2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Elmi-texniki tərəqqi və ekologiya



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə21/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   17   18   19   20   21   22   23   24   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

Elmi-texniki tərəqqi və ekologiya
məsələsinə diqqətimizi yönəltmək məqsədəuyğundur. 
Ətraf mühitin pisləşməsində yalnız elmi-texniki tərəqqini günahlandıran russoist konsepsiyadan 
fərqli olaraq bu gün biz əmin oluruq ki, yüksək texnologiyanın tətbiqi ekoloji cəhətdən olduqca 
əlverişlidir və müasir cəmiyyətdə müasir texnikanın tətbiqinə daha çox üstünlük verilir. İndi 
alimlər hazırladıqları layihələrdə gələcək işlərinin ekoloji xarakterinə diqqət yetirirlər, cəmiyyət 
son vaxtlar özünün təbiətlə olan münasibətinin daha çox qayğısına qalır, təklif olunan layihələrin 
ekoloji cəhətdən əlverişli olub-olmaması ön plana keçirilmişdir. Son vaxtlar ekoloji problemin 
həllində elmi-texniki tərəqqinin rolu əhəmiyyətli dərəcədə artmışdır. Məsələ ordadır ki, yeni elmi-
texniki nailiyyətlər artıq ətraf mühitə dəyən ən minimal ziyanı belə aradan qaldırmaq üçün olduqca 
vacibdir. Elmin və texnikanın inkişafı ekoloji problemin həlli yolunda xeyli irəliləyişə nail olmağa 
imkan vermişdir. İrəliyə doğru getmək, dünya və insanı - onun istehsal, əmək fəaliyyətini, həyat 
tərzini, şüurunu (o cümlədən ekoloji) dəyişdirmək - bəşəriyyət qarşısında dayanan ekoloji 
problemi həll etməyin perspektivləri budur. Müasir insan təbiətlə harmonik münasibəti inkişaf 
etdirməli, təbiətin inkişafındakı prosesləri başa düşməli, ondan ağılı istifadə etməli, təbiəti daha da 
zənginləşdirməlidir.
Yaranmış 
ekoloji böhrandan
çıxmaq üçün müxtəlif yollar təklif olunur. Bu yaranan 
vəziyyətdən 
çıxmaq üçün təklif olunan yollardan 
bəzilərinə nəzər salaq.
Birincisi, 
sənaye istehsalının ətraf mühitə vurduğu ziyanı azaltmağa imkan verən müasir 
texnikanın işlənib hazırlanması və onun həyatda tətbiqi. Bu texnologiya istehsal vaxtı tullantıların 
miqdarını xeyli azaldacaqdır - bu xüsusən metallurgiya və kimya sənayesində daha vacibdir.


29 
İkincisi, 
müasir dövrdə bərk (kömür) və ya maye (mazut) yanacaqla işləyən bütün istilik 
elektrik stansiyaların qaz yanacağına keçirilməsidir. Bu cür elektrik stansiyaların sayının tədricən 
azaldılması və alternativ enerji mənbəyindən istifadə olunan elektrik stansiyalarının işə salınması: 
Günəş, su külək enerjisindən istifadə olunması.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə