A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə118/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   114   115   116   117   118   119   120   121   ...   137

 

407 


sıxışdırma prosesi gedəcəkdir. 

0

cos



 olduqda sistem dayanıqlı 

olacaqdır. Buna görədir ki, geoloji müddət ərzində təbii laylarda neft-

su sərhədində lay sisteminin sərbəst səth enerjisini azaldan (neft-su 

komponentlərinin qarşılıqlı  həll olması, səthi aktiv maddələrin 

adsorbsiya olunması və s.) proseslər gedir.   

Çoxdan məlumdur ki, layın öz sularının nefti sıxışdırma 

qabiliyyəti, yerüstü sulara nisbətən yüksəkdir. Bu səbəbdən təbii 

layların kiçik neftvermə əmsalına malik olması, suların keyfiyyətinin 

pis olmasından deyil,  layın qeyri-bircinsli quruluşu və su ilə 

yuyulmayan çoxlu sahələrin yaranması ilə izah edilir. 

Məsaməli mühitdə meniskin təsirindən yaranan və artan 

kapillyar təzyiqin azalmasına təkcə suyun islatma qabiliyyətinin 

artırılması ilə deyil, su-neft sərhədində səthi gərilmənin azalması ilə 

də nail olmaq olar (məsələn, suya səthi aktiv maye qatmaqla). Bu 

zaman  su  həm yaxşı islatma, həm də  yaxşı  sıxışdırma qabiliyyətinə 

malik olur. 



1. Suyun səthi aktiv maddələrlə  (SAM) işlənməsi. Laya 

vurulan suyun nefti yuma qabiliyyətini artırmaq məqsədi ilə SAM-

dan istifadə edilir. Neftin su ilə sıxışdırılması mexanizminə SAM-ın 

təsiri nəticəsundə  süxurun səthində neft təbəqələri parçalanır və 

süxura bağlı olmayan sərbəst hissəciklər, yaxud neft damcıları əmələ 

gəlir. Neftin hərəkətinə  məsaməli mühitdə  səthi-molekulyar 

qüvvələrin təsiri kəskin azalır. 

Ən yaxşı  nəticə, molekulları polyar (suda həll olan) və qeyri-

polyar (suda həll olmayan, hidrofob) qruplardan təşkil olunmuş 

polietilenqlikollu və ya polipropilenqlikollu efirlərdən istehsal 

olunmuş qeyri-ionogelli SAM-ın suda məhlulundan alınır.  

Qeyri-ionogelli SAM-lardan ölkəmizdə  ən çox yayılanı OP, 

ABŞ-da ikenal, triton, neytroniks adı ilə  tanınan alkilfenolların 

polietilenqlikollu efirləridir. 

 Temperaturun artması ilə qeyri-ionogen SAM-ın suda həll 

olması azalır. Qeyri-ionogenli SAM kalsium xlorlu sularda çöküntü 

vermir, onların qumlu və  karbonatlı süxurlarda adsorbsiyası 

ionogenli SAM-a nisbətən xeyli zəifdir.  




 

408 


Neftlərin sıxışdırılmasında işlədilən SAM-ların aktivlik 

dərəcələri, onların suda məhlullarının neft sərhədindəki səthi gərilmə 

izotermi ilə müəyyən edilir.   

 

 



Şəkil VI.2 

 

VI.2 şəklində (1,2,3,4,5 – uyğun olaraq OP-10; OP-20; OP-45; 



OP-7 və KAYFE SAM-ları üçün çıxarılmış) səthi gərilmənin 

SAM-ın miqdarından izotermik  asılılığı göstərilmişdır. Həll olmuş 

maddənin məhlulun səthi gərilməsini azaltması  səthi aktivlik 

adlandırılaraq 

s

G

 kimi tapılır.  Şəkildən görünür ki, G 



kəmiyyəti SAM-ın məhluldakı miqdarından asılı olaraq dəyişir.  Ən 

əvvəl tez azalır, sonra isə səth qatının adsorbsiya olmuş molekullarla 

doyması  nəticəsində (SAM-ın faizi məhlulda artdıqca) 

azalır və 

müəyyən həddən sonra praktiki olaraq sərbəst qalır. Bu hal səth 

təbəqəsinin SAM molekulları ilə  tam doyması halına uyğun gəlir. 

Buna  əsasən, demək olar ki, neft-su sərhədində  səthi gərilmənin 



 

409 


kəskin dərəcədə  azalması üçün ən  əlverişlisi, SAM-ın az miqdarda 

suda həll olmuş məhluludur (yəni ən böyük G olan halı). Belə halda 

suyun neftli süxuru islatması güclənir, su-neft emulsiyası asan dağılır 

və süxurun səthində adsorbsiya prosesi az gedir. 

 

Şəkil VI.3 



 

VI.3  şəklində sementlənməmiş  məsaməli mühitdən Arlan 

neftinin müxtəlif sularla sıxışdırılmasında neftvermə  əmsalının 

məsaməli mühitdən keçən suyun ( 1 – adi su; 2- lay suyu; 3- adi 

su+0,05% OP-10; 4- susuz dövrdə neftvermə) həcmindən 

(məsamələrin həcminə nisbətən) asılı olaraq dəyişməsi 

göstərilmişdir.  Şəkildən göründüyü kimi, 0,05% OP-10 qatılmış 

suyun neftvermə  əmsalı istifadə  olunmuş digər növ sulara nisbətən 

böyükdür. 

SAM-ların geniş yayılmasında bəzi çətinliklərə rast gəlinir

məsələn, onların böyük səthə  malik süxurlarda adsorbsiya olmaları 

nəticəsində SAM-ın lay boyunca suda miqdarı və su-neft sərhədində 

təsiri xeyli azalır. Qeyd olunan hadisənin təsirini azaltmaq məqsədi 

ilə laya ən  əvvəl çoxlu miqdarda SAM-ın sulu məhlulunun 

vurulması, sonra isə təmiz su ilə sıxışdırılması rejimini tətbiq etmək 

olar. 


Laya qələvi suları vurmaqla da neft-su sərhədindəki səthi 

gərilməni azaltmaq olar; belə ki, neftin tərkibində olan naften 

turşuları ilə  qələvi birləşməsindən suyun yuma qabiliyyətini artıran 

natrium sabunu əmələ  gəlir. Odur ki, neftlə birlikdə çıxarılan qələvi 




 

410 


sular, tükənmiş laylardan qalıq nefti çıxartmaq məqsədilə  həmin 

laylara vurulur. 



2. Neftin polimerlə  qatılaşmış su ilə  sıxışdırılması. Yuxarıda 

qeyd etmişdik ki, 

su

n

0



 azaldıqda neftin su ilə  sıxışdırılması 

prosesinin effektivliyi artır. Bu məqsədlə  suyun özlülüyünü artıran 

tədbirlər görülür. Suyun özlülüyünü artırmaq ücün polimerlərdən 

istifadə edilir. 

Qeyd etmək lazımdır ki, laya polimerlə  qatılaşmış  məhlulların 

fasiləsiz vurulması  iqtisadi baxımdan böyük xərc tələb edir. Digər 

tərəfdən belə  qatılaşmış  məhlulların quyulara vurulması, quyu 

ağzında yüksək təzyiqin saxlanmasını  tələb edir. Bunlara əsasən, 

neftvermənin artırılması məqsədilə laya ən əvvəl müəyyən miqdarda 

polimer qatılmış sulu məhlul vurulur (yəni araqatı-otoroçka 

yaradılır), sonra isə su ilə sıxışdırılır. Laboratoriya şəraitində aparılan 

təcrübələr nəticəsində bu yolla neftvermənin  artırılmasınin 

mümkünlüyü müşahidə  olunmuşdur. Müşahidələr göstərir ki, 

qatılaşmış su ilə  nefti sıxışdırdıqda neft-su kontaktı daha düzgün 

formada, yəni bərabər sürətlə  hərəkət edir. Bunun nəticəsində 

quyuların hasilatında suyun miqdarı azalır. 

Polimer kimi ən çox poliakrilamiddən (PAA) istifadə edilir.  

Keçiriciklərinin nisbəti 

0

,

14



5

,

6



k

k

2



1

 arasında dəyişən 

ikiqat mühitdən neftin su ilə  sıxışdırılmasında yüksək keçiricilikli 

qatın hasilatında tez bir zamanda sulaşma hadisəsi müşahidə 

edildikdən sonra, PAA-dan düzəldilmiş araqatının (otoroçkanın) su 

ilə  sıxışdırılmasına baxılmışdır. Tədqiqatın nəticəsi göstərmişdir ki, 

PAA araqatının təsirindən yüksək keçiriciliyə malik hissənin 

məhsuldarlığı azalmış, kiçik keçiricili hissəninki isə  ona uyğun 

olaraq artmağa başlamışdır. Nəticədə  hasilatın sulaşması azalmış, 

neftvermə isə orta hesabla 14% artmışdır. 

Ölkəmizdə  və  xarici neft yataqlarında aparılan tədqiqatlarla 

sübut edilmişdir ki: 




Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə