6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


SİNTAKTİK YOLLA SÖZ YARADILMASI



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə262/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   258   259   260   261   262   263   264   265   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

SİNTAKTİK YOLLA SÖZ YARADILMASI
§311. Dilin sintaktik imkanları əsasında əmələ gələn 
yeni sözlər sintaktik yolla yaranan sözlər adlanır. Bu yolla 
yeni söz yaradılarkən iki və daha artıq sözün birləşməsin-
dən istifadə edilir; məsələn: qaranquş (ikisözlü), əlüzyuyan 
(üçsözlü). Sintaktik yolla iki sözün birləşməsindən ibarət 
yeni sözlər yaradılması dilimiz üçün daha xarakterikdir.
Qeyd etmək lazımdır ki, dilimizdə sintaktik yolla sözlər 
yaradılması prosesinə də çoxdan başlanmışdır. Bu yolla Azər-


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
446
baycan dilində xeyli miqdarda yeni söz yaradılmış və bunların 
vasitəsilə dilimizin lüğət tərkibi daha da zənginləşmişdir.
Müasir Azərbaycan ədəbi dilində sintaktik yolla yeni 
söz yaradılmasının iki üsulu vardır:
1. Leksik-sintaktik üsulla söz yaradılması. Bu qayda 
ilə yaranan sözlərdə heç bir morfoloji vasitədən istifadə olun-
mur. Burada ancaq leksemlər – leksik vahidlər birləşərək sin-
taktik əlaqə əsasında yeni söz əmələ gətirir; məsələn: İstisu, 
ağciyər, qayınata, şəkərçörək, şüşəbənd, beşdaş və s.
2. Leksik-qrammatik üsulla söz yaradılması. Bu 
üsulla əmələ gələn sözlərdə istər leksik, istərsə də qram-
matik şəkilçilərdən istifadə olunur. Belə ki, sözlər birləş-
dirilərkən komponentlərə bu və ya digər şəkilçi qoşularaq 
sintaktik əlaqə əsasında yeni söz yaranır; məsələn:
a) ahəngə görə -ı,-i,-u,-ü şəkilçisinin artırılması ilə: 
dəvəquşu, quşotu, suiti, ayaqqabı, qarğıdalı və s.
b) birinci komponentə -dan,-dən sözdəyişdirici, ikinci 
komponentə isə -ma,-mə sözdüzəldici şəkilçisinin artırıl-
ması ilə: anadangəlmə, göydəndüşmə və s.
c) ikinci komponentə (feillərə) -an,-ən şəkilçisinin artı-
rılması ilə: uzaqgörən, ağacdələn, taxıldöyən və s.
Bunlardan başqa, morfoloji-sintaktik üsulla söz yara-
dılması prosesində digər morfoloji vasitələrdən də istifadə 
olunur; məsələn: günəbaxan, südəmər və s.
Hazırda sintaktik yolla söz yaradılması dilimizin lü-
ğət tərkibinin zənginləşməsində xüsusi rola malikdir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə