2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə17/46
tarix29.01.2018
ölçüsü4,25 Mb.
#22623
1   ...   13   14   15   16   17   18   19   20   ...   46

ŞİRK


Şirk və Şirkət kəlimələri iki varlığın bir yerə gəlməsi, ortaq olması, birinin digəriylə birləşməsi mənasına gəlir. Allaha şirk qoşmaq Ona mülkündə və ya ibadətdə ortaq olan bir varlığın olduğunu qəbul etmək mənasına gəlir. Bunu edən isə müşrik adlanır414.

«Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz. Lakin istədiyi şəxsə bundan başqa olan günahlarını bağışlayar. Allaha şərik qoşan şəxs əlbəttə ki, böyük günah etmişdir». (ən-Nisa 72). Bu ayədən aydın olur ki, şirk ən böyük günahdır. Uca Allah bildirir ki, O tövbə etməyənlərə şirki bağışlamır. «Allaha şərik qoşana Allah Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur». (əl-Maidə 72). «Allah ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar. Allaha şərik qoşan şübhəsiz ki, çox azmışdır». (ən-Nisa 116). Allaha şirk qoşaraq ölən kimsə əbədi olaraq Cəhənnəmdə qalacaqdır. «Şübhəsiz ki, Kitab əhli və müşriklərdən kafir olanlar Cəhənnəm atəşində əbədi olaraq qalacaqlar. Onlar insanların ən şərliləridirlər». (əl-Bəyyinə 6). Bu haramların ən böyüyüdür. Şirk Allaha zatında, sifətlərində, hökmündə, ibadət və mülkündə şəriki, ortağı olduğuna inanmaq və bunu mənimsəməkdir. Buna görə də Allah yanında dəyəri müqayisə edilməyəcək qədər böyük olan şirkdən qorxmalı, çünkü bu ən murdar və qəddar haqsızlıqdır, aləmlərin Rəbbinin haqqını itirməkdir. Ona müraciət etməli olduqları halda başqasını Onunla eyniləşdirərək Ona şərik qoşurlar. İmanın ziddi küfr olduğu kimi, şirkin də ziddi Tövhiddir. «Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun! Sonra kafir olanlar yenə də öz Rəbbinə tay tutarlar». (əl-Ənam 1). «Məgər heç bir şeyi yaratmağa qadir olmayıb özləri yaradılanımı şərik qoşarlar? Halbuki bu bütlər nə onlara, nə də özlərinə bir kömək edə bilər». (əl-Əraf 191,192). Ən pis bənzətmək də gücsüz və kasıbı, zənginə və hər şeyə qadirə bənzətməkdir. İbrahim əleyhissəlam dua edərək: «Məni və övladlarımı bütlərə tapınmaqdan uzaq elə!». (İbrahim 35). Əgər möminlərin imamı və Allahın sevimlisi şirkə düşməkdən qorxurdusa deməli bütün müsəlmanlar Onun qarşısında qorxu hissi keçirməlidirlər. Bundan sonra kim əmin ola bilər. Muaz b. Cəbəl - radıyallahu anhu rəvayət edir ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə yol gedərkən ulağa minib məni də tərkinə almışdır. O, mənə dedi: «Ey Muaz, bilirsənmi Allahın öz bəndələri və bəndələrin Allah üzərində haqqı nədir?». Muaz: «Onu Allah və Rəsulu daha yaxşı bilir» dedim. Peyğəmbər: «Allahın bəndələr üzərində haqqı odur ki, onlar Ona itaət etsinlər və Ona heç bir şeyi şərik qoşmasınlar. Bəndələrin Allah üzərində haqqı odur ki, Ona heç bir şeyi şərik qoşmayana əzab verməsin» deyə buyurdu. Muaz: «Ya Rəsulullah! Bu şad xəbəri insanlara çatdırımmı?» dedim. Peyğəmbər: «Xeyr, onlar bu müjdəyə arxayın olub yaxşı işlərdən uzaqlaşarlar»415. Ənəs - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in belə buyurduğunu eşitdim: «Allah subhənəhu və təalə - buyurdu: «Ey Adəm oğlu! Nə qədər ki, sən Mənə dua edib Məndən bağışlanma diləsən, Mən sənin nələr etdiyinə baxmadan səni bağışlayaram. Ey Adəm oğlu! Əğər sənin günahların göylərə qədər çatsa və sonra sən Məndən bağışlanma diləsən, Mən sənin günahlarını bağışlayaram. Ey Adəm oğlu! Əğər sən Mənim hüzuruma yerüzü dolusu qədər günahlarla gəlsən və Mənə heç bir şeyi şərik qoşmasan Mən də sənə yerüzu qədər bağışlanma verərəm»416. İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim Allahla yanaşı başqa birisinə dua edərək ölərsə Cəhənnəmə düşər»417. Cabir - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim Allahın hüzuruna Ona heç bir şeyi şərik qoşmadan gedərsə Cənnətə düşər (Başqa rəvayətdə: Allaha şərik qoşmadan ölən), kim də Ona hər hansı bir şeyi şərik qoşaraq Onun hüzuruna gedərsə Cəhənnəmə düşər»418.

əs-Sədi rahmətullahi aleyhi - böyük şirkin tərifini belə vermişdir: «İnsanın hər hansı bir ibadət növünü və ya ibadət sayıla biləcək hər hansı bir şeyi Allahdan başqa bir varlıq üçün etməsidir. Allah və Rəsulunun əmr etdiyi bütün etiqad, söz və əməllərin Allah üçün edilməsi Tövhid, iman və ixlas olaraq adlandırılarkən, bunların Allahdan başqa bir varlıq üçün edilməsinə şirk və küfr deyilir419. Allaha şirk qoşmaq həm əməllərdə, həm də sözlərdə, həm də niyyətlərdə olur. Buna həmçinin əməllərdə, sözlərdə, niyyətlərdə, iradə də şirk də deyilir. Əməllərdə şirkə misal olaraq: Allahdan qeyrisinə səcdə etmək, Allahın evindən başqa evi təvaf etmək, Allahdan qeyrisinə qurban kəsmək və s. Sözlərdə şirkə misal olaraq: Allahdan qeyrisinə dua etmək və s. Niyyətlərdə şirkə gəlincə isə: Allahdan qeyrisindən Allahdan qorduğun kimi qorxmaq, Allahdan qeyrisini Allahı sevdiyin kimi sevmək və s.



«Allaha üz tutub Ona şərik qoşmayın. Allaha şərik qoşan göydən yerə düşüb quşların diddiyi, küləklərin sovuraraq apardığı və uzaqlara atdığı kimidir». (əl-Həcc 31). Şirk ən böyük zülmdür. İbn Məsud - radıyallahu anhu rəvayət edir ki: «İman gətirib, imanlarını zülmlə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır». (əl-Ənam 82)-ci ayəsi nazil olduqda bu ayə səhabələrə çox ağır gəldi və onlar dedilər: «Ya Rəsulullah! Bizlərdən kim özünə zülm etmir». Peyğəmbər: «Bu sizin fikirləşdiyiniz deyildir» buyuraraq bu ayəni oxudu: «Bir zaman Loğman oğluna nəsihət verərək demişdir. Oğlum Allaha şərik qoşma. Həqiqətən də şirk ən böyük zülmdür». (Loğman 13)420. «Bu Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldər. Əgər onlar Allaha şərik qoşsaydılar əməlləri puça çıxardı». (əl-Ənam 88). «Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur. Allaha şərik qoşsan bütün əməllərin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan». (əz-Zumər 65). «Müşriklərdən olmayın». (əl-Ənam 14, Yunus 105, əl-Qəsəs 87). Əbu Bəkrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizə böyük günahların ən böyüyündən xəbər verimmi? deyib bu sözü üç dəfə təkrar etdi. Səhabələr: «Bəli, ya Rəsulallah!» dedilər. Peyğəmbər: «Allaha şərik qoşmaq və ana-ataya üsyan etmək» deyə buyurdu. Peyğəmbər sallallahu aleyhi və səlləm uzanmış halda durub oturdu və: «Yalan söz, yalan şahidlik! deyə bu sözləri o, qədər təkrar etdi ki, (öz-özümə) kaş ki, susaydı dedim421. Abdullah - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dən Allah qatında hansı günahın böyük olması haqda soruşdum? O: «Səni yaratmış olduğu halda Allaha şərik qoşmaqdır» deyə buyurdu. Sonra hansıdır? O: «Sənin yeməyinə şərik olmasın deyə öz uşağını öldürməkdir» deyə buyurdu. Sonra hansıdır? O: «Qonşunun xanımı ilə zina etməkdir» deyə buyurdu və Allah bu ayələri nazil etdi: «Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməzlər, zina etməzlər. Hər kəs bunu etsə cəzasını çəkər». (əl-Furqan 68)422. «Kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini biz verəcəyik». (əl-Ənam 152). Ənəs - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm böyük günahlar haqqında buyurdu: «Allaha şərik qoşmaq, ana-ataya əziyyət vermək, adam öldürmək və yalan danışmaq (yalan şahidlik)»423. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Özünüzü yeddi həlak edici günahdan qoruyun». Səhabələr: «Ya Rəsulullah! Onlar hansılardır?» deyə soruşdular. Peyğəmbər: «Allaha şərik qoşmaq, sehrlə məşğul olmaq, haqqı olmadan Allahın haram etdiyi insanı öldürmək, sələm (faiz) almaq, yetim malını yemək, döyüş günü meydandan qaçmaq, ismətli, namuslu qadınları namussuzluqda ittiham edərək böhtan atmaq»424.
RİYA

Riya Raə sözündən götürülüb göstərmək deməkdir. Şəriətdə isə hər hansı bir əməli insanlara göstərmək və eşitdirmək üçün etmək deməkdir. Həmçinin xəbər yayılsın və insanlar onun haqqında danışsınlar deyə bir iş görən də kiçik şirkə düşmüş olur. Hətta bəzi alimlər qeyd edirlər ki, riya insanda çox olarsa bu böyük şirkə də apara bilər. Bu kimsə bilir ki, Allahdan başqa ibadətə layiq haqq İlah, Ondan başqa xeyir verən, zərər verən, öldürən, dirildən və s yoxdur. Lakin o, öz müamələsində və etdiyi ibadətində xalis Allaha yönəlmir. Görürsən ki, bəzən nəfsi üçün pay ayırır, bəzən də etdiyi əməli dünyanı tələb etmək, rəhbərlik, dərəcə və insanlar qatında şöhrətə nail olmaq üçün edir. Əməlində həm Allah üçün, həm nəfsi istəyi üçün, həm şeytanı və insanlar üçün də pay vardır. Bu da ibadətdə şirkdir. Bu da insanların çoxsunun halıdır. Buna görə də görürsən ki, bir əməldə bir neçə pay vardır. Riyanın isə hamısı şirkdir. «Kim Rəbbi ilə qarşılşacağına ümid bəsləyirsə yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kəsi şərik qoşmasın». (əl-Kəhf 110). Uluhiyyətdə tək olduğu üçün ibadətdə də Allah təklənməlidir. Saleh əməl də riyadan uzaq olan və sünnəyə müvafiq olan əməldir. Əgər əməldə riya varsa və ya o əməl sünnəyə uyğun deyilsə saleh əməl sayılmır. Saleh əməlində iki şərti vardır. İxlaslı olması və sünnəyə uyğun olmasıdır. Ömər - radıyallahu anhu dua edərək deyərdi: «Ey Allahım! Sən mənim əməlimin hamısını saleh əməl et və bütün etdiyim əməllərimi də sənin üçün edənlərdən et! Bu əməlimdə heç kimsə üçün bir pay ayırma». Bu ibadətdə olan şirk əməlin savabını yoxa çıxarır. Bəzən də cəzaya layiq görülür əgər etdiyi əməl vacibdirsə. Elə bil ki, o əməli etməyib. Buna görə də əməli etmədiyinə görə cəzaya layiq görülür. Allah əmr etmişdir ki, ibadət xalis Ona olmalıdır. Heç bir şeylə qarışmadan: «Halbuki onlara əmr edilmişdir ki, Allaha dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən İslama dönərək ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!». (əl-Bəyyinə 5). Əgər bir kimsə ibadətində xalis olmazsa (Muxlis) o kimsə əmr olunanı yerinə yetirməmişdir. Elə bil ki, onun etdiyi əməl əmr olunmayan bir şeydir. Ona görə də səhih deyildir və qəbul da olunmur. İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «(İnsanlara) eşitdirmək üçün bir iş görənin əməlini Allah (Qiyamət günü insanlara) eşitdirəcəkdir. Özünü göstərmək üçün bir iş görənin əməlini də Allah (Qiyamət günü insanlara) nümayiş etdirər»425. Cundub b. Abdullah b. Sufyan - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim etdiyi yaxşılığı xalqa eşitdirmək üçün edərsə Allah da Qiyamət günü onu rəzil edər. Kim də riya edərsə Allah da Qiyamət günü onun riyakarlığını xalqın önündə açar»426. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim ki, Allah rizası üçün öyrənilməsi lazım olan bir elmi sırf dünya malını əldə etmək üçün öyərənərsə Qiyamət günü Cənnətin iyini belə almaz»427. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mən özünə şərik qoşulanlardan şərikliyə ən çox ehtiyacı olmayanam. Kim bir əməl etməklə əməlində mənə başqasını şərik qoşarsa onu və şirkini kənarlaşdıraram»428. Əbu Səid - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizin üçün nəyin Məsih Dəccəldən də daha təhlükəli və qorxulu olduğunu xəbər verimmi?». Səhabələr: «Bəli, ya Rəsulullah!» dedilər. O: «Bu gizli şirkdir. Bir adamın namaz qıldıqda başqa birisinin ona baxdığını hiss edincə namazını bəzəyib-düzməsidir»429. Muaz - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Riyanın azı belə şirkdir»430. Fudeyl b. İyad rahmətullahi aleyhi - deyir ki: «Əməllər həm düzgün, həm də səmimi olmayana qədər, səmimi olub düzgün olmayanda və ya düzgün olub səmimi olmayanda qəbul edilmir. Səmimi Allah üçün edilən, düzgün isə Sünnəyə uyğun olandır». Mömin işlərini yalnız Allah üçün etməli, ürəyində insanlardan tərif eşitmək arzusu olmamalıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mən ən çox öz ümmətimdə kiçik şirkdən qorxuram». Səhabələr: «Bu nədir? Ya Rəsulullah» dedilər. Peyğəmbər: «Riya» deyə buyurdu431. «Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələr əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli əzab gözləyir». (Ali İmran 188). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah Qiyamət günü riya edən kimsələrə buyuracaqdır: Kimin üçün çalışmısınızsa (riya etmisinizsə) gedin onların yanına görün sizə nə verirlər»432.
NAMAZI TƏRK EDƏN

Namazı tərk edib, şəhvətlərə uyanların aqibəti Qiyamət günü çox pis olacaqdır. «Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Biz onları Ğəyy dərəsinə atacağıq». (Məryəm 59). «Sizi Cəhənnəmə salan nədir? Biz namaz qılanlardan deyildik». (əl-Mudəssir 42-43). Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kişi (bir rəvayətdə: qul) ilə şirk və küfr arasında namazı tərk etməkdən başqa bir şey yoxdur. Qul onu buraxdığı zaman heç şübhəsiz ki, şirkə (bir rəvayətdə: küfrə) düşmüş olur»433. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Küfr ilə iman arasında namazı buraxmaq vardır»434. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bizim ilə onların arasında əhd namazdır. Kim onu tərk edərsə küfrə (şirkə) düşmüş olar»435. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim namazı bilə-bilə tərk edərsə Allahın himayəsi (rəhməti) onun üzərindən uzaq olar»436. İbn Ömər -radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahdan başqa ibadətə layiq ilah olmadığına və Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət edincəyə, namaz qılıncaya, zəkat verincəyə qədər insanlarla vuruşmağa əmr olundum. Bunu etdilərmi, İslamın haqqı müstəsna olmaqla öz qanlarını və mallarını məndən qorumuş olurlar. Haqq-hesablarını çəkmək isə Allaha aiddir»437. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü insanların əməllərindən ilk hesaba çəkiləcək əməlləri namazlarıdır. Rəbbimiz olan Allah hər bir şeyi gözəl bildiyi halda mələklərə: «Qulumun namazına baxın onu tammı yoxsa əskikmi qılmışdır?» deyə buyurar. Əgər namazı tam isə ona tam olaraq yazılır. Yox əgər ondan bir şey əskiksə: «Qulumun hər hansı bir nafilə namazının olub olmadığına baxın» deyə buyurar. Əgər nafilə namazları varsa: «Qulumun fərz namazlarını nafilələrlə tamamlayınız» deyə buyurar. Daha sonra digər əməlləri də bu şəkildə hesaba alınır»438. Bureydə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim əsr namazını tərk edərsə (buraxarsa) əməlləri boşa gedər»439. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əsr namazını qılmayan kimsə ailəsini və malını itirmiş kimidir»440. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim namazı qəsdən (istəyərək) tərk edərsə ondan Allahın zimməti qalxar»441. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim namazını qoruyarsa Qiyamət günü (namaz) onun üçün bir nur, bir dəlil və bir qurtuluş olar. Hər kim də namazını qorumazsa onun üçün nə bir nur, nə bir dəlil, nə də bir qurtuluş olur. Qiyamət günü isə Qarun, Firon, Haman və Ubey b. Xələf ilə bərabər həşr olunar»442. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bilə-bilə namazını tərk edərsə Allahdan bir şey istəməyə haqqı yoxdur»443. İbn Məsud - radıyallahu anhu – deyir ki: «Kim namazı tərk edibsə onun dinlə heç bir əlaqəsi yoxdur»444. Əli -radıyallahu anhu– deyir ki: «Namaz qılmayan (tərk edən) – kafirdir»445. İbn Abbas - radıyallahu anhu – deyir ki: «Kim bilə-bilə bir namazı belə tərk edərsə (qılmazsa) Allahı qəzəbli halda qarşılayacaqdır»446. İbn Ömər -radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Namazı olmayanın dini yoxdur»447. Əbu Darda - radıyallahu anhu – deyir ki: «Namazı olmayanın imanı yoxdur»448. Ömər - radıyallahu anhu – deyir ki: «Namazı tərk edənin İslamdan nəsibi yoxdur (İbn AbdulBərr – rahmətullahi aleyhi - bu hədisləri alimlər bu cür açıqlamışlar: Belə bir kimsənin İslamdan payı kamil deyildir449450. Ubadə b. Samit - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allaha şərik qoşmayın, namazı da bilərəkdən tərk etməyin. Hər kim bilərək, qəsdən namazı tərk edərsə İslam millətindən çıxmışdır»451. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir fərz namazını qəsdən tərk edərsə Allahın zimməti ondan uzaq olmuşdur. Kimdən də Allahın zimməti uzaq olarsa o kimsə kafirdir»452. Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – bir dənə də səhih hdis yoxdur ki: “Namaz qılmayanı kafir sayımışdır”. Səhih hədislərdə varid olmuşdur ki: “Küfrə düşmüşdür”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ya bir qrup insanlar cümə namazını tərk etməkdən əl çəkəcəklər, ya da Allah onların qəlblərinə elə bir möhür vuracaqdır ki, qafillərdən olarlar»453. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim əhəmiyyət verməyərək (səbəbsiz) üç Cümə namazını tərk edərsə Allah o kimsənin qəlbini möhürləyər»454.

Namazda Olan Qadağalar - Əbu Hureyrə – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Dəstəmazsız namaz qılmayın, Bismilləh demədən dəstəmaz almayın»455. Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Kim dəstəmaz vaxtı üç dəfədən çox bir (əzanı) yuyarsa o, kimsə artıq günah, düşmənçilik və zülm etmişdir!»456. İbn Ömər – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm subaşına çıxmışdı. Bir nəfər gəlib ona salam verdi və o bu salama cavab vermədi»457. Əbu Əyyub əl-Ənsari – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Ayaqyolunda üzünüzü və arxanızı qibləyə yönəltməyin, yalnız şərqə və ya qərbə tərəf yönəldin». Əbu Əyyub rəvayət edir ki: «Biz Şama gəldikdə orada təharətxanaların üzü qibləyə bina edildiyini gördük və Allahdan bağışlanmağımızı diləyərək bacardığımız qədər o təharətxanalardan uzaqlaşdıq»458. Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Kitabın Fatihəsini oxumayanın namazı yoxdur»459. Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Qul namazda sağa-sola baxmadığı müddətdə Allah da ona baxmağa davam edər. Qul namaz qılarkən sağa-sola üzünü çevirərsə Allah da ondan üz çevirər»460. Peyğəmbər - sallallahu aleyhi və səlləm namaz əsnasında üç şeydən çəkindirdi: «Xoruzun yem topladığı kimi namaz qılmağı, köpək oturuşu kimi oturmağı və tülkünün baxdığı kimi sağa-sola baxmağı»461. Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Ruku və Səcdə də qamətini düzəltməyənin namazı yoxdur (namazı səhih deyildir)»462. Əbu Abdullah əl-Əşari – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm məsciddə bir qrup səhabələrlə oturmuşdu. Bir nəfər içəri girib namaza durdu. Ruku etdi və başını əyib qaldıraraq (tez-tez) səcdə etməyə başladı. Peyğəmbər: «Bunu görürsünüzmü? Kim bu cür ölərsə Muhəmmədin dinindən başqa bir din üzərə ölmüş olar. Qarğanın leş diddiyi kimi namazda başını əyib qaldırar, səcdəsini toyuğun yem yediyi kimi bir və ya iki dənə xurma yeyən ac insana bənzər. Bu onun aclığını doydurarmı?» deyə buyurdu463. Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Mən ruku və səcdədə Quran oxumağı sizlərə qadağan etdim. Rukuda Allahı təzim edin, səcdədə isə çox dua edin. Siz cavab almağa layiqsiniz»464. Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Əgər namaz qılanın qarşısından keçən bilsəydi ki, nə qədər böyük günah edir onda dayanardı və qırx gün (il) yerindən tərpənməzdi»465. Zeyd b. Ərqam – radıyallahu anhu rəvayət edir ki: «Biz İslamın əvvəlində namaz əsnasında danışırdıq. Bu hal: «Namazlara, xüsusilə orta namaza (əsr namazına) riayət edin və Allah itaət etmək üçün ayağa qalxın və sükutla namaz qılın». (əl-Bəqərə 238)-ci ayəsi nazil olana qədər davam etdi»466. Peyğəmbər - sallallahu aleyhi və səlləm arxadan saçlarını hörmüş bir kimsə haqqında buyurdu: «Bu adamın halı əlləri arxadan bağlanmış olaraq namaz qılan bir kimsə kimidir. Saçlarının hörülmüş yerləri şeytanın oturduğu yerdir»467. Cabir b. Səmura – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Namaz əsnasında göyə (yuxarı) nəzər salanlar (etdikləri əməldən) çəkinsinlər. Bu işə son qoymalıdırlar, yoxsa onlar görmə qabiliyyətini itirərlər»468. Aişə – radıyallahu anhə rəvayət edir ki: «Mən Peyğəmbər - sallallahu aleyhi və səlləm dən namazda (insanın ora-bura) baxması haqda soruşdum?». O: «Bu namazda olan ixtiləsdir. Şeytan bəndənin namazından oğurlayır» deyə buyurdu469. Əbu Hureyrə – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm əllər beldə namaz qılmağı qadağan etdi»470. Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Səcdədə bədəninizi şax tutun və itin dirsəkləndiyi kimi dirsəklənməyin»471. Aişə – radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm (Təşəhhüdü oxuduğu zaman) şeytan oturuşundan (ayaqları yana çəkib arxanı yerə vurmaq) kimi oturmaqdan çəkindirər və həmçinin heyvan oturuşundan da çəkindirərdi (Səcdə etdikdə dirsəkləri yerə qoymaq)»472. Əbu Hureyrə – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Sizdən biriniz çiynini örtməyən bir paltarda namaz qılmasın»473. İbn Abbas – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Yeddi əza üzərinə səcdə etmək mənə əmr olundu, saçı və paltarı çırmalamaq isə mənə qadağan edildi»474. Aişə – radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Yemək (süfrəyə) gətirildiyi zaman, həmçinin ön və arxadan çıxanı saxlayaraq namaz qılınmamalıdır»475. Əbu Hureyrə – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «İmamdan əvvəl başını qaldıran qorxmur ki, Allah onun başını və ya bədənini uzunqulağın surətinə çevirər»476. Peyğəmbər - sallallahu aleyhi və səlləm qarğa kimi dimdikləməyi (səcdələri tez-tez etmək), heyvan kimi yerə yayılmağı, dəvənin özünə daimi yer seçdiyi kimi məsciddə yer seçməyi qadağan etmişdir»477. Peyğəmbər - sallallahu aleyhi və səlləm dəvə saxlanılan yerlərdə namaz qılmağı, qəbristanlıqda, hamam və murdar yerlərdə namaz qılmağı qadağan etmişdir»478. Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Allah hicabsız479 namaz qılan həddi-buluğa çatmış qadının namazını qəbul etməz»480. Peyğəmbər - sallallahu aleyhi və səlləm namaz əsnasında yeri daş və torpaqdan təmizləməyi də qadağan edərək buyurur: «Əgər bunu etsən bir dəfə et»481. Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Sizdən birinizin namaz qıldıqda yuxusu gələrsə yuxu ondan gedənə qədər uzansın. Həqiqətən sizlərdən kimsə yuxulu namaz qılarsa bilməz Allahdan istiğfar diləyib, yoxsa özünü söyüb (lənətləyib)»482. Aişə – radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Günəş doğacağı və batacağı vaxt namaz qılmayın. Çünki günəş şeytanın buynuzları arasında doğar»483. Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Nə yatanın, nə də danışanların yanında namaz qılma»484. Peyğəmbər - sallallahu aleyhi və səlləm Cümə günü imam xütbə verdiyi vaxt dizləri yığaraq iki əllə tutmağı qadağan edib»485. Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Əgər üç nəfər kənd və ya səhrada bir yerdə cəmaat namazı qılmazsa şeytan onların üzərində hökmüranlıq edər. Buna görə cəmaat namazı tərəfdarı ol. Çünki canavar sürüdən uzaq düşmüş qoyunu yeyər»486. Əbu Hureyrə – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, içimdən elə şeylər keçir ki, odun toplansın, namaz üçün azan verilsin, sonra bir nəfər xalqa imam olaraq namaz qıldırsın və cəmaat (namazını) buraxaraq cəmaata gəlməyənlərin evlərini yandırım»487. Peyğəmbər - sallallahu aleyhi və səlləm işa namazından öncə yatmağı və işa namazından sonra söhbətə dalmağı xoşlamazdı»488. Peyğəmbər - sallallahu aleyhi və səlləm cümə və ya (fərz namazlarından hər hansını) qıldıqdan sonra dərhal qalxaraq nafilə namazını qılmağı qadağan edərək buyurdu: «Cüməni qıldıqdan sonra danışmadıqca və yerini dəyişmədikcə bir namazı digər namaza yapışdırmamağı əmr etdi»489. İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Əgər bir kimsə azanı eşitdikdən sonra səbəb olmadan namaza gəlməzsə onun namazı qəbul olunmaz»490. Əbu Səid əl-Xudri – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm görür ki, səhabələr arxada oturmaq üçün çalışırlar. Onlara: «İrəli gəlin və mənim kimi edin. Sizin arxanızdakılar da sizdən nümunə götürərək (irəli) gəlsinlər. Həqiqətən insanlar arxada oturmağa üstünlük verəcəklər o vaxta qədər ki, Allah da onları geri atacaqdır»491. Əbu Hureyrə – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Kişilər üçün ən gözəl səf birinci, ən pis səf isə axırıncı səfdir. Qadınlar üçün ən yaxşı səf axırıncı, ən pis səff isə birinci səfdir»492. Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Ey Allahın qulları! Ya səflərinizi düzəldirsiniz, ya da Allah üzlərinizi fərqli istiqamətə çevirir (Başqa rəvayətdə: Yoxsa qəlbləriniz ayrılar)»493.
FƏRZ NAMAZLARINI YATIB QALAN VƏ QURANI ÖYRƏNDİKDƏN SONRA ONU OXUMAYAN VƏ ƏMƏL ETMƏYƏN

Səmura b. Cundəb - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm sübh namazını qıldıqdan sonra hər dəfə səhabələrdən soruşardı: «Sizdən yuxu görən varmı?» Görən öz yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər o, bizə buyurdu: «Həqiqətən bu gecə mənim yanıma iki nəfər gəldi və mənim onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra) uzanmış bir adamın yanına çatdıq. Bir də baxdıq ki, bir başqası əlində olan bir daş parçası ilə uzanan adamın üstündə dayanıb, əlində olan daşı uzanan adamın başına vuraraq başını yarır. Daş yuvarlanıb kənara düşür. Həmin adam gedib daşı götürüb yerinə qayıdıncaya qədər uzananın başı əvvəlki (ilk) vəziyyətini alır. Sonra o, yenidən birinci dəfə etdiyini təkrarlayır. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər…Mən onlara: «Bu gecə qəribə mənzərələr gördüm. Bu gördüyüm şeylər nədir?» dedim. Onlar: «İndi sənə onları başa salarıq» dedilər. İlk gördüyün başı daşla yarılan insan Quran oxumağı öyrənmiş lakin onu tərk etmişdir (Quranı oxumaz və əməl etməzdi) və fərz namazlarına yatıb qalardı. Bu da onun Qiyamətə qədər görəcəyi qəbr əzabıdır!»494.



ZƏKAT VERMƏYƏNLƏR

Allah peşman və rüsvay olunacaq gündə, qızıl, gümüş zəkatını verməyənlərin aqibətini belə bəyan edir. «Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün yığdıqları qızıl-gümüş Cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq. Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınızın (əzabını, acısını) dadın! deyiləcəkdir». (ət-Tövbə 34-35). «Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey Qiyamət günü boyunlarına dolaşacaqdır. Göylərin və yerlərin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır». (Ali-İmran 180). «Vay müşriklərin halına! O müşriklər ki, zəkat vermir və axirətə inanmırlar». (Fussilət 6-7). İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bir qövm zəkat malını verməzlərsə onlara səmadan yağış yağması əngəllənər və əgər heyvanlar olmasa, onlara heç bir şəkildə yağış yağmazdı»495. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – dünyasını dəyişdikdən sonra Əbu Bəkr radıyallahu anhu nun xəlifəliyi (dövründə) bir qrup ərəblər (zəkat verməkdən imtina edərək) küfrə girirlər. (Əbu Bəkr radıyallahu anhu onlarla vuruşmağa qərar verdikdə) Ömər: «Sən o, insanlarla necə döyüşə bilərsən ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurmuşdu: «Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına (və Muhəmmədin Allahın Rəsulu olduğuna) şəhadət edincəyə qədər insanlarla vuruşmağa əmr olundum. Bunu etdilərmi, İslamın haqqı müstəsna olmaqla öz qanlarını və mallarını məndən qorumuş olarlar. Haqq-hesablarını çəkmək isə Allaha aiddir»496 dedi. Əbu Bəkr: «Allaha and olsun ki, namaz və zəkatı bir-birindən ayıranlarla vuruşacağam. Çünki zəkat malın haqqıdır. Allaha and olsun ki, onlar Peyğəmbər - sallallahu aleyhi və səlləm ödədikləri bir dəvə yulanını belə məndən əsirgəmiş olsalar bundan ötrü onlarla vuruşacağam» deyə cavab verdi. Ömər: «Vallahi başa düşdüm (gördüm) ki, tək Allah özü Əbu Bəkr radıyallahu anhu nun köksünü onlarla döyüşməyə açmışdır və başa düşdüm ki, doğru olan da elə budur»497. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Allah kimə mal verdiyi halda zəkatını ödəməyəcək olursa, Qiyamət günündə o mal ona gözləri üzərində iki qara nöqtə olan bir ilan şəkilində göstərilir. Bu ilan Qiyamət günü onun boynuna dolanır. Onu çənələri ilə yaxaladıqda: «Mən sənin malınam, mən sənin yığıb gizlətdiyin xəzinənəm». «Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey Qiyamət günü boyunlarına dolaşacaqdır. Göylərin və yerlərin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır». (Ali-İmran 180)»498. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Elə bir dəvə, inək və qoyun sahibi yoxdur ki, onların haqqını verməsin və Qiyamət günü düz və geniş bir ərazidə bu heyvanların ayaqları altına atılaraq onu ayaqları ilə əzər və dişləyərlər. Dəvə sürüsü baş tərəfi üzərindən dişləyib keçdikcə son tərəfi onun üzərinə qayıdar. Bu hal 50 min il olan bir gündə (yəni) qullar arasında veriləcək hökm bitənə qədər (davam edər). Nəhayət ya Cənnətə, ya da Cəhənnəmə gedən yol ona göstərilir”499. Əhnəf b. Qeys - radıyallahu anhu deyir ki, Qureyşlilərdən bir topluluğun yanında oturmuşdum. Saçları, paltarı və görnüşü çox da yaxşı olmayan biri gəldi. Onların başlarının üstündə dayanaraq: «Mal yığıb gizlədənləri Cəhənnəm atəşində qızdırılacaq daşlarla müjdələ. Daha sonra bu qızdırılanlar onların məmə uclarına qoyulacaq, sonra isə çiyinlərinin üst tərəfindən çıxacaqdır. Yenə də qızdırılan daşlar çiyinlərinin üst tərəfindən qoyularaq məmə uclarından çıxacaqdır…»500. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim zəkatı verməkdən qaçırsa mən həm zəkatı, həm də malının yarısını alaram. Çünki bu Allahın haqqıdır»501. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Cəhənnəmə girən ilk üç (insan): Zalım hökmüdar, malından Allahın haqqını verməyən sərvət sahibi, Təkəbbürlü kimsə»502.





Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə