A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   72

 
54
böyük dağınğılar törətdikdən, ləzgilər ölkəsinə hesabagəlməz  viranəliklər bəxş etdikdən sonra aprelin 15-də 
Terek çayı sahillərində Toxtamışın hərbi qüvvələrini darmadağın etdilər. Qızıl Ordanın pa 
taxtı Saray 
tutularaq qarət edildi və dağıdıldı. Həştərxan şəhərinin üzərinə ağır vergi qoyuldu. Teymur Urus xanın oğlunu 
Qızıl Ordaya xan təyin edərək 1396-cı ilin baharında geriyə qaıtdı. 
Teymur Dərbəndin müdafiə istehkamlarını təmir etdirərək gücləndirdikdən sonra Dərbənddən Habran-
Şamaxı yolu ilə Kür çayı sahillərinə  gəldi. O burada Şeyx  İbrahimi  Şirvan vilayətinin hakimi təyin edərək 
Dərbəndin və sərhəd ərazisinin müdafiəsini ona tapşırdıqdan sonra Ağdama ylda düşdü. 
1387-ci il yürüşü  ərəfəsində görkəmli dövlət xadimi, sərkərdə  və diplomat Qara Yusifin atası Qara 
Məhəmməd Qaraqoyunlu Azərbaycanda möhkəmlənməyə can atırdı. Bu Teymurlənglə qaraqoyunluların 
toqquşmasına səbəb oldu. Teymuri orduları  Ərzrum və  Ərzincanda Qara Məhəmmədin qüvvələrini 
məğlubiyyətə uğradaraq onu geri çəkilməyə məcbur etdilər və Muş səhrasından keçərək Van və Bətana gəldilər. 
Erməni tarixçisi Foma Metsovski baş vermiş dəhşətləri aşağıdakı kimi təsvir edirdi: «Teymurləng Tosı (Van) 
şəhərinə gəldi və erməni qalası üzərinə hərəkət etdi. Senekerim tayfasından olan Əmir Yezdin onun hüzuruna 
gəlmədi,  əksinə,… qalaya çəkildi və  qapıları bağladı… Qala qırx gün ağır mühasirədə oldu, xeyli dinsiz 
cağatay qoşunu qırıldı. Lakin aclıqdan və susuzluqdan üzülmüş şəhərlilər daha mühasirədə qala bilmədilər və 
qala ona təslim edildi. Ey fələk, ey acı tale! Orada axirət divanına oxşar dəhşət və vahiməni görmək olardı. 
Bütün qala matəmə tutulmuşdu, hər yeri hönkürtü səsləri bürmüşdü, çünki amansız hökmdar bütün qadın və 
uşaqları əsir etməyi, yerdə qalan istər dindarları (xristinaları) və istərsə də dinsizləri (xristian olmayanları) qala 
divarlarından    atmağı  əmr etmişdi. Bu amansız  əmr dərhal yerinə yetirilmişdi. Hamını qaladan atmağa 
başladılar… 
Van və Vəstanda törəldilən qırğınlardan sonra Teymur ordusu Çəlmasa, oradan Urmiya gölünün qərbi 
ilə Urmiyyə, Uşniyyə və Marağaya gədmiş, buradan isə Səmərqəndə qayıtmışdı. 
Teymurləng Cənubi Qafqazı  tərk edərkən oğlu Miranşahı (həddindən artıq azğınlıq etdiyi üçün əhali 
onu Maranşah yəni «ilanlar şahı» adlandırırdı) zəbt olunmuş ərazilərin hakimi təyin etdi. O, Təbrizin iadərsini 
Əmir Məhəmməd Dəvatiyə  və Qara Bəstama tapşırdı.  Əki  İranşah Sultaniyyənin,  şah  Əli Marağanın,  Şibli 
Ərəvənəq nahiyyəsinin, Hacı Əhməd isə Pişkinin hakimi təyin olundular. 
Teymurun Səmərqəndə qayıtması ilə Azərbaycanda xalq azadlıq hərəkatı  və hakimiyyət uğrunda 
mübarizə  şiddətləndi. Teymurləngin işğal etdiyi ərazilərdən  əmirlərinə qarşı  əsasən, Sultan Əhməd və onun 
Əlincə qalasındakı  əmirləri, Mahmud Xalxalinin idarə etdiyi feodal qrupu, Təbrizin yerli əmirləri, Marağa 
hakimi Yadigar şah və Qara Yusifin başçılığı ilə qaraqoyunlular mübarizə aparırdı. Bu dövrdə  Təbriz və 
ümumiyyətlə, Azərbaycan uğrunda mübarizədə  iştirak edən qüvvələri iki hissəyə – xarici və yerli qüvvələrə 
bölmək olar. Xarici qüvvələrin (Təbriz  əmirləri, Sultan Əhməd və  Əmir Altun, Mahmud Xalxali, Marağa 
hakimi Yadigar şah) mübarizəsində Azərbaycanın müstəqilliyini təmin etmək cəhdləri mühüm yer tuturdu.   
Göstərilən dövrdə Təbriz feodal ara müharibələrinin və xarici işğalçı yürüşlərin meydanına çevrilmişdi. 
Təbriz  şəhərinin  ələ keçirilməsi bütün Azərbaycanı tutmaq üçün əsas olduğundan  şəhər uğrunda mübarizə 
olduqca ciddi şəkil almışdı. Təbriz 22 dəfə hücuma məruz şalmışdı, bunlardan 14-ü yerli, 8-i isə xarici feodallar 
tərəfindən edilmiş, 18 hücumun nəticəsində  şəhərdə hakimiyyət bir feodaldan digərinin ixtiyarına keçmişdi. 
Nəhayət, Təbriz 1392-ci ildə ikinci dəfə  İrana və  Cənubi Qafqaza hücum edən Teymurləngin qoşunları 
tərəfindən tutulmuşdu. 
1392-ci il yürüşünün başlıca hədəflərindən biri də Qafqaz idi. Teymurun əmirlərinin bir hissəsi ayrılaraq 
tərkar Təbrizə daxil olduqdan sonra özü Şiraz-  İsfahan və  Həmədan istiqamətində  hərəkət edərək Bağdad 
şəhərini ələ keçirdikdən sonra Bizans istiqamətində Qars və Tiflis şəhrlərinədək irəliləiyr. Teymur hələ Bizans 
şəhərində ikən Əlincə qalasının mühasirəsini gücləndirmək üçün Əmir Məhəmməd Dərviş Bərlasın başçılığı ilə 
yeni qüvvələr göndərdi, özü isə Azərbaycan və Gürcüstandan əsgəri qüvvələr toplayaraq Aladağa səfər etdi. 
Əlincə qalasının müdafiəsinin uzanması Teymuru əlavə tədbirlər görməyə məcbur etdi, onun göstərişi 
ilə Sultaniyyədən xacə  Ağbuğa da Dərviş  Bərlasın köməyinə göndərildi. Dörd görkəmli teymuri  əmirlərini 
başçılığı ilə 40 min nəfərlik ordu 1393-cü ildə qalaya hücum etdi. Orta əsr müəllifləri yazırlar ki, bu zaman 
təsadüfən qala müdafiəçilərindən bir dəstə Əmir Altunun başçılığı altında qaladan çıxmışdı, lakin geri dönərkən 
qala qapılarının düşmən qoşunların tərəfindən mühasirəyə alındığını gördülər. Düşmən qoşununun soxluğuna 
baxmayaraq  Əmir Altun düzgün döyüş mövqeyi seçərək teymuri qoşunlarına böyük tələfat verdikdən sonra 
əmirdən ikisini öldürərək qalaya daxil olur.  
Orta  əsr tarixçiərindən  İbn  Ərəbşahın yazdığına görə, qalanın gizli yollarına yaxşı  bələd olan Əmir 
Altunun və qala müdafiəçilərinin cəsarəti və şücaəti Teymurləngi vahiməyə salmış və ona qalanı zəbt etməyə 
qadir olmadığı fikrini aşılamışdır. Teymurləng qalanın mühasirəsini müəyyən dəstələrə tapşıraraq yürüşü davam 
etdirmiş  və Unik qalasını  ələ keçirdikdən sonra Gürcüstana soxulmuşdu. Gürcüstanda törədilən dağıntılardan 
sonra Teymur Şəki vilayətinə gəldi. Şəki hakimi Sidi (Seydi) Əli Teymura tabe olmaqdan imtina edərək dağlara 
çəkildi, bu isə teymuri qoşunları tərəfindən Şəki ərazisinin qarət edilməsi ilə nəticələndi. 
İkinci dəfə  Cənubi Qafqaza yürüş etməsinə baxmyaraq hələ  də bir çox qalaları  və vilayətləri  ələ 
keçirmək Teymura nəsib olmamışdı. Belə ki, 1392-ci il yürüşü nəticəsində Ermənistan və Gürcüstan başdan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə