A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə52/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   48   49   50   51   52   53   54   55   ...   137

176 

 

 



 

 

   



 

 

Şəkil II.23 



 

 

Lobaratoriya şəraitində doyma təzyiqini təyin edərkən təzyiqin 



dəyişmə sürətinin qiymətindən asılı olaraq doyma təzyiqinin qiyməti 

dəyişə bilər. bu qazın neftdən ayrılma prosesinin kinetikası ilə 

əlaqədardır. Belə ki, təzyiq yüksək sürətlə dəyişdikdə qazın neftdən 

ayrılması prosesində gecikmə halı yaranır. Bu səbəbdən maye və qaz 

fazaları arasında termodinamik müvazinət vəziyyəti pozulur. 

 Lay 


təzyiqinin bərpa olunma sürətinin müxtəlifliyi də təzyiqin 

artması ilə neftdə  müvafiq miqdarda qazın həll ola bilməsi ilə izah 

edilə bilər. Bunu qiymətləndirmək üçün neftdə  qeyri tarazlıq 

şəraitində  həll olan qazın miqdarını hesablamaq üçün aşağıdakı 

ifadədən istifadə edək: 

 

 



               

,

1



dt

dp

b

V

 

   (II. 



20) 

 

burada  b  –  təcrübi  əmsal;  α-  müvazinət vəziyyətində  qazın neftdə 



həllolma əmsalıdır. 


177 

 

 Bu 



tənliyi V= const şəraitində (yəni eyni miqdar qazı müxtəlif 

sürətlərdə neftdə həll etdikdə) həll edib, p=p(t) asılılığını təyin edək. 

(II. 20) tənliyinin başlanğıc  şərti t = 0 olduqda p = p

0

  olmalıdır. 



Onda: 

 

    



         

V

p

V

p

in

bV

t

0



 

 

Tutaq ki, təzyiqi  p



0

 = 2,0 MPa – dan 3,0 MPa – ya qaldırmaq 

lazımdır. Bu halda V  = 0,7 m

3

/m



3

 olur. Həllolma  əmsalı  α = 0,07 

m

3

/m



3

.  MPa  –  dır.  b  –  nin müxtəlif qiymətlərində  (1; 10; 100san. 



MPa

-1

p-nin p



1

 - ə bərabərolma vaxta t



1

 hesablanmışdır (şəkil II. 24). 



1,2,3 əyriləri  b-nin 1,0; 10 və 100 qiymətlərinə uyğundur. əyrilərdən 

görünür ki, neftdə eyni miqdar qazı müxtəlif sürətlərdə həll etdikdə 

sürət artdıqca təzyiqin bərpa müddəti də artır. 

 Qeyd 


etmək lazımdır ki, doyma təzyiqi həcm üsulu ilə 

termodinamik müvazinət vəziyyətində  tapıldığından, bu üsul başqa 

üsullara nisbətən daha dəqiq olur. Termodinamik müvazinət 

vəziyyəti, qazlı maye tutan yüksək təzyiqli qabın  p  –  V  asılılığının 

hər bir vəziyyətində  ardıcıl olaraq çalxalanması ilə  başa çatdırılır. 

Belə halda qaz-maye fazaları arasında müstəvi ayırıcı səth yaranır. 

 

II. 25 şəklində qaz – maye sisteminin yerləşdiyi qabın 



çalxalanan və  çalxalanmayan halına uyğun izotermik genişlənmə 

asılılığı göstərilmişdir. Qazın ayrılması çalxalanmayan halda kiçik 

təzyiqdə, yəni  2  nöqtəsinə  uyğun  p

2 

–  də  baş verir , 1  nöqtəsinə 

uyğun p

təzyiqi isə qaz-maye sisteminin çalxalanan halında yaranan 



vəziyyətə  uyğun sistemin əsl doyma təzyiqidir. Belə  halın baş 

verməsi, yəni doyma təzyiqlərinin fərqlənməsi, əsas etibarilə ayrılan 

ilk kiçik diametrli qaz qabarcıqlarının qaz fazasını yaratmasının 

gecikməsidir. 




178 

 

 



     

           

                Şəkil II. 24                                          Şəkil II.25 

 

   



 

      


 Maye 

və  qazın fiziki-kimyəvi tərkib və    xassəsindən asılı 

olaraq (p

1

  –  p



2

) qiyməti böyük həddə  dəyişə bilər. Məsələn, Bakı 

neftləri üçün  (p

1

 – p



2

) = (1,4÷4,0) MPa həddində dəyişir. 

 

Qaz-maye sistemi yerləşən qabın ardıcıl çalxalanması ilə  p



1

  – 


p

2

  fərqi azalır və sıfra yaxınlaşır. Əgər neft – qaz sərhədindəki səthi 



gərilməni  

, ayrılmış qazın radiusunu R ilə işarə etsək 

 

 

   



 

    


R

2

2



1

 

 



 

ümumi müvazinət  şərtini yazmaq olar. Buradan görünür ki,  -nın 

azalması ilə (məsələn, qazın tərkibində azot olduqda) p

1

 – p



 fərqi də 

azalır. 

 Doyma 


təzyiqinin ultrasəs vasitəsilə  təyinində  göstərilən bu 

amilin təsiri xüsusilə böyük ola bilər. 

 Beləliklə, doyma təzyiqi termodinamik müvazinət 

vəziyyətində  təyin edilməlidir. Təcrübə  nəticəsində  müəyyən 

edilmişdir ki, təzyiqin düşmə  sürətinin 0,77·10

-4

  MPa/san    və daha 



kiçik qiymətlərində maye-qaz fazaları arasındakı termodinamik 

müvazinət halı pozulur. 




179 

 

 Qeyd 



etmək lazımdır ki, neft və  qazın, həmçinin qarışığın 

yerləşdiyi mühitin fiziki-kimyəvi xassəsindən asılı olaraq təzyiqin 

termodinamik müvazinət halına uyğun dəyişmə  sürəti də  müxtəlif 

olur. 


 

Yuxarıda qeyd olunanlardan əlavə, doyma təzyiqinin 

qiymətinə məsaməli mühiti təşkil edən süxurların da təsiri böyükdür. 

Ümumiyyətlə, sübut olunmuşdur ki, eyni qazlı nüft nümunəsi üçün 

məsaməli mühitdə təyin edilən  p

d

 – nin qiyməti məsaməsiz mühitdə 



tapılan qiymətindən böyük olur. Məsaməli mühiti təşkil edən 

süxurun fiziki-kimyəvi xassəsinin də doyma təzyiqinə  təsiri 

böyükdür. Belə ki, məsaməli mühitdə gilli hissəciklərin olması 

doyma təzyiqini xeyli artırır. Gilli hissəciklərin artması ilə p

də artır. 



Məsələn, kvars qumundan təşkil olunmuş məsaməli mühitdə doyma 

təzyiqi, məsaməsiz mühitə nisbətən 0,5 – 0,7 MPa, qum və 30% gilli 

mühitdə isə 4,0 MPa çox olur (qazlı maye kimi təbii qazla 

Izooktan, kerosin və distillə edilmiş su götürülmüşdür). 

 

II. 26 şəklində  məsaməli mühitdəki gilin miqdarından asılı 



olaraq doyma təzyiqinin mühitdəki gilin miqdarından asılı olaraq 

doyma təzyiqinin artma qiymətinin dəyişməsi göstərilmişdir. 

Şəkildən göründüyü kimi, məsaməli mühitdə gilin 30% - dən çox 

olması doyma təzyiqinin artım qiymətinə təsir etmir. 

 

 

   



 

      Şəkil II. 26 




Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə