475
—Filankəsə.
O biri özündən çıxdı:
—Sən elə nə olsa filankəsi təklif edirsən, çünki sənin öz
QARABAĞLINDIR. Ayıb deyilmi, filan dura-dura...
—Aldatdım deməzsən, — deyə o birinin sözünü kəsdilər, —
filan sənin AĞSULUNDUR, onunçün o şirin düşüb. İndi ki,
belə oldu, verək Peşməkana.
–Xeyr, bağışlayacaqsan, peşməkan sənin
GÖYÇAYLINDIR. Bəhmənkəsə nə gəlib.
–O da sənin AĞDAMLINDIR.
–Bu da sənin AĞDAŞLINDIR.
–O da sizin tərəfdəndir — QARADAĞDAN.
–Bu da sizin tərəfdəndir — GÖYTƏPƏDƏN.
–QARAMƏRYAMLIDIR.
–SARIVƏLLİDİR.
–QIZIL AĞACDAN gəlib.
–BOZ DAĞIN ƏTƏYİNDƏNDİR.
–GÖYCƏ...
–GÖYGÖL...
Bir böyük yoldaş durub dedi ki:
–Ayıbdır, bəsdir, bir utanın. Mübahisə nəyə lazım. Gül
Yanaqovu qoyub dağa-daşa niyə düşmüsüz? Mükafatı ona
verməliyik. Çox insan adamdır, namuslu, vicdanlı, qeyrətli,
adətli, zəkalı, vəfalı, abırlı, həyalı. Mükafatı verəcəyik qıp-
qırmızı qızaracaq. Dedilər:
–Yox, bu lap ağ oldu, Gül Yanaqov sənin yerlindir, onunçün
hər yerə onu çəkirsən. Heç AĞINA-BOZUNA baxmırsan.
Böyük yoldaş:
–Bu lap ağ yalandır, — dedi, — Doğrudur, Gül Yanaqovla
mən bir küçədə anadan olmuşuq, amma mən belə şeylərə
məhəl qoyan adam deyiləm. Gül Yanaqov çox utancaqdır, mən
ona görə onu xoşlayıram, dünən saatı soruşdum, qıpqırmızı
qızardı. Başqasına söz deyirsən, baxır dik gözünün içinə, sənə
cavab qaytarır, səninlə razılaşmır, böyük-giçik tanımır. Amma
476
Gül Yanaqova söz deyirsən, görürsən bir qırmızı turp çıxdı bu
yanağından, bir qırmızı turp o yanağından, bir turp ordan, bir
turp burdan, bir turp, bir turp, bir turp, bir turp...
Böyük yoldaş elə cuşə gəlmişdi ki, özünü saxlaya bilmirdi,
xeyli müddət: "bir turp, bir turp" — deyə o yanağına, bu
yanağına lopuq vururdu. Üzünə su səpib birtəhər
sakitləşdirdilər və mükafatı Gül Yanaqova verdilər.
Bir gün böyük yoldaşın yaşı ötdü, yığışıb göndərdilər onu
pensiyaya. Başladılar yerinə adam axtarmağa.
–Filankəs. Filan. Peşməkan. Bəhmənkəs.
–Yox, Filankəs yaramaz, çevirər boz üzünü, bozaranda
adama elə bozarır ki, adamı ağ yuyub, qara sərir.
–Filan da olmaz. Qorxaqdır. Bir şey oldu sapsarı saralacaq.
–Peşməkan əsəbidir, gömgöy göyərəcək, ya da hirsindən
qapqara qaralaçaq.
–Bəhmənkəs zəifdir. Üstünə qışqıracaqlar, dili dodağı
əsəcək, ağappaq ağaracaq.
–Bəs kim?
–Əşi necə olub əvvəldən ağlımıza gəlməyib. Əlbəttə, Gül
Yanaqov.
Gül Yanaqov nə bozarırdı, nə saralırdı, nə göyərirdi, nə
ağarırdı, nə qaralırdı. O, yalnız qızarırdı: "Bir turp o
yanağından, bir turp bu yanağından".
Bəli, Gül Yanaqov keçdi iş başına.
...Xoş bir bahar günündə Gül Yanaqov oturmuşdu öz böyük
iş kabinetində, üstü qırmızı mahudlu masanın arxasında,
yanında da dayanmışdı ağ, sarı, bənövşəyi, şabalıdı, innabı,
firuzəyi, mavi, qırmızı telefonlar.
Gül Yanaqov eşq-məhəbbətə dair açıq-saçıq bir roman
oxuyurdu və bala-bala qızarırdı. Onun çəhrayı sifətinin şöləsi
stolun üstündəki şüşədə əks olunub bərq vururdu.
Birdən qırmızı telefon zəng çaldı. Gül Yanaqov diksindi.
Çünki bu telefon həmişə susardı. Dəstəyi qaldırdı, səs eşitdi:
–Gül Yanaqovdur?
477
Gül qıpqırmızı qızardı.
–İşdən çıxardılırsınız.
Gül Yanaqov həyatında ilk dəfə sapsarı saraldı.
Qara Dinməzov
Qara Qışqırıqov
478
BAŞIMIZIN AĞASI
(Əməkdar dəllək Davudun anadan olmasının 76
yaradıcılıq fəaliyyətinin 69 illiyi münasibətilə)
Mən bu təntənəli yubiley məqaləmi müdrik bir mükaliməylə
başlamaq istəyirəm. Deyir: ağsaqqalınız kimdir? Cavab
verirlər: Kosa.
Bu gün anadan olmasının 76, yaradıcılıq fəaliyyətinin 69
illiyini qeyd etdiyimiz əməkdar dəllək Davudu təbiət kosa və
keçəl yaratmışdır, amma o, öz namuslu əməyi, fədakar
zəhmətilə ağbirçək, ağsaqqal adını qazana bilmişdir. Dəllək
Davud (hamı məhəbbətlə onu belə adlandırır) yaxşı deyir ki,
adam gərək özü öz əliylə hörmət qazansın, çünki hər kəs öz
keçəlini qaşıyır, hərə bir tük versə idi, kosa da saqqallı olardı.
Ancaq Davud (hamı onu məhəbbətlə belə adlandırır) onu da
yaxşı deyir ki, öz-özlüyündə saqqal hələ heç nədir. Saqqalda
feyz olsaydı keçi şıxlıq alardı. Saçın altında gərək başın olsun,
saqqalıi altında da dişin. Yoxsa başıvı yeyərlər. Məhz buna
görə də Davudcan (hamı məhəbbətlə onu belə adlandırır)
həmişə şən, gümrahdır.
Doğrudan da, kim deyərdi ki, 69 ildən bəri başlarımızı
ixtiyarına verdiyimiz əməkdar dəllək Davudun yaradıcılıq
fəaliyyətinin 69 ili, anadan olmasının 76 illiyi tamam olur.
Bəli, bu belədir. 69 ildir ki, başlarımızı Davud dayıya (hamı
onu məhəbbətlə belə adlandırır) həvalə etmişik, 69 ildir
başlarımızı onun ixtiyarına vermişik. 69 ildir başımızın ağası
odur. Davud dayı əslinə qalsa, elə dəlləkliyi də bizim
başımızda öyrənib. Başımızı qaşımağa macalımız olmayanda
belə Davudun yanına gəlib başımızı düzəltdirmişik. Davud əmi
də (hamı onu məhəbbətlə belə adlandırır) nə qədər başı qarışıq
olsa da bizim başımızı qaydaya salmağa həmişə vaxt-tapıb,
başlarımızla çox əlləşib, axırı başımızı bir yana çıxarıb. Həmişə
Dostları ilə paylaş: |