A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə120/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   116   117   118   119   120   121   122   123   ...   137

 

414 


2,8 

4.9 


3,7 

5,6 


1,215 

1,265 


1,220 

1,272 


Cədvəldən göründüyü kimi, təzyiq 10,0-15,0 MPa artdıqda 

özlülük dəyişmir. 

Layda 

2

CO



olması, qazın neftdə doyma təzyiqini artırır. Odur 

ki, laylara karbonlaşmış su vurduqda, neftin qazla doyma təzyiqinin 

dəyişməsini nəzərə almaq lazımdır (cədvəl VI.2). 

                                                                                   Cədvəl VI.2 

2

CO

-nin neftdə 



miqdarı, % 

2

CO



-nin neftdə  həll 

olması, mq/q 

Neftin doyma 

təzyiqi, MPa 

0,0 

3,55 


6,8 

10,9 


15,5 

20,0 


19 


37 

62 


92 

126 


9,1 

11,3 


13,4 

15,8 


18,3 

20,7 


Yüksək təzyiqlərdə neft, 

2

CO



qazı  və  ya karbonlaşmış su ilə 

təmasda olduqda 

2

CO

qazının neftdə  həll olması baş verir. Neft 



2

CO

qazını özündə həll etdikdə onun xüsusi çəkisi artır, özlülüyü isə 



azalır. VI.6 şəklində Uzen nefti üçün müxtəlif təzyiqlərdə 

2

CO



-nin 

miqdarından asılı olaraq özlülüyün dəyişməsi  əyriləri göstərilmişdir 

(1, 2, 3, 4 əyriləri uyğun olaraq p=20; 17,5; 15; 12,5 MPa üçündür). 

Həll olmuş 

2

CO

-nin təsirindən neftin həcmi genişlənməsi və 



neft-su sərhədində  səthi gərilmənin azalması baş verir. Neftin 

həcminin artması onun molekulyar və xüsusi çəkisindən asılıdır. 

Karbonlaşmış su ilə  təmasda olan gillər adi su ilə  təmasda 

olduğuna nisbətən az şişir. VI.7 şəklində bentonit gilinin 

karbonlaşmış suda şişməsinin azalması göstərilmişdir. Bu səbəbdən 

karbonlaşmış su ilə gilli mühitlərdə neftin sıxışdırılması daha effektli 

gedir, yəni başlanğıc təzyiq qradiyenti azalır. 

Yuxarıda gəstərilənlərə  əsasən layın neftvermə  əmsalının 

artırılması  məqsədilə  laya ya maye şəklində  karbon qazı, ya da 



 

415 


karbonlaşmış su vurulur. Bunun nəticəsində  karbon qazının neftdə, 

qaz karbohidrogenlərinin isə maye 

2

CO

-də həll olması baş verir. Bu 



prosesin təsirindən neftin özlülüyü azalır, həcmi artır, neft-su 

sərhədində  səthi gərilmə  azalır və 

n

su

 qiyməti artır. Müəyyən 



olunmuşdur ki, sıxışdırılan neftlə maye 

2

CO



 arasında 

2

CO



və 

yüngül karbohidrogen qarışıqlı araqatı yaranır. 

 

 

Şəkil VI.6                                       Şəkil VI.7 



 

Yüngül karbohidrogenli qarışıqlı araqatının yaranması, 

2

CO

qazının neftdə həll olmasını məhdudlaşdıraraq, neftdə ilk halda 



2

CO

qazının dispersləşməsi, 



2

CO

dillərinin  əmələ  gəlməsinə 



maneçilik törətməklə, effektiv sıxışdırma üçün lazım olan maye 

şəklində  karbonlaşmış qazın həcminin az göturulməsinə imkan 

yaradır. 

Təcrübə nəticəsində müəyyən olunmuşdur ki, məsaməli mühitin 

4-5%-i həcmində  laya vurulmuş maye karbon qazı araqatı ilə  

sıxışdırmada neftvermə  əmsalı adi su ilə  sıxışdırmadakından 50% 

çox olur. Karbon qazının, lay təzyiqi 5÷6 MPa və  çox, lay 



 

416 


temperaturu 24-71°C olan karbonat, gil və  qum yataqlarına 

vurulması, neftverməni artırmaq üçün ən səmərəli üsuldur. 

Laya karbonlaşmış suyun vurulmasının başlanğıcında  əsas 

etibarılə  sıxışdırma cəbhəsindəki sudan neftə 

2

CO

qazı keçir. 



Stabilləşmiş zonanın yaranması  və  onun genişlənməsi ilə praktiki 

olaraq laya vurulan sonrakı sulardan 

2

CO

qazı almayaraq buradakı 



karbonlaşmış su geniş həcmli neftlə təmasda olur.  

Bunun nəticəsində  sıxışdırma cəbhəsindəki suda 

2

CO

-nin 



miqdarı azalır. Beləliklə, ilk 

2

CO



konsentrasiyasını saxlayan su, 

sıxışdırma cəbhəsindən xeyli geri qalır. Yuxarıda deyilənlərdən belə 

məlum olur ki, stabilləşmə zonası yarandıqdan sonra neft çox güman 

tərkibində 

2

CO

-nin miqdarı az olan su ilə  sıxışdırılır. Odur ki, 



sıxışdırma cəbhəsində 

2

CO



-nin bilavasitə  təsirini gücləndirmək 

üçün laya ən  əvvəl müəyyən həcmdə  maye  şəklində 

2

CO

qazı 



vurulur və yaranan araqatı karbonlaşmış su ilə sıxışdırılır. 

Karbon qazı süxurdakı kalsium karbonatları özündə  həll 

etməklə  keçiriciliyin yaxşılaşmasına və  neftin sıxışdırılması 

kinetikasına müsbət təsir göstərir. Sulaşmış laylara da karbonlaşmış 

su vurduqda qalıq neftin özlülüyünün azalması  və  həcminin 

genişlənməsi hesabına neftin bir hissəsi çıxarılır. Karbonlaşmış 

suyun məsamələrə  kapillyar hopması adi suya nisbətən çox 

olduğundan, kapillyar bağlı neftin də bir hissəsi çıxarılır. 

Sənaye miqyasında aparılan tədqiqatlar 

2

CO



qazının laya 

vurulması  və  quyudibi zonanın işlənməsinin neftvermə  əmsalının 

artırılmasında effektivliyini sübut edir. 

5. Misselyar məhlulların tətbiqi ilə neftvermə  əmsalının 

artırılması. Yatağın neftvermə  əmsalının fiziki-kimyəvi üsullarla 

artırılmasında misselyar məhlulun tətbiqi effektli və perspektiv 

üsullardan sayılır. 

  Sənaye miqyasında aparılan təcrübələrə  əsasən bu üsul əsas 

etibarilə  tükənməmiş (ilk neftlə  doyması az olub, suyun vurulması 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə