A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə142/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   138   139   140   141   142   143   144   145   ...   168

 511 

nəhayət insafa gəlirdi və Xəyala deyirdi ki, axşam saat düz 8–

də  mənə  zəng vur. Xəyal düz saat 8-də telefon–avtomat 

budkasına girib Macəraya zəng vurur. Amma bədbəxtçilikdən 

telefon–avtomat xarabdır, işləmir, çıxır ikinci, üçüncü budkaya 

girir, tərs kimi telefonların hamısı zay çıxır, beləliklə məqamı 

ötürür və Macəra da belə etibarsız oğlandan üz döndərib o biri 

oğlana, yəni Məlala könül verir. Hekayəni çox bədii bir abzasla 

bitirirdim: 

"Macərayla Məlal dənizkəkarı parkın xiyabanında, salxım 

söyüdün altında oturmuşdular. Macəra baxışlarını yerə 

dikmişdi, dinib danışmırdı. Məlal da söz tapmırdı. Oğrun–

oğrun qızın uzun saçlarına, zərif dodaqlarına, lalə kimi 

qızarmış yanaqlarına baxır və özünü xoşbəxt hiss edirdi. Elə bu 

vaxt Xəyal sahil qayalarının üstündə heykəl kimi donub 

durmuş, kükrəyən dalğalara baxır, romantik xəyalların 

qanadında nakam sevgisinin acı-şirin xatirələri aləminə doğru 

pərvaz edirdi. Ah! Macəranın qara gözlərini unutmaq olarmı?" 

Bəli, uzun sözün qısası, yazdım bu hekayəni, basma kağız 

çıxarıb quruladım, dedim bir arvadağaya oxuyum. Necə olsa 

ilk qələm təcrübəmdir. Oxudum arvada hekayəni, sakit, 

dinməz-söyləməz qulaq asdı. Axırıncı cümləyə çatanda, birdən 

yerindən dik atıldı. 

–Tanıdım, — deyə ancaq bircə kəlmə sözlə otaqdan sıçrayıb 

çıxdı. Mənim ürəyim düşdü, dedim görəsən buna nə oldu, 

durdum cumdum dalıycan. 

–Əzizim, — dedim, — kimi tanıdın? 

–Səni tanıdım, — dedi və gördüm ki, şkafı açıb paltarlarını 

çıxarır. 

–Məni? 


–Elə bilirsən, mənim qohum–əqrabam yoxdur, —dedi və 

paltarlarını çamadana yığmağa başladı. —Elə bilirsən yerdən 

çıxmışam, təpə–tənhayam, —təzə lak çəkmələrini çıxarıb 

qəzetə bükməyə başladı, —elə bilirsən, sənin  əlinə baxıram, 

xarabandan getsəm qalmağa bir yer, yeməyə bir parça zəhrimar 



 512 

tapmaram? Hanı mənim darağım? 

–Əzizim, —dedim, — axı bir məni başa sal, nə olub? Bu 

oyun nədir çıxardırsan, hara yığışırsan? 

–Deyirsən biz lap keyik, qanmazıq, heç nə başa düşmürük? 

Hanı mənim darağım? 

–Axı bir məni də başa sal görüm nəyi başa düşmüsən? 

–Guya özün bilmirsən? Yoxsa göbək kəsməni də 

danacaqsan? Hanı mənim darağım? 

–Ay başına dönüm, nə göbək, nə daraq? Tfu, daraq budur, 

al, amma göbək nədir, vallah, başa düşmürəm. 

–Bura bax, məni ələ salmısan? Gəl məni də tanıma, adıvı da 

dan, Macəradır, nə zibildir, kimdir o? 

–Macəra? Necə kimdir? Surətdir də, — deyə  mən 

kəkələdim, — bədii obraz. Personaj... e... necə deyərlər, bədii 

təfəkkürün, təxəyyülün məhsulu. 

–Bura bax, məni xamlama, təfəkkür, təxəyyül, o sözləri get 

nənəvə de. Geçməz o nömrə. Məni dağa-daşa salma, Teyyubun 

qızın da tanımayacaqsan? 

–Teyyubun qızı? 

–Bəli,  əmin Teyyubun qızı,  əmin qızı Hürnisə. Guya mən 

bilmirəm ki, uşaqlıqda sizi göbəkkəsmə eləyiblər, sonra qız 

başqasına qoşulub qaçıb, sən də məni almısan. 

–Axı bunun mətləbə nə dəxli var. 

–Dəxli yoxdur, deyirsən? Yaxşı, de görüm Hürnisənin 

gözləri nə rəngdədir? 

–Mən nə bilim? 

–Bilməzsən də. Ver bura mənim darağımı. Bağla çamadanı. 

Mən bir dəqiqə də bu xarabada qalmaram. 

–Əzizim, bir sakit ol. Axı Hürnisənin gözləri... 

–Bəli, yaşıldır Hürnisənin gözləri... Sənin yazdığın o lotu-

beçənin gözləri kimi. Deyirsən, o gözləri unutmaq olmaz, hə? 

Unutmursan unutma, cəhənnəmə unut, gora unut. Mən daha 

burda qalan deyiləm. 

And–aman elədim ki, heç Hürnisə  mənim yadıma da 



 513 

düşmürdü, svetaforun işığı kimi dəyişdim Macəranın yaşıl 

gözlərini elədim sarı, axırıncı cümləni pozdum getdim arvada 

bir yaxşı  şuba aldım və  nəhayət üç gündən sonra birtəhər 

barışdıq. 

Götürdüm gəldim yazımı makinəçi Səkinəyə. Xahiş elədim 

yazsın. 

–Yox, yox, vaxtım hardadır, yaza bilmərəm,–dedi Səkinə,—

davadandır? Davadandırsa yazmıram. Qanım qaralır. Həkimlər 

deyiblər ki, gərək qanını qaraltmayasan, onsuz da qan təzyiqin 

yüksəkdir. 

–Yox, Səkinə bacı, mamamın canıyçün davadan deyil. 

–Gülməlidir? 

–Yox, gülməli deyil. 

–Hə, onda yaza bilməyəcəyəm. Yaxşı, nədəndir, bəs? 

–Eşqdən–məhəbbətdən. 

–Yaxşı gətir bəri, canın cəhənnəm, yazaram. 

Makinəçi Səkinə yazmağa başladı, yazdıqca hərdənbir: 

–Malades, —deyirdi, —bu yerin yaxşı yazmısan, xoşum 

gəlir. 


Mən sevincimdən yerə–göyə sığmırdım. Hekayənin ortasına 

çatmışdı ki, birdən Səkinə əl saxladı. 

–Mən ölüm, — dedi, — dözə bilmirəm. Axırda bu qız 

hansına gedəcək? Sən canın de. Buna, yoxsa o birisinə.  

–O birisinə, —dedim. 

–Niyə? – deyə  Səkinə  tərs–tərs mənə baxıb üstümə 

çəmkirdi. — Ni za çto! Elə yaz ki, buna getsin. Bundan mənim 

xoşum gəlir, o biri yönsüzün biridir. 

 

–Axı... yox, — dedim, — bədii məntiqə görə… 



–Nə oldu, işin düşəndə ilan dili çıxardırdın, indi başlamısan, 

məntiq–filan. Yəni bizi lap annamaz sayırsan. Yəni bizim 

kulturamız çatmadı. Kitab-zad oxumuruq. Kino–zad 

görməmişik. Əgər bilmək istəyirsənsə mən sənin tükün sayınca 

kitab oxumuşam. Özün bil, buna getməsə yazmıram... 



 514 

–Axı, Səkinə bacı... 

–O yan-bu yan bilmirəm. Mən o qızın yerinə olsaydım, buna 

gedərdim. 

–Axı Səkinə bacı, siz o qızın yerinə deyilsiz, mən sizi təsvir 

eləməmişəm. 

–Bilirsən nə var? — deyə  Səkinə özündən çıxdı. — Get 

arvadını  təsvir elə, anavu, bacıvı, qızıvı  təsvir elə. Mən o sən 

deyənlərdən deyiləm, get adamıvı tap. Götür bu zibilini də, itil 

burdan, gözüm səni görməsin. 

Xülaseyi–kəlam üç həftə  sərasər makinəçi axtardım. Biri 

əsərin məzmununu bəyənmirdi, yazmırdı, biri təhkiyəsini, biri 

dilini xoşlamırdı, biri xarakterlərin inkişafını, biri deyirdi 

uzundur, hardadır məndə o vaxt ki, yazım başa çıxım, biri 

deyirdi gödəkdir, hardadır məndə o baxt ki, yazım pul qazanım. 

Nəhayət bir halal süd əmmişə rast gəldim, yazdırdım başa 

çıxdım. 

Vurdum qoltuğuma apardım redaksiyaya, əvvəlcə kiçik 

redaktor oxudu, dedi yaxşıdır, amma gərək filan, filan yerlərini 

pozasan. Sonra ortancıl redaktor oxudu, dedi yaxşıdır, amma 

gərək pozduğun yerləri təzədən yazasan. Sonra böyük redaktor 

oxudu, dedi ki, yaxşıdır, amma qurudur, ictimai motivləri azalt, 

şəxsi motivləri çoxalt, sonra ondan böyük redaktor oxudu və 

dedi ki, yaxşıdır, amma gərək təzədən yazasan, şəxsi motivləri 

azalt, ictimai motivləri çoxalt. 

Sonra yazı gəldi çıxdı lap böyük redaktora. 

Lap böyük redaktor oxudu, çağırdı hamımızı yanına. 

–Yazını oxudum, — dedi, — bəyəndim. Yaxşıdır. Çox 

mühüm ictimai məsələlərə toxunmusan. Doğrudan da, təəssüf 

ki, hələ  bəzi, tək–tük nöqsanlarımız, müvəqqəti kəm-

kəsirlərimiz yox deyildir. Bəzi tək-tük telefon-avtomatlar, 

doğrudan da bəzən, tək–tük hallarda pis işləyir. Ancaq... 

burada mühüm bir cəhət var... nə cəhət? 

Redaktorlar bir-birinə baxdılar. Kiçik redaktor əlini qaldırıb: 

—Yoldaş lap böyük redaktor, olar mən deyim? — dedi. — 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə