A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   72

 
52
Teymurilər dövlətinin əsası qoymuşdu. 
Teymurləng siyais xadim və  sərkərdə kimi XIV əsrin 60-cı illərinin  əvvəllərindən yüksəlməyə 
başlamışdı. 1361-ci ildə monqol xanı Toğrul Teymur Mavraünəhrə hücum etdiyi zaman Teymur onun yanında 
qulluğa girdi və Qaqqadəya vilayətinin idarəsi ona tapşırıldı. Elə  həmin ildə  də Teymur Əmir Hüseynlə 
yaxınlaşdı və onların ittifaqı Teymura Toğrul Teymurun vassal asılılığından çıxmağa kömək etdi. 
1362-ci ildə Seistanda baş verən döyüşdə sağ  əlindən və sağ ayağından yaralanan Teymur sonradan 
ömrü boyu axsadığına görə Teymurləng adı aldı. 
Lakin Hüseynlə Teymurun ittifaqı üzün sürmədi. Hakimiyyət uğrunda mübarizənin gedişində 1370-ci 
ildə Teymur Xuttalan hakimi Keyxosrovun əli ilə Hüseyni aradan götürdü və  həmin ildə  əmir titulu qəbul 
edərək Mavəraünəhri Çingiz xanın şəxsi adından təkbaşına idarə etməyə başladı. 
Teymur Səmərqəndi özünə paytaxt seçmişdi. O öz hakimiyyətini möhkəmləndirməkdə köçəri əyanlara, 
oturaq feodallara, xüsusilə müsəlman din xadimlərinə arxalanırdı. 
Teymurləngin 1370-1380-ci illərdə apardığı hərbi yürüşlər nəticəsində Semireçye və Sır-Dəryanın aşağı 
axarları istisna olmaqla bütün Orta Asiya onun hakimiyyətinə altına keçdi. 
Teymurləngin  İrana, Ön Asiya ölkələrinə  və  Cənubi Qafqazı  işğala təhrik edən başlıca səbəb qeyd 
edilən ölkələrin beynəlxalq ticarət yollarının üstündə yerləşməsi ilə  əlaqədar idi. Qara dəniz və  Xəzərətrafı 
çöllərdə keçən ticarət yolu o qədər də  gəlirdi olmadığı üçün Teymurləng həmin yola əhəmiyyət verməyərək 
onun üstündəki Urgənc, Saray-Birgə, Həştərxan, Azov və s. kimi şəhərləri darmadağın etmişdi.  
Teymurləngin  İran yürüşləri 1381-1392-ci illəri  əhatə edir. 1381-1385-ci illərdə Damqandan 
Sultaniyyəyə qədər bütün Şimali İran Teymurun hakimiyyəti altına keçdi. Onun 1381-ci ildə Xorasanda, 1383-
cü ildə  Səbzəvarda, Sistan, Qəndəhar və Qurqanda törətdiyi vəhşiliklər yalnız monqol istilaları ilə müqayisə 
oluna bilər. Cənubi  İranın fəthi 1393-cü ilədək başa çatdı. Mənbələr 1387-ci ildə Teymurləngin  İsfahanda 
törətdiyi dəhşətlərdən xəbər verir. Denyilənlərə görə Teymurləng  şəhər  əhalsindən qisas almaq üçün 70 min 
adamın başını kəsdirmiş və bürc tikdirmişdi. Qoşun əhlindən hər biri ya müəyyən qədər baş kəsməli, ya da hər 
baş üçün 20 dinar pul verməli idi. 
Mövcud tarixi ədəbiyyatlar Teymurləngin yürüşlərini üçillik (1386-1388), beşillik (1392-1396) və 
yeddiillik (1399-1405) yürüşlərə bölürlər. Hər bir yürüşdə Teymur bir neçə ölkənin  ərazisini viran etdikdən 
sonra Səmərqəndə qayıdırdı. Teymurun yürüşləri içərisində  Cənubi Qafqazın, xüsusilə Azərbaycanın istilası 
mühüm yer tuturdu. Teymurləng ilk dəfə 1385-ci ildə Azərbaycan sərhədlərində görünmüş, Sultaniyyə şəhəri 
yaxınlığındakı döyüşdə  Cəlairilərin qoşunun darmadağın edərək  şəhəri tutmuşdu. Lakin Orta Asiyada xalq 
iğtişaşları baş verdiyi üçün yürüşü dayandıraraq Orta Asiyaya qayıtmalı olmuş  və üsyançılara amansız divan 
tutmuşdu. 
Əvvəlki fəsildə 1385-ci ilin qışında Qızıl Orda xanı Toxtamışın Təbrizə hücümundan və onun törətdiyi 
vəhşiliklərdən bəhs etmişdir. Toxtamışın Təbrizdə  və ümumiyyətlə, Azərbaycanda törətdiyi hadisələr 
nəticəsində ölkə xaraba vəziyyətə düşdü. Cəlairi əmirləri arasında birlik olmadığından Sultan Əhməd Bağdada 
çəkildi,  əmirlərdən bir neçəsi  Əlincə qalasına getdi, qalanları  Təbrizə  gəldi. Mənbələrdə Teymurun yürüşü 
ərəfəsindəki vəziyyət şərh edilərək göstərilir ki, bu dövrdə İranda ölkənin hər tərəfinə fərman verə biləcək bir 
şəxs yox idi, eyni fikirli iki adam tapmaq olmazdı, heç kəsin heç kəsə etimadı qalmamışdı. Məhz belə bir 
zamanda 1386-cı ilin (hicri 788-ci il) bahar fəslində Teymurləngin qoşunları  təkrar  İran  ərazisinə soxuldu. 
Təbriz hakimi Əmir Vəli Azərbaycan, Fars və  İraqın hərbi qüvvələrini birləşdirib Teymura qarşa çıxmaq 
istədisə də, cəhdi baş tutmadı. 
Teymurləngin qoşun hissələri Sultaniyyəni tutduqdan sonra Təbrizə doğru irəliləyərək  şəhərə daxil 
oldular. Cəlairi sultanı  Əhmədin Bağdaddan Təbrizə göndərdiyi  ilk qüvvələr məğlubiyyətə  uğrasa da bir 
müddətdən sonra o yenidən Təbrizə  gəldi və  şəhəri tutdu. Lakin Teymurun Ucana qayıtdığını  eşidən  Əhməd 
geriyə qayıtdı və Naxçıvana gələrək Vəstan-Vade yolu ilə keçib Bağdada getdi. Teymur Ucandan Həştrud yolu 
ilə Təbrizə gəldi və Şənb-e Qazanda məskən saldı. 
Teymurləngin Təbrizi tutması heç bir ictimai dayağı olmayan Sultan Əhməd Cəlairinin biabırçı şəkildə 
şəhərdən qaçması ilə  nəticələndi. Təbriz  şəhərinin bütün tanınmış  sənətkarları Teymurun göstərişi ilə 
Səmərqəndə göndərildilər. Təbriz tutulduqdan sonra həmin ilin payızında teymuri qoşunları Naxçıvana 
soxuldular. Xalq kütlələri Şeyx Həsənin başçılığı altında düşmənə qarşı ciddi mübarizəyə qalxdılar, Teymurləng 
naxçıvanlıların müqavimətini çox çətinliklə  qıra bildi. Naxçıvanın Gərki və Sürməli adlı istehkamları 
dağıdıldıqdan sonra şəhər teymuri qoşunları tərəfindən istila edildi. 
Naxçıvan tutulduqdan sonra Teymurləngin qoşunları  Əlincə çayı üzərindəki sıldırım qayanın üstündə 
yerləşən  Əlincə qalasını mühasirəyə aldılar.  Əlincə qalası 14 il (1387-1401) düşmənə  qəhrəmancasına 
müqavimət göstərmiş, Teymurləng qoşunlarının 1387, 1393, 1397, 1400-cü illərdəki həmlələrini qətiyyətlə dəf 
etmişdi. 
1403-1406-cü illərdə  İspaniya kralı III Enrikonun Səmərqəndə-Teymur sarayına göndərdliyi elçilər 
heyətinə başçılıq edən Rudi Qonzales de Klavixo öz gündəliyində Əlincə qalasını aşağıdakı kimi təsvir etmişdi: 
«Əlincəqala yüksək və  sıldırım bir dağ üzərində yerləşərk divar və bürclərlə  əhatə olunmuşdur. 


 
53
Divarların daxilində, dağ yamaclarının aşağı hissəsində üzümlüklər, bağlar, tarlalar, otlaqlar, bulaqlar və 
hökuzlar vardır. Qəsr və ya qalaça dağın başında yerləşmişdir.
1
 
Əlincə qalasının strateji əhəmiyyətini nəzərə alan Cəlairilər onu həmişə möhkəmləndirməyə çalışırdılar. 
Qala uzun illər mühasirə şəraitində özünü ərzaq və su ilə təchiz etmək imkanına malik idi. Cəlairilər dövlətinin 
xəzinəsi burada saxlandığı üçün Sultan Əhməd onun müdafiəsini oğlu Məlik Tahirə tapşırmışdı. Qala 
qarnizonuna Sultan Əhmədin son dərəcə inandığı görkəmli sərkərdə  Əmir Altun başçılıq edirdi. Onun 
sərənamında 300 qorçu (döyüşçü) var idi. 
Teymurləng öz əmirlərindən İlyas Xocanı Naxçıvan tutulduqdan sonra  Əlincə qalası üzərinə göndərir, 
özü də 40 gün Təbrizdə qaldıqdan sonra qala üzərinə hərəkt edir. Qoşun 3 gün qalanı mühasirəyə saxladıqdan 
sonra Teymurun əmri ilə qalaya hücuma keçir, lakin heç bir əhəmiyyətli müvəffəqiyyət qazana bilmədiyi üçün 
mühasirənin daha da gücləndirlməsini tapşıraraq qalanı tərk edir, əvvəlcə Qarsa, oradan Tiflisə və Şəkiyə yürüş 
edir və böyük dağıntılar törədir.  
Teymurləngin qoşun hissələri Şimali Qafqaz xalqlarının (mənbələr həmin xalqlar ləzgilər adlandırılır), 
Şəki ətrafındakı dağlarda yaşayan xalşqların üzərinə hücum edib onları qarət etdikdən sonra Təngüt (Kəngüt) və 
Ağcəbə (Ağcabrun) soxuldular.  
Cənubi Qafqazın  şimali-qərbinə talançı yürüşlərdən sonra Teymurləngin orduları  Qəbələdə Teymurla 
birləşərək Sorx (Suxrab) qalasının tutduqdan sonra Qarabağa gəldilər. 
Üç cildlik «Azərbaycan tarixi»nin I cildində (səh.218), S.Mməmədovun «Azərbaycan XV-XVIII əsrin 
birinci yarısında» əsərində (səh.8), ensiklopedik nəşrlərdə və s. Teymurun Qəbələdə olması nəticəsində şəhərə 
ağır zəpbə dəyidiyi və bundan sonra onun bir daha dirçələ bilmədiyi fikri verilir. Lakin mənbələr bu fikri təsdiq 
etmirlər.  Əksinə, bədii əsərlərdə, xüsusilə, Bərd Şirvanşahının Qəbələyə həsr etdiyi şeirdə  şəhərin XV əsrin I 
yarısında mövcud olduğunu göstərilir. Odur ki, Qəbələ  şəhərinin Teymurləngin yürüşlərindən sonra 
dağıdıldığını və sonralar da mövcud olduğu ehtimalı qəbul edilməlidir. 
Teymurləngin işğalçı yürüşlərinin başlanması ilə əlaqədar Şirvanşahlar dövləti ikitərəfli təhlükə altında 
qalmışdı. Şirvanşah I İbrahim yaranmış şəraitdə Teymurla danışıqlara girmək qərarına gəldi. Mənbələr göstərir 
ki,  Şirvanşahın baş  vəziri  Əbu Yezid buna qarşı  çıxaraq I İbrahimə bir müddət dağlara çəkilməyi məsləhət 
görürsə  də, o bunu qəbul etmir və Kür çayı sahillərində Teymurun Bərdə yaxınlığındakı  qərargahında onün 
görüşünə gedir. 
Mənbələrin verdiyi məlumatlara görə I İbrahim Teymurun adına xütbə oxutdurur və pul kəsdirdikdən 
sonra qiymətli hədiyyələrlə  Bərdəyə  gəlir. Müasirləri yazırdı ki, Şirvanşah monqol ənənəsinə görə  «tokkuz» 
(«doqquz» deməkdir – «tokkuz»da qiymətli hədiyyələrin hərəsindən doqquz ədəd olur) gətirmişdi, başqa 
hədiyyələrin hər birinin sayı 9 olduğu halda, qulların sayı 8 idi. Hədiyyələr təqdim edilərkən bu cəhət Teymurun 
nəzərindən yayınmamış, I İbrahim isə cavabında «9-cu qul özüməm» demişdi. Bu Teymurun o qədər xoşuna 
gəlmişdi ki, mənbələrin yazdığına görə, Şirvandan Elbrusa qədər bütün şimal torpaqlarının idarəsini I İbrahimə 
həvalə etmişdi. 
Teymurun I İbrahimə belə münasibəti bir tərəfdən onun diplomatik bacarığı ilə bağlı idisə, digər 
tərəfdən də  Şirvanşahlar dövlətinin strareji mövqeyini Teymurun düzgün qiymətləndirməsindən irəli gəlirdi. 
Belə ki, Teymur I İbrahimin  şəxsində  Şimaldan Qızıl Ordanın hücumlarına qarşı dayana biləcək etibarlı 
müttəfiqi görürdü, öz növbəsində I İbrahim də Qızıl Ordanın dağıdıcı yürüşlərinə son qoymaq üçün Teymurun 
köməyinə bel bağlayırdı. Məlumdur ki, Teymurləng vassallarından heç birinin qüvvətlənməsinə imkan vermirdi, 
lakin  Şirvanşahların həm hərbi qüdrətinin, həm də istehkam tikililərinin qorunmasında Teymur maraqlı idi. 
Təsadüfi deyildir ki, Teymurləngin  şəxsi sərəncamı ilə  Dərbənd qalasının müdafiə tikililəri 
möhkəmləndirilmişdi. 
1367-ci ilin əvvəllərində Toxtamışın orduları yenidən Azərbaycana soxuldular və Kür çayı sahillərinə 
qədər irəlilədilər.  Şivanşahın qoşunları Teymurun göndərdiyi hərbi qüvvələrin köməyi ilə Toxtamışın 
qoşunlarına qarşı döyüşə girdilər. Tezliklə, Teymurun oğlu Miranşahın hərbi qüvvələrinin özünü döyüş 
meydanın çatdırması nəticəsində Qızıl Orda qoşunları darmadağın edildilər, bundan sonra 8 il müddətində  Qızıl 
Orda qoşunlarının Azərbaycana yürüşləri kəsildi. Teymurləng 1390-1391-ci illərdə Toxtamışın hərbi 
qüvvələrini Orta Asiyada darmadağın edərək biabırçı  şəkildə qovsa da, Toxtamış Azərbaycana olan 
iddialarından əl çəkməmişdi. 
1394-cü ildə Toxtamışın qoşunları yenidən Azərbaycana soxuldu. Qızıl Orda qüvvələri Dərbənddən 
keçərək Şirvanın ərazilərinə soxuldular. Teymur Şəkidən onun üzərinə hərbi qüvvələr göndərdi. Şirvan torpağı 
yenidən iki qəsbkar arasında müharibə meydanına çevrildi.  Toxtamışın qoşunları tezliklə Azərbaycanı  tərk 
etdilər. Teymur Kür çayı boyunca hərəkət edərək Mahmudabada gəldi və Fəxrabad kəndi yaxınlığındakı «Qalın 
günbəz»də məskən salıb qışı orada keçirdikdən sonra 1395-ci il fevralın 28-də güclü qoşunla Mahmudabaddan 
Qızıl Ordaya hücum etdi. Bu yürüşdə Teymuru Şirvanşah I İbrahim müşayət edirdi. 
Teymurun qüvvələri Dərbəndi keçib Dağıstana çoxuldular. Müasirləri yazırdı ki, Teymurləng Qaytaqda 
                                                           
1
 Мащмудов Й. Сяййащлар, кяшфляр, Азярбайъан. Б., 1985, сящ.80 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə