M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
436
nilər, elmi işçilər,
müəllim və şagirdlər, eləcə də ümumi
oxucular üçün nəzərdə tutulmuşdur”.
Hazırda belə lüğətlərin hazırlanmasına böyük ehtiyac
duyulur.
AZƏRBAYCAN DİLİNƏ DAİR
ORFOQRAFİYA SÖZLÜYÜ
§299. Orfoqrafiya sözlüyü dildəki leksik vahidlərin
düzgün yazılışını əks etdirir. Burada məqsəd savadlı yaz-
mağı daha da inkişaf etdirməkdən ibarətdir.
Orfoqrafiya sözlüyü imkan daxilində dilin bütün söz-
lərini, əks təqdirdə isə (sözlüyün həcmi ilə əlaqədar ola-
raq), əsasən, yazılışı çətin sözləri əhatə edir.
XX əsrdə Azərbaycan yazısında çətin ərəb əlifbası çıxa-
rıldıqdan sonra xalqın mədəni tərəqqisi ilə əlaqədar olaraq
orfoqrafiya məsələsi günün mühüm məsələlərindən biri kimi
qarşıya çıxmışdı. Həmin dövrdə orfoqrafiya qaydalarının
nizama salınmasında orfoqrafiya
sözlük və lüğətinin tərtib
olunması da mühüm tələblərdən biri hesab edilmişdir.
§300. Azərbaycan dilinin ilk orfoqrafiya sözlüyü 1929-cu
ildə
“İmla lüğəti” adı ilə Azərnəşr tərəfindən buraxılmışdır.
Bu lüğət (sözlük), ümumiyyətlə, orfoqrafiya sözlüyü-
nün qarşısına qoyulan tələblərə müvafiq hazırlanmışdır.
Lüğətin həcmi çox kiçikdir. Burada dilimizin sözlə-
rinin olduqca az hissəsi verilmişdir. Lüğətin həcmcə çox
qısa olmasına baxmayaraq, bu, yazılı nitq mədəniyyətinin
inkişafında xüsusi rol oynamışdır. Həmin lüğət (sözlük)
orfo qrafiya lüğəti (sözlüyü) tərtibi
tarixində ilk təşəbbüs
olduğu üçün də çox qiymətlidir.
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
437
§301. Məlum olduğu üzrə, hələ 1939-cu ildə yazı-
mızın orfoqrafik qaydaları lazımi şəkildə sabitləşməmiş-
di. Orfoqrafiyamızda bəzi dolaşıqlıqlar hökm sürürdü.
Bunların islahı ilə əlaqədar olaraq sonralar orfoqrafiya
lüğətinin də yenidən hazırlanması zəruriliyi qarşıya
çıxmışdı.
Azərbaycan SSR XKS tərəfindən təsdiq olunmuş or-
foqrafik qaydalara əsasən yenidən hazırlanan həmin lüğət
“Orfoqrafiya lüğəti” adı ilə 1940-cı ildə nəşr olunmuşdur.
Lüğətin ikinci nəşrinin həcmi kiçikdir. Dilimizdəki söz və
terminlərin çox az hissəsi buraya daxil edilmişdir.
§302. Orfoqrafiya məsələlərinə dair ictimaiyyətin tələ-
bini lazımi şəkildə ödəmək məqsədi ilə 1960-cı ildə Azər-
baycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiy-
yat və Dil İnstitutu tərəfindən
“Azərbaycan dilinin orfoqrafiya
lüğəti” nəşr edilmişdir. Lüğət Azərbaycan SSR Nazirlər So-
vetinin 1958-ci il 24 iyul tarixli, 497 nömrəli qərarı ilə təsdiq
edilmiş və 1959-cu il 6 aprel tarixli, 268 nömrəli qərarı ilə
8-ci paraqraf dəqiqləşdirilmiş “Azərbaycan dilinin orfoqra-
fiya qaydaları” əsasında
tərtib olunmuşdur
1
.
Bu lüğətin tərtibində 1940-cı ildə nəşr edilmiş
“Orfoqra fiya lüğəti” əsas tutulmuşdur. Lüğətin üçüncü
nəşrində,
təxminən, 40000-dən artıq söz vardır.
Kitabda xüsusi coğrafi adlar və şəxs adları da əlavə
şəklində verilmişdir. Həmin lüğət 1940-cı ildəkinə nis-
bətən xeyli təkmilləşdirilmişdir.
Hazırda “Azərbaycan dilinin orfoqrafiya lüğəti” yazılı
nitq mədəniyyətini inkişaf etdirməkdə xüsusi əhəmiyyətə
malikdir.
1
Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, 1960, səh. 3.
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
438
§303. “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 1975-ci
ildə çap olunmuşdur. Bu, onun dördüncü nəşridir. Həmin
lüğət 1960-cı ildə çap edilmiş nəşrinin yenidən işlənilmiş
və təkmilləşdirilmiş formasıdır.
Lüğətin əvvəlində deyilir: “Əvvəlki lüğətlərdən fərqli
olaraq, bu lüğətdə bəzi dəyişikliklər edilmişdir”.
1
Həmin
dəyişikliklər aşağıdakılardır:
1) Əvvəlki lüğətdə sözlərin iki formada yazılmasına
(gizlənpaç, gizlənqaç) imkan verildiyi halda, burada
ancaq bir formanın (çoxişlənən) saxlanılması zəruri
hesab edilmişdir.
2) İnkişafla əlaqədar olaraq meydana gəlmiş sözlər (kos-
mos, orbit və s.) qanuni olaraq lüğətə daxil edilmişdir.
3)
Lüğətin tərkibi bəzi təsadüfi, lüzumsuz sözlərdən tə-
mizlənmişdir.
Ümumiyyətlə, lüğətin bu nəşri xeyli təkmilləşdirilmiş,
müasir tələblərə cavab verə bilən səviyyəyə yüksəldilmişdir.
Azərbaycan dilciliyində leksikoqrafiyanın daha da in-
kişaf etdirilməsi müasir aktual problemlərdəndir. Bu sahə-
də bir sıra yeni lüğətlərin və sözlüklərin yaradılmasına bö-
yük ehtiyac duyulur
2
.
1
Azərbaycan
dilinin orfoqrafiya lüğəti, Bakı, 1975, səh. 3.
2
Afad Qurbanov. Tətbiqi dilçilik məsələləri, Bakı, 2003.