400
VI F Ə S İ L
NEFTVERMƏ ƏMSALININ ARTIRILMASININ
FİZİKİ ƏSASLARI
Neftvermə əmsalının artırılması məsələsi, hazərda neft
sənayesi qarşısında duran əsas problemlərdən biridir.
Laylarda neftin su ilə sıxışdırılmasının geniş tətbiqi nəticəsində
(hazırda neft yataqlarının 75%-i ilk dövrdən su vurulması rejimində
işləyir) orta neftvermə əmsalı ölkəmizdə xeyli artmışdır.
Mürəkkəb şəraitdə istismar olunan layların (qeyri-Nyuton
xassəli neftlər qeyri-bircinsli laylarda, dabanı ilə böyük sulu sahəyə
təmas edən laylarda, başlanğıc təzyiq qradienti yaranan mühitlərdə
və s.) neftvermə əmsalı xeyli az olur. Məsələn, yüksək özlülüyə
malik neftli yataqlarda su vurmaqla alınan neftin miqdarı ehtiyatın
20÷25%-dən çox olmur. Dabanı ilə böyük sulu sahəyə təmas edən
laylarda quyuların tez bir zamanda sulaşması nəticəsinda (80-
90%)neftvermə əmsalı ~ 10% olur.
Yuxarıda göstərildiyi kimi, Azərbaycan yataqları üçün qeyri-
Nyuton neftli layların neftvermə əmsalı Nyuton neftli laylara
nisbətən 2 dəfə az olur.
Yatağın işlənmə rejimi layıhəsinin tərtibində layın geoloji
xüsusiyyətləri, süxur və onlarda yerləşən maye və qazın fiziki-
kimyəvi xüsusiyyətləri barədə kifayət qədər məlumatın olmaması
üzündən istismar dövründə gözlənilməyən hadisələr meydana çıxır
(laycıqlar və ya dillər vasitəsilə quyuların gözlənilməz sulaşması,
hərəkətsiz neftli sahələrin yaranması və s.). Bunlar planlaşdırılmış
401
neftvermə əmsalına nail olmaqda çətinliklər törədir. Layların neft
verməsinin artırılması mürəkkəb problem olub, müasir elm və
texnika nailiyyətlərindən istifadə edilməsini tələb edir.
Əvvəlki fəsillərdə neftvermə əmsalına layın, maye və qazın
fiziki-kimyəvi xassələrinin, texnoloji proseslərin və s. amillərin
təsirini qeyd etmişdik. Deyilənlərdən aydın olur ki, layın neftvermə
əmsalını artırmaqdan ötrü səmərəli və məqsədə müvafiq tədbirlər
görmək üçün aşağıdakılar məlum olmalıdır:
1)
layın geoloji, fiziki-kimyəvi xassələri;
2)
neft, su və qazın fiziki-kimyəvi xassələri və layda yerləşmə
qanunları;
3)
lay enerjisi, onun iş rejimi.
Bunları bildikdən sonra neftin quyudibinə hərəkətini itkisiz
təmin edən tədbirlər görülməlidir.
Neftin layda müxtəlif şəraitlərdə su, qaz vasitəsilə quyudibinə
sıxışdırılma mexanizminə neftvermə əmsalını artırmaq məqsədilə
göstərilən təsirləri, yəni neftverməni artıran tədbirləri aşağıdakı
qruplara ayırmaq olar:
1.
Neftin quyudibinə itkisiz sıxışdırılmasını təmin edən fiziki-
hidrodinamik üsullar.
2.
Neftin süxurlardan lazımi dərəcədə ayrılmasını və itkisiz
quyudibinə çatmasını təmin edən termokimyəvi üsullar.
3.
Neftin fiziki-kimyəvi xassələrini dəyişdirməklə onun quyu-
dibinə itkisiz hərəkətini təmin edən termokimyəvi üsullar.
4.
Layda neftin hərəkətinə müsbət təsir göstərən fiziki sahələr
yaradan üsullar.
§1. Fiziki-hidrodinamik üsullar
Qeyd etdiyimiz kimi, neft yatağının qeyri-bircinsli qatlardan
ibarət olması neftin su ilə sıxışdırılmasına mənfi təsir göstərir. Belə
yataqlarda layların keçiriciliyi müxtəlif olduğundan, onların xaricdən
vurulan suyu qəbuletmə qabiliyyətləri də müxtəlif olur. Xüsusi mə-
dən tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, Tatarıstanın məş-
402
hur Ramaşkin və Novoyalxovski yataqlarında layın ümumi qalın-
lığının 50-60%-i suyun qəbul edilməsində və neftin alınmasında iş-
tirak edir. Deməli, yatağın 40-50% qalınlığında neft hərəkətsiz qalır.
Təbiidir ki, belə vəziyyətdə yatağın neftvermə əmsalı çox kiçik olur.
Yatağın layları yüksək keçiriciklikli qumlardan və pis keçiricikli
alevrolitlərdən ibarət olduqda neftin su ilə sıxışdırılması əsas
etibarilə yaxşı keçiriciliyə malik qatlarda gedir. Qeyd etmək lazımdır
ki, alevrolit layları özlərində böyük miqdarda neft saxladıqlarından
onlardan neftin alınması əsas məsələlərdən biri sayılır. Belə
yataqlarda layın neftvermə əmsalının artırılması üçün yüksək təzyiq
qradiyenti yarada bilən işlənmə sistemi yaratmaq lazımdır. Bu, iki
yol ilə - ya təzyiqlər fərqini artırılması, ya da layda suvurma xəttinin
istismar quyularına yaxınlaşdırılması ilə başa çatdırılır. Bunun üçün
ardıcıl olaraq sulaşmış istismar quyularından laya su vurmağa
başlanılır. Bu əməliyyatın nəticəsində təzyiqlər fərqi artaraq hərəkət-
siz qalan zonalardan neftin quyudibinə sıxışdırılması təmin edilir.
Laya su vurulan quyularda dib təzyiqini (və ya quyuağzı
təzyiqi) artırmaqla da belə növ laylarda neftverməni artırmaq olar.
VI.1 şəklində su quyularında quyuağzı təzyiqin P
a
artırılması ilə
Başqırdıstanın Şkapov neft yatağında suyu qəbul edən hissənin
qalınlığının artması əyrisi göstərilmişdir ( -qəbul edən lay hissəsinin
tam hündürlüyə nisbəti). Təzyiqin artması ilə pis keçiricikli laylarda
belə neftin su ilə sıxışdırılması başa çatdırılır. Su vurulan quyuların
dib təzyiqlərinin qiyməti, süxurlara düşən dağ təzyiqinə bərabər
olduqda effekt artır. Bu, aşağıdakılarla izah olunur. Məlumdur ki,
kiçik keçiricikli laylarda suyun hərəkəti üçün başlanğıc təzyiq
qradiyentli
dəf olunmalıdır.
Başlanğıc təzyiq qradiyentinin qiyməti bir çox amillərdən, o
cümlədən lay ( ) və dağ təzyiqinin (
) qiymətlərindən asılıdır.
Təcrübə nəticəsində müəyyən olunmuşdur ki,
azaldıqca
hərəkətin baş verməsinə lazım olan
azalır. Digər tərəfdən,
-ın
qiyməti süxurun keçiriciliyindən də asılıdır. Suvuran quyuların dib