M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
449
Leksik kalkalara aşağıdakı misalları
göstərmək olar;
metateza – yerdəyişmə, proteza – səsartımı, eliziya – səs-
düşümü, xolodilnik – soyuducu, poqaşenie – ödəniş, sbor-
şik – quraşdırıcı və s.
Frazeoloji kalkalara bir sıra sabit birləşmələri, məsəl-
varı ifadə və ibarələri misal göstərmək olar; Məsələn:
Не
имей сто рублей, а имей сто друзей – Yüz manatın olunca
yüz dostun olsun və s.
§317. XX əsrdə dilimizin lüğət tərkibinin inkişaf etdi-
rilməsində “başqa yollarla” da söz yaratmaq təşəbbüslə-
ri olmuşdur. Belə ki, hələ ilk illərdən başlayaraq bu və ya
digər anlayışı ifadə etmək üçün uydurma yolu ilə söz və
terminlər düzəldilmişdir; məsələn:
göybil –
astronomiya
saybil – hesab
yerbil – coğrafiya
atılqan –
fəvvarə
toplantay – qurultay
öpkü – busə
başkənd –
paytaxt
düzgü – zəncir
yerəyrisi – üfüq
görük –
pəncərə
batğı – qərb
gündoğuş – şərq
qaytarqu – cavab
açun –
kainat
işbaşı – nəticə
yerbaşı – qütb. Və s.
Bu sözlər süni yaradıldığından dildə vətəndaşlıq hü-
qu qu qazana bilməmiş və az bir zaman ərzində sıradan
çıxmışdır.
Azərbaycan dili müasir zəngin dillərdəndir.
Bu dil
hər cür söz və ifadə yaratmaq imkanına malikdir. Dilimi-
zin daxili qayda-qanunlarına uyğun yaranmış hər bir söz
ədəbi hüquq qazanır və dilin inkişafında xüsusi rol oyna-
yır. Dili daha çox özünün imkanlarından istifadə etməklə
zənginləşdirmək ən faydalı yoldur.