A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə121/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   117   118   119   120   121   122   123   124   ...   137

 

417 


iqtisadi cəhətdən səmərəli olmayan hallarda) və  sulaşmış laylardan 

qalıq neftin alınmasında effektli sayılır. Bircinsli məsaməli 

mühitlərdə 95%-dən çox, qeyri-bircinsli mühitlərdə isə 50% -dən çox 

qalıq neft alınır. 

Misselyar məhlul üç və  çox komponentin birləşməsindən 

yaranır.  Əsas komponentlər maye karbohidrogen, su və  səthi aktiv 

maddədir. Belə  üç komponent adi şəraitdə  dayanıqlı misselyar 

məhlulun yaranmasına kifayət edir. Lakin məhlulun lay şəraitində 

dayanıqlı olması üçün (fiziki-kimyəvi və reoloji xassələrinin 

saxlanması üçün) ona dördüncü komponent – stabilizatorlar qatılır. 

Maye karbohidrogen kimi mayeşəkilli neft qazından tutmuş 

xam yüngül neftə qədər müxtəlif növ mayelərdən istifadə etmək olar.  

Su, məhlulun əsas tərkib hissəsidir. Bu məqsədlə adi sudan, zəif 

minerallaşmış lay suyundan, yaxud asılı hissəciklərdən və duzlardan 

təmizlənmiş sulardan istifadə edilə bilər. 

Səthi aktiv maye kimi neftdə  həll olan birləşmələrdən  –

alkilarilsulfanatlardan, neft sulfanatlarından, alkilfenollardan və s. 

istifadə  edilir. Dördüncü komponent kimi (stabilizator), adətən, 

izopropilenli butil spirtindən, bəzi hallarda isə heksalat və s.-dən 

istifadə edilir. 

Dörd komponentin ayrı-ayrılıqda miqdarını  dəyişdirməklə ya 

“xarici su” fazalı misselyar məhlullar hazırlana bilər ( şəkil VI.8a, b). 

Misselyar məhlullarda su və  karbohidrogen fazaları arasında səthi 

gərilmə çox az (ən çoxu 0,001mHm) olur. Komponentlərin tərkibi və 

miqdarı misselyar məhlulun faza halını, özlülüyünü, sıxlığını, 

şəffaflığını və s. Müəyyən edir. 

Spirtin qiyməti baha olduğundan praktiki cəhətdən tərkibində 

spirtin miqdarı az olan (5÷10%) məhlullardan istifadə edilməsi 

sərfəlidir. 

Məhlulun bakteriyalarla dağılmasının qarşısını almaq məqsədilə 

ona bəzi bakterisidlər (formaldehidin zəif məhlulu, mis kuporusu, 

sulem və  s.) qatılır. Bəzi hallarda özlülüyün artırılması  məqsədilə 

reagentlər də əlavə edilir. 



 

418 


 

Şəkil VI.8 

Son zamanlar hazırlanması ucuz başa gələn, tərkibində 80÷95% 

su olan misselyar məhlullardan istifadə edilir (cədvəl VI.3).    

  

                                                                                   Cədvəl VI.3 



Komponentlər 

Xarici neft fazalı məhlul, % 

Xarici su fazalı 

məhlul,% 

tərkibində 

su az olan 

tərkibində su 

çox olan 

Səthi aktiv maddə 

Karbohidrogen 

Su 

Spirt 


Elektrolit 

>5 


35÷80 

10-55 


5



>4 

4-40 


55-90 

0,01-20 


0,001-4

*

 



>4 

2-50 


40-95 

0,01-20 


0,001-4

*

 



 

Qeyd.


*

 Suya görə hesablanmış çəki miqdarı,% 

Misselyar məhlullar aşağıdakı tələbatları ödəməlidir: 

1) məhlul müxtəlif şəraitdə nefti yaxşı sıxışdırmalı, yaxud su və 

neftlə  yaxşı qarışmalıdır. Sulaşmış laylarda yaxşı olar ki, məhlul 

ancaq nefti sıxışdırmaq xassəsinə malik olmaqla, su ilə  qarışmasın, 

quyudibi zonanın işlənməsində isə neft (istismar quyularında) və su 

ilə qarışa bilsin (su vuran quyularda); 

2) məsaməli mühitdə  çökmüş parafin,asfalten, qatran və s. –i 

özündə həll edə bilsin. Əks halda qalıq neftin sıxışdırılması effektli 

ola bilməz; 



 

419 


3) məhlul birfazalı özlü vəziyyətdə qalmalıdır. 

Misselyar məhlulun nefti sıxışdırabilmə qabiliyyətinin  əsas 

gəstəricisi onun özlülüyüdür. Lazımi özlülüyün yaradılması ilə onun 

layda hərəkətinin idarə edilməsi mümkündür. Məhlulun özlülüyünə 

onun tərkibindəki maddələrin təsiri böyükdür. VI.9 şəklində 

tərkibində 76% pentan, 19% sulfanat və 5% izopropil spirti olan 

məhlulun suyun miqdarından asılı olaraq özlülüyünün dəyişmə əyrisi 

göstərilmişdir. Şəkildən göründüyü kimi, suyun miqdarının 0+40% -

dək artması ilə  məhlulun özlülüyü 1 

san


MPa

-dən 100 

san

MPa


qədər artır.  (40-50%) arasında inversiya hadisəsi, yəni 

xarici neft fazalı məhluldan xarici su fazalı məhlula keçid baş verir. 

Burada suyun 50% -dən başlayaraq artması  məhlulun özlülüyünü 

azaldır və  100% su halında özlülük 1 

san

MPa


olur. Qeyd etmək 

lazımdır ki, misselyar məhlullar üçün özlülüyün suyun miqdarından 

asılılığı eyni xarakter daşımır.  

VI.9 şəklində adi su ilə  hazırlanmış məhlul üçün asılılıq bütöv 

xətlə, duzlu su üçün isə qırıq xətlə verilmişdir. 



 

420 


 

Şəkil VI 9 

Məhlulun özlülüyünə  temperaturun da böyük təsiri vardır. 

Tərkibində 50% su olan misselyar məhlul üçün belə asılılıq VI.10, a 

şəklində  göstərilmişdir. Qeyd etmək lazımdır ki, 65°C-dən yuxarı 

temperaturlarda misselyar məhlullar dayanıqsız və  ya ikifazalı 

vəziyyətdə olur. 

VI.10, b şəklində kapillyar viskozimetrdə ölçülmüş reoloji əyri 

göstərilmişdir.  Şəkildən göründüyü kimi sürət qradiyentinin 0-

200san


-1

 qiymətinə  qədər fərz edilən özlülük dəyişmir; deməli, 

misselyar məhlullar Nyuton mayesinə aiddir. 

Təbii lay şəraitində  sulaşmış mikro- və makro- qeyri-bircinsli 

məsaməli mühitlərdə qalıq neftin misselyar məhlul ilə  sıxışdırılması 

mexanizmi mürəkkəb  şəraitdə gedir. Məlumdur ki, lay sularının 

tərkibində  müəyyən miqdar mineral duzlar vardır. Belə  mühitdə 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə