A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   72

 
57
Ermənistan (mərkəzi Təbriz şəhəri) Miranşaha, cənubi İran (mərkəzi Şiraz şəhəri) Ömər şeyxə, Əfqanıstan və 
Şimali Hindistan (mərkəzi əvvəllər Qəznə, sonralar Bəlx şəhəri) Pir Məhəmmədə soyurqal verilmişdi. 
Teymurun xələfləri arasında hakimiyyət uğrunda gedən mübarizə yerli hökmdarların hakimiyyətilərinin 
möhkəmlənməsinə  və genişlənməsinə  şərait yaradırdı. Belə bir şəraitdə  Təbrizdə, Qarabağda,  Şəkidə  və 
Marağada güclü xalq ixtişaşların baş verdi. Yaranmış şəraitdə Şirvanşah İbrahimin qoşunları Kür çayını keçərək 
Gəncəni və Qarağın bir hissəsini tutdu. Gürcü çarı Konstantin (o VII Georginin qardaşı idi), Şəki hakimi Sidi 
Əhməd, Gəncə hakimi qaramanlı Əmir Yarəhməd, Ərdəbil hakimi cəyirli tayfalarından Bistan Cəyir Şirvanşah 
İbrahimlə ittifaqa girərək hərbi qüvvə ilə ona yardım etdilər. 
Teymurləng öz sağlığında  Şirvanşahlar dövlətinin  ərazisi istisna olmaqla Cənubi Qafqazın qalan 
ərazilərini, o cümlədən Azərbaycanı da oğlu Miranşaha soyurqal (1392-1400) vermişdi. Lakin Miranşahın 
hərəkətlərindən narazı qalan Teymur onu bu hüquqdan məhrum etmiş  və qeyd edildiyi kimi, Anqara 
döyüşündən sonra həmin əraziləri Miranşahın oğlu Ömər Mirzəyə həvalə etmişdi. 
Şirvanşah  İbrahimin asılılıqdan çıxması ilə razılaşmayan Ömər Mirzə ondan Ərdəbil hakimi, 
teymurilərə qarşı mübarizə aparan Bistam Cəliri tələb etdi, lakin Şirvanşah bundan imtina etdi və güclü qoşunla 
Brdəyə, oradan Kür çayı sahillərinə yollandı. Bistamın verilməməsini bəhanə edən Ömər Mirzə Araz çayını 
keçərək Kürün sol sahilində düşərgə saldı. Hər iki qoşun  bir həftə üz-üzə dürdüqdan sona Ömər Miranşah və 
Əbu Bəkrin Sultaniyyəni  ələ keçirərək Təbriz üzərinə hücuma hazırlaşdığını  xəbər tutdu və  Şirvanşahla sülh 
bağlayaraq tələsik Təbrizə qayıtdı. 
Miranşah və  Əbu Bəkrin birləşmiş qoşunları  tərəfindən məğlubiyyətə  uğradılan Ömər Mirzə 
Azərbaycanı  tərk etdi. Lakin Əbu Bəkrin Təbriz  əhalisindən 100 min qızıl tələb etməsi 1406-cı ildə  şəhər 
əhalisinin  üsyanı ilə  nəticələndi. Az sonra Əbu Bəkrin qoşunları Qaraqoyunlu Qara Yusif tərəfindən 
darmadağın edildi, özü isə Azərbaycanı tərk etdi. 
Şirvanşah V İbrahim yaranmış imkandan istifadə edərək 1406-cı ilin mayında Təbriz  şəhərinə daxil 
olur.  Şirvanşahın ticarəti və  sənətkarlığı himayə etməsi ona çox böyük nüfuz qazandırmışdı, odur ki, Təbriz 
əhalisi onu hüsn rəğbətlə qarşılayır. Lakin o Təbrizdə möhkəmlənə bilmədi, belə ki, iyunda Sultan Əhmədin 
Təbrizə doğru irəlilədiyindən xəbər tutan və onunla  münasibətləri pozmaq istəməyən  Şirvanşah Təbrizi tərk 
etməli oldu. 
Sultan  Əhməd və Qara Yusifin birləşmiş qüvvləri ilə Miranşah arasında həlledici döyüş 1408-ci ildə 
oldu. Döyüş ərəfəsində Şahruxun göndərdiyi 20 minlik hərbi yardıma baxmayaraq teymuri qüvvələri müttəfiqlər 
tərəfindən darmadağın edildi. Döyüşdə Miranşah özü də  həlak oldu. Həmin il teymuri qoşunlarının qalıqlar 
Cənubi Qafqazı, o cümlədən Azərbaycanı  tərk etdilər. Beləliklə, Teymurləngin ölümündən cəmi üç il sonra 
nəinki Azərbaycan, bütövlükdə  Cənubi Qafqaz Teymurun və onun xələflərinin zülmündən xilas oldu. 
Azərbaycanda və Gürcüstanda hakimiyət başına yerli sülalələrdən olan hökmdarlar gəldi. Ermənistan isə Qara 
Yusifin yaratdığı Qaraqoyunlu dövlətinin tərkibinə daxil edildi. 
 
9.3. Cənubi Qafqaz ugrunda hərbi-siyasi mübarizənin  beynəlxalq nəticələri 
Cənubi Qafqaz tarixinin 1385-1408-ci illəri  əhatə edən 23 illik dövrü ölkənin ictimai-siyasi həyatının 
gərginliyi, yadelli istilaçıların azğınlığı, xalq kütlələrinin vəziyyətini həddindən artıq ağırlığı ilə  səciyyələnir. 
Teymuri ordularının 23 il davam edən fasiləsiz talançı yürüşləri nəticəsində  Şirvanşahlar dövlətinin  ərazisi 
istisna olmaqla bütün Cənubi Qafqaz vilayətləri var-yoxdan çıxarıldı. Orta əsr müəlliflərinin yazdığına görə, 
teymuri qoşunlarının ayağı dəydiyi yerdə daş-daş üstə qalmırdı, Teymurləng təkcə şəhər və kəndləri qarət edib 
dağıtmaqla kifayətlənmirdi, istila olunmuş yerlər başdan-başa talan edilir, əhali isə  bəzən ucdantutma məhv 
edilirdi. Adamları diri-diri torpağa basdırmaq, divara hörmək, qala hasarlarından aşağı tullamaq, qılıncla 
doğramaq, işgəncə ilə öldürmək, xalqın əsrlər boyu yaratmış olduğu mədəniyyət abidələrini uçurub yerlə yeksan 
etmək adi hal almışdı. Teymur məhv etdiyi şəhərlərin yerinə günahsız insanların başlarından qüllələp düzətməyə 
adət etmişdi. 
K.Marks Teymurləngin yeritdiyi siyasəti və etdiyi zülmü aşağıdakı kimi səciyyələndirmişdi: 
«Teymurun siyasəti minlərlə qadın, uşaq, kişi və cavanlara işgəncə verməkdən, onları qılıncdan keçirməkdən, 
qırmaqdan və bununla da hər yerdə  dəhşət yaymaqdan ibarət idi… O hər yerdə  şəhərləri dağıdır, yandırır, 
əhalini isə zülmlə öldürürdü». «Teymur hər yerdə özündən bir qəbristan sükutu qoyub gedirdi». 
Teymurləng də öz sələfi Çingiz xan kimi «dünya imperiyası» yaratmaq arzumunda idi. Lakin əgər 
Çingiz xan yaradacağı imperiyanı monqol atlarının dırnaqları dəyən yerlə hüdudlaşdırırsa, Teymurləng: «Göydə 
allah tək olduğu kimi, yer üzündə də ancaq bir şah olmalıdır, dünyanın əhali yaşayan hissəsi o qədər kiçikdir ki, 
iki padşahın olmasına ehtiyac yoxdur»- deyirdi.  
Məğribdən məşriqə kimi kilometlərlə uzanan teymuri imperiyasında «hülakü ulusu» Cənubi Qafqaz öz 
strateji  əhəmiyyətinə, ictimai-siyasi mövqeyinə görə xüsusi əhəmiyyət kəsb edirdi. Təsadüfi deyildi ki, 
Teymurləng Cənubi Qafqaza dörd yürüş etmişdi, üçillik, beşiillik və yeddiillik yürüşlərin başlıca hədəfi 
Azərbaycan və Gürcüstan idi.  
Son dərəcə  qəddar və amansız yadelli işğalçılara qarşı  təklikdə müqavimət göstərməyin səmərəsizliyi 


 
58
Cənubi Qafqaz xalqlarının, xüsusilə gürcülərin və azərbaycanlıların yaxınlaşmasına səbəb olmuşdu. Təsadüfi 
deyildi ki, gürcü çarı VII Georgi, Şəki hakimləri Sidi Əli və Sidi Əhməd,  Ərdəbil hakimi Bistan Cəyir və 
başqaları Şirvanşah I İbrahimə yaxınlaşaraq onun müttəfiqi olmuşdular. Seperatçılıq göstərən, hadisələri seyrçi 
gözü ilə izləyən erməni feodallarının aqibəti xeyli ağır oldu, belə ki, Teymurləng müsəlmanlara nisbətən xristian 
ermənilərə münasibətdə yumşaq olmasına baxmayaraq istila etdiyi yerlərdəki (Foma Metsonski Teymurun viran 
qoyduğu 40-dək yerin adını çəkir) qalaları, müdafiə tikililərini uçurub yerla yeksan edirdi. 
Qeyd edildiyi kimi, Cənubi Qafqazda Teymurun işğalçı yürüşlərindən xilas olmaq ancaq Şirvanşahlara 
müəssər olmuşdu. Şirvanşah I İbrahim Dərbəndi öz uzaqgörənliyi və diplomatik bacarığı nəticəsində Teymurun 
rəğbətini qazanmışdı. Cənnabi yazırdı ki, Şirvanşah İbrahim öz mülazimlərini çağırıb Teymura müharbə edib-
etməmək haqqında onlarla məsləhətləşmişdi. Mülazimlər müharibə etməyin lazım olduğunu söylədikdə I 
İbrahim onlara gözlənilməyən cavab vermişdi: «Mən öz qoşunumu qıpçağın qılıncına verib, öz rəiyyətimi at 
dırnaqları altında məhv edə bilmərəm. Mən özüm şəxsən onun yanına gedəcəyəm. Əgər ölsəm heç, qalsam o 
zaman mənim rəiyyətlərimi cığatay soyğunundan və talanından xilas olmuş olar ki, bu da mənim ən sonuncu 
məqsədimdir». 
Şirvanşahlar dövlətinin teymurilərlə ittifaq ölkənin daxili qüvvələrini qorunub saxlanılmasına imkan 
yaradaraq  Şirvanşahların Azərbaycanın  şimal torpaqlarının öz ətrafında birləşməsi uğrunda mübarizənin 
gedişində Azərbaycan dövlətçiliyinin əsasları qoyulurdu. XIV əsrin sonlarından etibarən güclənməkdə olan bu 
proses XV əsrdə Azərbaysanın cənubundakı tarixi ərazilərində Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu (1468-
1500),  şimal torpaqlarında  isə  Dərbəndilər sülaləsinin idarə etdiyi Şirvanşahlar dövlətinin (1382-1538) 
yüksəlməsi ilə  nəticələndi. Gürcüstanda isə bu proses VII Georginin xələflərinin hakimiyyətdə olduğu gürcü 
çarlığının möhkəmlənməsinə  gətirib çıxardı. Qeyd etmək yeriən düşərdi ki, gürcü çarlığı ilə  Şirvanşahlar 
dövlətinin ittifaqı qohumluq əlaqələri ilə də möhkəmləndirildi. 
Cənubi Qafqazın, xüsusilə Azərbaycanın zəngin yaylaqları  və qoşunları  Ə.Ə.Əlizadənin dönə-dönə 
qeyd etdiyi kimi türkdilli köçəri-maldar tayfaların  ən çox arzuladığı yer olmuşdu. Köçəri  əyanların Arran və 
Muğanda daimi məskənləri meydana gəlirdi. Teymurilərin hakimiyyətdə olduğu dövr ərzində Orta Asiyadan 
İran,  İraq və  hətta Kiçik Asiya vasitəsilə türk etnosunun Azərbaycana axını ayrı-ayrı teymuri hökmdarlarının 
müdaxiləsi nəticəsində olduqca gücləndirilirdi. Belə ki, Miranşahın əmri ilə XIV əsrmn sonlarında Türkiyə və 
Suriyadan türkdilli 50 min əsir ailə Qarabağ, Gəncə və İrəvana köçürülmüşdü. Məcbur olaraq Cənubi Qafqaza 
köçürülən türk ailələri Miranşahın ordusuna on minlərlə əsgər verirdi. Zaman keçdikcə bu köçərilər yerli əhali 
ilə qaynayıb-qarışır, assimliyasiya olunurdular. 
Beynəlxalq karvan ticarəti yollarının ayrıcında olan Azərbaycan  şəhərlərini daimi əllərində saxlamaq 
üçün bu şəhərlərdə türkdilli ailələrin yerləşdirilməsi təbii hala çevrilmişdi. «Azərbaycan» kitabının müəllifi 
Məhəmədhəsən Baharlı (Vəliyov) göstərirdi ki, Hülakülərin hakimiyyəti dövründə  İrana 200 min türk ailəsi 
köçürülmüşdü ki, sonralar Teymuri işğalları dövründə  həmin ailələr Azərbaycanda məskunlaşmışdılar. 
Mənbələr həmin ailələrin əsasən aşağıdakı qəbilələrdən ibarət olduğunu söüləmyə imkan verir: qacar, zülqədər, 
çobani, baharlı, padar, ustaclı, lək, xəlildli, sar-sar, işqaq, osallı, zəngan, armalı,  şilyar (şiryan) və s. 
Azərbaycandan Kiçik Asiyaya köçmüş  səlcuq qəbilələrinin bir hissəsi də XIV əsrdə Azərbaycana qayıtmışdı. 
Belə ki, mənbələrdə «ayrum-Rum elindən çıxmışlar» (Anadoludan) adlanan səlcuq qəbiləsindən olanlar Gəncə 
və Qarabın  ərazisində yerləşmişdilər. Məhz qeyd edilən prosesi nəticəsində artıq XIII əsrdən etibarən 
Azərbaycan dili Cənubi Qafqazda işlək dilə çevrilmişdi. XIV əsrdən etibarən isə bu dildə ilk ədəbi  əsərlər 
meydana gəlməyə başlamışdı. XII-XIV əsrlərə dair erməni, gürcü mənbələri, Avropa səyyahlarının qeydləri 
məhz XVII-XIV əsrlərdən etibarən türk-Azərbaycan dilinin bütün Qafqazda ümumişlək dilə çevrildiyini 
söyləməyə əsas verir. 
Teymurilərin ağalığı dövründə Azərbaycana türkdilli etnosun miqrasiyası ilə yanaşı, yerli oturaq türk 
etnosunun zorla öz tarixi ərazilərində uzuqlaşdırılması prosesi gedirdi. Min illər boyu yaşadıqları topaqlarda 
nadir sənət inciləri – maddi-mədəniyyət nümunələri yaratmış yüz minlərlə Azərbacyan sənətkarları, ədəbiyyat, 
elm, incəənət xadimləri, zorla Orta Asiyaya və Volqaboyuna köçürülür, Azərbaycan torpağının yeraltı  və 
yerüstü sərvətləri talan edilirdi. Təsadüfi deyildi ki, dünya mədəniyyəti xəzinəsinə saysız incilər bəxş etmiş, 
özündən əvvəlki və sonrakı yüzilliklərlə müqayisədə XIII-XIV əsrlər son dərəcə kimsəsiz və kasıb görünürdü. 
Əvəzində Volqaboyundakı Qızıl Orda, Orta Asiyadakı Teymuri şəhərləri çiçəklənir, indinin özündə belə bəşəri 
təxəyyülü heyrətdə qoyan memarlıq, sənətkarlıq və mədəniyyət işçiləri meydana gəlirdi, möhtəşəm sarayların 
divarları, elmi fikrin nailiyyətləri türk-oğuz etnosunun alın təri və əti-qanı ilə yoğrulmuşdu. 
Bütövlükdə götürüldükdə,  monqolların və teymuri ordularının talançı yürüşləri Azərbaycannı ictimai, 
siyasi və iqtisadi inkişafının azı iki əsr ləngitmişdi, kənd təsərrüfatı bərbad vəziyyətə düşmüş, aclıq «qılıncını 
sıyırmış», çiçəklənən vilayətlər xarabazara çevrilmiş,  şəhər həyatı  tənəzzülə  uğramış, beynəlxalq ticarətin 
inkişafına ağır zərbə vurulmuşdu. Hadisələrin müasirlərindən birinin yazdığı aşağıdakı sətirlər dövrün acınacağlı 
mənzərəsini canlandırmağa imkan verir: «Teymur gedəndən sonra ölkəmizdə  dəhşətli aclıq yarandı, aclıq hər 
yeri bürüdü…. Gözlərimizlə görüb, qulaqlarımızla eşitdiklərimizin hamısını, insan nəslinin necə  qırıldığını 
söyləməyə gücümüz çatmır». 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə