A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə125/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   121   122   123   124   125   126   127   128   ...   137

 

431 


İlk təcrübə Balaxanı-Sabunçu-Ramana yatağının Xorasanı sahəsində 

aparılmışdır.  

Seçilmiş sahə  55ha, lay (yuxarı  Qırməkialtı lay) qumlardan 

təşkil olmaqla 400-600 m dərinlikdə yerləşir, qalınlığı 15 m, 

keçiriciliyi 0,128 mkm

2

-dir. Lay şəraitində  neftin özlülüyü 55 



MPa·san, sıxlığı ).934 q/sm

3

-dir. Neftin tərkibində 30% qatran və 



1,26% asfalt hissəcikləri vardır. Sınağa başlamazdan qabaq 

neftvermə  əmsalı 25% olmuşdur. Sahənin  şimal hissəsinə  buxarın 

vurulması 1969-cu ilin aprel ayında, cənub hissəsinə isə 1970-ci ilin 

dekabr ayında başlanmışdır. 1969-76-cı illər ərzində laya 400·10

3

 m 


buxar vurmaqla  37·10

3

 m  əlavə  neft çıxarılmışdır. 1974-cü ilin 



yanvarından istilik araqatını itələmək məqsədilə laya soyuq su 

vurulması başlanmışdır. 1974-cü ildən 1975-ci ilin oktyabr ayınadək 

olan müddətdə  laya 47·10

3

  m



3

  ə  yaxın su vurulmuş  və  3,5·10

3

 m 


əlavə neft alınmaqla 40·10

3

 manat iqtisadi effekt əldə edilmişdir. 



Eyni qayda ilə sahəsi 59,2 ha olan Binəqədi-Qırməki yatağında 

neft su buxarı ilə sıxışdırılmışdır. İlk sınaq obyekti kimi QL

5a+b

 layı 


seçilmişdir. Burada layın dərinliyi (250÷500) m, qalınlığı 12,5 m, 

keçiriciliyi 0,059 mkm

2

, cari neftvermə  əmsalı 19% neftin özlülüyü 



(lay  şəraitində) 30 MPa·san, sıxlığı 0,918 q/sm

3

, tərkibində 30% 



qatran və 1,2% asfalt maddələri olmuşdur. Buxar vurulması 1972-ci 

ilin avqust ayından 1975-ci ilin yanvar ayınadək davam etdirilmişdir. 

Bu müddət ərzində laya 61,5·10

3

 m



su buxarı vurulmuş və 1,694·10

3

 

m əlavə neft çıxarılmışdır. 



1974-cü ilin yanvar ayından başlayaraq 10 ay ərzində sahəsi 29 

ha olan Quşxana yatağına da (Qaradağ rayonu) 19·10

3

  m su buxarı 



vurulmuş və laydan 643 m əlavə neft çıxarılmışdır.  

Ukrayna Dövlət Neft Elmi-Tədqiqat Layihə  İnstitutu və 

Ukrayna SSR EA geologiya və  Yanacaq Qazıntıları  İnstitutunun 

əməkdaşları  tərəfindən yeni üsul irəli sürülmüşdür. Bu üsulda laya 

iki mərhələdə təsir edilir. Birinci mərhələdə vurucu quyular ətrafında 

yüksək temperaturlu sahələr yaradılır (lay həcminin 25÷50%-i 

qədər), ikinci mərhələdə  həmin quyularla laya yüksək sürətlə soyuq 

su vurulur. Soyuq suyun hərəkəti istiliyi daha dərinliklərə çatdırır, bir 




 

432 


hissəsi isə  buxara çevrilir. Layda ikifazalı qarışığın (buxar və su) 

hərəkəti neftin sıxışdırılma prosesini yaxşılaşdırır. Bu üsul ilk dəfə 

olaraq sənaye miqyaslı  sınaqdan Borislav yatağında çıxarılmışdır. 

Bunun nəticəsində  quyular üzrə  neft hasilatı  3-8 dəfədən çox 

artmışdır. 

 

2.



 

Layın daxilində  yanma yaratma üsulu 

 

Bu üsulun məğzini layda neftin alışdırılması, sonralar onun 

yanmasının və lay üzrə hərəkətinin bərpa edilməsi təşkil edir. 

Məlumdur ki, neft və onun yerləşdiyi süxurlara közərmə 

dərəcəsi böyük olan yanacaq mənbəyi kimi baxmaq olar. Quyudibi 

zonada neftin alışdırılıb yanması üçün elektrik qızdırıcılarından, 

kimyəvi reagentlərdən və s. istifadə edilir. Quyudibi zonada yanma 

sərhədi alındıqdan sonra termokimyəvi reaksiyanı davam etdirmək 

və yanma sərhədinin hərəkəti üçün laya müəyyən miqdar 

oksidləşdirici (hava, oksigen-hava və ya tərkibində oksigen olan qaz 

qarışıqları və s.) vurulur. 

Bu halda laydakı neftin bir hissəsi (15%-ə  qədəri) yanır və 

ayrılmış istilik hesabına neft layda sıxışdırılır. Laydaxili yanmada 

iki: hərəkət istiqamətində və hərəkətin əksinə üsuldan istifadə edilir. 

Birinci üsulda layın yandırılması və oksidləşdiricilərin verilməsi eyni 

bir quyuda aparılır. Bu zaman oksidləşdirici seli  və  yanmanın 

sərhədi bir istiqamətdə - istismar quyularına tərəf hərəkət edir. İkinci 

üsulda isə layın yandırılması və oksidləşdiricinin verilməsi ayrı-ayrı 

quyularda aparılır. Belə  ki, yandırıcı quyuların dibində  alışmanı 

bərpa etdikdə  başqa quyularla laya yanma sərhədi hərəkətinin  əks 

istiqamətində  layın neftli və soyuq hissəsinə oksidləşdirici vurulur. 

Yanmadan alınan qazlar, buxar və  neft yanmış zona üzrə istismar 

quyusu kimi işlədilən quyularla yer üzərinə çıxarılır.  

Yanma sərhədinin hərəkəti istiqamətində  yandırılma zamanı 

əvvəlcə  quyudibi zonadakı neft yandırılır. Müəyyən temperatura 

qədər qızmış süxur, onun daxilindən keçən oksidləşdiriciləri neft və 

koksun alışma temperaturunadək qızdırır. Oksidləşdiricini laya 



 

433 


vurmaqla neftin bir hissəsinin yanması ilə davam edən alov layın 

məsamələri ilə  hərəkət edir. Yanmanın isti məhsulları  və hava lay 

boyu hərəkət edən nefti sıxışdırır, hərəkət fasiləsiz olaraq koksvarı 

yanma məhsulları hesabına avtoizotermik davam edir. 

VI.14  şəklində prosesin hər hansı bir anına uyğun yanma 

sahəsinin sxematik quruluşu göstərilmişdir (şəkildə a – vurucu quyu; 

b  – istismar quyusu; v –  qızdırıcı qurğu; q – havanın verilməsi; ğ – 

yanma məhsulunun, yəni neft və  qazın çıxarılması). Yanma, arası 

çox olmayan  2 zonasında baş verməklə  vurulan havanın təsirindən 

istismar quyularına doğru gedir. Mədən məlumatlarına görə onun 

hərəkət sürəti 0,0305÷1,07·10

-5

  m/san, temperaturu isə 370-650°C 



olur. Yanma sərhədinin arxasında yanmış zona (1) alınır.  

Yanma sahəsi qarşısında buxarlanma və koksəmələgəlmə zonası 

(3) olur. Bu zonada neftin və  əlaqəli lay suyunun buxarlanması baş 

verir. 3 zonasından qabaqda neft, su və yanmanın qazvarı məhsulları 

hərəkət edən 4 zonası yaranır. 5 zonasında neftin və  su buxarının 

mayeləşməsi  baş verir; bunun nəticəsində isti su və  yüngül 

karbohidrogen araqatı yaranır. Bunlarlan qabaqda temperaturu lay 

temperaturuna bərabər və neftlə  doyması çox olan sahə (6), ondan 

qabaqda isə ilk lay şəraitinə uyğun neftli sahə yerləşir.  

Beləliklə, daxili yanma ilə  neftin çıxarılmasında  bir çox 

amillərin təsirindən neftvermə  əmsalı artır. Məsələn, yüngül 

karbohidrogenlərin həlledici rolunu oynaması, neftin özlülüyünün 

azalması; isti su ilə  sıxışdırılma; süxurun və mayenin termik 

genişlənməsi; sementləyici maddələrin həll olması  nəticəsində 

keçiricilik və  məsaməliliyin artması; karbon qazı  əmələ  gəlməsi; 

onun su və neftdə  həll olması  nəticəsində  onların hərəkət sürətinin 

artması; neftin ağır hissələrinin krekinq və pirolizi nəticəsində laydan 

çıxan karbohidrogenlərin artması  və  s. hesabına ümumi neftvermə 

əmsalı artır.  

 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə