M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
42
rı oxuduqda canlı Azərbaycan dilinin ruhu, ahəng və
gözəlliyi çox aydın şəkildə hiss olunur.
3. Vaqif qoşma üslubunun formalaşmasında
və inkişa-
fında xüsusi rol oynamışdır. Onun qələminin qüdrəti
sahəsində XVIII əsrdə qoşma üslubu bədii üslublar
sisteminin zirvəsinə ucalmışdır.
Bu dövrdə Vaqiflə bərabər,
Molla Vəli Vidadinin də
ədəbi dilimizin inkişafında rolu az olmamışdır.
XIX əsr Azərbaycan ədəbi dilinin sabitləşməsi döv-
rüdür. Bu dövr öz xüsusiyyətləri ilə digər əsrlərdən əsaslı
surətdə fərqlənir. Belə ki, həmin dövrdə kapitalizmin inki-
şafı, Azərbaycanın digər ölkə və xalqlarla mədəni əlaqələ-
rinin yaranması və s. dilimizin inkişafına da müsbət təsir
göstərmiş; Azərbaycan ümumxalq dili inkişaf edərək, milli
ədəbi dilə çevrilmişdir.
XIX əsrdə Azərbaycan ədəbi
dilinin sabitləşməsi və
inkişaf etməsində
Mirzə Fətəli Axundovu
xüsusi olaraq
qeyd etmək lazımdır. M.F.Axundov bütün fəaliyyəti boyu
Azərbaycan dilinin milli müstəqilliyini qorumuş və onun
inkişafı uğrunda ciddi mübarizə aparmışdır. Dil sahəsin-
də M.F.Axundovun fəaliyyəti çoxcəhətlidir. O, dilin elə
bir sahəsi, elə bir mühüm məsələsi yoxdur ki, ondan bəhs
etməmiş olsun; belə ki, ədəbi dilin xəlqiliyini qorumaq-
da, ərəb əlifbasının
dəyişdirilməsi sahəsində, orfoqrafiya
məsələlərinin qaydaya salınmasında, ədəbi dilin termin-
lərlə zənginləşdirilməsində M.F.Axundovun çox böyük və
xüsusi xidmətləri olmuşdur; o, ilk dəfə olaraq ədəbi dildə
dram üslubunun əsasını qoymuşdur.
M.F.Axundov,
hər şeydən əvvəl, ədəbi dilin xalqa
daha yaxın olmasına, ondan hamının asanlıqla istifadə edə
bilməsinə xüsusi fikir verirdi. O, dili həqiqi xəlqiləşdir-
mə yə çalışırdı. Bu məqsədlə o, ədəbi dil haqqında bir sıra
nəzəri fikirlər irəli sürmüş və həmin fikirlərini öz yaradı-
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
43
cılıq fəaliyyətində əməli surətdə həyata keçirməyə nail ol-
muşdur. Onun komediyalarının dili bunu aydın
surətdə
sübut edir. Ədəbi dilimizin xəlqiliyi, sadəliyi, saflığı uğ-
runda M.F.Axundovun apardığı mübarizəni onun xələflə-
ri olan N.B.Vəzirov, H.B.Zərdabi kimi maarifçilər davam
etdirmişlər.
Məlumdur ki, ədəbi dilin lüğət tərkibinin, üslubları-
nın inkişafında, orfoqrafik və digər ədəbi normalarının sə-
lisləşməsində, sabitləşməsində mətbuat xüsusi rol oynayır.
Bu cəhətdən ədəbi dilimizin inkişafında 1875-ci ildə nəşrə
başlayan
“Əkinçi” qəzetinin böyük rolu olmuşdur. Həmin
qəzet vasitəsilə müxtəlif sahələrə dair bir sıra yeni-yeni ter-
minlər ədəbi dilimizə daxil olmuş və onun lüğət tərkibini
daha da zənginləşdirmişdir.
“Əkinçi” qəzetində müxtəlif
üslublarda dərc edilən məqalələr ədəbi dilimizin, eyni za-
manda, üslublarının inkişafına da təsir göstərmişdir. Bü-
tün bu məsələlərdə qəzetin redaktoru
Həsən bəy Zərdabi-
nin
Dostları ilə paylaş: