A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə129/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   125   126   127   128   129   130   131   132   ...   137

 

445 


qiymətinin sabit qalması ilə, su ilə  doymanın sahə  üzrə paylanma 

formasının dayanıqlılığı sübut olunmuşdur. Sıxışdırma sahəsində su 

ilə  doymanın yüksək qiymətdə  olmasına baxmayaraq buradan uzaq 

sulaşmış sahələrdəki qazın süzülüb keçməsi mümkündür. 

 

Təcrübə məlumatlarına əsasən son qazvermə əmsalı tükənməyə 



işləmədəki qiymətinin həddində olur. Lakin su ilə  sıxışdırılmanın 

üstünlüyü ondan ibarət olur ki, belə halda eyni qaz kütləsi orta lay 

təzyiqinin daha yüksək qiymətində çıxarılır. 

 

İkiölçülü lay modelində  bir neçə  sulaşmış sahə  yaratdıqdan 



sonra zamandan asılı olaraq təzyiqin bərabər azalması halına uyğun 

qazın çıxarılması prosesi öyrənilmişdir. Təcrübələrlə  müəyyən 

olunmuşdur ki, sulaşmış sahələrin qaz fazasının parçalanmasına təsiri 

çox zəifdir. Tədqiqat nəticələri göstərir ki, suyun hərəkəti  əsas 

etibarilə layın həndəsi forması ilə müəyyən edilir. 

 

Tədqiqatların nəticələri sıxışdırma prosesində  bütöv cəbhənin 



yaranmasının vacib olmaması nəticəsinə gəlməyə imkan verir. Əsas 

məsələ, işlənmənin  əvvəlindən başlamış ta tükənmə  dövrünə  qədər 

layın qazla doyan sahələrinin  əlaqəsinin saxlanmasının təmin 

edilməsilir. 

 

Mədən tədqiqatları  nəticəsində  müəyyən olunmuşdur ki, qazın 



su ilə  sıxışdırılma prosesinin gedişi, suyun qazlı sahələrə daxil 

olmasına sərf edilən təzyiqlər qradiyentindən, layın ilk qazla 

doymasından və  məsamələrin səthlərinin hidrofobluğundan asılı 

olaraq müxtəlif olur. Məcələn, qismən hidrofilləşmiş  məsaməli 

mühitdən qazın kiçik təzyiq qradiyentində  sıxışdırılmasının 

effektivliyi böyük qradiyentlərə nisbətən yüksək olur. Bu onunla izah 

edilir ki, kiçik təzyiq qradiyentlərində  ən  əvvəl kapillyar hopmalar 

hesabına qazla doyma azalır, sonra isə  qazın su ilə  sıçrayışlı 

sıxışdırılması baş verir. Yüksək təzyiq qradiyentində isə  basqı 

hesabına sıxışdırma kapillyar hopmanın təsirini azaldır və bunun 

nəticəsində  sulaşmış zonalarda xeyli qaz qalır. Beləliklə, sıxışdırma 

prosesində kapillyar hopmanın tam getməsini təmin etməklə qazın su 

ilə tam sıxışdırılmasına nail olmaq mümkündür. 



 

446 


 Qeyri-bircinsli 

hidrofil 

məsaməli mühitdə  qazın su ilə 

sıxışdırılmasının daha bir əsas xüsusiyyəti müşahidə edilir. Bu 

onunla izah olunur ki, qaz ilə suyun birgə  hərəkətində, kiçik 

keçiricilikli sahələrdən böyük keçiricilikli sahələrə suyun daxil 

olması üçün su ilə  doyma böyük qiymət almalıdır. Bu hadisə 

nəticəsində verilmiş təzyiqlər fərqində keçiriciliyi az olan qatlar qazı 

keçirən, suyu isə keçirməyən arakəsmə rolunu oynayır. 

 

Geofiziki ölçmə  işlərinin nəticələri sübut etmişdir ki, layın 



yatım istiqamətində  kontur sularının  əvvəllər sulaşmış laya daxil 

olması  nəticəsində    sulaşmış sahələrdən qazın ilk ehtiyatının 30%- 

dən çoxu alınır. Belə  laydan qazın alınması davam etdirildikcə 

əvvəllər sulaşmış hissələrdəki qazın bir hiccəci də çıxarıla bilər.  

 

Qazın su ilə nisbətən tam sıxışdırılması daban sularının laya 



daxil olmasında da müşahidə edilir. 

 

Yuxarıda göstərilənlərdən belə  nəticə  çıxarılır ki, kiçik 



keçiriciliyə  malik araqatlarından qazın tam alınması mümkün olur. 

Bu araqatlar yarımkeçirici arakəsmə  rolunu oynayaraq qazı yuxarı 

qatlara buraxır, suyu isə  buraxmır. Bu hadisə, gilli araqatlarında 

başlanğıc təzyiq qradiyentinin yaranması ilə də baş verə bilər.  

 

Qeyd olunan üsullarla qaz və qaz-kondensatın laylardan su ilə 



sıxışdırılmasının tənzim edilməsinin  əsas müsbət cəhəti ondan 

ibarətdir ki, yataqdan yüksək təzyiq altında uzun müddət qaz 

alınması  və onunla əlaqədar olaraq kondensat itkisinin qarşısının 

alınması mümkün olur. Bununla bərabər, layın qazvermə  əmsalının 

onun qaz rejimində  işləməsindən alınan qiymətindən az olmaması 

təmin edilir. 



§ 6. Layın neft verməsini artıran üsulların  

tətbiqinin etibarlılığı 

 

 Neftvermə  əmsalının artırılması üsullarının öyrənilməsində  və 

onların tətbiqindən alınacaq effektlərin qabaqcadan qiymətləndiril-

məsində  sənaye miqyasında aparılan sınaqların nəticələrinin 

təhlilinin böyük əhəmiyyəti vardır. Bu baxımdan ABŞ-ın neft 

yataqlarında aparılan sınaq işlərinin təhlili maraqlıdır.  




 

447 


 1970-1980-ci 

illər  ərzində  ABŞ  –da 418 sənaye miqyasında 

sınaq işləri aparılmış, 216 sınağın nəticəsi isə  sona çatdırılmışdır 

(cədvəl VI.8).   

 

Cədvəldə  müsbət nəticə-üsulun tətbiqindən alınan effektin 



gözlənilən effektdən çox olması halları; mənfi nəticə-qeyri-kafi və ya 

heç effekt alınmayan halları; qeyri-müəyyən-bəzi metodik 

səbəblərdən, yaxud sınağın başlanğıc mərhələdə  olması üzündən 

nəticənin qiymətləndirilmədiyi halları ifadə edir. 

 VI.19-21  şəkillərində  ABŞ-ın neft yataqlarında neftvermənin 

artırılması  məqsədilə istifadə  olunan üsulların illər üzrə  tətbiqi 

haqqında məlumat verilmişdir. 

 

VI.19 şəklində termiki (1, 2, 3 – uyğun olaraq buxarla işlənmə, 



buxarla nefti sıxışdırma və  daxili yanma yaratma üsullarının 

tətbiqinin illər üzrə  sayını, 

3

;

2



;

1

uyğun olaraq yuxarıda adları 



çəkilən üsulların tətbiqi nəticəsində  onların təsiri ilə  əhatə olunan 

layın sahəsinin illər üzrə  dəyişməsini ifadə  edir), VI.20  şəklində 

kimyəvi işlənilmiş suyun laya vurulması (4, 5, 6 uyğun olaraq 

misselyar, polimer və  qələvi məhlullarla işlənilmiş suyun laya 

vurulmasının illər üzrə  tətbiq olunma sayı, 

6

;



5

;

4



 isə onlarən 

təsiri ilə  layın  əhatə  olunmuş sahəsi) və  VI.21  şəklində isə neftin 

qazla sıxışdırılması (7, 8, 9 – uyğun olaraq karbohidrogen, karbon və 

və tüstü qazı ilə sıxışdırmanın tətbiqinin illər üzrə sayı, 

9

;

8



;

7

 - 



göstərilən metodların təsiri ilə  əhatə  olmuş layın sahəsi) üsullarının 

illər üzrə tətbiqi göstərilmişdir. 

 

      


 


Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə