3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)


Fizuli (XVI əsr), Molla Pənah Vaqif



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   79

48 
 
Fizuli (XVI əsr), Molla Pənah Vaqif müəyyən rol oyna-
mışlar.  Şair,  dövlət  xadimi,  alimi  kimi  tanınmış  bu  gör-
kəmli  şəxsiyyətlər  yaşadıqları  cəmiyyətin  iqtisadi-sosial 
məsələlərinə toxunaraq, maraqlı fikirlər söyləmişlər. 
Şərq və Qərb mənbələri ilə tanışlıq nəticəsində onla-
rın “Siyasətnamə”, “Xəmsə”, “Maliyyə haqqında traktat”, 
“Əxlaqi Nasiri” kimi əsərlərində, qəzəl və şerlərində yaşa-
dıqları cəmiyyətin ictimai-iqtisadi məsələlərinə dair baxış-
ları,  tənqidi  mülahizələri;  haqsızlığa,  ədalətsizliyə  qarşı 
etirazları; ailə (ev təsərrüfatları), torpaq, mülkiyyət, müba-
dilə, bölgü, büdcə, idarəetmə, məmur məsuliyyəti haqqın-
da  fikirləri;  insan  zəhmətinə,  əmək  bölgüsünə,  qənaətcil-
liyə, qarşılıqlı faydalı ticarət əlaqələrinə, ölkənin abadlığı-
na, əhalinin peşə-sənət bacarığına, elm-təhsil  işlərinə ver-
dikləri  yüksək  qiymət;  əmtəə-dəyər,  pul-sərvət,  borc-sə-
ləm  anlayışına,  yığım-xəzinə  məsələlərinə,  vergi-dövlət 
xərclərinə xüsusi diqqət  yetirmələri; israfçılığa, möhtəkir-
liyə, haram qazanca qarşı sərt mövqeləri; hakimiyyətin ilk 
qayğısının  insanların  gələcəyi  və  rifahının  yaxşılaşdırıl-
ması  olduğu  barəsindəki  işıqlı  düşüncələri,  bizim  günlə-
rimizdə də aktual səslənir. 
N.Tusinin  təbirincə  iqtisad  elminin  də  daxil  olduğu 
ictimaiyyət elmləri (ictimai elmlər) – “insan cəmiyyətində 
olan  münasibətlər  sistemidir”  və  hamının  öyrənməyə  səy 
etməli olduğu bir sahədir.  
İqtisad elminin mövzusunu (predmetini)  – “hamının 
xeyrinə olan (ictimai) əmək” kimi müəyyənləşdirən müəl-
lif göstərmişdir ki, “insan öz ruzisini düşüncəsi, əməyi və 
bacarığı ilə əldə etdiyindən”, hər kəş yaxşı bacardığı, sev-
diyi  peşə  ilə  məşğul  olarsa  “birgə  əmək  yaranar,  xeyir 
artar, şər azalar”. Onun fikrincə, cəmiyyətdə elə şərait ya-


49 
 
radılmalıdır  ki,  hərə  öz  imkanı  və  bacarığı  dairəsində  za-
man  və  məkanın  tələbindən  asılı  olaraq,  ədalətlə  öz  bor-
cunu yerinə yetirsin, hərənin haqqı özünə çatsın. 
Nizamülmülk isə yazırdı ki, yalnız təsərrüfat həyatı-
nın  ciddi  qayda-qanunlarına  əməl  olunan  məmləkətdə 
“dövlət  güclənər,  ölkədə  bolluq  olar”.  Müəllifin  fikrincə, 
ölkədə halal-harama fikir verilməsə, möhtəkirlik və saxta-
karlıq  olarsa  əhali,  xüsusilə  də  “yoxsullar  acınacaqlı  və-
ziyyətə  düşərlər”.  Ölkədə  hakimin  sayğısızlığı  və  qazının 
insafsızlığı  üzündən  yarana  biləcək  sosial  narazılıq  belə 
qiymətləndirilmişdir:  “Atalar  yaxşı  deyiblər:  ət  iylənəndə 
ona duz vurarlar, bəs duz iylənsə onun çarəsi nədir?” Öl-
kənin  və  dövlətin  həqiqi  vəziyyətinin  biliyin  və  yaxşı 
ənənələrinin səviyyəsi ilə ölçüldüyünü qeyd edən Nizamü-
mülk  hakimlərı,  dövlət  xadimlərini  elm  adamları  ilə  otu-
rub-durmağa,  işbilənlərlə  məsləhətləşməyə,  ağsaqqalların 
tövsiyələrinə qulaq asmağa çağırmışdı. 
Bu  mənada  Nizami  Gəncəvinin  şah  və  xəlifələrin 
hökmranlıq etdiyi feodalizm dövründə özünüidarəyə, əda-
lətə,  qarşılıqlı  hörmət  münasibətlərinə  əsaslanan  ideal--
utopik cəmiyyət ideyasını irəli sürməsi, elmi uzaqgörənlik, 
habelə  zəngin  yaradıcılıq  təxəyyülü  kimi  qiymətləndiril-
məlidir. Onun əsərlərindəki insan zəhmətinə, əmək fəaliy-
yətinə, onun bölgüsünə, pula, sərvətə, kamil peşə-sənət sa-
hibi  olmağa,  elmlərə  yiyələnməyə,  qənaətə,  sadə  yaşama-
ğa dair fikirləri, xalq müdrikliyindən qaynaqlanan iqtisadi 
təfəkkürün  ifadəsi  kimi  dəyərləndirilməlidir.  Şair  insanın 
əmək fəaliyyətinin azad və sərbəst olması zəruriliyinə to-
xunaraq yazmışdı:  
Hər kəs sənətində olmasa azad
Dünya bu gedişlə olarmı abad? 


50 
 
“Həyat  əməkdir”-  əqidəsində  olan  müəllif,  adamları 
insan  edən,  onları  bütün  canlılardan  fərqləndirən  halal 
zəhmətlə yaşamağa çağırmışdı: 
 Məşəl tək əlinin muzduyla dolan
Şam kimi sən öz xəzinənlə yan. 
“Sirlər xəzinəsi”  əsərindəki sadə  peşə  sahibləri olan 
əkinçinin,  kərpickəsənin,  bağbanın  timsalında,  öz  halal 
zəhməti ilə yaşayan bu əmək adamları, cəmiyyət həyatının 
əsl  qurucuları,  bünövrəsi  kimi  təsvir  olunmuşlar.  Şairin 
fikrincə,  həyatda  rahatlıq  “daşdan  çörək  çıxaran”  və  “də-
nizdən dürr əldə edən” insanların, o cümlədən də daşyona-
nın,  çobanın,  əkinçinin,  memarın,  naqqaşın,  əsgərin,  ali-
min, bənnanın gərgin əməyinin nəticəsidir. 
“Hər peşəkar ancaq öz işini görməlidir”, “o vaxt ki, 
hər kəs öz bildiyi peşəsindən əl çəkər, abadlıq heçə enər”, 
“hər  kəsin  hünərinə  görə  iş  verilməlidir”,  “insan  halına, 
bacarığına görə elə peşə seçməlidir ki, gördüyü işdən xə-
calət çəkməsin” mövqeyindən çıxış edən Nizami, ağıllı və 
düşünülmüş əmək bölgüsünə ölkənin sərvətinin artmasına, 
ölkədə  məhsul  bolluğu  yaradılmasına,  əhalinin  dolanaca-
ğının  yaxşılaşmasına  təsir  göstərən  bir  şərt  kimi  baxmış-
dır. O eyni zamanda məmləkətin və cəmiyyətin yaşanması 
üçün ayrı-ayrı fiziki-zehni əmək fəaliyyəti növlərinin qar-
şılıqlı əlaqəsi fikrini əsas tutmuşdur. Bu mənada müxtəlif 
peşə  və  sənətlərin  bir-birini  tamlayaraq,  son  nəticə  etiba-
rilə hamıya gərək olduğunu vurğulayan şair xatırlatmışdı: 
     Dünya bir tarladır, diqqətlə baxsaq
          Hamı bir-birinə cütçüdür ancaq. 
Zəhmət - əmək  “fəryad deyil, bir şadlıqdır” deyən, 
nəsillərin  zəruri  istehsal  fəaliyyətinin  təkrar  olunmasını 
“çox şey əkmişlər bizə, əkməliyik gənc nəslimizə” vəsiy-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə