri, hikməti, ehsanı çatmaq. Allah ayətləri haqqında düşünməyə, incələməyə və onları başa düşməyə təşviq etmiş, onlardan qafil qalanları isə qınamışdır. Üçüncü - Allahın nemətini, ehsanını, yaratdıqlarına verdiyi nemətləri və məğfirətini, rəhmətinin və elminin genişliyini təfəkkür edib fikirləşmək. Bu sadaladığımız üç qism düşüncə qəlbdə Allahı tanımağı, sevməyi, ondan qorxmağı və ümüd etməyi yaradır. Bu kimi fikrləşmək olduqca mənfəətlidir. Dördüncü Əməlin eyiblərini, qüsurlarını düşünmək. Bu düşüncənin faydası çoxdur. Bu da hər bir xeyirin qapısıdır. Həmçinin bunun pisliyi əmr edən nəfsə qalib gəlməyə böyük təsiri vardır. Nə vaxt ki, pisliyi əmr edən nəfs sındırılarsa onda Mutmain nəfs yaşayar. Hökm Mutmain nəfsin əlinə keçər və qəlb yaşayar. Onun sözü öz məmləkətində keçərli olar və öz qoşunlarını xeyirli işlərə yönəldər. Beşinci - Vaxtın mühümlüyü barəsində fikirləşmək və bütün bu fikirləri vaxta yönəltmək. Arif o, insandır ki, vaxtının adamı olar. Əgər vaxtı zay edərsə bütün xeyirləri zay olar. Bütün xeyirlər vaxtdan irəli gəlir. Əgər insan vaxtı zay edərsə onu geri qaytara bilməz. Gündəlik əməllər barəsində fikirləşmək. Peyğəmbər sallallahu aleyhi və səlləm Allaha sığınardı – Min Əl Həmmi Vəl Həzəni. Həmm İnsanı gələcəkdə qorxudan fikirlər. Həzəni Keçmişdə qoyduğu şeylərə görə kədərlənmək. İmam Şafii rahmətullahi aleyhi deyir ki: «Mən sufilərlə yoldaşlıq etdim. Onlardan iki şey öyrəndim. Vaxt qılıncdır. Əgər sən onu kəsməsən o, səni kəsər. Həmçinin sən nəfsini haqla məşğul etməsən nəfsin səni batillə məşğul edər (itaətlə məşğul etməsən, səni günahla məşğul edər)». İnsanın ömrü onun vaxtıdır. Əbədi nemət içində olmaq üçün həyatının əsasıdır. Həmçinin də əzab içində yaşamaq üçün də həyatının əsasıdır. Vaxt sürətlə keçir. Hansı hissəsini Allah üçün yaşayıbsa o, da onun həyatı sayılır. Bundan qeyri olanı isə onun həyatından sayılmır. Hətta o, vaxt yaşasa da heyvan kimi yaşamış olur. Əgər o, vaxtını qəflətdə, şəhvətdə, kefdə keçirdisə belə bir kimsənin ölməsi yaşamasından xeyirlidir. Əgər insana namazından dərk edərək qıldığı hissəsi çatırsa, həmçinin ömründən də ona çatan Allahla olan hissəsidir. Bundan qeyrisi ya şeytandandır, ya da xüylalar və xəyallardır. Bundan qeyri fikirlər sərxoşların, xülyalar və vəsvəsələr içində olanların fikirləridir. Hər bir insanın ağlına belə bir fikirlər gəlir. Onlar zərər vermir o, vaxta qədər ki, onlar haqqında danışmadıqca və onları çağırmadıqca. Ağla gələn fikir yoldan keçən birisi kimidir. Əgər yoldan keçəni danışdırmasan və ya çağırmasan o, kimsə keçib gedəcəkdir. Əgər onu çağırsan səni söhbəti ilə sehirləyər. Bu boş və adi nəfs üçün çox xəfif, şərəfli və uca nəfs üçün isə çox ağır bir şeydir. Artıq Allah insanda iki Nəfsi Əmmarə ilə Nəfsi Mutmaini yerləşdirmişdir. Bunlar da bir-birilərinə qarşı düşməndirlər. Birinə ağır gələn digərinə yüngül, birinə ləzzət verən şey digərinə əziyyət verir. Əmmarə nəfs üçün Allaha ibadət etməkdən ağır gələn bir şey yoxdur. Mutmain nəfs üçün isə ağır gələn Allahdan qeyrisinə əməl etmək və nəfsi istəklərə icabət etməkdir. Arxayın nəfs üçün bundan zərərli bir şey yoxdur. Həmçinin də mələk Mutmain nəfs ilə birlikdə qəlbin sağ tərəfində, şeytan isə Əmmarə nəfslə qəlbin sol tərəfində oturmuşlar. Onlar arasında ölüm gələnə qədər döyüş davam edir. Batil şeytan və nəfsi əmmarə tərəfdə yer alarkən, haqq da qəlbin və nəfsi mutmain tərəfdə yer alar. Döyüş fərqlidir. Zamana və vaxta görə dəyişər. Qələbə səbrlə bərabərdir. Hər kim səbr edər, keşik çəkər, ayıq olar və Allaha sığınarsa dünya və axirətdə xeyirli sonluq onun olar. Allah dəyişməyən bir hökm olaraq bunu buyurmuşdur: «Xeyirli sonluq Müttəqilərindir». Amin!

Sözlər İnsanın ağzından zay kəlimə, sözlər çıxmamalıdır. O, danışdığı zaman dinində fayda olacaq bir şeyi danışsın. Danışmaq istədikdə baxsın və fikirləşsin ki, bu sözlərdə qazanc və fayda varmı? Görsə ki, bu sözlərdə heç bir fayda yoxdur onda susmağı daha məsləhət-lidir. Hətta görsə ki, bu danışmaqda fayda vardır yenə də tələsməsin fikirləşsin ki, bu danışdığından da faydalı və xeyirli söz varmı? Bu sözü söyləməklə daha faydalısını qaçırmasın. Əgər sən qəlbdə olanı bilmək istəyirsənsə bunu dilin hərəkəti ilə bilə bilərsən. Çünki dil qəlbdə olanı bildirir sahibi bunu istəsə də, istəməsə də belə. Yəhya b. Muaz rahmətullahi aleyhi deyir ki: «Qəlblər qazan kimidir. Qazan da içində olanlarla qaynayır. Dillər isə çömçədir. O, qabdan götürmək üçün. Bax bir kimsəyə ki, danışdığı zaman dili qəlbindən götürür. İstər turş olsun, istər şirin, istərsə də acı. Onun dilinin götürdüyü qəlbindəkinin tamını sənə bəyan edir. Necə ki, sən öz dilinlə qazanda olan yeməyin tamını və dadını bildiyin kimi. Həmçinin də insanın qəlbindəkini onun dilindən bilirsən. Sən onun qəlbində olanı dilindən dadırsan. Ənəs - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanın qəlbi düzəlmədikcə imanı düzəlməz. Dili düzəlmədikcə qəlbi də düzəlməz»228. Səhl b. Sad radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim iki çənəsi ilə ayaqlarının arasındakını mənə zəmanət verərsə, mən də ona Cənnəti zəmanət verərəm»229. Muaz b. Cəbəl radıyallahu anhu rəvayət edir ki, mən: «Ey Allahın Rəsulu, mənə məni Cənnətə aparan və Cəhənnəmdən uzaqlaşdıran bir əməl haqqında danış». Pəyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sən çox əzəmətli bir şey haqqında soruşdun. Bununla belə Allahın asanlaşdırdığı kimsə üçün bu şübhəsiz ki, çox asandır. Allaha, heç bir şeyi şərik qoşmadan ibadət et, namaz qıl, zəkat ver, Ramazan orucunu tut və Kəbəni həcc et». Sonra (Peyğəmbər) buyurdu: «Sənə xeyrin qapılarnı göstərimmi? Oruc bir qalxandır, sədəqə su odu söndürdüyü kimi günahları söndürür. Bir də kişinin gecə yarısı qıldığı namazı». Sonra bu ayənı oxudu: «Onlar ibadət üçün yataqlarından qalxar. Heç kəs bilməz». (əs-Səcdə 16-17). Sonra buyurdu: «Sənə hər bir seyin əsasından, dirəyindən və zirvəsindən xəbər verimmi?» Mən dedim: «Bəli, ey Allahın Rəsulu!». O, buyurdu: «Hər bir işin başı İslamdır, dirəyi namazdır, zirvəsi isə Cihaddır». Sənə bunlara nə ilə nail olmağı deyimmi? Mən də: «Bəli, ey Allahın Rəsulu!» dedikdə dilini tutub buyurdu: «Buna lazımınca sahib ol! Mən dedim: «Ey Allahın Rəsulu! Biz dediyimiz sözlərə görə sorğu-sual olunacağıq?» (Peyğəmbər) buyurdu: «Qoy anan səndən məhrum olsun! İnsanları üzü üstə və ya burunları üstə Cəhənnəmə (sürükləyən) salan dillərindən başqa bir şeydirmi?»230.

Qəribə olan burasıdır ki, insana haram olan şeylərdən zülm, oğurluq, içki içmək, haram yeməkdən, içməkdən, zinadan çəkinmək asan olur. Lakin dilini qorumaq ona çətin olur. Görürsən ki, neçə-neçə insanlar vardır ki, fahiş əməllərdən uzaqlaşa bilir, lakin dili ölülərin və dirilərin namusunda gəzir. Dediklərinə də məhəl qoymur. Hətta zahidlik və ibadətdə barmaqla göstərilən insanı görürsən ki, Allahın qəzəbinə səbəb olan sözü heç əhəmiyyət vermədən danışır və bir tək kəliməyə görə Allahın rəhmətindən arası məşriq ilə məğrib qədər bir məsafədə uzaq düşür. Ənəs radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm – in səhabələrindən bir kimsə vəfat etmişdi. Bu vaxt bir nəfər: «Cənnətlə sevinsin» dedi. Peyğəmbər: «Nə bilirsən, bəlkə bu kimsə ona aid olmayan lazımsız sözlər söyləmiş və ya ona fayda verəcək şeylərdə xərcləməmiş və simiclik etmişdir» deyə buyurdu231. Döyüşlərin birində (Uhud döyüşündə) bir qadın öz ölmüş oğlunu axtararaq tapır. Qarnında aclıqdan daş bağlanmış halda. Ana övladını bağrına basaraq ağlayır: «Ey oğlum! Xoş halına sənin». Peyğəmbər: «Sən nə bilirsən ki, o Cənnətlikdir. Ola bilər ki, o kimsə özünə aid olmayan şeylər barəsində danışırdı və zərər verməyən şeyi xərcləmirdi» deyə buyurur232. Əbu Səid əl-Xudri radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm – buyurdu: «Adəm oğlu hər səhər yuxusundan oyandıqda bütün bədən üzvüləri dilə deyərlər. Bizə görə Allahdan qorx. Həqiqətən də biz səndən aslıyıq. Əgər sən düz dursan biz də düz olarıq. Yox əgər sən əyilsən biz də əyilərik»233. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim Allaha və axirət gününə iman gətirirsə ya xeyir söz danışsın, ya da sussun»234. Hətta Sələflər adi sözlərin danışmaqda da çəkinərdilər. Sələflərdən biri yuxuda görür ki, onun (isti gün, soyuq gün sözləri) barəsində soruşurlar. Mən dediyim bir sözə görə saxlanılmışdır. Demişdim ki: «İnsanların yağışa nə qədər ehtiyacı vardır». Mənə deyildi ki: «Sən haradan bilirsən? Bəndələrimin xeyirini, məsləhətini mən daha yaxşı bilirəm».

Hər bir kəliməni yüyənləmək lazımdır. Bəndə üçün ən zərərli olan da dilidir. Sələflər və Xələflər ixtilaf ediblər ki: «İnsanın danışdığı hər bir şey yazılır, yoxsa xeyir və şərr olan sözlər. Daha səhih olan insanın danışdığı hər bir kəlimə qeydə alınır. Sələflər deyirlər ki: «İnsanın danışdığı hər bir şey onun əleyhinədir. Yalnız zikr və zikrlə bağlı olan şeylərdən başqa». Əbu Bəkr dilini tutar və deyərdi: «Məni həlak yerlərinə sürükləyən budur, danışılan söz sənin əsrindir nə qədər ki, sənin ağzındadır. Elə ki, ağızdan çıxdı sən oldun onun qulu. Allah hər danışanın dilinin yanındadır».

Dilin iki bəlası vardır ki, əgər insan bunların birindən qurtularsa digərindən qurtulmaz. Birinci - Susmaq bəlasıdır ki, haqdan susan. Haqqı söyləməyən lal şeytan adlanır. Ikinci - Danışmaq bəlasıdır. Batil, boş şeylər danışan (danışan) şeytandır. İnsan iki tərəfli hücumdadır. Azanların çoxu da bu iki qapıdan azmışlar. Ortada olanlar da vardır ki, onlar düzgün yol sahibləridirlər. Onlar dillərini batildən, boş və faydasız şeylərdən qoruyarlar. Axirətlərində fayda verməyən şeylər barəsində danışmazlar. Sən onları zay və mənfəətsiz danışan görməzsən. Bir bəndə Qiyamət günü dağlar boyda savabla gələr və görər ki, dili bu qədər həsənətləri dağıtmış və bir kimsədə Qiyamət günü dağlar boyda günahlarla gələr və görər ki, (Allahı çox zikr etdiyənə görə) dili bu qədər günahları dağıtmışdır.



Addımlar İnsan addımını yalnız savab umduğu yerə atmalıdır. Əgər onun addımında savab olmazsa oturmağı onun üçün daha xeyirlidir. İnsan atdığı hər bir addımını ibadət niyyətinə çevirərək savab qazana bilər. Məscidə gedərkən atılan hər bir sağ addıma görə bəndə savav qazanır və dərəcələri artır, atılan hər bir sol addıma görə isə onun günahları tökülür. «Rəhmanın bəndələri o, kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları zaman onlarla gözəl, yumşaq danışarlar». (əl-Furqan 63). Allah onların həm yerimələrini, həm də danışmaqlarını zikr etdi. Allah onların həm sözlərdə, həm də addımlarda düzgün olduqlarını qeyd etdi. Başqa bir ayədə isə baxmaqla fikirləri bir yerdə zikr edir. «Allah gözlərin xain baxışını və qəlblərin də gizlətdiyini bilir». (Gafir 19). Günahları insana daxil olması da bu iki ayədən götrülmüşdür.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə