A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə122/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   118   119   120   121   122   123   124   125   ...   137

 

421 


misselyar məhlulların dayanıqlığı azalır, su və neft fazalarına ayrılma 

halı və c. dəyişikliklər baş verir. 

 

Şəkil VI. 10 



Duzlu su ilə itələyici maye qarışdıqda onun özlülüyü azalır, 

misselyar məhlul kontaktında səthi gərilmə  artır. Bu hadisələrin 

əmələ  gəlməsi nəticəsində  araqatının tam sıxışdırılması pozulur və 

nəticədə qalıq neftin sıxışdırılma effektivliyi azalır. 

 

Laboratoriya təcrübələri nəticəsində  müəyyən olunmuşdur ki, 



araqatının həcminin müəyyən həddə  qədər (ümumi məsaməlilik 

həcminin 5%-i) artması ilə çıxarilan qalıq neftin miqdarı artır. Sonra 

isə neft vermənin qiyməti araqatının həcmindən asılı olmur (cədvəl 

VI.4). 


                                                                                   Cədvəl VI.4 

Məsaməli mühitin xassəsi 

Məsaməli mü-  

hitə  görə  ara-

qatının həcmi, 

Çıxarılan 



neftin 

miqdarı,


məsamə


-lilik, % 

keçirici- 

lik, mkm

qalıq neftlə 



doyma əmcalı,% 

18,3 


17,4 

20,5 


20,1 

0,155 


0,046 

0,533 


0,507 

32,9 


35,2 

33,3 


36,5 



48,5 



43,2 

93,8 


85,6 


 

422 


VI.11  şəklində  qalıq neftin çıxarılan həcminin sıxışdırma 

sürətindən asılılıq  əyriləri göstərilmişdir (1-  əyrisi sürətin 0,15·10

-5

 

m/san; 2-əyrisi isə  1,5·10



-5

 m/san qiyməti üçün çıxarılmışdır). 

Beləliklə, sıxışdırmanın effektivliyi sürətdən asılı olaraq misselyar 

məhlulun lay məhsulu ilə  qarışma dərəcəsi azaldıqca artır.  İtələyən 

mayenin minerallaşma dərəcəsi artdıqca, misselyar məhlulla qalıq 

neftin sıxışdırılması pisləşir (cədvəl VI.5). 

                                                                                  Cədvəl VI.5 

Bufer mayesi (itələyən) 

Qalıq neftin çıxarılan 

hissəsi, % 

Adi su 

2% NaCl-lu su 



2,8% duzlu su 

88,7 


73,0 

51,4 


Məlum  olmuşdur ki, mineral duzları çox olan məsaməli 

mühitlərdə misselyar məhlullar çoxvalentli duz kationları ilə doyaraq 

öz xassələrini dəyişdirir. Bunun nəticəsində misselyar məhlul iki 

fazaya parçalanır. Misselyar məhlulun minerallaşma dərəcəsindən 

asılı olaraq xassələrinin dəyişməsi, onun tətbiqinin effektivliyində 

əsas göstəricilərdəndir. 

 

Şəkil VI.11 



Misselyar məhlullardan istismar və  suvuran quyuların 

məhsuldarlığını artırmaq məqsədilədə istifadə edilir. Quyulara 

vurulan müəyyən tərkibli misselyar məhlulların quyudibi zonadakı 

üzvi çöküntüləri özündə  həlletmə qabiliyyəti nəticəsində, quyuların 

məhsuldarlıq əmsalı artır. Bu cür işlərin effektivliyinin təyinində əsas 

məsələ, misselyar məhlulların tərkiblərinin düzgün seçilməsidir.  




 

423 


Beləliklə, misselyar məhlullarla layın qalıq neftinin 

çıxarılmasını  və  ümumi neftvermə  əmsalının artırılmasını  təmin 

etmək olar. Lakin bu məhlulun tətbiqi digər məhlullara və mayelərə 

nisbətən ciddi surətdə texniki-iqtisadi baxımdan  əsaslandırılmalıdır. 

Belə  ki, quyuların layda yerləşməsindən, layın fiziki-kimyəvi və 

geoloji xüsusiyyətlərindən asılı olaraq bu üsulun hesabına  əlavə 

neftin çıxarılması, prosesin başlanmasından bur neçə  il sonra öz 

təsirini göstərəcəkdir. Odur ki, bu gecikməni nəzərə alan iqtisadi 

göstəricilərin əsaslandırılması vacib məsələdir.  

Karbonatlı, qeyri-bircinsli, çatlı və kiçik keçiricikli laylarda bu 

üsulla qalıq neftin alınmasının effektivliyi yox dərəcəsindədir. 

Qalıq neftin miqdarının bu üsulun iqtisadi göstəricilərinə  təsiri 

böyükdür. Qalıq nefti (20-25)% olan laylar üçün bu üsul iqtisadi 

cəhətdən əlverişli sayıla bilməz. Layda sərbəst qazın olması prosesin 

effektivliyini azaldır. 

6. Neftin həlledicilərdə  sıxışdırılması.  Son zamanlar görülən 

tədqiqat işləri neftin həlledici mayelərlə  sıxışdırılması ilə  layın 

neftvermə 

əmsalının artırılmasının mümkünlüyünü göstərir. 

Həlledicilər kimi sıxılmış mayeşəkilli qazlardan (propan), spirt, 

benzol və c. –dən istifadə edilir. 

Bu üsulda laya, araqatı yaratmaq məqsədilə həlledici vurulur və 

sonra başqa bir agentlə (məsələn, su ilə) itələnir. Hərəkət edən araqatı 

nefti həll edərək, onu məsamələrdən yuyur. Layda qalan həlledici, 

sıxışdırıcıların köməyi ilə  çıxarıla bilər. Məsələn, quru qaz ilə 

sıxışdırılan həlledici onunla sovrularaq yer üzərinə  çıxarılır və qaz-

benzin zavodunda emal edilir.  

Bircinsli lay şəraiti üçün aparılmış laboratoriya tədqiqatları 

maye propanla sıxışdırmada 100%-ə  yaxın neftvermənin alınmasını 

göstərmişdir. Bu onun nəticəsidir ki, neft həlledicilərlə  təmasda 

olduqda neftin sıxışdırılmasına mane olan kapillyar qüvvələr sıfra 

bərabər olur. 

Təcrübələrlə  sübut olunmuşdur ki, araqatının layda hərəkəti 

nəticəsində onun bir tərəfdən neftlə  qarışması  və digər tərəfdən 



 

424 


sıxışdırıcı maye ilə  qarışması  nəticəsində  araqatının yuyulması halı 

baş verir. 

 

Şəkil VI.12 



 

VI.12  şəklində neftin maye propan ilə  sıxışdırılmasında 

karbohidrogenlərin cərəyan xətti boyunca paylanma sxemi 

göstərilmişdir (1-neft; 2-propanla neftin qarışdığı zona; 3-təmiz 

propan zonası; 4-propan ilə quru qaz qarışığı; 5-quru qaz zonasıdır). 

Həlledicilərlə  neftin sıxışdırılması prosesinin effektivliyi neftin 

və sıxışdıran mayenin özlülüklərindən, layın bircinslilik dərəcəsindən 

və  onun fiziki xüsusiyyətlərindən, sıxışdırma sürətindən, araqatının 

ölçülərindən, onun kimyəvi tərkibindən, temperatur, təzyiq və c. –

dən asılıdır. 

Mayelərin bir-birinə  qarışma dərəcəsi  konvektiv diffuziya  və ya 

qarışma  əmsalı adlanan D dispersiya əmsalı ilə  müəyyən edilir. 

Təcrubələr göstərir ki, D əmsalı  hərəkət sürətindən asılı olmaqla 

molekulyar diffuziya əmsalından xeyli böyükdür. 

Prosesə neft və  həlledicinin xüsusi çəkilərinin böyük təsiri 

vardır. Bunların təsirindən kontakt səthinin  əyilməsi baş verir və 

qravitasiya dilləri əmələ gəlir. Prosesin praktiki tətbiqində araqatının 

həcmi, ümumi məsamələr həcminin (4-12)% -in təşkil edir. 

Müxtəlif özlülüyə malik həlledici ilə  neftin sıxışdırılmasında 

aparılan təcrübələr nəticəsində prosesin mexanizmi aşkar edilmişdir. 

Belə  ki, iki qarışan mayenin təması, onların məhlul halında olması 

demək deyildır. Məhlul ancaq molekulyar diffuziyanın nəticəsində 

yaranır. Mexaniki səpələnmə  və mayenin məsaməli mühitdə 

dispersləşməsi həllolma prosesi üçün əlverişli  şərait yaradaraq 

prosesi gücləndirir. Bunun nəticəsində mayelərin təmas səthləri artır. 

Lakin bu halda da mayelərin tam həll olması bir anda baş verir. 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə