A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə128/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   124   125   126   127   128   129   130   131   ...   137

 

442 


laylarda kondensatın itkisi az olur. Lakin ən yaxşı şəraitdə belə əksər 

hallarda layın kondensat verim əmsalı 

%

50

k



 olur. Qabaqcadan  

k

qiymətinin müəyyən edilməsi üçün də  hazırda etibarlı üsul 



yoxdur. Təbii  şəraitdə  elastik su basqı rejimi özünü göstərdikdə isə 

layın müxtəlif sahələr üzrə  sulaşması  nəticəsində  kondensatın itkisi 

artır. 

Tükənməyə işləyən qaz yataqlarının verim əmsalı layın geoloji-



fiziki xüsusiyyətlərindən (ən başlıcası  kənar suların aktivliyindən), 

həmçinin iqtisadi-coğrafi amillərdən asılıdır. Məsələn, ABŞ qaz 

yataqlarının istismar təcrübəsi göstərir ki, tükənməyə işləyən layların 

orta verim əmsalı 0,85-dir. Qeyd etmək lazımdır ki, bu məlumat 

həcmcə böyük olmayan və istehlakçıya yaxın yerləşən  qaz yataqları 

üçün verilmişdir. Bu o deməkdir ki, istehlakçı yaxın olduqda  layın 

son təzyiqi kiçik qiymətdə  olduğundan qazvermə  əmsalı artır. 

Yataqla istehlakçı arasında məsafə artdıqca qazın nəql edilməsi üçün 

quyu ağzında müəyyən qiymətdə  təzyiq saxlanması lazım 

olduğundan, lay təzyiqinin böyük qiymətində istismar dayandırılır və 

qazvermə əmsalı kişik olur. 

Qazvermə  əmsalınınn azalmasına təsir göstərən amillərdən  ən 

başlıcası kiçik təzyiqlərdə  başlanğıc təzyiq qradiyenti 

0

G



 ilə  qazın 

qeyri-xətti qanun üzrə süzülməsidir (yəni təzyiqlər qradiyentinin 

0

G

 



-dan kiçik qiymətlərində qaz layda hərəkət etmir). Tükənmə 

rejimində lay təzyiqi ardıcıl olaraq azaldığından süxurlara düşən 

effektiv təzyiqin qiymətinin artması  və bunun nəticəsində  kiçik 

keçiriciliyə malik sahələr üzrə başlanğıc təzyiq qradiyentinin qiyməti 

artır və qazın layda itkisi çoxalır. 

Təbii su basqı rejimi öz təsirini göstərdikdə isə suyun süxurları 

islatması  nəticəsində  başlanğıc təzyiqlər qradiyentinin qiyməti bir 

daha artır və nəticədə qaz-su sahəsi hərəkətinin dayanıqlığı pozulur; 

layın ayrı-ayrı sahələr üzrə  sulaşması baş verərək qazla doymuş 

sahələrdəki itkilərin hesabına qazvermə əmsalı daha çox azalır. 

Bundan  əlavə, suyun hərəkəti də  başlanğıc təzyiqlər qradiyenti 

ilə  əlaqədardır. Yəni lay təzyiqi ilə sulu hissədəki təzyiqlər fərqi 




 

443 


müəyyən qiymət aldıqdan sonra suyun hərəkəti baş verir. Odur ki, 

istismar zamanı qaz-su konturunun hərəkətə başlamasını bilmək üşün 

başlanğıc təzyiqlər fərqinin qiymətinin təyini böyük əhəmiyyət kəsb 

edir. 


Bu sahədə  müəyyən işlər görülmüş  və  statistik olaraq layın 

işlənməsinin ilk dövrlərində  başlanğıc təzyiqlər fərqinin tapılması 

üçün (hərəkətin baş verməsi üçün tələb olunan təzyiqlər fərqi) 

aşağıdakı ifadə verilmişdir.     

1

1

1



1

1

0



FF

EE

DD



CC

BB

A



p

 

0



l

s

s



q

1

p



k

h

B



;      

q

2



2

1

0



l

1

m



B

p

C



      

0

l



0

l

q



s

s

1



1

p

p



k

C

D



 

               

0

l

1



1

mp

B



E

                       

s

q

q



1

h

h



F

 

burada 



q

s

h



,

h

-  layın sulu və  qazlı hissəsinin  effektiv qalınlığı,  m;   



s

k

- sulu sahəsinin keçiriciliyi, 10



-3

 mkm


2

q



s

,

- suyun və  qazın 



özlülüyü, mPa·san; 

m

-  qazlı hissəsinin məsaməliliyi;  



0

l

p



- ilk lay 

təzyiqi. 

 

A, B, C, D, E və F əmsallarının qiyməti isə VI.7 cədvəlində 



verilmişdir. 

                                                                                            

 

Cədvəl VI.7 







0,1114·1

0



0,1907·1

0

2



 

0,44997·1

0

2

 



0,104·1

0,8594·1



0

3

 



0,15688·1

0

2



 

 

Təbii elastik su basqı rejimində işlənən qaz yataqlarının istismar 



materiallarının təhlili göstərmişdir ki, qazvermə  əmsalının kiçik 

olmasına  əsas səbəb layın tənzimlənə bilməyən qeyri-müntəzəm 

sulaşmasıdır. İstismarın son mərhələsində işləyən qaz yataqları üzrə 

aparılan statistik təhlil göstərmişdir ki, qazvermə  əmsalına 




 

444 


başlanğıc lay təzyiqinin, azalan hasilat dövründəki qazın 

çıxarılma sürətinin, layın quruluşu və fiziki-kimyəvi xüsusiyyət-

lərinin, habelə quyuların sıxlığının böyük təsiri vardır.  

 Qeyd 


etmək lazımdır ki, qaz-kondensat yataqlarında 

kondensatın verim əmsalını artırmaq məqsədilə Sayklinq prosesindən 

istifadə etmək olar. Bu prosesdə  laydan çıxarılan qaz ağır 

karbohidrogenlərdən təmizlənir və quru qaz yenidən yatağa 

vurularaq, təzyiqin düşməsinin qarşısı alınır. Bu üsul əsas etibarilə 

kondensatın miqdarı 10

-4

 m

3



/m

3

, qaz ehtiyatı təxminən 10mlrd·m



3

 və 


bundan çox, başlanğıc lay təzyiqi kondensatın düşmə  təzyiqinə 

bərabər olan hallarda tətbiq edilir. 

 

Göstərilən üsulun tətbiqi böyük kapital qoyuluşu və yüksək  lay 



təzyiqli istismar üçün xüsusi avadanlıq (quru qazın laya vurulması, 

qazın təmizlənməsi və s.) böyük istismar xərci və işləmə müddətinin 

artması hesabına quyudibi və  quyuağzı avadanlığın etibarlılığının 

azalması və s. ilə əlaqədar olduğundan ondan geniş istifadə edilmlr. 

Buna görə  də lay təzyiqinin saxlanmasının  ən səmərəli yolu yatağa 

suyun vurulmasıdır. 

 Fiziki 

modelləşdirmənin nəticələri və  qaz yataqlarında sulaşma 

prosesinə  karotaj üsulu ilə  müşahidə  məlumatları göstərir ki, lay 

təzyiqinin azalması ilə sulaşmış zonada hətta 10-20% -ə bərabər olan 

qalıq qazla doyma layın xüsusiyyətlərindən asılı olaraq praktiki 

artmır. Bu, yüksək keçirici sahələrdə “qaz kanallarının” yaranması ilə 

əlaqədardır. “Kanallar” vasitəsilə sulaşmış zonalardan qaz, 

keçiriciliyi böyük olan zonalara axaraq çıxarılır.  

 

Qaz yatağının sulaşmasının aşağıda göstərilən iki halı üçün 



təcrübə tədqiqatları aparılmışdır: 

 lay 


təzyiqinin fasiləsiz azalması ilə başa çatdırılan sulaşma; 

 lay 


təzyiqinin saxlanması ilə başa çatdırılan sulaşma. 

 

Qazın su ilə  sıxışdırılması, vurma xətti ilə  atqı  xətti arasında 



təzyiqin bərabər artma və  həmçinin azalma halı üçün aparılmışdır. 

Müəyyən edilmişdir ki, su ilə  doymanın maksimum qiyməti 

sıxışdırma sahəsinin yaxınlığında olmuş, ondan uzaqlarda isə 

azalmışdır. Baxılan bütün hallarda su ilə  doymanın maksimum 




Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə