131
uşaqları analarının yanına qaçdılar:
–Ana səni göstərirlər.
Onlar ekranda göstərilənləri analarına danışırdılar. Çünki anası
heç bir şey görmürdü. Sürgündə onun gözləri kor olmuşdu.
Yalqızlıq
Deyirlər onda dan ulduzunun kədəri varmış. Səhəri insanlara
o xəbər verirmiş, amma özünə bir dəfə də olsun səhəri görmək
nəsib olmayıbmış.
Deyirlər onda günəşin kədəri varmış. Hamını isidirmiş,
amma özü yalqızmış. Çünki hamı onun istisindən əriməyə
qorxaraq yaxın durmurmuş.
Sol çiynimdən bir az aşağı
–Ürəyin daşdır sənin.
–Hə. Çaxmaq daşı.
***
Mən öləndə həkim deyəcək:
–Ürəyi dayandı.
Bu yeganə insanın ürəyim haqqında dediyi yeganə doğru
söz olacaqdır.
Görüş
Küçədə bir oğlan çoxdan bəri itirdiyi, sevdiyi qıza rast gəlib
bu vüsaldan karıxdı, özünü itirdi. Onun dili–dodağı əsdi.
İllərdən bəri hazırladığı sözlərdən birini də yadına sala
bilmirdi. Hədsiz bir sevinc, hüdudsuz bir nəvazişlə yalnız bir
bunu deyə bildi:
–Aman allah! Mən kimi görürəm.
Oğlan kor idi.
downloaded from KitabYurdu.org
132
Təcrübə
–Qoyun gedim ora. Qoyun gedim ora.
–Yox.
–Axı niyə? Axı niyə?
–Mən ordan gəlirəm. Ora gedib gələndən sonra həyatda
sənin heç bir istəyin qalmayacaqdır.
Sən
Küçədə gedən tramvay birdən dayandı. Zınqırovların
zəhlətökən səsi kəsildi. Adamların danışıqlarından xış-xış
xışıldayan küçə buz kimi dondu, hərəkətsizləşdi, susdu.
Adamların basa-bası kənara çəkildi. Pəncərələrin işığı söndü.
Divardakı şəkillər dumanlandı. Sifətlər yekrəngləşib seçilməz
boz bir kütləyə çevrildilər. Danışıqlar qurtardı. Boşboğaz
natiqin səsi eşidilməz oldu. Hər şey susdu, dayandı, qurtardı,
kəsdi.
Adamların içində səni görmüşdüm .
Xoşbəxtlik və Bədbəxtlik
Mən dünyanın ən bəxbəxt adamıydım.
Mən dünyanın ən xoşbəxt adamı oldum.
Çünki bir gün qapım açıldı. Yarım gəldi. Səsim titrəyə-
titrəyə:
–Bu gün getmə – dedim.
–Yaxşı – dedi.
Bir gün qaldı. Beş gün qaldı. On gün qaldı. Bir il qaldı. On
il qaldı. Yüz il qaldı. Min ildir ki, mənimlədir.
Dünən getdi.
Mən dünyanın ən xoşbəxt adamı oldum.
Mən dünyanın ən bədbəxt adamıyam.
downloaded from KitabYurdu.org
133
Taxta biti
Qayalar yumruq kimi dənizə uzanıb. Ay dənizə bir işıq xətti
çəkib. Haradasa xor həzin bir nəğmə oxuyur. Mahnı uzaqlardan
pərdə-pərdə dənizə yayılır. Ağ yelkənli qayıqlar dəniz üzərində
çiçəyə bənzəyirdilər. Qayıqların birində mənəm, bir də odur.
Yarımdır. O gülləri yarpaq-yarpaq qırıb dənizə tökür. Şer
oxuyur. Məhəbbətdən danışır. Məni sevdiyindən danışır. Mən
də ona eşqimdən söhbət açıram. O xoşbəxtdir. Mən də
xoşbəxtəm. O deyir ki, bu anlar həyatının ən xoş anlarıdır. Mən
də deyirəm ki, bu anlar həyatımın ən gözəl dəqiqələridir.
Kefim yaman kökdür. Xoşbəxtəm. Bircə qıçım yaman qaşınır.
Qaşıyıram, qaşıyıram, qanayanacan qaşıyıram. Sakit olmur ki,
olmur. Yenə cırmaqlaya-cırmaqlaya qaşıyıram və ağrıdan
oyanıram. Taxta biti!
Ay görüm səni andıra qalasan taxta biti! Görüm səni ağ
günə çıxmayasan taxta biti! Görüm səni lənətə gələsən taxta
biti! Ay taxta biti! Ay taxta biti!
Qara yanğın
Atəş dayanandan sonra biz, bir dəstə jurnalist döyüş
meydanını gəzdik. Böyük çöl meyitlə dolu idi. Diqqətimizi
bəzi meyitlərdən eşidilən yeknəsək tıqqıltı səsi cəlb etdi.
Məlum oldu ki, meyitlərin bəzilərinin üstündə saatları işləyir.
Görünür bu adamlar ölümlərindən əvvəl saatlarını qurublarmış.
Özləri bir neçə müddət qabaq ölmüşlər. Saatları isə laqeyd bir
dəqiqliklə hələ işləyirlər. Qurum vaxtları qurtaranacan
işləyəcəklər.
Sonra dayanacaqlar.
downloaded from KitabYurdu.org
134
Ay
Dəniz. Gecə. Bir də ay. O mənə etiraf – eşq edirdi. Mən
dənizi bir cərgə şumlamış ay işığına tamaşa edirdim.
Çox illər sonra yenə o dəniz dururdu. Gecə də dururdu.
Amma o artıq məni sevmirdi, mən aysız bir gecədə sahildə
durub dənizə baxırdım və mənə elə gəlirdi ki, dənizin zülməti
ayı udub həzm eləmişdir.
Şopenin balladası
Kişi taxtın üstündə uzanıb papiros çəkirdi. Qadın yumşaq
kürsüdə oturub Stendalı oxuyurdu. Radio Şopenin balladasını
verirdi. Bayırda yağış yağırdı.
Kişi dedi:
–Dünyada bundan gözəl nə ola bilər?
Qadın dedi:
–Nədən?
Kişi dedi:
–Səndən. – O Şopenin musiqisini nəzərdə tuturdu – Sənin
saçlarından.
Qadın güldü və Stendalın kitabını qapadı.
Kişi:
–Bura gəl – dedi.
Kişi qadını öpürdü, saçlarını oxşayırdı və ona elə gəlirdi ki,
o Şopenin musiqisini oxşayır.
Füzuli
O ölürdü. Arvadı dedi ki, onun xəstəliyi ağır deyil. Lakin o
bilirdi ki, öləcək. "Ölüm allah əmridir, ayrılıq olmayaydıU.
İnsan çox-çox qədim vaxtlarda – allah mövcud olan bir zaman
deyilmiş bu misraları ürəyində təkrar edir və onlara gülür.
Ölümlə barışan ayrılığa etiraz edən bu misralarda kəsgin bir
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |