A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə117/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   113   114   115   116   117   118   119   120   ...   137

 

403 


təzyiqlərinin qiymətinin dağ  təzyiqinə  çatmasında keçiricilik artır, 

 azalır; beləliklə  də, pis keçiricilikli layların işə  qoşulması halı 

baş verir və neftvermə artır. Mədən  tədqiqatları göstərir ki, quyudibi 

zonada təzyiqin artırılıb, qiymətinin dağ  təzyiqinə  çatması 

nəticəsində  pis keçiricikli layda çatlar əmələ  gəlir və vurulan suyu 

qəbuletmə yaxşılaşır. 

Qeyd etmək lazımdır ki, baxılan layda bu tədbirin zəruri və 

əhəmiyyətli olmasını müəyyən etmək üçün mədən  şəraitində 

kompleks tədqiqat işləri aparılmalıdır. 

Məlumdur ki, quyudibi zonada təzyiqin azalması hesabına 

neftdən ayrılan qaz müəyyən müddətdən sonra məsaməli mühitin bir 

hissəsini tutaraq neftə  görə  keçiriciliyi və  hasilatı azaldaraq lay 

enerjisinin səmərəsiz izafi sərfinə  səbəb olur və nəticədə  yataq üzrə 

neftvermə əmsalı azalır. Qazın göstərilən zərərli təsirini azaltmaqdan 

ötrü onun vaxtaşırı yenidən neftdə  həll olunmasını  təmin etmək 

məqsədəuyğundur. Bunun üçün termodinamik şəraitdən  asılı olaraq 

layın quyudibi zonasında müəyyən vaxt ərzində  təzyiqin artırılması 

kifayətdir. Təzyiqin artması layda sərbəst qazın yenidən neftdə  həll 

olmasına səbəb olub, məsaməli mühitin neftlə doyma dərəcəsini 

artıraraq (neftə  görə  faza keçiriciliyi artır), eyni təzyiqlər fərqində 

çıxarılan neftin miqdarını artırır. Hidrodinamik hesablamalar göstərir 

ki, qazın yenidən ayrılıb neftin faza keçiriciliyini azaltmasına sərf 

olunan vaxt il ilə  ölçülür. Beləliklə, vaxtaşırı  tədbir görməklə, neft 

hasilatını və layın neft verməsini artırmaq olar. 

Mədən tədqiqatları  nəticəsində  müəyyən olunmuşdur ki, gil 

hissəcikləri olan süxurlarda və  özlü-plastik neft verən istismar 

quyularında aparılan barometrik dəyişikliklər nəticəsində neft hasilatı 

artır. Məsələn, Azərbaycanın Şirvan və Çaxnaqlar yataqlarında qeyri-

Nyuton nefti verən quyuların vaxtaşırı müəyyən meddət saxlanıb, 

yenidən işə buraxılmasında hasilatın artması müşahidə edilir. 

Təcrübələrlə  sübut olunmuşdur ki, laya maqnitlə  işlənmiş su 

vurduqda layın neftvermə əmsalı artır. Maqnitlə işlənmiş su qazları, 

duzları özündə  yaxşı    həll etməklə, neftin süxurdan yuyulmasını 

gücləndirir. 




 

404 


Bunlardan  əlavə, belə suyun səthi gərilməsi artaraq, gillə 

təmasda onun  şişməsinə müqavimət göstərir. Bu baxımdan maqnitlə 

işlənmiş suyun gilli yataqlara vurulması daha məqsədəuyğundur. 

Suya maqnit sahəsi ilə  təsir etdikdə onun fiziki-kimyəvi 

xassələri dəyişir. Çexoslovakiya alimləri Sabikar və Aynxorn distillə 

olunmuş suya tezliyi 50 hc  dəyişən elektrik sahəsi ilə 10 saat təsir 

etdikdən sonra onun buxarlanma sürətinin 11%-ə  qədər artdığını 

müşahidə  etmişlər. Zəif ultrasəs dalğalarının və  kiçik doza ilə 

radioaktiv  şüalanmanın da suyun fiziki-kimyəvi xassələrinə  kəskin 

təsiri qeyd olunmuşdur. Lakin texniki nöqteyi-nəzərdən  ən sadəsi 

suyun maqnitlə işlənməsidir. 

Su maqnitlə  işlədikdən sonra: 1) koaqulyasiya, yəni suda olan 

asılı  bərk hissəciklərin birləşməsi prosesinin sürəti artır; 2) su 

buxarlandıqda duz kristalları qabın divarlarında deyil, həcm boyunca 

əmələ əlir; 3) səthin islanma dərəcəsi dəyişir; belə ki, hava şəraitində 

səthi isladan su, maqnitlə işlədikdən sonra, islatma qabiliyyətini xeyli 

azaldır. Qeyd etmək lazımdır ki, bu, səthin tərkibindən asılıdır; 4) 

adsorbsiya güclənir və artır; 5) bərk hissəciklərin (məsələn, duzların) 

suda həll olması artır. Bundan, borularda duzun çökməsinin qarşısını 

almaq üçün istifadə olunur. 

 

§ 2. Fiziki-kimyəvi üsullar 

 

  

 



Yuxarıda qeyd olunanlara əsasən, neftin layda su ilə 

sıxışdırılması mexanizminin effektivliyinin artırılmasında  əsas 

məsələ, laya vurulan suyun nefti yuma və  sıxışdırma qabiliyyətinin 

artırılmasıdır. Qeyd etmək lazımdır ki, suyun yuyucu və nefti 

sıxışdırma qabiliyyətləri arasında sıx asılılıq yoxdur. Minerallardan 

karbohidrogenlərin yuyulması mexanizminin müasir anlayışı yuyucu 

mayenin neftlə  təmasında yaranan səthi gərilmənin azalmasına 

əsaslanır.  Məlumdur ki, yuyuculuq xassəsinə  malik olmamasına 

baxmayaraq, polimerlə  qatılaşmış  böyük  özlülüklü  su,  nefti       

süxurlardan yaxşı sıxışdırır. 

 



 

405 


 

Şəkil VI.1 

 

Bəzi yataqlarda (məsələn,  Ural-Volqa  rayonunun  neftli      



yataqlarında) xlorid məhlulu ilə  qatılaşmış lay suyunun yuyuculuq 

qabiliyyətinin az olmasına baxmayaraq, neftin belə su ilə süxurlardan 

sıxışdırılması sahələrdə neftvermə əmsalını 80% -ə çatdırır. 

Lay və mayenin xassələrindən asılı olaraq neftin su ilə 

sıxışdırılmasına  müxtəlif amillər təsir edir. Məsələn, əgər neft-qalıq 

su ilə  çox doyan məsaməli mühitdə nazik təbəqə  və ya səpələnmiş 

vəziyyətdədirsə  (kapillyar bağlı), onda neftlə  təmas sahəsində  kiçik 

səthi gərilməyə malik və süxuru yaxşı isladan su ən yaxşı sıxışdırma 

qabiliyyətinə malik olacaqdır.  

Çatlı laya su vurulmasında böyük qiymətli səthi gərilməyə 

malik olan su, nefti ən yaxşı sıxışdırma qabiliyyətinə malik olacaqdır 

(yəni su kapillyar qüvvələrin təsiri altında neftli məsaməli bloklara 

intensiv daxil olacaq). Adi su ilə  çatlı laylarda neftin 



 

406 


sıxışdırılmasında, yuxarıda qeyd etdiyimiz kimi, su çatlarla tez bir 

zamanda quyulara axır və məsaməli bloklarda neftin itkisi baş verir. 

Axımın  əksi istiqamətinə  yönələn kapillyar hopma sürətli  ğetdikcə 

çatlı laya suyun vurulması  əməliyyatının effektivliyi də  artacaqdır. 

Lakin qeyd etmək lazımdır ki, axımın  əks istiqamətinə  yönələn 

kapillyar hopmalar hesabına uzun müddət su ilə kontaktda olan ən 

kiçik bloklarda belə neftvermə  əmsalı 35-40%- dən çox olmur. 

Möhkəm bağlı su-neft qarışığı  əmələ  ğəldikdən sonra (

cos

   


artdıqca qarışığın möhkəmliyi artır), hərəkətə əks istiqamətdə gedən 

kapillyar hopmalar zamandan asılı olaraq zəifləyir və  sönür. Bu 

səbəbdən, çatlı məsaməli yataqlara su vurulmasında yüksək kapillyar 

təzyiqlərin yaranması üzündən məsaməli mühitdə  çoxlu miqdar neft 

qalır.  

Məhsuldar qatların qeyri-bircins olması  nəticəsində kapillyar 

hopma və  kapillyar qüvvələrin təsirindən baş verən mayenin təkrar 

paylanması layda neft-su qarışığı əmələ gətirərək, neftli sahənin ayrı-

ayrı hissələrə  parçalanmasına səbəb olur və neftvermə  əmsalını 

azaldır. Kiçik  

cos

 -ya  malik  sularla  qeyri-bircinsli  laylarda 



neftin sıxışdırılmasında su-neft qarışığının  əmələ  gəlmə  sürətləri 

kiçik olur. Bu halda qeyri-bircinsli mühitlərdə  ən yaxşı 

neftsıxışdırma qabiliyyəti neytral isladan 

90

 sularda  olur. 



Belə ki, statik halda 

cos


 və kapillyar təzyiqin qiyməti sıfra 

bərabər olur. Belə  suların islatma qabiliyyətinin zəif olmasına 

baxmayaraq, onlar yüksək neftsıxışdırmaya malikdirlər.  

Bir mayenin diğər maye ilə sıxışdırılmasında bərk fazanın vahid 

səthinin ayrıcısında sərbəst enerjinin dəyişməsi 

W

 bizə  məlum 



olan Dyupre-Yunq ifadəsindən tapıla bilər:  

                         

ss

ns

W



=

cos                         (VI.1) 

burada 

ss

ns



,

-süxurun neft və su sərhədindəki səthi gərilməsi; 

su-neft sərhədindəki səthi gərilməsi;  



- seçmə islatma bucağıdir.  

Düsturdan görünür ki,  

ss

ns

   və 



0

cos


0

 olduqda 

süxurun səthindən neftin su, yaxud suyun neft ilə  öz-özünə 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə