A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə124/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   120   121   122   123   124   125   126   127   ...   137

 

428 


dövranı yaratmaqla və kimyəvi reaksiyalardan alınan istilik hesabına 

qızdırılır. Quyudibi zonanın qızmış su buxarı ilə işlənməsi yuxarıda 

göstərilən üsullara nisbətən  ən səmərəli sayıla bilər. Bunun üçün 

quyunun işi çir neçə  gün saxlanılır və  laya (1,5÷2,5)·10

-5 

m

3



/san 

sərfində (2-15) Mpa təzyiq altında, temperaturu (150÷250)°C olan 

buxar vurulur. Quyu bir neçə gün belə təsirdən sonra bağlı saxlanılır 

və yenidən işə buraxılır. 

Bu üsulun yuxarıda göstərilənlərə nisbətən üstünlüyü ondan 

ibarətdir ki, yüksək istilik tutumuna malik buxarın laya daxilolma 

zonası böyük olur və  təzyiq altında məsaməli mühitin çatlarına və 

kanallarına daxil  olaraq onları çökmüş qatran, asfalten və s. –dən 

azad edir, neftin özlülüyünü azaldır və nəticədə süzülmə göstəriciləri 

xeyli yaxşılaşır. 

Buxar ilə  quyudibi zonanın qızdırılması ölkəmizin bəzi 

yataqlarında (Türkmənistanın Kum-Dağ, Krasnodarın Zıbza; 

Saxalinin Katanqm və s.) müvəffəqiyyətlə tətbiq edilir. 

Qeyd etmək lazımdır ki, quyudibi zonanın qızdırılması 

tədbirinin effektivliyini azaldan bəzi hadisələr də meydana çıxa bilər. 

Məsələn, temperaturun artması, qazın neftdə doyma təzyiqini 

artırdığından, neftdən qaz ayrılmağa başlayaraq neftin faza 

keçiriciliyini azalda bilər. Su buxarı, laya daxil olduqca temperaturun 

azalan yerlərində kondensat şəklində mayeyə çevrildiyindən, istismar 

vaxtı quyuların sulaşması baş verir. Keçiriciliyin artması ilə əlaqədar 

olan süzülmə sürətinin artması hesabına quyuya laydan qum gəlməyə 

başlayır. Deməli, quyudibinə  təsir etməzdən  əvvəl obyektin düzgün 

seçilməsi əsas məsələlərdən biridir. 

 

 

 

2. Laya istilik ötürücülərinin vurulması 

 

Bu məqsədlə  laya su buxarı, qızdırılmış su və  qızdırılmış qaz 

vurulur. Aparılan laboratoriya və mədən təcrübələri nəticəsində laya 



 

429 


istilik ötürücülərinin vurulması ilə neftvermə əmsalının artması aşkar 

edilmişdir. 

Layın temperaturu artdıqca neftin sıxışdırılması prosesinin 

göstəriciləri artır. Özlülüyü çox olan nefti isti su ilə  sıxışdırdıqda 

temperaturun laydakı 120°C qiymətində 80%-ə kimi neftvermə 

əmsalı müşahidə edilmişdir. 

Nefti layda qızmış agentlərlə sıxışdırdıqda prosesə müsbət təsir 

göstərən amillər: neftin özlülüyünün və  sıxlığının azalması, termiki 

genişlənməsi, suyun səthi yaxşı islatması  və  səthi-molekulyar 

qüvvələrin dəyişməsidir. Təcrübə  nəticəsində bircinsli məsaməli 

mühitin neftvermə  əmsalı uyğun olaraq nefti su buxarı ilə 

sıxışdırdıqda 86,83%, isti su ilə-78,31% və  qızmış hava ilə-46,24% 

olmuşdur. 

Su buxarı istilik agenti kimi aşağıdakı xüsusiyyətləri ilə 

fərqlənir: 1) yüksək istilik tutumuna malikdir. Buxarın quruluq 

dərəcəsi 0,8 olduqda (80% bu7xar və  20% su) laya çoxlu istilik 

ötürmək olur (vurulan agentin vahid həcminə nisbətən); 2) su buxarı 

suya nisbətən layda 25-40 dəfə  böyük həcm tutur; 3) su buxarı     

90% -ə qədər nefti məsaməli mühitdən sıxışdıra bilir. 

Laya vurulan isti su, öz temperaturunu tez süxurlara verərək, 

soyumağa başlayır. Bunun nəticəsində  sıxışdırılan neft ilə suya 

vurulan isti su arasında soyumuş su yerləşən zona yaranır. Deməli, 

neft-əvvəl temperaturu layın temperaturuna bərabər olan su, sonra isə 

isti su ilə  sıxışdırılacaq. Nəticədə  neftin çıxarılma sürəti artacaqdır. 

Zamandan asılı olaraq sıxışdırılmaya məruz qalmayan kiçik 

keçiriciliyə malik sahələr də qızaraq istismara qoşulub, neft verməyə 

başlayacaqdır. 

Yuxarıda deyilənlərin hamısı bircinsli laylar üçün öyrənilmişdir. 

Qeyri-bircinsli laylarda, nefti qızmış su ilə  sıxışdırdıqda neft-su 

sərhədində  baş verən kapillyar hadisələr neftverməyə  mənfi təsir də 

göstərə bilər. Qeyd etmək lazımdır ki, bu hadisə suyun temperaturu 

80-85°C qədər olduqda gözlənilə bilər. Yüksək temperaturlarda isə 

neftin özlülüyünün hiss ediləcək dərəcədə  azalması  nəticəsində 



 

430 


sərhəddə gedən hadisələr, bircinsli məsaməli mühitdə  olduğu kimi

neftvermə əmsalının artmasına kömək edəcəkdir. 

Laya su buxarı vurduqda məsamələrdə  istiliyin yayılması  və 

neftin sıxışdırılması prosesi isti su ilə  sıxışdırmaya nisbətən daha 

mürəkkəbdir. Laya su buxarı vurulduqda istiliyin yayılma sxemi 

VI.13  şəklində  göstərilmişdir. Burada 1-ci zona temperaturun 

doymuş buxarın temperaturuna qədər azalmasına uyğun gəlir (yəni 

lay təzyiqində suyun qaynama temperaturu). 2-ci zonada gizli 

buxarlanma istiliyi hesabına layın qızması gedir, sonra isə 3-cü 

zonada buxar kondensləşir. Bu zonada layın və su-buxar qarışığının  

temperaturu doymuş buxarın temperaturuna bərabər olacaqdır. 3-cü 

zonada maye şəklinə  keçmiş istu suyun temperaturu təsirindən lay 

qızır və  nəhayət, 4-cü zonada suyun və  layın temperaturu 

)

T



(

0

 



bərabərləşir. Burada da neft lay temperaturuna qədər soyumuş su ilə 

sıxışdırılacaqdır. Neftvermənin artmasına qızmış neftin buxarlanması 

və buxarlanmış karbohidrogenin bir hissəsinin buxar fazada hərəkəti 

müsbət təsir göstərəcəkdir.  

 

Şəkil VI.13 



Məsələn, Azərbaycanın neft yataqlarında laya istilik 

ötürücüsünün vurulması hesabına lay enerjisi tükənmiş  məsaməli 

süxurlardan qalıq neftin çıxarılmasına baxaq. Ümumiyyətlə, 

Azərbaycanın Abşeron neft-qaz vilayətinin 10 yatağının 48 layına 

istilik ötürücüləri vurmaqla qalıq neftin xeyli hissəsini çıxarmaq olar. 

Laya isti buxar vurulması ilə  yüksək özlülüklü neftin 

sıxışdırılmasının sənaye miqyaslı sınağı 1969-cu ildən başlanmışdır. 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə