2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə31/46
tarix29.01.2018
ölçüsü4,25 Mb.
#22623
1   ...   27   28   29   30   31   32   33   34   ...   46

HƏSƏD APARMAQ

Haram Olan Həsəd - «Yoxsa onlar Allahın öz nemətlərindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar». (ən-Nisa 54). «Allaha sığınıram həsəd aparanın həsədinin şərrindən». (əl-Fələq 5). «Əgər Allahın nemətlərini saysanız onları sayıb qurtara bilməzsiniz. Həqiqətən Allah bağışlayan və rəhm edəndir». (ən-Nəhl 18). 1. Allah subhənəhu və təalə nin hər hansı bir kimsəyə verdiyi nemətə həsəd aparmaq və onun əldə olunması üçün səy göstərmək. Adəm əleyhissəlam ın övladları olan Habilin Qabilə həsəd apararaq onu öldürməsi. Həmçinin də Yusif əleyhissəlam ın qardaşlarının həsəddən onu quyuya atmaları (qul kimi satmaları)1169. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Həsəddən çəkinin. Həqiqətən də həsəd yaxşı əməlləri atəşin odunu (otu) yandıraraq (kül etdiyi) kimi yandırır»1170.

2. Allahın hər hansı bir kimsəyə verdiyi nemətə həsəd aparmaq və onu əldə etməyi arzulamaq. Aişə - radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Zeynəb b. Cəhş - radıyallahu anhə nin evində olanda bal içərdi1171. Mən Həfsə - radıyallahu anhə ilə məsləhətləşdikdə belə qərara gəldik ki, o hər birimizin yanına gəldikdə ona: «Səndən məğafir1172 iyisi gəlir! Ondan (baldan bir daha) yeməsin?» deyək. Biz ona belə dedikdə o: «Mən bir daha Zeynəb b. Cəhşin evində bal yeməyəcəyəm» deyə buyurdu. Allah da bu ayələri nazil etdi. «Ya Peyğəmbər! Zövcələrinin (səndən) razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi (dünya ləzzətini) niyə özünə haram edirsən» (ət-Təhrim 1)1173.

3. Allahın hər hansı bir insana verdiyi nemətə həsəd aparmaq və onun məhv olmasını arzulamaq. İblisin Adəm əleyhissəlam a olan həsədi, paxıllığı: Allah iblisə: «Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?» deyə buyurdu. İblis: Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın» dedi. Allah buyurdu: «Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaramaz. Oradan çıx, çünki sən alaçağın birisən!». (əl-Əraf 12-13). Yəhudi və Xristianların müsəlmanlara olan həsədi: «Kitab əhlinin bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə təbiətləindəki həsəd (paxıllıq) ucundan sizi iman gətirmiş olduğunuz halda yenidən küfrə sövq etmək istərlər». (əl-Bəqərə 109). Əbul Abbas Səhl b. Sad əs-Səidi - radıyallahu anhu rəvayət edir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm ə dedi: «Ey Allahın Rəsulu! Mənə elə bir əməl öyrət ki, onu etdikdə həm Allah məni sevsin, həm də insanlar məni sevsinlər». (Peyğəmbər) buyurdu: «Dünyada zahid1174 ol, Allah səni sevəcəkdir, insanların əlində olana zahid ol, insanlar da səni sevəcəkdir»1175.

Həsədin Əlamətləri - 1. Səninlə eyni səviyyədə olanın xətalarına sevinmək. 2. Onun tənqid olunmasına sevinmək. 3. Onun haqqında soruşulanda pisləmək. 4. Onun fəzilətindən danışmamaq. 5. Onun hər hansı bir məclisdə iştirak etməməsinə sevinmək. 6. Onun elminin az olduğunu istehza ilə lağa qoymaq. 7. Ona sual verildikdə həsəddən, paxıllıqdan sıxılmaq. 8. Onun dediklərinin səhv olduğunu isbat etməyə çalışmaq. Muaviyə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Əgər müsəlmanların gizli işlərini araşdırsan onları ifsad edərsən və ya ifsad edəcək bir hala gətirərsən»1176. Vasilə b. əl-Əska - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mömin qardaşının başına gələn müsibətə görə sevinməyin. Yoxsa Allah ona rəhmət edib səni bəlaya salar»1177. İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, bir gün bir nəfəri saqqalından şərab damdığı halda yanıma gətirdilər. İbn Məsud: «Biz qüsur (izləməkdən) araşdırmaqdan nəhy edildik. Əgər nə isə bizə agah olarsa onda sözümüzü deyirik»1178. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: «Həsədsiz insan olmur. Lakin alicənab və əxlaqlı olan onu gizlədir. Alçaq və əxlaqsız isə onu biruzə verir»1179.

İcazə Verilən Həsəd (Qibtə) - İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «İki fəzilət sahibindən başqa heç kəsə həsəd (qibtə) caiz deyildir. Onlardan biri Allah tərəfindən bir kimsəyə Quran biliyi verilə və o, da onu gecə və gündüz oxuyar. Digəri isə Allah tərəfindən bir kimsəyə mal-dövlət verilmişdir. O, da onu gecə və gündüz (Allah yolunda) xərcləyər (Başqa rəvayətdə: Allah bir kimsəyə mal və elm vermişdir. O da elmi ilə malından Allah yolunda xərcləyər. Bir başqa adama da elm verildiyi təqdirdə, mal verilməmişdir. O da: «Əgər mənim də bu adam kimi malım olsaydı onun etdiyi əməlinin bənzərini mən də edərdim». Bu iki kimsə əcr baxımından eynidirlər11801181.
NƏMMAMLIQ (SÖZ GƏZDİRMƏK)

«Onlar insanlardan gizlətsələr də Allahdan gizlədə bilməzlər. Onlar Allaha xoş getməyən sözləri ürəklərində tutduqda belə yenə Allah onları bilir. Allah onların etdiklərini biləndir». (ən-Nisa 108). İnsanların birindən digərinə, özünü onlara yaxın göstərmək üçün, insanlar arasında kin-kudurət və düşmənçilik yaratmaq. Əri arvadından ayırmaq məqsədilə söz gəzdirmək və s. «Və həm də itaət etmə hər and içənə, alçağa, qeybət edənə, söz gəzdirənə». (Nun 10,11). Həmmam deyir ki, biz Huzeyfə - radıyallahu anhu ilə birlikdə idik. Bir nəfər: «Bir kişi xəbərləri Osmana çatdırır». Huzeyfə - radıyallahu anhu dedi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Nəmmamlıq edən kimsə Cənnətə girməz»1182. İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm iki qəbrin yanından keçərkən buyurdu: «Onlara qəbrlərində əzab verilir. Onlar bu günahların böyüklüyü haqqında düşünmürdülər. Onlardan biri sidiyiə çıxdıqdan sonra (sidiyin) üstünə sıçramasından özünü qorumazdı. Digəri isə (insanlar arasında) söz gəzdirən idi. Peyğəmbər sallallahu aleyhi və səlləm hər iki qəbrin başına yaş çubuq basdıraraq buyurdu: «Bu çubuqlar quruduqca onların əzabları da yüngülləşəcəkdir»1183. Əsmə b. Yezid - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizə ən xeyirliniz barədə xəbər verimmi?». Səhabələr: «Bəli» deyə cavab verdilər. Peyğəmbər: «O, kəslər ki, onları gördükdə Allah yada düşər! Sizə ən pisiniz barədə xəbər verimmi?». Onlar: «Bəli» deyə cavab verdilər. Peyğəmbər: «Söz gəzdirənlər, dostların arasını vuranlar, bir-birilərindən ayrı olmaqla fəsad törətmək istəyənlərdir»1184. Mücahid rahmətullahi aleyhi - rəvayət edir ki: «Təbbət surəsində keçən: Hammələtəl Hatəb (odun daşıyacaqdır) qəsd edilən Əbu Ləhəbin zövcəsi ara vurmaq üçün insanlar arasında söz aparıb-gətirirdi».

ÖVLİYAULLAHA ƏZİYYƏT VERMƏK

Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim Mənim dostumla düşmənçilik edərsə Mən ona müharibə elan edərəm…»1185. Vəli – əmr olunanı yerinə yetirən, qadağandan çəkinən, təqdir edilənlərə qarşı səbr edən, Allahın sevdiyi və Allahı sevən, Allahdan razı olan kimsədir. «Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər. Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri heç vaxt dəyişməz. Bu ən böyük qurtuluş və uğurdur». (Yunus 62-63). «Allah, Ona inananların dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə şeytandır. Onları nurdan ayırıb zülmətə salarlar. Onlar Cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar». (əl-Bəqərə 257). «Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirən-lərdir. O, kəslər ki, (Allaha) boyun əyərək namaz qılar və zəkat verərlər». (əl-Maidə 55). Amr b. əl-As - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Diqqət edin! Filankəslər mənim dostlarım (vəlilərim) deyildir. Mənim dostlarım Allah və saleh (təqvalı) möminlərdir»1186.


ÖZGƏLƏRİNİN EVİNƏ İCAZƏ OLMADAN BAXMAQ

«Ey iman gətirənlər! Başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Əgər orada heç kəsi tapmasanız sizə icazə verilməyənəcən içəri girməyin. Sizə geri dönün deyilsə, geri dönün». (ən-Nur 27). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Göz (haram olan şeyə) baxmasın deyə izn istəmək vacib buyruldu»1187. Bu günümüzdə binaların yaxınlığından, pəncərələrin üzbəüz olmasından, yuxarı mərtəbələrdə yaşayanlar aşağında yaşayan qonşusunun mənzilinə xəyanətgarcasına istifadə edərək baxırlar. Bu da qonşu haqqını tapdalamaqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim başqasının evinə (mənzilinə) icazə olmadan baxarsa o, kimsənin gözünü çıxarmaq (ev sahibinə) halaldır (Başqa rəvayətdə: O, kimsənin gözünü çıxararlarsa buna görə nə qan bahası verilməli, nə də qisas alınır11881189. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Əgər bir adam sənin evinin icinə baxsa, səndə ona daş atıb gözünü çıxartsan (buna görə) sənə günah yazılmaz»1190. Ənəs - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ayaq üstyə namaz qılırdı. Birdən bir nəfər onun evinə boylandı. Peyğəmbər sallallahu aleyhi və səlləm öz qabından bir ox çıxardıb onun gözünə tərəf yönəltdi»1191. Səhl b. Səd - radıyallahu anhu rəvayət edir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm in qapısındakı dəlikdən içəri baxdı. Peyğəmbər sallallahu aleyhi və səlləm in yanında başını daradığı darağı vardır. Peyğəmbər: «Əgər mənə baxdığını bilsəydim bunu gözünə soxardım (Başqa rəvayətdə: Bədəvi çubuğu gördükdə geri çəkilir. Peyğəmbər: «Əgər çəkilməsəydin gözünü çıxardardım)»1192.
MÜSƏLMANA İTİ BİR ŞEYLƏ İŞARƏ ETMƏK

Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim bir müsəlman qardaşına (qorxutmaq niyyətilə) dəmir silah ilə işarə edərsə doğma qardaşı da olasa belə silahı əlindən buraxana qədər Allahın mələkləri ona lənət edərlər»1193. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizdən biriniz qardaşına silah yönəltməsin. Çünki bilməz şeytan əlindəki silahı çəkər (qardaşını öldürər) və atəşdən bir çuxura düşər»1194. Cabir - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qınından sıyrılmış qılıncı əldən-ələ ötürməyi qadağan etmişdir (bıçağı açıq olaraq ötürməyi)»1195. Əbu Musa - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizdən hər hansı biriniz əlində ox olduğu zaman bir məscid və ya bir bazara girərsə müsəlmanlardan hər hansı birinə oxlardan zərər gəlməsin deyə oxların dəmirlərindən tutsun»1196.


İKİ NƏFƏRİN ÜÇÜNCÜSÜNDƏN GİZLİ DANIŞMALARI

«Şübhəsiz ki, məxfi danışma, pıçıldaşma iman gətirənləri məyus edib kədərləndirmək üçün olan Şeytan əməlindəndir». (əl-Mücadələ 10). İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Üç nəfər bir yerdə olduqları vaxt digər insanlarla birlikdə olmayana qədər iki nəfərin üçüncüdən gizli bir-biriləri ilə danışmaları (pıçıldaşmaları) qadağandır. Çünki bu üçüncüyə pis təsir bağışlayar»1197. Abdullah b. Dinar - radıyallahu anhu rəvayət edir ki, bir gün İbn Ömər - radıyallahu anhu ilə birlikdə Xalid b. Ukbə - radıyallahu anhu nun bazarın yanında yerləşən evində idik. Bir nəfər gəlib İbn Ömər - radıyallahu anhu ilə gizlicə danışmaq istədi. İbn Ömər - radıyallahu anhu nun yanında məndən başqa heç kimsə yox idi. Bu vaxt İbn Ömər - radıyallahu anhu bir nəfəri də çağırdı və biz dörd nəfər olduq. Sonra mənə və çağırmış olduğu üçüncü insana: «Siz bir az gözləyin. Mən Peyğəmbər sallallahu aleyhi və səlləm in belə buyurduğunu dinlədim: «İki nəfər bir nəfəri tək buraxıb aralarında pıçıldaşmasınlar»1198. Bura həmçinin iki nəfərin öz aralarında üçüncünün başa düşmədiyi dildə danışmaları da aiddir.
QURANİ KƏRİM İLƏ KAFİRLƏRİN MƏMLƏKƏTİNƏ SƏFƏR ETMƏK

İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm Qurani Kərim ilə kafirlərin məmləkətinə səfər etməyi qadağan etmişdir»1199. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Quranla səfər etməyin. Çünkü mən düşmənin onu ələ keçirməsindən əmin olmaram»1200.


ZÜLM ETMƏK

Zülm hər hansı bir şeyi qoyulması lazım olan yerdən başqa bir yerə qoymaqdır. Zülm üç növdür. 1) Allaha qarşı olan zülmdür – «(Ya Muhəmməd!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdir: «Oğlum! Allaha şərik qoşma. Doğurdan da Allaha şərik qoşmaq ən böyük zülmdür». (Loğman 13). 2) İnsanlara qarşı olan zülm. 3) İnsanın özü özünə etdiyi zülm. Cabir - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Zülmdən çəkinin, çünkü zülm qiyamət günü zülmətdir»1201. Əbu Umamə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ümmətimdən iki sinif vardır ki, mənim şəfaətimə əsla nail olmayacaqlar. Zalım və gözü zülmdən başqa bir şey görməyən başçı ilə haqdan uzaqlaşan və oğurluq edən hər kəs»1202. Əbu Musa - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah zalıma möhlət verər. Nəhayət onu yaxaladımı artıq buraxmaz»1203. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qardaşınız istər zalım olsun, istərsə də məzlum ona yardım edin». Səhabələrdən: «Ey Allahın Rəsulu! Məzluma yardım etdik, zalıma necə yardım edək?» deyə soruşdular. Peyğəmbər: «Onu zülm etməkdən çəkindirməkdir»1204. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanlar zalımı görüb onun əllərini zülmdən çəkməzlərsə (Başqa rəvayətdə: «Yaxşılığı əmr edib pislikdən çəkindirməzlərsə») aradan çox vaxt keçməz ki, Allah onları bir cəza ilə hamısını məhv edər (Başqa rəvayətdə: «Sonra ona dua etsəniz də O, sizin duanızı qəbul etməz»)»1205. Əbu Zərr əl-Ğifari - radıyallahu anhu , Peyğəmbər sallallahu aleyhi və səlləm Uca və Böyük olan Allahdan belə buyurmuşdu: «Ey mənim qullarım! Mən zülümü özümə haram etdim. Onu sizin aranızda da haram edirəm. Buna görə də bir-birinizə zülm etməyin. Ey mənim qullarım! Siz hamınız zəlalətdəsiniz, mənim hidayət verdiklərimdən başqa. Buna görə də məndən hidayət istəyin, mən də sizi doğru yola yönəldim. Ey mənim qullarım! Siz hamınız acsınız, mənim yedirtdiklərimdən başğa. Buna görə də məndən yedirtməyimi istəyin, mən də sizi yedirdim. Ey mənim qullarım! Siz hamınız lütsünüz, mənim geyindirdiklərimdən başqa, buna görə də məndən geyindirməyinizi istəyin, mən də sizi geyindirim. Ey mənim qullarım! Siz gecə və gündüz günah edirsiz, mən də bütün günahları bağışlayıram. Buna görə də məndən bağışlanma diləyin, mən də sizin günahlarınızı bağışlayım. Ey mənim qullarım! Sizlər əsla sözlə olsa belə mənə zərər verə bilməzsiniz. Ey mənim qullarım! Sizlər mənə əsla sözlə olsa belə fayda da verə bilməzsiniz. Ey mənim qullarım! Sizlərdən birincilər və axırıncılar, insanlar və cinlər içərsində ən təqvalı insan olsa belə, bu mənim mülkümə heç bir şey əlavə edə bilməz. Ey mənim qullarım! Sizlərdən birincilər və axırıncılar, insanlar və cinlər içərsində ən pis qəlbli bir insan olsa belə, bu mənim mülkümdən heç bir şeyi əskiltməz. Ey mənim qullarım! Sizlərdən birincilər və axırıncılar, insanlar və cinlər bir yerdə toplansalar və hamsı birlikdə məndən istəsələr, mən onların hər birinin istədiyini verərəm. Bu mənim yanımdakı şeylərdən iynənin dənizə salındığı (və çıxarıldığı) zaman əskiltdiyi qədər əskildər. Ey mənim qullarım, nə etsəniz onlar sizin əməllərinizdi. Mən onları sizin üçün sayıb, sonra əskiltmədən sizə verəcəyəm. Hər kim xeyir əldə edərsə bundan ötrü Allaha həmd etsin. Hər kim də bundan başqa bir şeylə qarşılaşarsa özündən başqa heç kəsi qınamasın»1206.
ZALIM İDARƏÇİLƏR

İnsanlar üzərində idarəçilik hüququnu götürmək çox məsuliyyətli bir işdir. Çünkü belə bir insan ağır bir yükün altına girmişdir. Qiyamət günü hər bir insan öz himayəsi altında olanlara görə cavab verəcəkdir. Ailə başısı olan ata öz yoldaşı və övladlarına görə cavabdehdir, müəyyən bir müəssisə başçısı orada olan hər bir işçisinə görə cavabdehdir, dövlət başçısı isə bu dövlətdə yaşayan hər bir şəxsə görə cavabdehdir. İbn Ömər radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Hər biriniz çobansınız (başçısınız) və hər biriniz də əli altında olanlardan məsuldur. Dövlət başçısı çobandır və əli altında olanlardan məsuldur. Kişi öz ailəsində çobandır (başçıdır) və ailəsində olanlara görə məsuldur. Qadın ərinin evində çobandır (başçıdır) və (evinə və uşaqlarına) görə məsuldur. Qulluqçu da çobandır (başçıdır) və öz ağasının malını qorumaqla məsuldur. (Ən nəhayət) isə sizlərdən hər biriniz çobansınız (başçısınız) və hər biriniz də öz əli altında olanlardan cavabdehdir»1207. (Vəli) Ubeydullah b. Ziyad, Əbu Yəla Məkil b. Yəsar əl-Muzəni radıyallahu anhu nu vəfatına səbəb olacaq xəstəliyində ziyarət etdikdə Məkil dedi: «Əgər bundan sonra bir müddət də yaşayacağımı bilsəydim sənə söyləyəcəyim bu hədisi sənə danışmazdım». Mən Peyğəmbər - sallallahu aleyhi və səlləm – in belə buyurduğunu dinlədim: «Allahın bir topluluq üzərinə idarəçilik vəzifəsini verdiyi hər bir qul öləcəyi gün idarə etdiklərini aldadıb zülm etmiş olaraq ölərsə Allah ona Cənnətini heç şübhəsiz ki, haram edəcəkdir (Başqa rəvayətdə: Müsəlmanların bütün işlərini üzərinə alan, sonra da onların xeyrinə çalışmayan və onlara sədaqət göstərməyən hər bir dövlət idarəçisi idarə etdiyi xalq ilə bərabər Cənnətə girməyəcəkdir)1208. Aişə radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – mənim evimdə olarkən buyurdu: «Allahım! Ümmətimin hər hansı bir işinin başına keçərək onlarla sərt olana Sən də sərt ol! Ümmətimin hər hansı bir işinin başına keçərək onlarla yumşaq (mərhəmətli) davranana Sən də yumşaq (mərhəmətli) ol!»1209. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «İsrail oğullarını Peyğəmbərlər idarə edirdilər. Bir peyğəmbər öldüyü zaman bir başqa Peyğəmbər gələrək onun yerinə keçirdi. (O, ki qaldı mənə) həqiqətəndə məndən sonra Peyğəmbər gəlməyəcəkdir. Lakin məndən sonra çoxlu xəlifələr olacaqdır». Səhabələr: «Ya Rəsulullah! Bizə nə etməyimizi əmr edirsən?» dedilər. Peyğəmbər: «Onlara beyət ediniz. Haqlarını (onlara itaət etməklə) qoruyun. Öz haqqınızı isə Allahdan istəyin. Heç şübhə yoxdur ki, Allah onlardan idarələri altındakılara qarşı vəzifələrindən sorğuya çəkəcəkdir»1210. Aiz b. Amr radıyallahu anhu rəvayət edir ki, Ubeydullah b. Ziyadın yanına girərək demişdir: «Ey oğlum! Mən Peyğəmbər - sallallahu aleyhi və səlləm – belə buyurduğunu dinlədim: «Çobanların (idarəçilərin) ən pisləri zülüm edənlərdir» - nəbadə onlardan biri olasan!1211. Əbu Məryəm b. əl-Əzdiy radıyallahu anhu rəvayət edir ki, Muaviyyə1212 radıyallahu anhu Peyğəmbər - sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitmişdir: «Allah kimi müsəlmanların hər hansı işlərindən birinə idarəçi təyin edərsə və o, kimsə də onların ehtiyaclarından, dərdlərindən üz döndərərsə Allah da Qiyamət günü o, kimsənin bütün ehtiyaclarına və dərdlərinə üz döndərər. Bundan sonra Muaviyə radıyallahu anhu xalqın ehtiyacları ilə məşğul olamaq üçün birini təyin etdi1213. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Üç kimsə vardır ki, Qiyamət günü Allah onlarla danışmaz, onlara nəzər salmaz (baxmaz), onları təmizə çıxarmaz və onlar üçün şiddətli bir əzab vardır. Bunalar zinakar yaşlı, yalançı dövlət başçısı və təkəbbürlü kasıb»1214. Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «İmamların ən şərlisi insanların haqqını yeyən imamlardır»1215. Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «On nəfər əmir olan kimsə Qiyamət günü əlləri boynunda bağlı olaraq gətirilir. Ya ədaləti onu xilas edər ya da zülmü həlaka aparar»1216.
İDARƏÇİLƏRƏ İTAƏTSİZLİK

İbn Ömər radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Kim əmrinə itaət etməkdən əl çəkərsə Qiyamət günü (öz lehinə) qarşı heç bir dəlil olmadan Allahın hüzuruna çıxar. Kimdə əmrinə beyət etmədən ölərsə cahiliyyə dövründə ölən kimsə kimi ölmüş olar (Başqa rəvayətdə: Kim cəmaatdan ayrılaraq ölmüş olarsa cahiliyyə ölümü ilə ölmüş olar)»1217. Ənəs radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Əmrlərinizi dinləyib itaət edin. Hətta üzərinizə başı üzüm dənəsi (kimi qapqara) həbəşili bir qulu təyin etsələr də belə»1218. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Zəngin ikən, fəqir (kasıb) ikən, sevdiyiniz və ya sevmədiyinz, hətta (əmr sizə məxsus olan bir şeyi özünə aid etdiyi) durumda da əmrlərinizi dinləyib onlara itaət emək üzərinizə vacibdir»1219. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ey Ənsar cəmaatı! Məndən sonra sizlər (dünya işlərində sizə məxsus olan bir şeyi özünə aid etdiyi) zamana qovuşacaqsınız. Bununla bərabər sizlər səbr edin. Nəhayət (Qiyamət günü) Kövsər hovuzu başında mənə qovuşacaqsınız»1220. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Hər kim (əmrə) itaətdən çıxar və cəmaatdan ayrılaraq bu hal üzərə ölərsə o, kimsə bir cahiliyyə ölümü ilə ölmüş olar. Hər kim haqq və batil olduğu bilinməyən məchul və qaranlıq bir müharibənin kor-koranə asılmış bayrağı altında sırf qövmiyyət üçün (heç bir haqqın yüksəlməsi üçün deyil) mübarizə edərək (və ya bu işə yardım edərək) öldürülürsə o, kimsə mənim ümmətimdən deyildir...»1221. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Kim mənə itaət edərsə Allaha itaət etmiş olar, kim də mənə asi olarsa heç şübhəsiz ki, Allaha asi olmuş olar. Hər kim əmirə itaət edərsə mənə itaət etmiş olar, hər kim də əmirə asi olarsa mənə asi olmuş olar»1222. İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Kim əmrindən xoşa gəlməyən bir hadisə ilə qarşılaşarsa buna səbr etsin. Çünki kim əmrinə qarşı üsyan edərə itaətdən bir qarış uzaqlaşarsa cahiliyyə dönəmində ölən kimi ölər»1223. Həsənul Bəsri rahmətullahi aleyhi deyir ki: «Onu da bil ki Allah sənə rəhm etsin hökmüdarların zülmləri Allahın intiqamlarından bir intiqamdır. Uca Allahın intiqamlarına da qılıncla qarşılıq verilməz. Bu intiqamlar dua, tövbə, Allaha dönüş, günahlardan çəkinmək ilə bir tərəf edilir və silinir. Allahın intiqamı qılıncdan daha da kəskindir»1224. Başqa bir rəvayətdə: «Həsənul Bəsri rahmətullahi aleyhi Həccaca bəd dua edən bir kimsənin sözlərini eşitdikdə belə demişdir: «Bunu etmə, Allah sənə rəhmət etsin. Əslində bu müsibətlər sizə öz əllərnizlə etdiklərnizdən ötrü gəlmişdir. Biz qorxuruq ki, Həccac əsir edilir və ya ölürsə, meymunlar və donuzlar gəlib sizə rəhbər olurlar»1225.
Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə