43
Şəkil I.17
İsladan və islatmayan fazanın hərəkəti məsamələrin bu fazalarda
doyma dərəcəsinin meəyyən həddindən sonra baş verir. Belə doyma
dərəcələrinə, uyğun surətdə isladan və islatmayan fazanın müvazinətli
doyma dərəcəsi deyilir. I. 14 şəklində neftə görə müvazinətli doyma
20%, qaza görə isə 10%-dir.
44
şəkil I. 18
Məsaməli mühitin isladan faza ilə doyması müvazinətli
doymadan böyük olduqda islatmayan faza öz səltliyini itirir və
damcılara parçalanaraq kapillyarlara daxil olmağa cəhd edir. Belə
damcıların məsamələrdə hərəkətini təmin etmək üçün böyük müqavimət
qüvvələrinin dəf olunması tələb edilir. Bu səbəbdən faza keçiriciklərin
cəmi, süxurun mütləq keçiriciliyindən (yəni nisbi keçiriciklərin cəmi
vahiddən kiçik olur) kiçik olur.
Yuxarıda qeyd etdiyimiz kimi, nisbi keçiricilik əyrilərini bir
fazanın digər faza ilə sıxışdırılması prosesi vasitəsilə qurmaq olar.
Təcrübələr göstərmişdir ki, faza keçiricikləri isladan və islatmayan
fazaların sıxışdırılma ardıcıllığından asılıdır. I. 18 şəklindəki neft və
suyun müxtəlif ardıcıllıqla sıxışdırılması nəticəsində qurulan nisbi
keçiricilik əyrilərini buna misal göstərmək olar. Burada 1 əyriləri suyun
neftlə sıxıştırılması, 4 - əyriləri isə neftin su ilə sıxışdırılması prosesində
qurulmuşdur. 2 əyriləri neftə görə, 3 əyriləri isə suya görə nisbi
keçiriciliklərdir.
45
Məlumdur ki, təcrübələrdə qaza və neftə görə faza keçiriciliyi
əyrilərini qurduqda məsaməli mühitdə qazlı maye iki üsulla yaradıla
bilər: 1) məsaməli mühitə qazlı mayenin (müxtəlif həcmi nisbətdə)
verilməsi ilə; 2) məsaməli mühitin özündə qazlı maye sistemi
yaratmaqla. İkinci üsulda qazlı maye sistemi, məsaməli mühitdəki
təzyiqin dəyişdirilməsi ilə başa çatdırılır.
D. A. Efros göstərmişdir ki, neftə və qaza görə nisbi
keçiriciklərin təyinində qazlı mayenin yuxarıda göstərilən üsullarla
yaradılmasından asılı olaraq təcrübənin nəticələri müxtəlif olur. I .19
şəklində hər iki üsulla qaza görə nisbi keçiricilik əyrisi (1 əyrisi birinci
üsulla, 2 əyrisi isə ikinci üsulla hazırlanan qazlı mayeyə uyğundur)
göstərilir.
Şəkil I.19
Məsamələrdə əlaqəli suyun olması neftə görə faza keçiriciliyini
artırır, qaza görə isə azaldır. I.20 şəklində neftə (1) və qaza (2) görə
nisbi keçiricilik əyriləri göstərilmişdir. 3 əyriləri məsaməli mühitdə
20% əlaqəli su olan hala, 4 əyriləri isə əlaqəli su olmayan hala uyğun
gəlir. Neft-su sisteminin hərəkətində isə eyni neftlə doymada əlaqəli
suyun miqdarı azaldıqca neftin faza keçiriciliyi artır, suyunki əksinə
azalır.
46
şəkil I. 20
şəkil I. 21
Nisbi keçiricilik əyrilərinə süxurun litoloji xassələrinin də təsiri
böyükdür (şəkil IŞ 21). Belə ki, süxurun tərkibindən, məsamələrin
formasından və onların sementləşmə dərəcəsindən asılı olaraq isladan
və islatmayan fazalar üçün müvazinətli doyma dərəcələri dəyişir.
I. 21 şəklindən görünür ki, əgər sementləşmiş qumlu
məsamələrdə (3 əyriləri) neft və qaza görə nisbi keçiriciliklərin
bərabərliyi neftlə doymanın 59%-in (bu halda qazla doyma 41%-dir)
uyğun gəlirsə, sementləşmiş qumlu mühitdə (4 əyriləri) isə 75% -ə
(qazla doyma 25%) uyğun gəlir. Şəkildə 1 əyriləri kapillyar boruda, 2
əyriləri isə dolomit süxurda çıxarılmışdır.
Nisbi keçiricilik əyrilərinə fazaların özüllüklərinin, xüsusi
çəkilərinin, sərhəd ayrıcında səthi gərilmələrin, təzyiq qradiyentinin,
dağ təzyiqinin və effektiv məsaməliliyin təsiri azdır.
M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda
aparılan təcrübələrin nəticələri neftin qeyri-Nyuton xassəyə malik
olmasının qazın və suyun nisbi keçiriciliklərinə təsirini göstərir. I. 22
şəklində məsaməli mühitin müxtəlif reoloji xassəli mayelərlə (1 əyrisi
10% vapor və 90% transformator yağı qarışığı; 2-20% vapor və 80%
47
transformator yağı qarışığı; 3-50% vapor və 50% transformator yağı
qarışığı; 4-100% vapor qaz ilə sıxışdırıldıqda alınmışdır)
doymadərəcəsindən asılı olaraq qaza görə nisbi keçiricilik əyriləri
göstərilmişdir. I. 22 şəklindən göründüyü kimi, mayenin qeyri-Nyuton
xassəsinə malik olması, qaza görə nisbi keçiriciliyi (maye ilə eyni
doyma dərəcəsində) azaldır.
Şəkil I. 22
Şəkil I .23
Quru və yağlı qazların birlikdə məsaməli mühitdə hərəkəti üçün
xüsusi təcrübi işlər aparılmamışsa da, mədən materialları məsaməli
mühitdə yağlı qazın miqdarı ilə quru qazın keçiriciliyi arasında asılılığın
olmasını göstərir. I. 23 şəklində belə asılılıq göstərilmişdir (
q
quru
qaza,
j
yağlı qaza görə faza keçiricililikləridir)
§ 11. Darsi qanununun pozulması səbəbləri
Müəyyən edilmişdir ki, Darsinin xətti qanunu bir çox hallarda
pozulur, yəni süzülmə qanunu qeyri-xətti olur. Aparılan təcrübə və
Dostları ilə paylaş: |