A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   72

 
48
Şahi şəhərinə göndərildi. Hülakü xanın hakimiyyətdə olduğu dövrdə (1256-1265) Marağa, sonralar isə Təbriz 
yeni dövlətin paytaxtı  oldu. Hülakülər dövlətinin (1256-1355) tərkibinə Azərbaycandan  əlavə  İraqi-Əcəm və 
İraqi-Ərəb, German, Gürcüstan, Kiçik Asiya (Rum) Ermənistan, Gürcüstan, Fars, Xusistan, Xorasan və başqa 
vilayətlər daxil idi. Amu-Dəryadan Aralıq dənizinə, Dərbənddən  İran körəfəzinədək bütün ölkələr Hülakülər 
dövlətinin hakimiyyəti altına keçmişdi. Bu dövlətin başçıları Elxan adlandıqları üçün ona bəzən Elxanilər də 
deyirlər. Yalnız  Şirvanşahlar dövləti öz müstəqilliyini qoruyub saxlaya bilsə  də,  Şirvanşahlar Fəriburz vassal 
asılılığını qəbul etməyə məcbur olmuşdu. 
Elxanilər dövlətinin yaranmasından Qızıl Orda Azərbaycan və Gürcüstandan keçən ticarət yollarından, 
habelə otlaqlardan sərbəst  şəkildə istifadə edirdi. Lakin Elxanilər dövləti yarandıqdan sonra Azərbaycan 
hülakülərlə qızıl Orda arasında döyüş meydanına çevrildi. 
Qızıl Orda xanları Azərbaycana 1262, 1265, 1290, 1318 və 1335-ci illərdə altı  dəfə basqın etdilər. 
Müharibələr Azərbaycan topağında getdiyindən, onun bütün ağırlığı xalqın üzərinə düşürdü. Qızıl Orda 
xanlarının basqınları həmişə məğlubiyyətlə qurtarsa da xalq kütlələrinin sosial-iqtisadi həyat şəraitinin daha da 
pisləşməsi ilə müşayət olunurdu. 
Elxanilər dövləti çox keçmədən feodal zədəganları arasında gedən şiddətli mübarizə meydanına çevrilir. 
Hülakü xanın ölümündən sonra köçəri feodalar, maliyyə məmurları arasında başlanan daxili çəkişmələr getdikcə 
güclənir. Əgər hülakülər dövlətinin meydana çıxdığı ilk vaxtlarda köçəri feodallar arasında bir sıra məsələlrdə 
mənafe ümumiliyi mövcud idisə, Abağa xanın (1265-1282), Əhməd xanın (1282-1284), Argün xanın (1284-
1291) və Keyxatu xanın 91291-1295) hakimiyyətinin sonlarında  şahzadələrin və  əmirlərin bir hissəsi onlara 
tapşırılan  ərazidə öz mövqelərini və  təsirlərini  möhkəmlədə bildikdən sonra əvvəlki birlikdən  əsər  əlamət 
qalmamışdı. Artıq  əmirlər bir-biri ilə düşmənçilik edən ayrı-ayrı qruplarda birləşir və hakimiyyət uğrunda 
mübarizə aparırdılar. Həmin mübarizənin başlıca səbəbləri içərisində əyanların əlində böyük torpaq  sahələrinin 
toplanması, həmin torpaqlardan gələn gəlirlər və  həmçinin  əhalinin amansız istismarı  nəticəsində  əldə olunan 
mədaxil hesabına iri feodalların iqtisadi və siyasi qüdrətinin artması da olmuşdur. 
İran tarixiçisi Həmdullah Qəzvinin verdiyi məlumata görə XIV əsrdə Azərbaycanın cənub  hissəsində 
Hülakülərin aldığı verginin miqdarı 210 tümənə (bir tümən 10 min dinara bərabərdir), Azərbaycanın  şimal 
vilayətlərində  isə 54 tümənə çatırdı. 
Mənbələr XIII əsrin sonlarında 40-dək vergi və rüsumun olduğunu xəbər verir.
1
 Xüsusilə  ağır olan 
torpaq vergisi-xərac kəndlinin  əldə etdiyi məhsulun 70 faizə  qədərini təşkil edirdi. Vergini verə bilməyən 
sənətkar və kəndlilər yaşadıqları yeri tərk edib gedirdilər. XIII əsrə dair salnamələrdən birində deyilirdi ki, sui-
istifadə və talançılıq nəticəsində rəiyyətin əksəriyyəti öz vətənini tərk edir və yad ölkələrdə yaşamağa başlayırdı. 
Şəhər və kəndlər isə bomboş qalırdı. Qaqçınlar silahlı dəstələr təşkil edir və istilaçılara qarşı partizan müharibəsi 
aparırdılar. 
Ölkənin təsərrüfat həyatının dərin tənəzzül dövrünə daxil olması, sinfi mübarizənin kəskinləşməsi 
əlaməti kimi kəndlilər arasında sinifləri təşvişə salırdı. Yaranmış şəraitdə dövlətdə iqtisadi və siyasi islahatların 
həyata keçirilməsi son dərəcə vacib məsələ kimi ortaya çıxmışdı ki, həmin islahatlar Argün xanın oğlu Qazan 
xan (1295-1304) tərəfindən həyata keçirildi. 
Qazan xan XIV əsrin  əvvəllərində -1303-cü ildə torpaq sahibkarlığın, kəndlilərin vəziyyəti, vergi 
sistemi, çəki, ölçü, pul vahidi sistemi, islam dini sahəsində islahatlar keçirdi. İslahata qədər yerli əyanların 
torpaqların daima, həm də geniş miqdarda zəbt edilərək köçəri feodallar arasında bölüşdürüldü. İslahatdan sonra 
torpaq siyasəti divan torpaqlarından  əkin sahələrini iri iqta hüququ əsasında paylanması ilə  səciyyələnirdi. 
Qazan xan nəinki sərkərdələrə, həm də bütün qoşun hissələrinə iqta bağışlayırdı.  İqta sahibləri dövlətə vergi 
vermədən azad idilər, xəzinəyə 50 Təbriz  manı miqdarında bəxşiş verirdilər. 
Qazan xan kəndlilərin kütləvi qaçqınlığına son qoymaq üçün onları torpağa təhkim etmək haqqında 
fərman verdi. Fərmana görə, keçən 30 il müddətində öz iqtidarlarını qoyub gedən kəndlilər axtarılıb tapılaraq öz 
əvvəlki yerinə qaytarılmalı idi. Qaçqın kəndliləri qəbul etməyə və gizlətməyə icazə verilmirdi. 
İslahat vergi sistemində  də qayda yaratdı, onun toplanılmasının icarəyə verilməsi məhdudlaşdırıldı. 
Verginin toplanması üçün vaxt məhdudiyyəti qoyulurdu. 
Qazan xan monqol feodallarının ilk nümayəndəsi idi ki, islam dinini rəsmi  şəkildə  qəbul edərək onu 
dövlət dininiə çevirmişdi.  İslam dini qəbul edilərkən hülakülər dövlətinin torpaqlarından bütün bütpərəst 
məbədləri uçurulub yerlə yeksan edilmişdi. Qazan xan bu addımı atmaqla islam ruhanilərini və yerli islam 
feodallarını öz tərəfində çəkməyə müvəffəq olmuşdu. 
Mərkəzləşmiş dövlət aparatını gücləndirmək məqsədilə həyata keçirilmiş islahatlar imperiyanın məhvini 
aradan qaldıra bilmədisə də, onun süqutunu 20-30 il geçikdirdi. 
İslahatlar ölkənin iqtisadi həyatında dirçəliş yaratdı, daxili və xarici  ticarətin inkişaf sürətləndi. 
Hülakülərin paytaxtı istisna olmaqla qalan şəhərlərin dirçəlişi çox ləng gedirdi. Avropa və Asiyanın bir sıra 
ölkələrindən: şimaldan Dərbənddən keçərək, Uzaq Şərqdən, Orta Asiyadan, Hindistan və İraqdan gəlib Təbrizə 
                                                           
1
 Азярбайъан тарихи, 1-ъи ъилд, сящ.198, 200 


 
49
qovuşan tranzit karvan yolları Avropa ilə Asiyanı birləşdirirdi. Qərblə Şərq arasında ticarətdə vasitəçilik edən 
Venetsiya və Genuya tacirləri də tez-tez Azərbaycana gəlirdilər. 
XIII əsrin son rübündə başlanan feodal ara müharibələri  Qazan xanın dövründə bir qədər zəifləsə də, 
XIV  əsrin  əvvəllərində Sultan Məhəmməd Xudabanənin (1304-1316) hakimiyyəti illərində yenidən 
güclənmişdi, (Qazan xanın vəsiyyətinə görə ölümündən sonra, qardaşı Olcaytu Məhəmməd Xudabənə adı ilə 
hakimiyyətə gəlmişdi) onun ölümündən sonra isə xeyli kəskinləşmişdi. Buna xeyli dərəcədə Əbu Səidin (1316-
1335) azyaşlı olması (hakimiyyətə  gələndə onun 12 yaşı var idi) və dövlət işlərinin suldusilərdən olan Əmir 
Çobanın əlində toplanması da səbəb olmuşdu. Müxtəlif feodal qrupları yaranmış vəziyyətdən istifadə edərək öz 
mövqeyini və siyasi qüdrətini yüksəltməyə, iqtisadi cəhətdən qüvvətlənərək Hülakülər dövlətinin təsirindən 
mümkün qədər daha çox uzaqlaşmağa can atırdılar. Bütün bunlar Hülakülər dövlətinin süqutunu şərtləndirirdi. 
Akademik Ə.Ə.Əlizadə Əbu Səid hakimiyyətindən başlayaraq Hülakülər dövlətinin iqtisadi və siyasi tənəzzül 
dövrü keçirdiyini qeyd edərək yazırdı ki, köçəri aristokratiya arasında gedən müharibələr və daimi düşmənçilik 
Elxanilər dövlətinin  əsasını daha da sarsıdır, onun siyasi birliyini qırır, ölkənin iqtisadiyyatına mənfi təsir 
göstərirdi. Müxtəlif vilayətlərin iqtisadi, etnik və  mədəni cəhətdən  əlaqəsizliyi,  əmtəə istehsalının rolunun 
azalması  və natural-təsərrüfat  ənənəsinin üstün mövqe tutması, feodal pərakəndliyinin inkişafı  və bununla 
əlaqədar olaraq Elxanilərin mərkəzi hakimiyyətinin zəiflətməsi - bütün bunlar birlikdə Hülakülər dövlətinin 
tənəzzülü hazırlayırdı.  
Məhəmməd Xudabəndinin vəsiyyətinə görə, baş  sərkərdə  Əmir Çoban Əbu Səidin qəyyumu təyin 
edilmişdi.  Əmir Çoban Əbu Səidə  sədaqət andına axıradək sadiq qalmış, Elxanilər dövlətini daxili və xarici 
müdaxilədən məharətlə qorumuşdu. Əmir Çobanın və onun dörd oğlunun artmaqda olan nüfuzu yetkinlik yaşına 
çatmış Əbu Səidi olduqca narahat edirdi. 1328-ci ildə saray intriqası nəticəsində Əmir Çoban və oğlanları Əbu 
Səid tərəfindən öldürüldü, 1335-ci ildə isə  Qızıl Orda qoşunlarının Azərbaycana hücumu zamanı Sultan Əbu 
Səid arvadı Bağdad xatun (Bağdad xatun Əmir Çobanın qızı idi, Əbu Səidi öldürməklə atasının və qardaşlarının 
intiqamını aldı) tərəfindən zəhərləndi.  Əbu Səidin ölümündən sonra XIV əsrin 30-cu illərinin sonlarında 
Elxanilər dövləti iki hissəyə parçalandı: Azərbaycanda Təbriz şəhəri paytaxt olmaqla Çobanilər, Ərəb İraqında 
isə paytaxtı Bağdad olmaqla cəlairlər dövlətləri meydana gəldi. Çobanilər dövlətinə Əmir Çobanın nəvəsi Həsən 
Kiçik (Əmir Şeyx Həsən Çobani), Cəlairlər dövlətinə isə Baydu xanın nəslindən Musa padşah başçılıq edirdi, az 
sonra o Şeyx Sənan İlkani (Cəlairi) tərəfindən taxtdan salındı. 
İbn Bəttutə, Hafiz Əbru və başqalarının yazdığına görə, Çobanilərin nüfuz dairəsinə Azərbaycan, İraqi-
Əcəm, Həmədan, Qum, Kaşan, Rey, Vəramin, Furğan, Gürcüstan vilayətləri və Ermənistanın böyük bir qismi 
daxil idi. 
Hülakülər dövləti daxilində şiddətlələn feodal ara müharibələrində fəal iştirak edən Şeyx Həsən Çobani 
öz rəqiblərinə qalib gəldikdən sonra 1338-ci ildə Elxanilərin baş əmiri oldu. Lakin onun əmirliyi uzun sürmədi, 
belə ki, 1343-cü il dekabrın 16-da öz arvadı  İzzət Mələk tərəfindən öldürüldü. Onun ölümündən sonra 
hakimiyyəti qardaşı Məlik Əşrəf Çobanini (1344-1357) əlinə keçdi. Məlik Əşrəf rəqibləri Suğran və Yağı Basdı 
Manini aradan götürdükdən sonra Elxanilər dövlətinin idarəsini öz əlinə aldı. 
Çobanilərin hakimiyyət dövründə (1338-1357) Elxanilərin dövlət quruluşunda heç bir dəyişiklik baş 
vermədi.  Əvvəllər olduğu kimi, Hülakülər nəslindən olan  padşahlar bişçılıq edirdi. Şeyx Həsən və qardaşı 
Məlik Əşrəf növbə ilə  Satibəy xatunu, Süleyman xanı, Ənuşirəvan –Adili Elxani taxtına oturtmuş, onların adına 
pul zərb etdirmişdilər. 
Çobani feodallarının özbaşınalığının həddi-hüdudu yox idi. Həmdullah Qəzvini yazırdı ki, Məlik Əşrəf 
son dərəcə xəsis, qaniçən, hiyləgər və zalım şəxs idi. O, 13 illik hakimiyyəti dövründə keçirdiyi saysız-hesabsız 
müsadirələr, toplanan vergilər hesabına Azərbaycanda 17 xəzinə yaratmışdı. Təbrizdən qaçdığı zaman həmin 
xəzinənin bir hissəsini aparmaq üçün ona min dəvə və dörd yüz qatır lazım olmuşdu. 
Teymurləngin Cənubi Qafqaza hücumu ərəfəsində Şirvanşahlar dövləti də ağır vəziyyətdə idi. Belə ki, 
Şirvanşahlar dövlətinin ərazilərini zəbt etmək istəyən Məlik Əşrəf 1345-1350-ci ilərdə dəfələrlə fitnəkarlığa əl 
atmışdı. Lakin Şirvanşahlar Arran və Qarabağ feodallarının, habelə  Qızıl Orda qüvvələrinin yardımı ilə 
Çobanilərin hücümlarını  dəf edə bilirdilər. Lakin 1348-ci ilin sonlarında Mlik Əşrəfin Qarabağdan  Şirvana 
etdiyi yürüş gözlənilməz olduğu üçün Şirvanşah Kavus və atası Keyqubad müdafiəni təşkil edə bilmədikləri 
üçün Gülüstan qalasına çəkilməli olurlar. Çobani qoşunu ölkəni qarət edib dağıtsa da burada möhkəmlənə 
bilməyib geri çəkilməli olur. 
Yaranmış  şəraitdə  Məlik  Əşrəfin zülmündən cana doymuş  sənətkarlar, kiçik feodal və ruhanilər 
Şirvanşahlar dövlətinə gəlirdilər. Belə qaçqınlardan biri də Qazi Mahiyyəddin Bərdən idi. O, Şirvanşah Kavusla 
razılığa gəldikdən sonra Qızıl Orda dövlətinə gedərək Cani bəylə görüşərək Azərbaycandakı  vəziyyəti ona 
bildirir. 1357-ci ildə Cani bəy 100 minlik hərbi qüvvə ilə  Təbrizə yaxınlaşır və  Məlik  Əşrəfin 17-18 minlik 
hərbi qüvvəsini pərən-pərən salır. Məlik  Əşrəf xəzinəsini və ailə üzvlərini Mərəndə göndərərək Təbrizin 
müdafiəsini təşkil etmək istəyirsə də, müvəffəq olmur. Qoşun hissələri, bütün yaxın adamları, hətta anası da onu 
tərk edir. 
Məlik  Əşrəf Təbrizdən Xoy şəhərinə gedərkən  Şeyx Məhəmməd Balıqçının evində gecələyir.  Şeyx 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə