A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə140/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   136   137   138   139   140   141   142   143   ...   168

 503 

 

 



XƏBƏRLƏR 

 

Məlum olduğu kimi mərhum  şairimiz Kalan Kalanov bizə 



zəngin irs, qiymətli xəzinə qoyub getmişdir. Bunu nəzərə 

alaraq Yüz min nömrəli  Əmanət kassasına  şairin adı 

verilmişdir. Kalanovun əsas sərvətləri bu kassada saxlanılırdı. 

 

*** 

"Qonşubağrıçatdadan" atelyesi təzə  işə başladığına 

baxmayaraq artıq böyük şöhrət qazanmışdır. Atelyenin 

əməkdaşları — təcrübəli dərzilər bir neçə gün bundan qabaq 

iynələrini yaxalarına sancıb təzə binaya köçmüş, yüz ölç, bir 

biç devizinə riayət edərək yeni modalar mənimsəməyə 

başlamışlar. Onlar sifarişçilərin dərisindən papaq, doqquz cür 

don tigirlər. Qocaman dərzi Hacı  Mənəbaxov xüsusilə mahir 

ustadır. O, bir bezin qırağından həm Fatıya tuman, həm də 

şeytana papış tikə bilir. Təcrübəli usta öz zəngin təcrübəsini 

cavanlara da öyrədnr. Atelyeyə  gələn sifarişçilər üz verəndə, 

onlardan astar da istəyirlər. 

 

*** 

Şəhərimizin ən mənzərəli guşələrinin birində "Tamarzı" adlı 

yeni, müasir üslubda tikilmiş bir restoran açılmışdır. 

Müxbirimiz Ağzıayrıqov restoran müdiri Əli  Əyriyevlə 

görüşmüşdür. Əli Əyriyev demişdir: 

Restoranımızın müasir üslubda, yüksək zövqlə  işlənmiş 

divarlarında qonaqlarımızın diqqətnin iki şüar cəlb edir. 

Birinçisi: "iştah diş altındadır". 

İkincisi: "artıq tamah baş yarar". 

Restorana gələnlərə müxtəlif ləzzətli xörəklər təklif edirik. 

Baş aşpaz Ətiacıyev, onun köməkçiləri Şitşılıqov və Şorgözov 

özləri üçün əriştə  kəsə bilməsələr də, özgələrə yaxşı umac 



 504 

ovur, ucuz ətin  şorbasını  məharətlə bişirirlar. Harada aş, orda 

baş olan bu mahir aşpazlar, özləri də az aşın duzu deyillər, elə 

məharətlə  işləyirlər ki, nə  şiş yanır, nə kabab, əlindən gələni 

beş qaba çəkir,  Əli aşından olanlara Vəli aşı, Vəli aşından 

olanlara  Əli aşı  təqdim edirlər, qonaqlara tutanda qatıq, 

tutmayanda ayran təklif edirik. 

Axşamlar restoranımızda orkestr çalır və müğənni 

"Dadanmısan dolmaya, o da bir gün olmaya" mahnısını 

məlahətlə və məharətlə ifa edir. 

Restoran müdiri Əli  Əyriyev bizi mehribanlıqla yola saldı 

və dedi: Mənim sizə tövsiyəm budur: elə yeyin ki, həmişə 

yeyəsiniz. Unutmayın ki, çox yemək, adamı az yeməkdən də 

qoyar! 


 

*** 

"Arzu-kam" nəşriyyatının baş hesabdarı Tanış Bilişov 

müxbirlərimiz Haray Həşirov və  Çığır Bağırovla müsahibədə 

demişdir ki, bu il çap olunan kitabların tiracı  cəmisi bir 

nüsxədən — müəllif nüsxəsindən ibarət olacaqdır. Çünki onsuz 

da heç kəs heç kəsin kitabını oxumur. Bu il üç cüt, bir tək gənc 

şairin kitabı çapdan çıxacaqdır. Bu kitablar cib formatında 

olacaqdır. Beləliklə, yeddi gənc şairi bir cibə qoymaq mümkün 

olacaqdır. Buna razı olmayanların kitabları bağlanacaqdır. 

 

*** 

Bu günlərdə Quba meydanında qatığın rəngi haqqında 

maraqlı disput keçirilmişdir.  İlk çıxış edən  əhəngçi Höcət-

Höcətov belə bir fikir irəli sürmüşdür ki, guya qatıq ağdır. 

Ondan sonra çıxış edən kömürçü Tərs Məzhəbov bu fikri 

tamamilə inkar etmiş, qatığın tamamilə zil qara olduğunu iddia 

etmişdir. Malakeş Çox Bilmişov mübahisəni malalayaraq cıxış 

edənlərin ifrata vardığını, çox sol və çox sağ getdiklərini 

göstərmiş, məsələyə obyektiv cəhətdən yanaşmış, hər iki 

tərəfin mülahizələrindəki mənfi cəhətləri atmış, müsbət 



 505 

cəhətləri götürmüş və çox doğru bir nəticəyə gəlmişdir ki, qatıq 

nə  ağ, nə  də qaradır, qatıq bozdur. Bu mülahizə bütun 

iştirakçıları 

təmin etmişdir.



 506 

 

 



SON POÇT VƏ YAXUD REPLİKA 

 

Poema yaxud krossvord? 



 

(Bir nöqsanlı yazı haqqında qeydlər) 

 

Redaksiyaya məktub 



 

(Bir qrup oxucu adından) 

 

Hörmətli redaksiya! Mən özüm myaskombinatın işçisiyəm. 



Kolbasa  şöbəsinin təlimatçısıyam. Amma özüm ədəbiyyat 

həvəskarıyam. Bekar vaxtlarımda özüm də  hərdən-birdən 

yazıram. Mətbuatı daima izləyirəm, çıxan kitabları sevə-sevə 

oxuyuram. Bu yaxınlarda gənc  şair Hərc Mərcovun "Təpə" 

jurnalında çap olunmuş "Dırnaq" poemasını da maraqla 

oxumağa başladım. Poemanı oxuyub qurtardım, dönüb bir daha 

oxudum, amma təəssüf ki, yenə də bir şey başa düşə bilmədim. 

Bu yazı poemadan çox tapmacaya oxşayır, daha doğrusu 

krossvordu xatırladırdı. Çünki krossvord dolduranda olan kimi 

burda da müəyyən  şeyləri tapmaq üçün beyin işlətməli, 

müxtəlif sahələrə aid biliklərə malik olmalısan.  Şerin, 

ədəbiyyatın məqsədi bumudur? Axı istər orta, istərsə  də ali 

məktəbdə bizi öyrətmişlər ki, şerin  əsas məqsədi ruhu 

oxşamaq, insanın qəlbinə yol tapmaqdır.  Əsil  şer hissin, 

ilhamın məhsulu deyilmi, onun əsas məziyyəti rəvanlıq, 

axıcılıq deyilmi, onun yolu axmaq, axmaq, axmaqdır, ya yox? 

Bütün bu məsələlər məni dərindən düşündürdüyü üçündür ki, iş 

yoldaşlarım Pirqulu, Əliqulu və Xuduquluya müraciət etdim. 

Onlar mənim fikrimi bəyəndilər və Sizə müraciət eləməyi 

məsləhət gördülər. Bundan sonra iki nəfər daha bizimlə 

həmfikir oldu və  mən indi bu məktubu çoxmilyonluq oxucu 

kütləsi adından yazıram. 




Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə