A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə27/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   23   24   25   26   27   28   29   30   ...   79

64 
 
Azərbaycanlı əsgərlərə qarĢı fiziki güc iĢlədilir, döyülür, təhqir olunurdular. 
Məxfi  məlumatlarda  yazılırdı:  «Kiçik  komandirlərin  özünü  düzgün  aparmaması, 
onlara  fiziki  güc  tətbiq  olunması,  təhqir  edilməsi  nəticəsində  əsgərlər  arasında 
narazılıq  halları  artmaqdadır.  Məsələn,  noyabrın  20-də  75-ci  alayda  Qızıl  Ordu 
əsgəri Nəsirov Qurban Bəbir oğlu siqaret növbəsinə dayanarkən döyülmüĢdür.». 
75-ci  alayda  əsgərlərdən  siqaret  almaq  üçün  12  min  manat  pul  yığılmıĢ, 
lakin  baĢqaları  tərəfindən  mənimsənilmiĢdi.  Çoxlarının  paltarı,  çəkmələri  tez-tez 
oğurlanırdı.  MK-nın  məxfi  məlumatlarında  yazılırdı:  «Gədəbəy,  Tovuz,  Nuxa  və 
ġamaxının  rayon  hərbi  komissarları  adamları  hərbi  xidmətə  göndərərkən  onları 
tibbi müayinədən keçirmirlər. Odur ki, ağır xəstə vəziyyətində orduya gətirilənlər 
gərəksiz  hesab  olunur.    Belə  hallar  da  var  ki,  orduya  gətirilən  ağır  xəstələr 
gələndən  bir  neçə  gün  sonra  vəfat  edir.  2.  Həmin  rayonların  hərbi  komissarları 
əsgərliyə  gedənlərin  ailələrinə  diqqət  yetirmir,  əsgər  ailələrinin  dövlət  təminatına 
köməklik göstərmirlər. Əsgərlər arasında Ģaiyə gəzir ki, bütün dezertirlər dağlarda 
gizlənən  quldurlara  aid  olunur.  Azərbaycan  K(b)P  MK  QutqaĢen  rayon  Komitəsi 
bu  məlumatdan  siyasi  nəticə  çıxarmamıĢ,  dezertirlərin,  qorxaqların  və 
Ģaiyəyayanların  lazimi  cəzasını  vermir.  Azərbaycan  K(b)P  MK-nın  təĢviqat 
briqadasının üzvü S.M. Aydınbəyov 27.XI.41». 
Azərbaycan K(b)P MK-nın təĢviqat briqadası Zaqafqaziya cəbhəsinin 28-ci 
ehtiyat-atıcı  briqadasında  çoxlu  çatıĢmamazlıqları  aĢkarlayıb  Azərbaycan  K(b)P 
MK-nın  katibi  və  Zaqafqaziya  cəbhəsi  hərbi  Ģuranın  üzvü  M.C.Bağırova 
çatdırmıĢdı.  Məlumatlar  çox  ciddi  xarakter  daĢıyırdı.  Məlumatlardı  partiya-siyasi 
və  kütləvi-təbliğat  iĢinin  artırılması  vacibliyi  bildirilirdi.  Qeyd  olunurdu  ki, 
azərbaycanlı  əsgərlər  komandirlərin  onları  xoĢagəlməz  ana  söyüĢləri  ilə  təhqir 
etməsindən Ģikayətlənirdilər. 
Məlumatda  göstərilirdi:  «Qeyd  etməliyik  ki,  siyasi  iĢçilər  və  onların  bu  və 
ya 
digər 
alaylardakı 
müavinləri 
milli 
tərkibi 
nəzərə 
almadan 
komplektləĢdirilmiĢdir. 
106-cı  atıcı  alayında  döyüĢçülərin  35  faizinin 
azərbaycanlılardan  ibarət  olmasına  baxmayaraq,  siyasi  iĢçilərin  və  onların 
müavinlərinin  yalnız  4-5  faizi  azərbaycanlılardır,  yaxud  azərbaycanca  danıĢmağı 
bacaranlardır.  Lakin  savadlı  və  siyasi  cəhətdən  yoxlanılmıĢ  kommunist  və 
komsomolçu azərbaycanlılar da hissələrdə çoxdur». 
Bundan əlavə, bütün mühazirələr hərbi hissələrdə rus dilində oxunduğundan 
azərbaycanlı  döyüĢçülərin  çoxu  baĢa  düĢmür,  hazırlıqsız  olurdular.  Hər  bir  siyasi 
dərsə  ayrılan  2  saatın  40  -  50  dəqiqəsi  mühazirəyə,  qalanı  isə  tərcüməyə  həsr 
olunur və az effekt verirdi. 
Azərbaycan  K(b)P  MK-ya  göndərilən  məxfi  məktubda  yazılmıĢdı: 
«Tamamilə  məxfidir.  Azərbaycan  K(b)P  MK-nın  katibi  Bağırov  yoldaĢa.  Bizim 
392-ci  atıcı  diviziyası  Qori  Ģəhərində  yerləĢmiĢdir.  Diviziya  əsasən  Azərbaycan 
SSR  Respublikasının  Yevlax,  ġaumyan,  Qasım  Ġsmayılov,  ġamaxı,  Kürdəmir, 
Zərdabi,  Dəvəçi,  Bakı,  Kirov,  Samux,  Ağdam  rayonları  zəhmətkeĢlərindən 


65 
 
ibarətdir.  Bizim  diviziyaya  göndərilənlərin  əksəriyyəti  rus  dilini  bilmirlər.  Yalnız 
partiya-siyasi  iĢin  zəif  aparılması      səbəbindən      diviziyamızda      fərarilik, 
xidmətdən  yayınma  və  digər  hallar  baĢ  verməkdədir  lakin  Stalin  yoldaĢın 
məruzəsinin  bütün  döyüĢçülərə  çatdırılması  üçün,  xahiĢ  edirəm  ki,  Azərbaycan 
dilini  bilən,  Stalin  yoldaĢın  məruzəsini  öyrənməyə  kömək  edən  bir  neçə 
kommunist  təbliğatçılar  göndərəsiniz.  392-ci  Atıcı  diviziyasının  Siyasi  Ġdarəsinin 
rəisi Buriakov. 18 noyabr 1941. Qori Ģəhəri». 
Məxfi  məlumatlarda,  404-cü  diviziyada  da  azərbaycanlıların  rus  dili  ilə 
bağlı hədsiz problemləri olduğu açıqlanırdı. Digər məlumatda göstərilirdi ki, hərbi 
hissələrdə  çoxlu  sayda  dezinteriya  və  malyariya  xəstəliyinə  tutulanlar  vardır. 
Həkimlər  bunun  səbəbini  tibbin  olmamasında  və  müalicənin  vaxtında 
aparılmamasında görürdülər. Digər tərəfdən, əsgərlərə tibbi kömək üçün həkimlərə 
müraciətə  icazə  verilmirdi.  Yalnız  sonradan  bu  qayda  ləğv  edilmiĢdi.  Məlum 
olurdu  ki,  əsgərlərə  qaynanmıĢ  çay  verilir,  digər  millətlərdən  olan  aĢpazlar  isə 
yalnız özününküləri daha çox təmin edirlər. 
Əsgərlərə tibbi xidmət zəif təĢkil olunduğundan onların müalicəsi axıradək 
aparılmırdı.  Xəstəni  isə  diqqətsiz  müayinə  etdiklərindən  xəstəlik  tam  müalicə 
olunmurdu.  Məxfi  məlumatda  yazılırdı:  «Mətbəxlərdə  sanitar  vəziyyət 
kifayətləndirici  deyil.  Ərzaq  məhsulları  hara  gəldi  atılıb.  Məsələn,  aĢpazların 
dırnaqları uzun və qara kirlə doludur. Yeməyi iki nəfərə bir qabda vermək əvəzinə, 
bəzən  üçünə  verirlər».  Əsgərlər  həm  də  poçt  xidmətinin  yarıtmaz  tərkibindən 
Ģikayətlənirdilər. Göndərdikləri məktublara cavab vermirdilər. Belə hallarda olurdu 
ki, əsgərlərə yeməyi vaxtında vermirdilər. AxĢam hazırlanan yeməklər paylanırdı. 
Məxfi  sənədlərdə  əsgər  ailələrinə  yerlərdəki  rəhbərlərin  düzgün  olmayan 
münasibətləri  sadalanırdı:  «1)  Məmmədov  Eyvazın  ailəsinə  nədənsə  MTS 
direktoru  çörək  vermir.  2)  Göyçay  rayonundan  olan  Səmədovun  həyat  yoldaĢını 
qəzet  redaktoru  Məmmədov  makinaçı  iĢindən  ixtisara  salmıĢ,  baĢqasını  iĢə 
götürmüĢdür.  3)  Lənkərandan  olan  Qafarov  Qəzənfər  Nəsrulla  oğlunun  ailəsi  - 
qoca anası və iki uĢağı bu günə qədər yardım almır». 
Hərbi  hissələrdə  səliqə-sahman,  demək  olar  ki,  yox  idi.  Ətrafda  hər  yerdə 
çalalar  qazılmıĢdı.  Hərbi  əsgərlərin  müalicə  olunduğu  Qospitallarda  vəziyyət  lap 
dözülməz  idi.  Azərbaycan  K(b)P  MK-ya  göndərilən  məlumatlarda  aĢağıdakılar 
aydın  olurdu:  «Azərbaycan  K(b)P  MK-nın  tapĢırığı  ilə  mən  Kirovabad,  Xanlar, 
Qazax rayonlarındakı qospitalların iĢi ilə tanıĢ oldum. Onların yox edilməsinə qarĢı 
heç bir tədbir görülmür. Qospitallardakı xəstələr saman doldurulmuĢ döĢəklərə və 
elə o cür də yastıqlarda yatırlar. Ġ. Pasınkov. Məxfi». Məlumatlardan aydın olurdu 
ki, əsgərlərin özünüasma, öldürmə halları getdikcə çoxalırdı». 
Nəsiman müəllimin göstərdiyi kimi, doğrudan da azərbaycanlıların, xüsusən 
cəbhə bölgələrindəki vəziyyəti çox gərgin idi. 
O   vaxtlar   Zaqafqaziya   müdafiə   Ģurasının   üzvü   olan M.C.Bağırova 
bu  xəbəri  çatdırırlar  və  o  dərhal  hadisələrin  daha  çox  cərayan  etdiyi  cəbhənin 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə