2915-“ İ a şə m ə hsullar


Qovrulmuş qoyun əti, yaxud dana əti və qarnir



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə23/62
tarix08.06.2022
ölçüsü0,76 Mb.
#89055
1   ...   19   20   21   22   23   24   25   26   ...   62
Lal-miraslanova-a-m-hsull.-tex

Qovrulmuş qoyun əti, yaxud dana əti və qarnir. 
Burada hazırlanmış iri ət 
tikələri tavaya qoyulub üstünə yağ tökülür və plitənin üzərində qovrulduqdan sonra 
qızdırıcı şkafa qoyulub 200-250 dərəcə temperaturda hazır vəziyyətə gətirilir. 
Qovrulan zaman bu əti nçıxan şirəsi vaxtaşarı qaydada öz üstünə tökülür. 
Qovrulandan sonra qalan yağ və şirə, rostbif üçün olduğu kimi emaldan keçirilir. 
Süfrəyə verilən zaman ət porsluq tikələrə (hə porsda 2-3 tikə) doğranıb yanına 
qarnir əlavə edilir; həmin qarnir qoyun əti üçün-qarabaşaq şiləsindən, yağ içində 
yaxud tomat içində lobyadan, bişmiş yaxud qızardılmış kartofdan və nəhayətdana 
əti üçün isə suda bişmiş yaxud qızardılmış kartofdan, süddə bişirilmiş kartofdan
göy noxuddan və habelə 3-4 növ tərəvəzdən hazırlanmış mürəkkəb tərkibdən ibarət 
olur. 
Hər pors üçün burada 165q qoyun əti, yaxud 180q dana əti, 5q yağ(qovurmaq 
üçün), 150q hazır qarnir və 50q ət şirəsi götürülür. 
File və qarnir. 
Burada hazırlanmış can ətinin tikələri tavada 140-150 dərəcə 
temperaturda qızdırılmış yağın içinə salınıb hər iki tərəfdən lazimi dərəcəyə qədər, 
rostbif kimi qovrulur. 
Həmin xörək isidilmiş buludda süfrəyə verilir və ətin yanına kartof 
qızartmasından yaxud bol yağda qızardılmış kartofdan ibarət qarnir qoyulur. 
Süfrəyə veriləndə bunun üstünə ət şirəsi tökülür. 
Hər pors üçün burada 160q ət (can əti), 5q kərə yağı, 150q hazır qarnir və 5q 
yağ götürülür. 
Natural langet. 
Burada hazırlanmış yarımfabrikatdan hər pors üçün 2 tikə 
əsas üsul üzrə hər iki tərəfdən hazır olunca qovrulur. 


34
Langet isidilmiş porsluq buludda süfrəyə verilir və ətin yanına kartof qızart-
ması yaxud suda bişirilib qızardılmış kartofdan, yerkökündən, göy noxuddan, çiçək 
kələmindən yaxud brüssel kələmindən, lobyadan və s. ibarət mürəkkəb tərkibli 
qarnir qoyulur. 
Süfrəyə verilən zaman langetin üstünə ət şirəsindən tökülür.
Hər pors üçün burada 160q can əti, 10q ərimiş piy, 150q hazır qarnir 
götürülür. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə