A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə123/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   119   120   121   122   123   124   125   126   ...   137

 

425 


Başlanğıc halda, özlülüyün az olması və sürətlər fərqi hesabına 

həlledici  ən  əvvəl böyük diametrli məsamələrə daxil olur. 

Həlledicinin məsamələrə  daxil olması en kəsiyi istiqamətində 

yaranan diffuziya hesabına neft təbəqələrinin həll olması ilə müşayiət 

olunur. Həllolmada neftlə  kontakt zonasında həlledicinin özlülüyü 

artır ki, bu da məhlulun yerli sürətinin azalmasına səbəb olur. Eyni 

zamanda araqatının arxa hissəsində  həlledicinin qatılığı yüksək 

olduğundan, qalıq neft təbəqələrini  özündə  həll edərək özü ilə 

hərəkətə qoşur.  

Nəhayət, müəyyən vaxt keçdikdən sonra  hər iki maye yerləşən 

zonada qatılığı səlis dəyişən həqiqi məhlul alınır. Bu halda layın hər 

kəsiyində hissəciyin orta sürəti eyni olur. Həmin sürət məhlulun 

özlülüyü və kəsikdəki təzyiq qradiyenti ilə müəyyən edilir.  

Məhlul zonasının sonrakı  hərəkətində  onun ölçülərinin 

dəyişməsi-maye hissəciklərinin məsaməli mühitdə mexaniki 

səpələnməsi və orta sürətlərin bərabərləşməsi hesabına baş verir. 

Təcrübələr əsasında sulaşmış laylarda qalıq neftin həlledicilərlə 

sıxışdırılması məsələsinə də baxılmışdır. 

Qeyd etmək lazımdır ki, sənaye miqyasında aparılan təcrübələr 

həlledicilərin quyuların məhsuldarlığının artırılmasında müsbət 

təsirini göstərir.  

Həlledicilər (xüsusilə sıxılmış karbohidrogen qazlarından ibarət 

olan) neftlə  qarışdıqda ondan asfalt-qatran maddələri ayrılmağa 

başlayır. 

Bu məsələ, məsaməli mühit şəraiti üçün bəzi tədqiqatçılar 

tərəfindən öyrənilmişdir. Müəyyən olunmuşdur ki, bu çökmənin 

hesabına süxurun keçiriciliyi 2÷4% azalır ki, bunun da neftvermə 

əmsalına təsiri olmur. Lakin, istismar quyularının dib zonalarına 

həlledicilərlə  təsir göstərildikdə, yuxarıda qeyd olunan hadisənin 

əməliyyatın nəticəsinə təsiri böyük olacaqdır. 

 

 

 

 



 

426 


§ 3. Neftvermə əmsalının termik üsulla artırılması 

 

Qeyd etmək lazımdır ki, sıxışdırma üsullarında yüksək 

neftvermə  əmsalı  əldə edilməsinə baxmayaraq, bəzən praktikada 

neftin su ilə  sıxışdırılması prosesinin tətbiqi geoloji, texnoloji

iqtisadi və s. səbəbdən mümkün olmur. Buna əsas etibarilə, nefti 

yüksək özlülüyə malik olan qeyri-bircinsli laylarda təsadüf edilir. 

Digər tərəfdən, istər sulaşmış  və istərsə  də  enerjisi tükənmiş 

yataqlarda qalıq neftin çıxarılması məsələsi də laya su vurmaqla tam 

həll oluna bilməz. 

Bu baxımdan laya termik üsullarla təsir edib, neftvermənin 

artırılması hazırda perspektiv sayılır. Bu üsuldan hazırda təkcə 

işlənən yataqların deyil, böyük miqdarda qalıq nefti olan tükənmiş 

yataqların neftvermə əmsalının artırılmasında da istifadə edilir. 

Termik üsulların tətbiqində  əsas məqsəd layda temperaturun 

artırılması ilə  neftin özlülüyünün kəskin azalması  və  sürətin 

artmasından ibarətdir. Bundan başqa. yüksək temperaturla əlaqədar 

olaraq  əlaqəli su buxarlanır, neftin sıxışdırılması isə  asanlaşır, 

quyudibi və qaldırıcılarda bərk hissəciklərin (parafin, asfalt-qatran və 

s.) çökməsi aradan qalxır. 

Hazırda ölkəmizdə neft sənayesində  laylara göstərilən termik 

üsulları üç növə bölmək olar: 

1) quyudibi zonanın buxar, qızdırıcılar və kimyəvi reaksiyadan 

alınan istilik hesabına qızdırılması; 

2) istilik ötürücülərinin (isti su, qızmış buxar və isti qaz) daimi 

və ya vaxtaşırı laya vurulması; 

3) layın daxilində hərəkət edən yanma mənbəyi yaradılması. 

 

 

1.

 

Quyudubi zonanın qızdırılması 

 

Quyudibi zonanın qızdırılması  əsas etibarilə  aşağıdakı hallarda 

tətbiq olunur: 1) quyudibi zonada temperatur parafin-qatran  hissə-

ciklərinin ərimə temperaturundan aşağı olduqda (belə halda quyudibi 




 

427 


zonada parafin, qatran,asfalten və s. Çökəsi baş verir); 2) layda neftin 

özlülüyü çox böyük olub, temperaturun artması ilə xeyli azala bilən 

neftli laylarda. 

Quyudibi zona vaxtaşırı  və  daimi qızdırıla bilər. Bu məqsədlə 

xüsusi elekrik qızdırıcılarından istifadə edilir. Bəzi yataqlarda 

vaxtaşırı qızdırmanın tətbiqinin nəticəsi VI.6  cədvəlində verilmişdir.  

                                                                                   Cədvəl VI.6   

Quyunu


nömrəsi 


Yataqlar 

Orta gündəlik hasilat,t 

Effektli 

günləri


n sayı 

Əlav


ə 

alına


neft, t 


qızdırdıqda

n qabaq 


qızdırdıqda

n sonra 


681 

 

254 



 

104 


Arlan 

(Başneft) 

Palvantaş 

(Özbəkneft

Çanqırtaş 



(Qırğızneft

3,00 



 

7,70 


 

3,15 


16,0 

 

15,0 



 

6,4 


90 

 

62 



 

63 


110 

 

424 



 

200 


Bu üsulla əlavə neftin alınması əsas etibarilə quyudibi zonanın 

təmizlənməsi (parafin, qatran və s. əriyib neftlə birlikdə 

çıxarıldıqlarından keçiricilik artır), özlülüyün azalması  və  bəzi 

hallarda quyudibi zonada temperatur gərginlikləri hesabına yaranan 

deformasiyalar nəticəsində  çatlar və  yarıqların  əmələ  gəlməsi 

hesabına baş verir. 

Daimi qızdırma anında quyunun işi dayandırılmadığından 

istiliyin yayılması  hərəkət edən mayenin əks istiqamətinə  yönəlir; 

ona görə  də  eyni zamanda temperaturun yayılma zonası  hərəkət 

olmayan haldan, yəni vaxtaşırı  qızdırmadan az olur (bu müddət 

ərzində quyuların istismarı dayandırılır). Daimi qızdırma aparıldıqda 

özlülüyün azalması hesabına əlavə neft alınması çox olur. 

 Quyudibi-bəzi hallarda elektrik və  xüsusi qaz qızdırıcıları, yer 

üzərindən vurulan maye yanacaq ilə  işləyən qızdırıcılar, isti su 




Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə