A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə119/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   115   116   117   118   119   120   121   122   ...   137

 

411 


1) polimerlə  qatılaşmış sulu məhlul ilə  neftin sıxışdırılmasında 

layın sahəsi tam əhatə  olunduğundan laya vurulan suyun gündəlik 

sərfi xeyli azalır; 

2) neftlilik konturunun hərəkəti bütün laylar üzrə  bərabərləşir. 

Pis keçiriciliyə malik layların suyu qəbul etməsi yaxşılaşır; 

3) istismar quyularının hasilatında suyun miqdarı azalır,  neftin 

miqdarı isə artır. 

Qatılığı 0,025÷0,05%, həcmi isə  məsamələrin həcminin 30%-i 

qədər olan polimer məhlulundan yaradılmış araqatı ilə neftin 

sıxışdırılması ən böyük neftverməyə səbəb olur.   



3. Neftin köpüklə  sıxışdırılması. Neftvermə  əmsalının artırıl-

masında özlülüyü çox olan neftlərin köpüklə  sıxışdırılması da 

perspektiv üsuldur. Köpüyün özlülüyü, suyun özlülüyündən çox 

olduğundan yaxşı sıxışdırıcı xassəyə malikdir. Köpüyün hazırlanması 

üçün mayenin çəkisinə  görə 0,2 -1%-ə  qədər köpük yaradan SAM 

tələb olunduğu halda, başqa kimyəvi maddələrlə suyun özlülüyünün 

eyni qədər artırılmasında külli miqdar material və  xərc tələb edilir. 

Köpüyün qabarcıqları süxurlara ayrı-ayrı nöqtələrdə 

toxunduqlarından, SAM-ın adsorbsiyası çox az olur. 

Köpüyün özlülüyünün, onun hərəkət etdiyi kapillyarın 

diametrindən asılı olması xüsusi əhəmiyyət kəsb edir; kapillyarın 

diametri artdıqca köpüyün özlülüyü artır. Bu onu göstərir ki, böyük 

kapillyarlarda köpüyün hərəkəti kiçik kapillyarlara nisbətən daha 

böyük təzyiq qradiyenti tələb edir.Köpüyün bu xüsusiyyəti neftin 

qeyri-bircinsli laylarda  bərabər sıxışdırılmasını təmin edir. 

Neftin köpüklə  sıxışdırılması  ən  əvvəl böyük məsaməli 

kanallarda baş verir; köpüyün bu kanallara daxil olmasına kiçik 

müqavimət göstərilir. Böyük kanalların köpüklə  dolmasından sonra 

onun sıxışdırılması üçün böyük təzyiqlər fərqi tələb olunur (iri 

diametrli kanallarda köpüyün özlülüyü artır). Təzyiqin artması 

köpüyün kişik diametrli məsamələrə daxil olmasına və ardıcıl olaraq 

layın bütün en kəsiyinin dolmasına şərait yaradır. 

Əgər quyuətrafı zonada köpükdən araqatı  əmələ  gətirilibsə, 

onda onun qazla sıxışdırılması su ilə  sıxışdırılmaya nisbətən daha 




 

412 


əlverişlidir; belə  ki, vurulan qaz, köpüyü qarışdırmadan onunu 

üzərindən keçir.  

Köpüyün hərəkətində iki əks istiqamətə  yönəlmiş hal-köpük 

yaradan maddənin süxurla koalessensiya və adsorbsiyası nəticəsində 

qabarcıqların parçalanması  və birləşməsi, habelə dar məsamələrdən 

keçdikdə köpüyün dənəciklərinin bölünməsi baş verir. 

Köpüyün vaxta görə  dayanıqlılığı onun stabilliyi ilə  ölçülür. 

Yüksək stabil köpüklər yüksək aktivlikli köpük yaradan 

məhlullardan  əmələ  gəldiyindən məsaməli mühiti tez bir zamanda 

tutur və  köpüklü araqatının hərəkəti dayanır. Qeyri-stabil köpüklər 

isə tez bir zamanda parçalandığından effektli sayılmır. 

Natrium-sulfanat məhlulu ilə  qazın birləşməsindən yaranan 

köpüklə  neftin sıxışdırılmasının laboratoriya təcrübələri süzülmə 

müqavimətlərinin bir neçə  dəfə  artdığını göstərmişdir. Köpüyün 

süxurlardan keçməsindən sonra məsaməli mühitin suya görə 

keçiriciliyinin azalma dərəcəsi, süxurun mütləq keçiriciliyindən 

asılıdır. Müəyyən olunmuşdur ki, SAM əsasında hazırlanmış köpük 

neftli mühitdə qeyri-stabildir. 

İki üfüqi lay sistemində neft su ilə, sonra isə  tərkibində SAM 

olan su ilə  sıxışdırıldıqdan sonra laya köpük vurduqda neftvermə 

əmsalı köpüyün xassəsindən və əməliyyatın başlanma vaxtından asılı 

olaraq 11,3÷24,5;-ə  qədər artmışdır. Təcrübələr göstərmişdir ki, 

neftin köpüklü sıxışdırılmasına, layın qeyri-bircinsliliyi və neftin 

özlülüyünün təsiri böyükdur. Layın qeyri-bircinsliliyi və neftin 

özlülüyü artdıqca sıxışdırmanın effektivliyi artır. Qeyd etmək 

lazımdır ki, baxılan yataqda bu üsulun tətbiqi məsələsi, istismar 

əsasında aparılan çoxlu tədqiqatların nəticəsində həll olunmalıdır. 

4. Neftin karbonlaşmış su və  karbon qazı ilə  sıxışdırılması. 

Suda həll olmuş və ya maye şəklində laya vurulan karbon qazı neft, 

süxur və suyun fiziki-kimyəvi xassələrinə təsir göstərərək neftvermə 

əmsalını artırır. Bu halda lay sisteminin süzülmə  göstəriciləri 

yaxşılaşır. 

 

 




 

413 


           

 

                Şəkil VI.4                                    Şəkil VI.5 



VI.4  şəklində 

2

CO



-nin müxtəlif temperaturlarda suda həll 

olmasının təzyiqdən asılılığı verilmişdir (1,2,3 əyriləri Uzen yatağı 

üçün uyğun surətdə 20; 40; 65°C –də, 4;5 əyriləri Arlan yatağı üçün 

20 və 40°C-də, 6 əyrisi Tuymazı yatağı üçün 60°C-də çıxarilmışdır). 

2

CO

 qazının müxtəlif təzyiqlərdə suda həll olmasının 



temperaturdan asılılığı isə VI.5 şəklində göstərilmişdir. 

Suyun tərkibində olan duzlar 

2

CO

-nin suda həll olmasını 



zəiflədir. Suda həll olan 

2

CO



-nin miqdarı artdıqca, karbonlaşmış 

suyun özlülüyü artır.  

                                                                                   Cədvəl VI.1 

2

CO



-nin suda 

doyma təzyiqi, 

MPa 

2

CO



-nin suda 

miqdarı, 

Karbonlaşmış suyun özlülüyü, 



san

MPa


 

10,0MPa 


15,0MPa 

0,7 



1,6 

0,0 


0,9 

2,1 


1,00 

1,107 


1,185 

1,00 


1.108 

1,188 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə