A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə116/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   112   113   114   115   116   117   118   119   ...   137

 

400 


 

 

 



 

 

 



 

VI   F Ə S İ L 

 

NEFTVERMƏ  ƏMSALININ  ARTIRILMASININ 



FİZİKİ  ƏSASLARI 

 

Neftvermə  əmsalının artırılması  məsələsi, hazərda neft 



sənayesi qarşısında duran əsas problemlərdən biridir. 

Laylarda neftin su ilə sıxışdırılmasının geniş tətbiqi nəticəsində 

(hazırda neft yataqlarının 75%-i ilk dövrdən su vurulması rejimində 

işləyir) orta neftvermə əmsalı ölkəmizdə xeyli artmışdır. 

Mürəkkəb  şəraitdə  istismar olunan layların (qeyri-Nyuton 

xassəli neftlər qeyri-bircinsli laylarda, dabanı ilə  böyük sulu sahəyə 

təmas edən laylarda, başlanğıc təzyiq qradienti yaranan mühitlərdə 

və s.) neftvermə  əmsalı xeyli az olur. Məsələn, yüksək özlülüyə 

malik neftli yataqlarda su vurmaqla alınan neftin miqdarı ehtiyatın 

20÷25%-dən çox olmur. Dabanı ilə  böyük sulu sahəyə  təmas edən 

laylarda quyuların tez bir zamanda sulaşması  nəticəsinda (80-

90%)neftvermə əmsalı ~ 10% olur.  

Yuxarıda göstərildiyi kimi, Azərbaycan yataqları üçün qeyri-

Nyuton neftli layların neftvermə  əmsalı Nyuton neftli laylara 

nisbətən 2 dəfə az olur. 

Yatağın işlənmə  rejimi layıhəsinin tərtibində  layın geoloji 

xüsusiyyətləri, süxur və onlarda yerləşən maye və  qazın fiziki-

kimyəvi xüsusiyyətləri barədə kifayət qədər məlumatın olmaması 

üzündən istismar dövründə  gözlənilməyən hadisələr meydana çıxır 

(laycıqlar və ya dillər vasitəsilə  quyuların gözlənilməz sulaşması, 

hərəkətsiz neftli sahələrin yaranması  və  s.). Bunlar  planlaşdırılmış 



 

401 


neftvermə  əmsalına nail olmaqda çətinliklər törədir. Layların neft 

verməsinin artırılması mürəkkəb problem olub, müasir elm və 

texnika nailiyyətlərindən istifadə edilməsini tələb edir. 

Əvvəlki fəsillərdə neftvermə  əmsalına layın, maye və  qazın 

fiziki-kimyəvi xassələrinin, texnoloji proseslərin və s. amillərin 

təsirini qeyd etmişdik. Deyilənlərdən aydın olur ki, layın neftvermə 

əmsalını artırmaqdan ötrü səmərəli və  məqsədə  müvafiq tədbirlər 

görmək üçün aşağıdakılar məlum olmalıdır: 

1)

 

layın geoloji, fiziki-kimyəvi xassələri; 



2)

 

neft, su və  qazın fiziki-kimyəvi xassələri və layda yerləşmə 



qanunları; 

3)

 



lay enerjisi, onun iş rejimi. 

Bunları bildikdən sonra neftin quyudibinə  hərəkətini itkisiz 

təmin edən tədbirlər görülməlidir. 

Neftin layda müxtəlif şəraitlərdə su, qaz vasitəsilə quyudibinə 

sıxışdırılma mexanizminə neftvermə  əmsalını artırmaq məqsədilə 

göstərilən təsirləri, yəni neftverməni artıran tədbirləri aşağıdakı 

qruplara ayırmaq olar: 

1.

 



Neftin quyudibinə  itkisiz sıxışdırılmasını  təmin edən fiziki-

hidrodinamik üsullar. 

2.

 

Neftin süxurlardan lazımi dərəcədə  ayrılmasını  və itkisiz 



quyudibinə çatmasını təmin edən termokimyəvi üsullar. 

3.

 



Neftin fiziki-kimyəvi xassələrini dəyişdirməklə onun quyu-

dibinə itkisiz hərəkətini təmin edən termokimyəvi üsullar. 

4.

 

Layda neftin hərəkətinə  müsbət təsir göstərən fiziki sahələr 



yaradan üsullar. 

 

§1. Fiziki-hidrodinamik üsullar 

 

Qeyd etdiyimiz kimi, neft yatağının qeyri-bircinsli qatlardan 



ibarət olması neftin su ilə sıxışdırılmasına mənfi təsir  göstərir. Belə 

yataqlarda layların keçiriciliyi müxtəlif olduğundan, onların xaricdən 

vurulan suyu qəbuletmə qabiliyyətləri də  müxtəlif olur. Xüsusi mə-

dən tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, Tatarıstanın məş-




 

402 


hur Ramaşkin və  Novoyalxovski yataqlarında layın ümumi qalın-

lığının 50-60%-i suyun qəbul edilməsində  və  neftin alınmasında iş-

tirak edir. Deməli, yatağın 40-50% qalınlığında neft hərəkətsiz qalır. 

Təbiidir ki, belə vəziyyətdə yatağın neftvermə əmsalı çox kiçik  olur. 

Yatağın layları yüksək keçiriciklikli qumlardan və  pis keçiricikli 

alevrolitlərdən ibarət olduqda neftin su ilə  sıxışdırılması  əsas 

etibarilə yaxşı keçiriciliyə malik qatlarda gedir. Qeyd etmək lazımdır 

ki, alevrolit layları özlərində  böyük miqdarda neft saxladıqlarından 

onlardan neftin alınması  əsas məsələlərdən biri sayılır. Belə 

yataqlarda layın  neftvermə əmsalının artırılması üçün yüksək təzyiq 

qradiyenti yarada bilən işlənmə  sistemi yaratmaq lazımdır. Bu, iki 

yol ilə - ya təzyiqlər fərqini artırılması, ya da layda suvurma xəttinin 

istismar quyularına yaxınlaşdırılması ilə başa çatdırılır. Bunun üçün 

ardıcıl olaraq sulaşmış istismar quyularından laya su vurmağa 

başlanılır. Bu əməliyyatın nəticəsində təzyiqlər fərqi artaraq hərəkət-

siz qalan zonalardan neftin quyudibinə sıxışdırılması təmin edilir.

Laya su vurulan quyularda dib təzyiqini (və  ya quyuağzı 

təzyiqi) artırmaqla da belə  növ laylarda neftverməni artırmaq olar. 

VI.1  şəklində  su quyularında quyuağzı  təzyiqin  P

a

  artırılması ilə 

Başqırdıstanın  Şkapov neft yatağında suyu qəbul edən hissənin 

qalınlığının artması əyrisi göstərilmişdir ( -qəbul edən lay hissəsinin 

tam hündürlüyə nisbəti). Təzyiqin artması ilə pis keçiricikli laylarda 

belə neftin su ilə  sıxışdırılması başa çatdırılır. Su vurulan quyuların 

dib təzyiqlərinin qiyməti, süxurlara düşən dağ  təzyiqinə  bərabər 

olduqda effekt artır. Bu, aşağıdakılarla izah olunur. Məlumdur ki, 

kiçik keçiricikli laylarda suyun hərəkəti üçün başlanğıc təzyiq 

qradiyentli   

  dəf olunmalıdır. 

Başlanğıc təzyiq qradiyentinin qiyməti bir çox amillərdən, o 

cümlədən lay ( ) və  dağ  təzyiqinin (

) qiymətlərindən asılıdır. 

Təcrübə  nəticəsində müəyyən olunmuşdur ki, 

azaldıqca 

hərəkətin baş verməsinə lazım olan 

 azalır. Digər tərəfdən, 

-ın 

qiyməti süxurun keçiriciliyindən də  asılıdır. Suvuran quyuların dib 




Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə