2915-“ İ a şə m ə hsullar



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə24/62
tarix08.06.2022
ölçüsü0,76 Mb.
#89055
1   ...   20   21   22   23   24   25   26   27   ...   62
Lal-miraslanova-a-m-hsull.-tex

Antrekot və kartof. 
Burada hazırlanmış yarımfabrikat hər iki tərəfdən əsas 
üsulla qovrulur hazır vəziyyətə gətirilir. 
Süfrəyə verilən zaman antrekot isidilmiş porsluq buluda qoyulub yanına bütün 
növlərdə qızardılmış kartof və yonulmuş qıtıqotu əlavə edilir, üstünə isə ət şirəsi 
tökülür. Antrekotun zərinə həm də bir tikə yaşıl yağ qoyulur. Burada qarnir süddə 
bişirilmiş kartofdan ibarət olduqda ayrıca qabda süfrəyə verilir. 
Hər pors üçün burada 160q birinci növ mal əti, 10q ərinmiş piy, 150q hazır 
qarnir, 15q qıtığotu (kökü) və 15q yaşıl yağ götürülür. 
Pomidorlu qoyun əti qizartmasi. 
Burada hazırlanmış yarımfabrikat (hər pors 
üçün ik tikə) hazır olunca əsas üsul üzrə qovrulur.
Süfrəyə verilən zaman qoyun əti isidilmiş porsluq buluda qoyulur və yanına 
qoz formasında kartof qızartması düzülür, qoyun ətinin üstünə isə yarı bölünüb 
qızardılmış böyrək tikələri və qarnir yerinə bişmiş düyü süfrəyə verilə bilər. 
Hər pors üçün burada 165q qoyun əti (bel hissəsi), 95q təzə yaxud 53q 
konservləşdirilmiş pomidor, 15q yağ və 150q hazır qarnir götürülür.
Kotlet xörəklərinin hazirlanmasi texnologiyasi.
Burada hazırlanmış və urvalanmış kotlet tavada 130-140 dərəcə temperaturda 
qızdırılmış yağın içinə salınır və 8-10 dəqiqə ərzində qazmaq tutunca qızardılır. 
Sonra bu, 5-8 dəqiqəliyə qızdırıcı şkafa qoyulub hazır vəziyyətə çatdırılır. Qızdı-
rılmış kotlet hazır olan kimi süfrəyə verilməlidir, çünki saxlandıqda onun dadı 
pisləşir. 
Kotlet porsluq buludlarda süfrəyə verilir; kotletin yanına qarnir qoyulur
qarnir isə qızardılmış yaxud suda bişirilmiş kartofdan, kartof püresindən, buxarda 


35
bişirilmiş kələmdən, makaron məmulatından, müxtəlif şilələrdən yaxud da 3-4 növ 
tərəvəzdən hazırlanıb kül dəstəsi şəklində tərkibdən ibarət olur. 
Süfrəyə verilən zaman kotletin üstünə kərə yağı yaxud sous (qırmızı sous, 
tomat sousu, soğanlı və karnişonlu qırmızı sous, soğanlı xama sousu və s.) tökülür. 
Hər pors üçün burada 100q üçüncü sort mal əti, 20q buğda çörəyi, 25q süd 
yaxud su, 10q suxarı (urvalamaq üçün), 5q yağ (qovurmaq üçün), 150q hazır qarnir 
və 10q kərə yağı yaxud 50q hazır sous götürülür. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə