A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə139/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   135   136   137   138   139   140   141   142   ...   168

 498 

Uzun sözün qısası  yığışıb səhər gəldik Nəzər müəllimgilə. 

Nəzər  müəllim: 

–Ay sizi xoş  gəlmisiz, –dedi, — səfa gətirmisiz. Qonaq 

gəlməyən evə həkim gələr. 

Burcəli  töyşüyə-töyşüyə: 

–Əmbə   pilləkənlərin  yaman  hündürdür, —dedi, — 

adamın lap kələyi kəsilir. 

Nəzər: 

–Eh, ay dost, —dedi, —biz çıxan zirvələrin yanında bu 



pilləkən nədir ki... 

Bəli, buyurduq içəri.  

Nağdalı: 

–Otağın nə dardır, ay Nəzər, —dedi.  

Nəzər: 

–Otağın darlığına nə baxırsan, — dedi, — adamın gərək 



qəlbi gen olsun. 

Əyləşdik. Yemək-içməyə        keçməzdən    qabaq bir 

məşğuliyyət axtardıq.  

Atobba: 


–Ay  Nəzər —dedi — nərdin var?  

Nəzər: 


–Nərdim yoxdur, dərdim  var, — dedi.  

Xosməmməd: 

–Dərd düşməninin olsun, —dedi.  

Nəzər: 


–Düşmən ocaq başındadır, —dedi.  

Mat–məəttəl bir–birimizə baxdıq, da kəlmə  kəsmədik. Elə 

bu vaxt Ənnağı durdu ki, bəs məni bağışlayın, gərək 

ayaqyoluna gedəm və sonra Nəzərdən soruşdu: 

–Ha tərəfə gedim, ay  Nəzər?  

Nəzər: 


–Ha tərəfə gedirsən, get, – dedi, — təki məqsədin aydın 

olsun. 


Xosməmməd: 


 499 

–Qaranlıqdır, ay Nəzər, — dedi, — işığı   yandırsana. 

Nəzər: 

–İnsanın zəkası  işıq saçmalıdır, — dedi, — elektrikdən bir 



şey  çıxmaz. 

Bəli qaranlıqda bir az da oturduq, lap darıxdıq.  

Nağdalı: 

–Ay Nəzər, — dedi, — Zəhmət olmasa bir stəkan su gətir, 

lap ürəyim yandı.  

Nəzər: 


–Ürək yanğısını suyla keçirmək olmaz, —dedi. 

Bir az gözlədik, gördük balam, kələm qonaqlığından nəinki 

xəbər-ətər, heç qoxu-ətir də gəlmir. 

Burcəli: 

–A kişilər, bu  kələm nə oldu, — deyə  soruşdu, — acından 

qırıldıq ki... 

Nəzər: 

–İnsanın ruhu tox olsun, qarnı ac olsa da eyb etməz 



deyəndə, barmağımızı dişlədik, məsələni başa düşdük. 

Başa düşdük ki, Nəzər müəllim, sən demə bizi kələm 

qonaqlığına yox, kəlam qonaqlığına dəvət eləyibmiş. Yerin 

məlim. 


 

Kiçiyin 

Müfəttiş Miriş 


 500 

 

 



BİZİM MÜSAHİBƏ 

 

Bu günlərdə müxbirimiz Çığır Bağırov planetimizin ən qoca 



sakini 299 yaşlı  Kələmulla kişiylə görüşüb müsahibə 

aparmışdır. Aşağıda müxbirin suallarını  və  Kələmullanın 

cavablarını veririk. 

Sual: Hörmətli Kələmulla, bu il siz 262 yaşından 299 yaşına 

qədəm qoymusunuz. Üç il bundan qabaq sizin 250 illiyinizi 

təntənəylə qeyd etdik. Bu barədə oxucularımıza nə deyə 

bilərsiniz. Daha doğrusu, 299 illik həyatınızda  ən  əlamətdar 

hadisələr hansılar olmuşdur. 

Cavab: Nə deyim, a bala, hər halda 60 ilim lap yaxşı 

yadımdadır. Ondan qalanı yaxşı yadımda deyil, o vaxt uşaq 

idim, nə yadımda qalacaq? 

Sual: Oxucularımız çox maraqlanırlar ki, siz Vaqiflə  və 

Vidadiylə görüşmüsünüzmü? 

Cavab: Bəli,  əlbəttə, ayıb sözdür ki, ikisini də lap yaxşı 

tanıyırdım. Rəhmətliklər bərk dost idilər, həmişə qoşa 

gəzərdilər.  İndiki kimi yadımdadır, rəhmətlik Vaqif həmişə 

rəhmətlik Vidadiyə deyərdi ki, ey Vidadi, sən bir bu gərdişi-

dövrani gəc rəftara bax e, Vidadi də cavab verərdi ki, Vaqif, 

sən yaxşı bilərsən, görən bu durnalar nə məkandan gəlirlər? 

Sual: Mirzə Fətəlini necə, görmüsünüzmü? 

Cavab: Bəs necə? Mirzə  Fətəlini lap yaxşı tanıyırdım. Bir 

dəfə parapetin tinində rast gəldim, dedi, heç bilmirəm Hacı 

Qaranı yazım yazmayım. Dedim yaz, babalı mənim boynuma. 

Sual: Yəqin Sabiri də tanımısınız. 

Cavab: Necə ki? Sabir həmişə  məni görəndə deyərdi: nə 

xəbər var, məşədi? 

Deyərdim: sağlığın, deyərdi: az çox da yenə? Rəhmətliyin 

yaman Mayakovskidən xoşu gələrdi. Deyərdi o kişinin mənə 

böyük təsiri olub. 



 501 

Sual: Oxucularımıza bir qədər də özünüz haqqında məlumat 

verin.  

Cavab: Nə deyim, a bala, ağır günlər olub, getsin gəlməsin. 

Mənim atam kankan idi. Onun-bunun qapısında işləyərdi. Ona-

buna quyu qazardı. Anam həmişə ona deyərdi ki, a kişi, özgəyə 

quyu qazan özü düşər. Qazan demişkən, qəşəng bir əhvalat 

düşdü yadıma: bir kərə atam evə tez gəldi, qoltuğunda da iri bir 

qazan, dedi arvad plovdur, qoy dəmə, mən də bu saat gəlirəm. 

Amma mən gəlincə  çəkmə. Hə, çəkmə demişkən, söz-sözü 

çəkər, bir qəşəng əhvalat da düşdü yadıma: bir gün atam mənə 

təzə  çəkmə almışdı.  İndiki kimi yadımdadır, çəkməni verdi 

mənə, bir təpik də vurdu. Dedi, bala, çəkmənin  şirnisi təpik 

olar, papağınkı qapaz. İnşallah sabah sənə papaq alacam. Hə, 

qapaz demişkən...  

Sual: Hörmətli Kələmulla… 

Cavab: Dayan, sözümü kəsmə. Kəsmə demişkən bir gözəl-

göyçək, mamlı-matan, naz atan, qəmzə satan, canan vardı, 

ondan  yaman kəsirdim. Səndən nə gizlədim, almaq istəyirdim 

onu. Atam dedi ki, alma. Hə, alma demişkən, alma ye, bala, 

utanma,    gör nə şirin almadır. 

 

(Müsahibənin ardını gələcək nömrələrimizdə oxuyun).  

 



 502 

 

 



YENİ İL PLANLARI 

 

Müxbirimiz Yazı Pozuyev bu günlərdə görkəmli bəstəkar 



Haray Həşirovla görüşüb söhbət etmişdir. H.Həşirov qeyd 

etmişdir ki, hazırda o, yazıçı Tez–Tonun "Nə  əkərsən, onu 

biçərsən" faciəsi əsasında "Nə tökərsən aşına, o çıxar qaşığına" 

musiqili komediyasını yazıb qurtarmaq üzrədir. Yeni ildə 

bəstəkar tanınmış  şair Hərbə Zorbayevin sözlərinə bir neçə 

balet və istedadlı nasir Mənəm Mənəmovun təmsilləri əsasında 

bir neçə simfoniya yazmaq fikrindədir. 

Müxbirimiz Qal Mağalov bu günlərdə bir neçə tanınmış 

yazıçı  və bir neçə tanınmamış pozucuyla görüşmüşdür. 

Tanınmamış pozuculardan biri yaradıcılıq planları haqqında 

aşağıdakıları demişdir: 

Hər il olduğu kimi bu il də  mənim geniş yaradıcılıq 

planlarım vardır. Bu il mən 72 min ərizə, altmış iki min 

şikayət, əlli iki min qapalı məktub, qırx min açıq məktub, otuz 

iki min xəbərdarlıq, iyirmi iki min danos, on iki min siqnal, iki 

min teleqram yazmaq fikrindəyəm. Keçən illərdə yazdıqlarımı 

da toplayıb seçilmiş  əsərlərimin yüz cildliyini oxuculara 

təqdim etmək istərdim. Mənim böyük təvazökarlığımı 

bilirsiniz. Mən adlarının məşhurlaşmasına can atan 

şöhrətpərəstlərdən deyiləm, ömrüm boyu olduğu kimi bu ilki 

əsərlərim də imzasız, anonim olacaqdır.



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə