421
misselyar məhlulların dayanıqlığı azalır, su və neft fazalarına ayrılma
halı və c. dəyişikliklər baş verir.
Şəkil VI. 10
Duzlu su ilə itələyici maye qarışdıqda onun özlülüyü azalır,
misselyar məhlul kontaktında səthi gərilmə artır. Bu hadisələrin
əmələ gəlməsi nəticəsində araqatının tam sıxışdırılması pozulur və
nəticədə qalıq neftin sıxışdırılma effektivliyi azalır.
Laboratoriya təcrübələri nəticəsində müəyyən olunmuşdur ki,
araqatının həcminin müəyyən həddə qədər (ümumi məsaməlilik
həcminin 5%-i) artması ilə çıxarilan qalıq neftin miqdarı artır. Sonra
isə neft vermənin qiyməti araqatının həcmindən asılı olmur (cədvəl
VI.4).
Cədvəl VI.4
Məsaməli mühitin xassəsi
Məsaməli mü-
hitə görə ara-
qatının həcmi,
%
Çıxarılan
neftin
miqdarı,
%
məsamə
-lilik, %
keçirici-
lik, mkm
2
qalıq neftlə
doyma əmcalı,%
18,3
17,4
20,5
20,1
0,155
0,046
0,533
0,507
32,9
35,2
33,3
36,5
1
2
4
5
48,5
43,2
93,8
85,6
422
VI.11 şəklində qalıq neftin çıxarılan həcminin sıxışdırma
sürətindən asılılıq əyriləri göstərilmişdir (1- əyrisi sürətin 0,15·10
-5
m/san; 2-əyrisi isə 1,5·10
-5
m/san qiyməti üçün çıxarılmışdır).
Beləliklə, sıxışdırmanın effektivliyi sürətdən asılı olaraq misselyar
məhlulun lay məhsulu ilə qarışma dərəcəsi azaldıqca artır. İtələyən
mayenin minerallaşma dərəcəsi artdıqca, misselyar məhlulla qalıq
neftin sıxışdırılması pisləşir (cədvəl VI.5).
Cədvəl VI.5
Bufer mayesi (itələyən)
Qalıq neftin çıxarılan
hissəsi, %
Adi su
2% NaCl-lu su
2,8% duzlu su
88,7
73,0
51,4
Məlum olmuşdur ki, mineral duzları çox olan məsaməli
mühitlərdə misselyar məhlullar çoxvalentli duz kationları ilə doyaraq
öz xassələrini dəyişdirir. Bunun nəticəsində misselyar məhlul iki
fazaya parçalanır. Misselyar məhlulun minerallaşma dərəcəsindən
asılı olaraq xassələrinin dəyişməsi, onun tətbiqinin effektivliyində
əsas göstəricilərdəndir.
Şəkil VI.11
Misselyar məhlullardan istismar və suvuran quyuların
məhsuldarlığını artırmaq məqsədilədə istifadə edilir. Quyulara
vurulan müəyyən tərkibli misselyar məhlulların quyudibi zonadakı
üzvi çöküntüləri özündə həlletmə qabiliyyəti nəticəsində, quyuların
məhsuldarlıq əmsalı artır. Bu cür işlərin effektivliyinin təyinində əsas
məsələ, misselyar məhlulların tərkiblərinin düzgün seçilməsidir.
423
Beləliklə, misselyar məhlullarla layın qalıq neftinin
çıxarılmasını və ümumi neftvermə əmsalının artırılmasını təmin
etmək olar. Lakin bu məhlulun tətbiqi digər məhlullara və mayelərə
nisbətən ciddi surətdə texniki-iqtisadi baxımdan əsaslandırılmalıdır.
Belə ki, quyuların layda yerləşməsindən, layın fiziki-kimyəvi və
geoloji xüsusiyyətlərindən asılı olaraq bu üsulun hesabına əlavə
neftin çıxarılması, prosesin başlanmasından bur neçə il sonra öz
təsirini göstərəcəkdir. Odur ki, bu gecikməni nəzərə alan iqtisadi
göstəricilərin əsaslandırılması vacib məsələdir.
Karbonatlı, qeyri-bircinsli, çatlı və kiçik keçiricikli laylarda bu
üsulla qalıq neftin alınmasının effektivliyi yox dərəcəsindədir.
Qalıq neftin miqdarının bu üsulun iqtisadi göstəricilərinə təsiri
böyükdür. Qalıq nefti (20-25)% olan laylar üçün bu üsul iqtisadi
cəhətdən əlverişli sayıla bilməz. Layda sərbəst qazın olması prosesin
effektivliyini azaldır.
6. Neftin həlledicilərdə sıxışdırılması. Son zamanlar görülən
tədqiqat işləri neftin həlledici mayelərlə sıxışdırılması ilə layın
neftvermə
əmsalının artırılmasının mümkünlüyünü göstərir.
Həlledicilər kimi sıxılmış mayeşəkilli qazlardan (propan), spirt,
benzol və c. –dən istifadə edilir.
Bu üsulda laya, araqatı yaratmaq məqsədilə həlledici vurulur və
sonra başqa bir agentlə (məsələn, su ilə) itələnir. Hərəkət edən araqatı
nefti həll edərək, onu məsamələrdən yuyur. Layda qalan həlledici,
sıxışdırıcıların köməyi ilə çıxarıla bilər. Məsələn, quru qaz ilə
sıxışdırılan həlledici onunla sovrularaq yer üzərinə çıxarılır və qaz-
benzin zavodunda emal edilir.
Bircinsli lay şəraiti üçün aparılmış laboratoriya tədqiqatları
maye propanla sıxışdırmada 100%-ə yaxın neftvermənin alınmasını
göstərmişdir. Bu onun nəticəsidir ki, neft həlledicilərlə təmasda
olduqda neftin sıxışdırılmasına mane olan kapillyar qüvvələr sıfra
bərabər olur.
Təcrübələrlə sübut olunmuşdur ki, araqatının layda hərəkəti
nəticəsində onun bir tərəfdən neftlə qarışması və digər tərəfdən
424
sıxışdırıcı maye ilə qarışması nəticəsində araqatının yuyulması halı
baş verir.
Şəkil VI.12
VI.12 şəklində neftin maye propan ilə sıxışdırılmasında
karbohidrogenlərin cərəyan xətti boyunca paylanma sxemi
göstərilmişdir (1-neft; 2-propanla neftin qarışdığı zona; 3-təmiz
propan zonası; 4-propan ilə quru qaz qarışığı; 5-quru qaz zonasıdır).
Həlledicilərlə neftin sıxışdırılması prosesinin effektivliyi neftin
və sıxışdıran mayenin özlülüklərindən, layın bircinslilik dərəcəsindən
və onun fiziki xüsusiyyətlərindən, sıxışdırma sürətindən, araqatının
ölçülərindən, onun kimyəvi tərkibindən, temperatur, təzyiq və c. –
dən asılıdır.
Mayelərin bir-birinə qarışma dərəcəsi konvektiv diffuziya və ya
qarışma əmsalı adlanan D dispersiya əmsalı ilə müəyyən edilir.
Təcrubələr göstərir ki, D əmsalı hərəkət sürətindən asılı olmaqla
molekulyar diffuziya əmsalından xeyli böyükdür.
Prosesə neft və həlledicinin xüsusi çəkilərinin böyük təsiri
vardır. Bunların təsirindən kontakt səthinin əyilməsi baş verir və
qravitasiya dilləri əmələ gəlir. Prosesin praktiki tətbiqində araqatının
həcmi, ümumi məsamələr həcminin (4-12)% -in təşkil edir.
Müxtəlif özlülüyə malik həlledici ilə neftin sıxışdırılmasında
aparılan təcrübələr nəticəsində prosesin mexanizmi aşkar edilmişdir.
Belə ki, iki qarışan mayenin təması, onların məhlul halında olması
demək deyildır. Məhlul ancaq molekulyar diffuziyanın nəticəsində
yaranır. Mexaniki səpələnmə və mayenin məsaməli mühitdə
dispersləşməsi həllolma prosesi üçün əlverişli şərait yaradaraq
prosesi gücləndirir. Bunun nəticəsində mayelərin təmas səthləri artır.
Lakin bu halda da mayelərin tam həll olması bir anda baş verir.
Dostları ilə paylaş: |