A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə141/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   137   138   139   140   141   142   143   144   ...   168

 507 

Gənc  şair Hərc Mərcovun "Təpə" jurnalında çap olunmuş 

"Dırnaq" "poeması" "zahirən" çox "sadədir". Amma müəllifin 

fikrincə, yəqin ki, həm də çox "mürəkkəbdir". "Poema" 

"orijinal" bir "formada" yazılmışdır. Məzmunu "yenidir", 

"maraqlıdır", poemada "formayla" "məzmun" arasında "üzvi" 

bir "vəhdət" var. Müəllif "novatorluq" etmiş, "təzə" "obrazlar" 

"işlətmişdir". "Poemanın" "dili" "bədiidir", "gözəldir". 

"Qafiyələr" "müqəyyəd", "vəzn" "dürüstdür". 

"Təpə" jurnalı belə bir "poemanı" oxuculara "təqdim" 

etməklə onları "çox" "sevindirmişdir". Onlara "layiqli", 

"hədiyyə" vermişdir. Arzu edirik ki, "Təpə" jurnalı "tez-tez" 

belə "yüksək" "sənət" "nümunələrini" "çap" "eləsin". 

Mən məktubu bir az da uzada bilərdim. Ancaq yoldaşlarım 

məsləhət gördü ki, burda saxlayım, Dedilər ki, sonra məktubu 

çap eləmək üçün mətbəədə bu qədər "dırnaq" tapa bilməzlər. 

 

Hörmətlə Qəmbərqulu 

 

Redaksiyadan — tələbkar oxucularımızın haqlı  tələblərinə 



təpədən dırnağacan şərik çıxırıq. İstər "Təpə" jurnalına, istərsə 

də "Dırnaq" "poemasının" "müəllifi" Hərc Mərcova 777-ci 

ciddi xəbərdarlıq edirik. 

 



 508 

 

 



BİZ TƏNQİD EDƏNDƏN SONRA 

 

Keçən nömrələrin birində idarə başçılarından Uşaq 



Muşaqovu kəskin tənqid etmişdik. Felyetonda Uşaq 

Muşaqovun bacarıqlı  təşkilatçı, işgüzar rəhbər, namuslu işçi 

olduğunu deməklə  bərabər eyni zamanda onun böyük bir 

nöqsanını —yaşca cavan olmasını  tənqid etmişdik. 

Redaksiyaya göndərilən cavab məktubundan məlum olur ki, 

Uşaq Muşaqov tənqiddən doğru nəticə  çıxarmış, nöqsanını 

düzəltməyə çalışmış, on gün ərzində on il qocalmışdır. 

 

 

HİKMƏTLİ SÖZLƏR 

Gülmə qonşuna, çıxar qarşına. 

Cücəni payızda satarlar. 

Hər şeyin təzəsi, tostun köhnəsi. 

Ehtiyac iyidin yaraşığıdır. 

 

Toplayanı: Xeyir Söyləməzov  



 

 

ELANLAR 

 

Kinostudiyada yeni TİR açılmışdır. Müəlliflər qəpiyə güllə 



atırlar. 

AZYAZPOZ Birliyində  ələkçiyə  qıl vermək üçün ixtisaslı 

kadrlar tələb olunur. Hər gün (bazar ertəsi, xas, çərşənbə, cümə 

axşamı, cümə və şənbədən başqa) səhər saat 6-dan səhər saat 5-

59-a qədər, 0-00-00 telefonuyla arayışlar almaq olar. 

 

48-ci paralel küçəsində 49 nömrəli evdə yaşayan Nərmə 



Naziyova həmin evdə yaşayan Yekə Qarınovdan boşanmaq 

haqqında məsələ qaldırır. Məsələyə  şəhər məhkəməsi 




 509 

baxacaqdır. 

49-cu meridian küçəsində 48 nömrəli evdə yaşayan Dəymə 

Düşərov həmin evdə yaşayan Naz Qəmzəyevanı boşamaq 

haqda məsələ qaldırır. Məsələyə şəhər məhkəməsi baxacaqdır. 

 

Bu gün saat 00.00 dəqiqədə  Qır Saqqızov nadanşünaslıq 



elmləri namizədi adını almaq üçün "hırnan-zırın fərqi" 

mövzusunda dissertasiya müdafiə edəcəkdir. 

Bu gün saat 00.00 dəqiqədə örtülü bazarda dostluq gecəsi 

geçiriləcəkdir. 

Bu gün saat 00.00 dəqiqədə Filarmoniyada konsert 

başlanacaqdır. Məşhur ifaçımız Güngörməz Bayramalı toydan 

qayıtdıqdan sonra nağara çalacaqdır. 

Bu gün saat 00.00 dəqiqədə Umu Küsiyevin anadan 

olmasının 50, deyinməyə başlamasının 48 illiyi münasibətilə 

təntənəli yubiley gecəsi keçiriləcəkdir. Ön söz, məruzə, 

çıxışlar, təbriklər və son söz yubilyarın özünündür. 

 

BİLDİRİŞ 

 

Şəhər su idarəsi xəbərdarlıq edir ki, bir neçə ay ərzində suyu 



üfürə–üfürə içmək lazımdır. 

 

DÜZƏLİŞ 

 

Korrektorun xətası üzrə bir neçə  səhv getmişdir: "Hər  şey 



zəhləmgetmişlərindir"  əvəzinə "hər  şey zəhmətkeşlərindir" 

oxunmalıdır. 

"Tartan Partanov ən səfeh alimlərdəndir"  əvəzinə "Tartan 

Partanov ən fəsih alimlərdəndir" oxunmalıdar. 

"Cavanlarımız gözəl kifirlərlə yaşayır" 

əvəzinə, 

"Cavanlarımız gözəl fikirlərlə yaşayır" oxunmalıdır. 

 



 510 

 

 

MARALLARIM 

 

Dünən qoltuğumda iri bir qovluq küçəylə gedirdim ki, 



təsadüfən bir dostuma rast gəldim. Öpüşüb görüşdük, əl verdik, 

əhval tutduq. 

Dostum: 

–Dostum, — dedi, — hara belə? O qoltuğundakı nədir? 

Dedim ki, nəşriyyata gedirəm, təzə hekayələrimi aparıram. 

Dostum dərindən bir ah çəkib: 

–Sizin çörəyiniz də bir çörək deyil, — dedi. — Sizin sahədə 

elə marallar var ki, onların içində baş çıxarmaq hünərdir. 

–Necə? — dedim. 

–Belə, — dedi. 

–Axı sən nə bilirsən?  

–Başına gələn başmaqçı olar. Bilməsəm demərəm. 

Gördüm dostumun sinəsi doludur. Çəkdim onu gözəl bir 

bağın xəlvət guşəsinə, iki pors morojna, bir şüşə limonad 

aldım, dedim, ye, iç, ürəyini boşalt. 

–Günlərin bir günündə, — deyə dostum sözə başladı-mən 

bəxtiqara da bir hekayə yazmaq fikrinə düşdüm. Gördüm hamı 

yazır, upravdom yazır, avtoinspektor yazır, zavmaq yazır, 

dedim, bala, mən kimdən  əskiyəm. Götürdüm bir hekayə 

yazdım, adını da qoydum "Birovuz". Hekayənin məzmunu bu 

idi ki, bir oğlan bir qızı sevir. Tərs kimi həmin qızı bir başqa 

oğlan da sevir. Qız da bilmir ki, könlünü bunlardan hansı birinə 

versin. Birinci oğlanın adını qoymuşdum Xəyal, ikinci oğlanın 

adını qoymuşdum Məlal. Qızın da adını qoymuşdum Macəra. 

Belə poetik adların bazıyam yaman. Hə, nə başını  ağrıdım, 

əhvalat uzundur, çox mətləblərə  əl atmışdım, çox mühüm 

məsələlər qaldırmışdım, çoxlu hadisələri əhatə etmişdim və bir 

xeyli yerdə  təbiət təsvirləri vermişdim. Ancaq bunları daha 

sənə danışmıram. Hekayə bu cür qurtarırdı ki, bir gün Macəra, 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə