2 fevral 2017-ci il, cümə axşamı 3



Yüklə 68,26 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü68,26 Kb.
#42095


2 fevral 2017-ci il, cümə axşamı

3

 

ˆ

Hər bir ölkənin ictimai-siyasi,  sosial-iqtisadi 



həyatında gənclər potensial qüvvə kimi önəmli yer tutur. 

İstər dövlətçiliyin inkişaf etdirilməsi, istərsə də müstəqilliyin 

daha da möhkəmləndirilməsi intellektual gənc kadrların 

yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən 

asılıdır. Azərbaycanda gənclər siyasəti, gənclərə dövlət 

qayğısı və gəncliyin inkişafı daim dövlətin diqqət mərkəzində 

saxladığı prioritet sahələrdən olub. Bu baxımdan qəbul 

olunan qanunlar, həyata keçirilən tədbirlər Azərbaycan 

gəncliyinin inkişafına daha da təkan verir, onların 

cəmiyyətdə özlərini təsdiq etməsində başlıca rol oynayır.

Gəncliyin inkişafı dövlətin 

sosial siyasətinin tərkib hissələrindən 

biridir. Gənclər siyasəti gənclərin 

dinamik inkişafı üçün həyata 

keçirilən ardıcıl və məqsədyönlü 

tədbirlər kompleksidir.  Azərbaycan 

dövlət müstəqilliyini bərpa etdikdən 

sonra ölkədə yaranmış anarxiya, 

xaos və özbaşınalıq digər sahələr 

kimi, gənclərin də vətənpərvərlik 

ruhunda yetişmələrində müəyyən 

problemlər yaratdı. Ayrı-ayrı şəxslərə 

xidmət edən qeyri-qanuni silahlı 

birləşmələrin əksəriyyəti gənclərdən 

ibarət idi. Onlar hərbi xidmətə gedib 

Vətən qarşısında borclarını vermək 

əvəzinə, qeyri-qanuni işlərə cəlb 

edilir, bununla da fərarilərin sayı 

çoxalırdı.  

1993-cü ilin iyun ayında 

Azərbaycanda siyasi hakimiyyətə 

gələn ulu öndər Heydər Əliyevin res-

publikanı  ağır böhrandan çıxarmaq 

üçün gördüyü təxirəsalınmaz tədbirlər 

sırasında yetişən gənc nəslə diqqət və 

qayğı mühüm yerlərdən birini tutur-

du. Baxmayaraq ki, müstəqilliyimizin 

ilk illərində ökəyə rəhbərlik edənlərin 

yarıtmaz fəaliyyəti gənclərin hərbi 

vətənpərvərlik tərbiyəsinə mənfi təsir 

etmişdi. Lakin gənclərimiz ruhdan 

düşməmiş, dövlət müstəqilliyinin 

möhkəmləndirilməsində bütün 

qüvvələrindən istifadə etmişdilər. 

Ümumiyyətlə, gənclərə diqqət 

və qayğı Heydər Əliyevin həyata 

keçirdiyi siyasi kursun prioritetini 

təşkil edib. Azərbaycan Respubli-

kasında gənclər siyasəti sahəsində 

mövcud vəziyyət, gəncliyin inkişafına 

etibarlı zəmin hələ XX əsrin 70-ci 

illərində yaranmışdı.  1969-1982-ci 

illərdə Azərbaycana rəhbərlik edərkən 

Heydər Əliyev gənclərə  xüsusi 

diqqət və qayğı göstərmiş, onların 

fiziki və mənəvi cəhətdən sağlam, 

gümrah və savadlı yetişmələri üçün 

bütün imkanlardan istifadə etmiş-

dir. Təsadüfi deyildir ki, həmin illər 

Azərbaycan gəncliyinin qızıl dövrü 

olmuşdur. Ümummilli lider Heydər 

Əliyevin gərgin səyləri  nəticəsində 

gənclərin təhsil, mədəni tələbatının 

ödənilməsi və hərtərəfli biliyə 

yiyələnmələri istiqamətində ardıcıl və 

məqsədyönlü tədbirlər görülmüşdür. 

Təkcə onu qeyd etmək kifayətdir ki, 

hər il yüzlərlə gənc SSRİ-nin qabaqcıl 

ali təhsil müəssisələrində oxumağa 

göndərilmiş, oradan yüksək ixti-

saslı mütəxəssislər kimi qayıdaraq, 

ölkəmizin inkişafına öz töhfəsini ver-

mişdir. Həmin dövrdə gənclərin asudə 

vaxtının səmərəli təşkili də diqqət 

mərkəzində olmuşdur. Bunun üçün 

hər bir yaşayış məntəqəsində əlverişli 

şərait yaradılmış, idman meydançaları 

salınmış, və gənclərin hərtərəfli inki-

şafının təmin olunmasına xidmət edən 

zəruri maddi-texniki baza formalaşdı-

rılmışdır. Bunlarla yanaşı, gənc nəslin  

ictimai-siyasi həyatda fəallığını 

stimullaşdıran müxtəlif tədbirlər də 

görülmüşdür.

Ulu öndər Heydər Əliyevin 

müstəqil Azərbaycana rəhbərliyi 

dövründə dövlətçiliyin 

möhkəmləndirilməsində gənclərin 

aparıcı qüvvəyə çevrilərək, 

cəmiyyətin bütün sferalarında  fəal 

iştirakı üçün hər cür şərait yaradıl-

mışdır. Bu dövrdə gənclər malik 

olduqları qabiliyyət və bacarıqla 

maksimum şəkildə dövlətin inkişafına 

töhfə vermək üçün bütün potensi-

alını ortaya qoyan, ölkənin daxili 

və xarici siyasətində özünəməxsus 

rol oynayan qüvvə kimi hər zaman 

diqqət mərkəzində olmuşdur. Gənclər 

siyasətini tənzimləyən normativ hüqu-

qi baza yaradılmış, “Gənclər siyasəti 

haqqında” Azərbaycan Respublikası-

nın Qanunu qəbul olunmuş və onun 

həyata keçirilməsi üçün cavabdeh 

olan mərkəzi icra hakimiyyəti orqanı–

Gənclər və İdman Nazirliyi təşkil 

edilmişdir. Bundan sonra gənclərin 

problemlərinin həlli üçün müxtəlif 

dövlət qurumlarının fəaliyyətinin 

əlaqələndirilməsi, beynəlxalq 

təşkilatlarla əməkdaşlığın yaradıl-

ması və gənclərin beynəlxalq aləmə 

inteqrasiyası istiqamətində əsaslı 

işlərə start verilmişdir. Gənclərin 

sağlamlığı, təhsili, məşğulluğu, sosial 

müdafiəsi və digər sahələrdə dövlət 

tərəfindən genişmiqyaslı tədbirlərin 

həyata keçirilməsi yeni mərhələyə 

qədəm qoymuşdur.

Ulu öndər Heydər Əliyevin 

Azərbaycan gəncliyinə böyük 

əhəmiyyət  verildiyinin, ona diqqət 

və qayğı ilə yanaşmasının  ən bariz 

nümunəsi 1996-cı ildə özünü bir 

daha göstərdi. Həmin il fevralın 

2-də Bakıda Azərbaycan gənclərinin 

Birinci forumu keçirildi və tədbirdə 

başda ulu öndər olmaqla, ölkəmizin  

bütün rayon və şəhərlərini təmsil edən  

2 minədək nümayəndə, hökumət 

üzvləri və Milli Məclisin deputatları 

iştirak etdilər. Forumda gənclərin 

problemləri dinlənilmiş, onların 

aradan qaldırılması üçün konkret 

təkliflər irəli sürülmüşdü. Forumun 

əhəmiyyətini nəzərə alan ulu öndər 

1997-ci ildə sərəncam imzalayaraq.  

tədbirin keçirildiyi günü–2 fevralı 

“Azərbaycan Gənclər Günü” elan 

etmişdir. Həmin vaxtdan başlayaraq 

hər il fevralın 2-si ölkəmizdə Gənclər 

Günü böyük təntənə ilə qeyd edilir. 

Sonradan digər region dövlətlərində 

də bu ənənənin əsası qoyulsa da, 

Gənclər Günü MDB məkanında və 

Şərqi Avropa ölkələri arasında ilk 

dəfə Azərbaycanda qeyd olunub. 

Dünyada isə yalnız 1999-cu ildə 

BMT-nin qərarı ilə avqustun 12-si 

Gənclər Günü elan edilib.

Göründüyü kimi, məhz ulu 

öndərin düşünülmüş siyasi kursu 

nəticəsində müstəqil Azərbaycanda 

gənclərin maraqlarını təmin edən, 

beynəlxalq təcrübəyə əsaslanan dövlət 

gənclər siyasəti formalaşdırılmış və 

və uğurla həyata keçirilmişdir. 

Ulu öndərin daxili və xarici 

siyasətini uğurla davam etdirən 

möhtərəm Prezidentimiz İlham 

Əliyev  gəncliyə və gənclərə diqqət 

və qayğını daha da artırmış, gəncliyin 

inkişafı mahiyyət və keyfiyyətcə 

yeni mərhələyə qədəm qoymuşdur. 

Dövlətimizin başçısının məntiqli 

siyasi kursu nəticəsində Azərbaycan 

gəncliyinin sağlamlığı, təhsili, bilik 

və peşəkarlığının artırılması, on-

ların sosial problemlərinin həlli 

istiqamətində geniş işlər görülür. 

Beynəlxalq təşkilatların keçirdikləri 

tədbirlərdə gənclərin uğurla təmsil 

olunmaları, ölkəmiz haqqında real-

lıqları dünya ictimaiyyətinə olduğu 

kimi çatdırmaları gənclər siyasətinin 

nailiyyətlərindən xəbər verir.  Prezi-

dent İlham Əliyev ulu öndərin gənclər 

siyasətinə sadiqliyini öz qərarları, im-

zaladığı sərəncamlarla  təsdiqləmişdir. 

Dövlət başçısı tərəfindən 2007-ci 

ilin “ Gənclər ili ” elan edilməsi 

gənclərə ölkə Prezidenti tərəfindən 

böyük önəm veilməsinin növbəti 

sübutudur. Gənclərin mənəvi inki-

şafı, vətənpərvərlik tərbiyəsi, xarici 

ölkələrdə təhsili, sosial müdafiəsinin 

möhkəmləndirilməsi, qarşılaşdıqla-

rı problemlərin həlli istiqamətində 

görülən işlər, gənclər təşkilatlarının 

formalaşdırılması və inkişafı üçün 

yaradılan şərait yüksək diqqətin 

təcəssümüdür. 

Azərbaycan Prezidentinin 

gənclərin xaricdə təhsil almasına 

dəstək verən “ 2007-2015-ci illərdə 

gənclərimizin xarici ölkələrdə 

təhsil üzrə Dövlət Proqramı ” bütün 

təbəqədən olan gənclərin xaricdə 

təhsilinə geniş imkan yaratmışdır. 

Hazırda bu proqram çərçivəsində 

minlərlə gənc dünyanın ən nüfuzlu 

təhsil ocaqlarında oxuyur. 

Gəncliyin inkişafında növbəti 

mərhələ kimi 2011-ci ildə dövlət 

başçısının sərəncamı ilə  “Azərbaycan 

gəncliyi 2011-2015-ci illərdə ” 

Dövlət Proqramının təsdiq olunma-

sını və Azərbaycan Respublikasının 

Prezidenti yanında Gənclər Fondu 

yaradılmasını qeyd etmək olar. 

2012-ci ildə Prezident İlham Əliyev 

tərəfindən təsdiq edilən “Azərbaycan 

2020: Gələcəyə baxış” İnkişaf Kon-

sepsiyasında gənclərin potensialının 

yüksəldilməsi ayrıca nəzərdə tutulub. 

Konsepsiyada da göstərildiyi kimi, 

Azərbaycan gənclərinin sağlam və 

fəal həyat tərzini təşviq etmək və on-

ların cəmiyyətə inteqrasiyasını təmin 

etmək məqsədi ilə 2013-2023-cü illəri 

əhatə edən Azərbaycan gənclərinin 

İnkişaf Strategiyası və 2016-2020-ci 

illər üçün Dövlət Proqramı, bədən 

tərbiyəsi və idmanın inkişafı üzrə 

2012-2020-ci illəri əhatə edən Milli 

Strategiya və 2013-2016-cı illər üçün 

Dövlət Proqramı hazırlanaraq həyata 

keçirilib və bu davam edir. 

Azərbaycan Respublikası 

Prezidentinin 2015-ci il 26 yanvar 

tarixli sərəncamı ilə “2015-2025-ci 

illərdə Azərbaycan gənclərinin İnkişaf 

Strategiyası”nın təsdiq edilməsi 

dövlətimizin gənclər siyasətinə  

göstərdiyi diqqətin xüsusi ifadəsi kimi 

qeyd olunmalıdır.

Gənclərin inkişafı üçün yaradılan 

şərait və imkanların nəticəsidir ki, bu 

gün onlar dövlət orqanlarında rəhbər 

vəzifələrdə təmsil olunurlar. Hazır-

da ölkəmizdə çoxlu sayda gənclər 

təşkilatı fəaliyyət göstərir. Azərbaycan 

Gənclər Təşkilatı Milli Şurası Avropa 

miqyasında, beynəlxalq qurumlarda 

təmsil olunur. Onlar beynəlxalq tribu-

nalardan xalqımızın haqq səsini dün-

yaya yayır, beynəlxalq ictimaiyyətin 

əsl həqiqəti bilməsi üçün var gücü ilə 

fəaliyyət göstərirlər. Bununla yanaşı, 

gənclərimiz dünyanın hər yerində 

mədəniyyət, incəsənət, idman, elm 

və digər sahələrdə parlaq qələbələr 

qazanır, Azərbaycanın adını daha 

yüksəkliklərə qaldırırlar. 

İlahə ƏLƏSGƏROVA, 

Yasamal Rayon Qeydiyyat 

Şöbəsinin rəisi

Gəncliyin inkişafı Azərbaycanda dövlət 

siyasətinin mühüm tərkib hissəsidir

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Turizm Şurası 

(bundan sonra – Şura) “Azərbaycan Respublika-

sında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər 

haqqında” Azərbaycan Respublikası Preziden-

tinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli 

Sərəncamına uyğun olaraq,  Azərbaycan Respub-

likasında turizm sahəsində mövcud vəziyyətin 

təhlil edilməsi, bu sahədəki problemlərin aradan 

qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, 

turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş 

vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə 

yaradılmış və ictimai əsaslarla fəaliyyət göstərən 

kollegial orqandır.

1.2. Şura öz fəaliyyətində Azərbaycan Res-

publikasının Konstitusiyasını, Azərbaycan Res-

publikasının qanunlarını, Azərbaycan Respub-

likası Prezidentinin fərman və sərəncamlarını, 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

qərar və sərəncamlarını, Azərbaycan Respublikası-

nın tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu 

Əsasnaməni rəhbər tutur.



2. Şuranın vəzifələri

2.0. Şuranın əsas vəzifələri aşağıdakılardır:

2.0.1. turizm sahəsinin inkişafı istiqamətlərini 

hazırlamaq və onların həyata keçirilməsi 

mexanizmləri üzrə təkliflər vermək;

2.0.2. turizm sahəsində mövcud vəziyyəti təhlil 

etmək və bu sahədəki problemlərin operativ həlli 

məqsədilə tədbirlər görülməsinə dair Azərbaycan 

Respublikasının Prezidentinə əsaslandırılmış 

təkliflər təqdim etmək;

2.0.3. turizm fəaliyyətini tənzimləyən qanun-

vericilik bazasının təkmilləşdirilməsi ilə bağlı 

təkliflər vermək;

2.0.4. turizm sahəsində dövlət orqanlarına 

həvalə edilmiş vəzifələrin icrasını əlaqələndirmək;

2.0.5. turizm sahəsində dövlət tənzimləməsi 

mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı 

təkliflər vermək;

2.0.6. ölkənin turizm potensialından istifadə 

imkanlarının artırılması, regionlarda turizm 

fəaliyyətinin stimullaşdırılması ilə bağlı təkliflər 

vermək;


2.0.7. turizm sahəsində beynəlxalq 

əməkdaşlığın və işgüzar əlaqələrin 

genişləndirilməsinə dair təkliflər hazırlamaq;

2.0.8. turizm sahəsində fəaliyyət göstərən 

sahibkarlıq subyektləri arasında əməkdaşlıq 

əlaqələrinin beynəlxalq təcrübə nəzərə alınmaq-

la inkişafının stimullaşdırılmasına dair təkliflər 

hazırlamaq;

2.0.9. beynəlxalq təcrübə nəzərə alın-

maqla, turizm sahəsində müasir informasiya-

kommunikasiya texnologiyalarının tətbiqinin 

genişləndirilməsinə dair təkliflər hazırlamaq;

2.0.10. turizm sahəsində kadr hazırlığı sistemi-

nin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;

2.0.11. turizm sahəsində işlərin gedişatı, 

o cümlədən sərhəd buraxılış məntəqələrindən 

turistlərin Azərbaycan Respublikası ərazisinə bu-

raxılışının həyata keçirilməsi ilə bağlı müşahidələr 

aparılmasını, monitorinqlər keçirilməsini təmin 

etmək, məlumatları toplamaq, təhlil etmək, 

məmnunluq anketi tərtib etmək və müvafiq infor-

masiyanı müntəzəm olaraq ictimaiyyətə açıqlamaq.



3. Şuranın fəaliyyətinin təşkili

3.1. Şuranın sədrini və üzvlərini Azərbaycan 

Respublikasının Prezidenti vəzifəyə təyin və 

vəzifədən azad edir.

3.2. Şuranın sədri aşağıdakı vəzifələri yerinə 

yetirir:


3.2.1. Şuranın fəaliyyət planını təsdiq edir və 

həyata keçirir;

3.2.2. Şuranın işini təşkil edir və ona rəhbərlik 

edir;


3.2.3. Şura üzvlərinin təklifləri nəzərə alınmaq-

la Şuranın iclaslarının gündəliyini müəyyən edir və 

keçirilən iclaslarda sədrlik edir;

3.2.4. müzakirə edilən məsələlərə dair Şuranın 

adından qəbul olunan qərarları, məktubları və Şu-

ranın fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

3.2.5. Şuranın fəaliyyəti ilə bağlı müvafiq işçi 

qruplar yaradır;

3.2.6. Şuranın fəaliyyətinin təşkili ilə bağlı 

digər cari işləri görür.

3.3. Şura üzvlərinin hüquq və vəzifələri aşağı-

dakılardır:

3.3.1. Şuranın iclaslarında və fəaliyyətində 

iştirak etmək;

3.3.2. Şuranın iclaslarının gündəliyi, eləcə də 

gündəliyə daxil edilmiş məsələlər barədə təkliflər 

vermək;

3.3.3. Şuranın fəaliyyəti ilə bağlı digər cari 



işləri görmək.

3.4. Şura dövlət orqanlarına və qurumlarına, 

hüquqi və fiziki şəxslərə, beynəlxalq təşkilatlara 

Şuranın səlahiyyətinə aid məsələlərlə bağlı 

məlumatların əldə edilməsi məqsədilə sorğular 

göndərə bilər.

3.5. Şuranın iclaslarının keçirilməsi ilə bağlı 

təşkilati məsələlərin həllini və kargüzarlıq işi-

nin aparılmasını Azərbaycan Respublikasının 

Mədəniyyət və Turizm Nazirliyində fəaliyyət 

göstərən Şuranın Katibliyi həyata keçirir.

3.6. Şuranın sədri Katibliyin fəaliyyətinə dair 

təlimatları təsdiq edir və onun tərkibini müəyyən 

edir.


3.7. Şuranın Katibliyi:

3.7.1. Şuranın iclaslarının gündəliyi, tarixi və 

keçiriləcəyi yer haqqında məlumatları Şuranın 

üzvlərinə çatdırır;

3.7.2. müvafiq tapşırıq əsasında aidiyyəti 

dövlət orqanlarının və qurumlarının, hüquqi 

şəxslərin nümayəndələrini və mütəxəssisləri Şura-

nın iclaslarına dəvət edir;

3.7.3. Şuranın iclaslarında baxılacaq müvafiq 

sənədlərin hazırlanması məqsədilə sahibkarları, 

onların ictimai təşkilatlarını, aidiyyəti dövlət or-

qanlarını, mütəxəssisləri cəlb etməklə sahələr üzrə 

işçi qruplar yaradır;

3.7.4. Şuranın müzakirəsinə çıxarılacaq 

məsələlər üzrə zəruri sənədlərin layihələrini hazır-

layır və Şuranın üzvlərinə çatdırır;

3.7.5. Şuranın üzvlərindən daxil olan 

məlumatlar haqqında arayışı Şuranın sədrinə 

təqdim edir;

3.7.6. Şuranın iclaslarını protokollaşdırır və 

iclasın yekun sənədlərinin layihələrini Şuranın 

sədrinə təqdim edir;

3.7.7. Şuranın iclaslarında qəbul olun-

muş qərarlar haqqında Şuranın üzvlərini 

məlumatlandırır;

3.7.8. Şuranın fəaliyyəti ilə əlaqədar digər 

funksiyaları həyata keçirir.

3.8. Şuranın iclasları növbəti və növbədənkənar 

olaraq keçirilir. Növbəti iclaslar ildə iki dəfədən 

az olmayaraq, növbədənkənar iclaslar isə Şura 

sədrinin və ya Şura üzvlərinin yarıdan çoxunun 

müraciətinə əsasən keçirilir.

3.9. Şuranın iclasları onun üzvlərinin yarıdan 

çoxu iştirak etdikdə səlahiyyətli sayılır.

3.10. Şuranın iclaslarında səsvermə açıq 

keçirilir və qərarlar sadə səs çoxluğu ilə qəbul 

edilir. Səslər bərabər olduqda, Şura sədrinin səsi 

həlledicidir.

3.11. Şuranın iclaslarında qəbul edilmiş 

qərarlar protokolla rəsmiləşdirilir, Şuranın sədri və 

üzvləri tərəfindən imzalanır.

3.12. Şurada müzakirə edilən məsələlərin 

tənzimləmə predmetindən və əhatə etdiyi sahədən 

asılı olaraq, Şuranın üzvü olmayan mərkəzi və 

yerli icra hakimiyyəti orqanlarının, habelə aidiyyəti 

dövlət qurumlarının nümayəndələri Şuranın iclas-

larına dəvət edilə bilərlər.

3.13. Şuranın yenidən təşkilini və ləğvini 

Azərbaycan Respublikasının Prezidenti həyata 

keçirir.


Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 

 27 dekabr tarixli  Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 

 27 dekabr tarixli  Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Turizm Şurası haqqında 

Ə S A S N A M Ə

                                    Şuranın sədri

Əbülfəs Qarayev –     Azərbaycan Respublikasının mədəniyyət və  

                                      turizm naziri



 Şuranın üzvləri:

İnam Kərimov –           Azərbaycan Respublikasının Prezidenti yanında     

                                       Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar  

                                       üzrə Dövlət Agentliyinin sədri

Arif Məmmədov –      Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya  

                                       Administrasiyasının direktoru



Nadir Hüseynov –      Azərbaycan Respublikası  

                                       xarici işlər nazirinin müavini



Emin Hüseynov –         Azərbaycan Respublikası  

                                       maliyyə nazirinin müavini



Sevinc Həsənova –       Azərbaycan Respublikası iqtisadiyyat  

                                       nazirinin müavini



Sahib Ələkbərov –      Azərbaycan Respublikası vergilər  

                                       nazirinin müavini



Tapdıq Əmiraslanov – Azərbaycan Respublikası fövqəladə hallar  

                                        nazirinin müavini



Oruc Zalov –                 Azərbaycan Respublikası daxili işlər  

                                        nazirinin müavini



Firdovsi Əliyev –          Azərbaycan Respublikası ekologiya və  

                                       təbii sərvətlər nazirinin müavini



Əsgər Abdullayev –      Azərbaycan Respublikası Dövlət Gömrük  

                                       Komitəsi sədrinin müavini



Rafiq Cəlilov –              Azərbaycan Respublikasının Əmlak Məsələləri  

                                       Dövlət Komitəsi sədrinin müavini



Fərhad Tağı-zadə –       Azərbaycan Respublikasının Dövlət Sərhəd  

                                       Xidməti rəisinin müavini



Pərviz Musayev –         Azərbaycan Respublikası Dövlət Miqrasiya 

                                       Xidməti rəisinin müavini



Bədəl Bədəlov –            Azərbaycan Respublikası Dövlət Neft  

                                       Şirkətinin vitse-prezidenti



Natəvan Qədimova  –   Naxçıvan Muxtar Respublikasının mədəniyyət və  

                                        turizm naziri



Fidumə Hüseynova  –   Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Əsgər Ələkbərov –       Azərbaycan Respublikasının Nazirlər Kabineti  

                                        yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq  

                                        Qoruğu İdarəsinin rəisi

İlqar Mustafayev –       Azərbaycan Respublikasının Nazirlər Kabineti  

                                        yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi.



Azərbaycan Respublikası 

Turizm Şurasının tərkibi

Kataloq: down -> meqale -> xalqqazeti -> 2017 -> fevral
fevral -> Fevral 2017-ci IL, bazar Dağlar qurşağadək giriblər suya, Təbiət dalğındır, gedib yuxuya
2017 -> Iyun 2017-ci IL, cümə axşamı Sumqayıt Dövlət Universiteti Birinci tədris korpusunun üzlük tavalarının yenilənməsi işlərinin satınalınması üçün
2017 -> 22 yanvar 2017-ci il, bazar 6
2017 -> ˆ Azərbaycan tarixində şərəfli ömür yolu ilə bugünkü
2017 -> Yanvar 2017-ci IL, cümə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi
2017 -> 12 mart 2017-ci il, bazar 7
2017 -> 19 mart 2017-ci il, bazar 7
2017 -> 2 iyul 2017-ci il, bazar 4
2017 -> ˆ Azərbaycan dövləti xalqımızın və bəşəriyyətin tarixindəki bütün unudulmaz hadisələrə daim hörmət və ehtiramla yanaşmaq ənənəsini davam etdirir. Ötən əsrin
fevral -> 5 fevral 2017-ci il, bazar 4

Yüklə 68,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə