A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   72

 
40
Qot tayfalarının birinin hökmdarı Alarix 395-ci ildə Romanı tuta bilməsə  də 410-cu ildə Romanı  ələ 
keçirir.Varisi Atanarix də 455-ci ildə Romanı istila etmişdi.Atilla hakimiyyətdə olduğu ilk dövrlərdə Roma 
imperiyasına iddialı deyildi.Lakin Roma əsilzadələrindən Vigilin Atillaya qəsd təşkil etməsi  bu məqsədlə elçisi 
Edikonu  ələ alması münasibətləri gərginləşdirdi.Qəsdən xəbər tutan Atilla Vigili edam etdirmədi və bunu 
elçinin toxunulmamazlığı ilə izah etdi. 
Bu dövrdə hunların Roma ilə danışıqlarında gündəlikdən çıxmayan bir məsələ var idi. Bu da hunların 
yanından Romaya qaçanların geri qaytarılması  məsələsi idi.Şampan qraflığı  ərazisində 451-ci ildə baş vermiş 
döyüşdə  nə romalılar, nə  də hunlar qəti qələbə  əldə edə bilmədilər.Lakin döyüşün hunların üstünlüyü ilə 
bitməsini göstərən fakt ondan ibarət idi ki ,Roma papası böyük dəstənin başında Atillanın hüzuruna gələrək 
Romanı dağıtmamağı təvəqqə etmiş və Atillaya Romanın müttəfiqliyini təklif etmişdi. 
 
7.2. Bizans imperiyasının xarici siyasəti 
 Erkən orta əsrlərin qüdrətli dövlətləri sırasında olan Bizans imperiyası bir sıra faktorların təsiri ilə öz 
mövcudluğunu qoruyub saxlamış, Yustinianın hakimiyyəti illərində isə  nəhəg dövlətə çevrildi.Yustinianın 
uğurlarında arvadı Feodora,sərkərdə Velizari  və onun arvadı Teodora mühüm rol oynamışdılar.Velizari 
Yustinianın qələbələrində mühüm rol oynayan sərkərdə olmuş məhz onun qələbəsi nəticəsində barbar krallıqları 
süqut etmiş və 555-də Bizans imperiyası Roma imperiyası sərhədində bərqərar olmuşdu. 
Saray intriqası  nəticəsində Velizarinin ölümündən sonra bu işi Nersus davam etdirdi.Yustinianın 
dövründə Bizansda səfirlik və diplomatiya işi elə bir səviyyəyə yüksəlmişdi ki feodal Avropasının yarımbarbar 
dövlətlərinin hamısı bu ənənədən bəhrələnmişdi. Yustiniyanın dövründə imperiya dəftərxanası  səfirlərin 
göndərilməsi və qəbulu ilə məşğul olan orqana çevrildi. 
Yustinian Bizans imperiyasının qüdrətinin təbliğ olunmasına elə diqqət yetirmişdi ki hakimiyyət 
illərində imperiya ərazisinə bir dəfə  də olsun barbarların hücumu baş verməmişdi.Yustinian xarici qonaqların 
qəbuluna xüsusi fikir verirdi.Qonaq gələn  şəxs sərhəddə qarşılanıb Bizansa gətirilirdi.Yustinian tapşırırdı ki 
gələn səfirləri elə yolla gətirsinlər ki onlar bir də bura gəlmək istəməsinlər. 
Yustinianın hakimiyyəti dövründə  şərq ölkələri ilə dostluq münasibətləri saxlanmasına xüsusi diqqət 
verilirdi.Yustinianın şəxsən özünün təşkil etdiyi ticarət karvanları şərq saraylarına zəngin hədiyyələrlə daxil olur 
və bununla da imperiyanı şərqdə gözləyən hücumların qarşısı alınırdı.Lakin sələflərindən fərqli olaraq Yustinian 
müttəfiqlik müqavilələrinə diqqət versə  də barbar tayfalarının xidmətindən istifadə etməkdən imtina 
etmişdi.Onun hakimiyyət illəri xristianlığın yüksəliş dövrü hesab edilə bilər. 
Bu dövrdə xristian kilsəsi vahid idi.Bütün kilsəyə Roma papası başçılıq edirdi.Avropada yaranmış 
dövlətlərin hamısı xristianlığa dövlət dini statusunun verilməsində maraqlı idilər. Çünki Qalliyanın  əhalisi 
xristian idi.  
 
7.3. Frank dövlətinin yaranması və xarici siyasəti 
Məhz buna görə 493-cü ildə Xlodviq xristianlığı  qəbul etdi və Qalliyadakı sosial dayağını 
möhkəmləndirdi. Roma papaları Konstantinin dövründən etibarən öz imtiyazlarını artırmış, hətta VIII əsrdə 
saxtalığı sonralar məlum olan “Konstantin bəxşişi” adlı saxta sənəd də uydurulmuşdu. Onun mahiyyəti ondan 
ibarət idi ki, Roma imperatoru Konstantin 333-334-cü illərdə onu ağır xəstəlikdən xilas etmiş Roma papasına 
Qərbi Roma imperiyasının ərazisini bağışlamışdı. Həmin ərazidə 751-ci ildə Papalıq dövləti yarandı. 
Konstantin bəxşişinin saxtalığını ilk dəfə italyan humanislərindən olan Lorenso Vallua şübhə altına 
almışdı. O sübut etdi ki sənəd IV əsrdə yox VIII əsrdə yazılmışdı.VIII əsrdə isə yunan dili dövlət dili idi.Latın 
dilindən az istifadə edildiyinə görə ona mətbəx latını deyirdilər və  sənəd də  həmin dildə hazırlanmışdı. Eyni 
zamanda 313-cü ildən etibarən Konstantinin xristianların xidmətindən istifadə etməsi və onlara açıq  şəkildə 
icmaların fəaliyyətinə icazə verməsi məlumdur.  Əgər Qərbi Roma papaya hədiyyə verilmiş olsaydı imperator 
qərb hissənin papanın  əlindən alınmasına cəsarət etməzdi. Romada xristianlıq IV əsrin sonunda hakim dinə 
çevrildi. Əgər xristianlıq həqiqətən də Konstantin tərəfindən dövlət dininə çevrilməmişdisə papaya imperiyanın 
çox nəhəng hissəsinin pay verilməsi heç bir sübuta əsaslanmır.     
Əsasının Xlodviq tərəfindən 500-cü ildə qoyulduğu Frank imperiyası iki sülalənin tarixindən ibarətdir. 
I sülalə - Xlodviqin mənsub olduğu Meroveylər sülaləsi adlanır.  
II sülalə - VIII əsrin  əvvəllərində keçəl Karlın və gödək Pipinin dövründən isə bu sülalə Karolinlər 
sülaləsi adlanır və müasir Avropanın siyasi xəritəsində silinməz izlər buraxmışdır.  
Məlum olduğu kimi, vaxtilə tarixən üç hissəyə bölünmüş Qalliyanın  əhalisi xristianlardan ibarət idi. 
Təsadüfi deyil ki yerli əhalinin sosial dayağını qazanmaq məqsədilə Xlodviq xristianlığın orta məzhəbini qəbul 
etmiş  və bununla da gələcək Frank dövlətinin qurulması üçün həm Roma papasının həm də Bizans 
imperiyasının dəstəyini qazanmışdı. Xlodviqin varisləri dövründə Frank dövlətinin  ərazisi müasir İtaliyanın 
şimalına qədər yayılmış şimalda isə anqlo-saks tayfalarının yaşadığı ərazinin bir hissəsini əhatə etmişdi. 
Frank dövlətinin erkən dövrünün problemlərini öyrənmək üçün eramızın VI əsrinə aid olan Salik 
qanunlar külliyatı qiymətli mənbədir. Bəhs olunan dövrdə barbar krallıqları içərisində Lanqobard krallığı xüsusi 


 
41
əhəmiyyətə malik idi. Lanqobardlar xüsusilə Yustinianın dövründən sonra Bizans imperiyasını  və Frank 
dövlətini təhdid edirdilər. Təsadüfi deyil ki Lanqobaradlarla  mübarizə Roma papasını Frank dövləti ilə 
yaxınlaşmağa vadar etdi. Çünki bəhs olunan dövrdə Roma papalığı Konstantinopol patriarxı ilə xristian 
kilsəsinin gəlirlərinin bölüşdürülməsi uğrunda gərgin mübarizə aparırdı. 
VIII əsrin 70-ci illərinə qədər mövcud olan Lanqobard krallığı Avropanın siyasi həyatında da mühüm 
rol oynamışdı.Frank dövləti yaranan dövrdən etibarən hərbi başçının hakimiyyəti kralın hakimyyətinə 
çevrilməyə başlamışdı.  Əvvəlki xalq yığıncağının yerini kralın  əmrilə toplaşan və ildə iki dəfə keçirilən 
məclislər –saborlar tutmuşdu. Təxminən mart-aprel və oktyabrda keçirilən məclislər zamanı kral yeni qaydaları 
elan edir qonşu qəbilələrlə  və ya dövlətlərlə münasibətlərlə bağlı  məsləhətləşmə keçirmək lazım gəldikdə 
nümayəndə göndərirdi.  
Salik qanunlarının təhlili göstərir ki Frank dövləti həm erkən dövrlərdə  həm də sonralar Roma 
hüququnun təsiri altında olub. Romada olduğu kimi Frank dövlətində  də xarici əlaqələrə diqqət verilirdi. Bu 
əlaqələrin təşkili zamanı adlı-sanlı nəsillərin nümayəndələrinin  xidmətindən istifadə olunurdu. 711-ci idə ərəb 
qoşunları Tariqin başılığı altında Tariq boğazından keçərək Priney yarmadasının cənubuna daxil olmuşdu. 
Kristallı Pipin və çəkic Karlın dövründə ərəblərin Avropanın içərilərinə doğru hərəkəti dayandırıldı və 732-ci 
ildə baş vermiş Puatye döyüşündə ərəb orduları geri çəkildilər. 
Çəkic Karl ərəblərlə yanaşı 720-736-cı illər arasındakı dövrdə Qalliyadakı feodal pərakəndəliyinə son 
qoydu cənubi Qalliyanı və İspaniyanı öz torpaqlarına birləşdirdi. Benefesis sisteminin mövcudluğu krala dövlət 
hakimiyyətini möhkəmlənməsi üçün ciddi əsas yaratmışdı. Təsadüfi deyil ki, çəkic Karlın varisi olan gödək 
Pipin dövlət idarəçiliyini həyata keçirərkən dövlət vəzifələlərini paylayarkən sərbəst hərəkət edirdi. Bu o demək 
idi ki monarxın hakimiyyəti mütəqləşdirilmiş Avropa bütövlükdə bir hakimiyyət altında bərqərar olmuşdu. 
Frank dövlətinin ən qüdrətli dövrü Böyük Karlın dövrü (768-814) heab olunur.  
Mərkəzləşmiş hakkimiyyəti kifayət qədər gücləndirən Karl xarici siyasətə diqqət verir və apardığı 
işğalçı müharibələr zamanı bundan istifadə edirdi. 42 illik hakimiyyəti zamanı az qala 50-ə yaxın yürüş edən 
Karl yeritdiyi ittifaq siyasəti hesabına anqlar və saksları ,slavyanları özünə tabe etmiş,  Ərəb dövləti, Çin və 
Hindistanla ticarət əlaqələri qurmuşdu.Bu dövrdə Ərəb xilafəti öz yüksəlişinin zirvəsində idi.Ərəb xəlifəsi Frank 
dövləti ilə ticarət  əlaqələrinin saxlanmasına xüsusi fikir verir, Frank və  Ərəb tacirləri hörmətlə  qəbul 
edilirdilər.Bu dövr ərəb müəlliflərinin məlumatına görə Frank dövlətinə gedən ticarət karvanları özləri ilə 
konkret tapşırıqla yanaşı əvvəlcədən iki qrupa bölünmüş hədiyyə aparırdılar. I-əvəzi ödənilməyən hədiyyələr, II-
qarşıya qoyulmuş məqsədə nail olmaq üçün paylanması nəzərdə tutulan hədiyyələr. 
 Frank elçiləri Kiçik Asiyadakı sahil şəhərləri və Çin ilə ticarət əlaqələri saxlayırdılar.Franklarda yüksək 
qiymətli ipək Cənubi Qafqazın ərazisindən keçən karvan yolu ilə Avropaya daşınırdı. Böyük Karlın dövründə 
papalıq dövləti ilə Frank dövləti arasındakı münasibətlər qarşılıqlı asılılığa əsaslanırdı. Papa lanqobardlara qarşı 
frankların köməyindən istifadə edirdi. Frank dövləti isə katolik dininin möhkəmlənməsinə xidmət etmişdir. 
Böyük Karl imperator titulunu Roma papasından aldı. 
Təxminən eramızın IX əsrinə aid edilən katolik kilsəsi ilə bağlı saxta sənəd papanın gələcək dünyəvi 
hakimiyyətinin əsaslanması üçün çıxış nöqtəsi olmuşdu.  
Həmin sənədə görə, Roma papalarının təyin etdikləri keşişlər və yepiskoplar yerli hökmdarlar tərəfindən 
dəyişdirilə bilməzdi. Məhz bu Roma papalarına XVI əsrin  əvvəllərinə  qədər Avropada şəriksiz hökmranlığa 
imkan yaratmışdı. Böyük Karlın yaratdığı imperiyanın ucqarlarda olan makqraflıqlar iki məqsədə xidmət edirdi.  
Birincisi, imperiyanın hüdudlarına qəfl hücumların qarşısını almaq, ikincisi, Frank dövlətinə gələn elçilərin və 
tacirlərin qarşılanması və yola salınması.  
 
Mövzuya dair suallar: 
1.
 
Erkən orta əsrlərdə Avropanın siyasi xəritəsi 
2.
 
Xalqların böyük köçünün dünyanın siyasi xəritəsinin yeniləşməsində rolu 
3.
 
Barbar krallıqlarının xarici siyasəti 
4.
 
Böyük Hun imperatorluğunun xarici siyasəti 
5.
 
Frank dövlətinin yaranması və Avropanın birləşdirilməsi uğrunda mübarizə. 
6.
 
Frank imperiyası böyük Karlın hakimiyyəti illərində 
7.
 
Frank imperiyasının ərəb xilafəti ilə əlaqələri 
8.
 
I Yustinyanın hakimiyyəti illərində Bizans imperiyasının xarici siyasəti 
9.
 
Roma papalıq dövlətinin yaranması və Avropanın mənəvi birliyi 
10.
 
 843-cü il Verden müqaviləsi və Avropada müstəqil feodal dövlətlərinin yaranması 
11.
 
Avropa ölkələri XI-XII əsrlərdə 
 
Ədəbiyyat 
1.
 
Böyük Hun imperiyası. 2 cilddə. B., 1993  
2.
 
Orta əsrlər tarixi / Y.Mahmudovun redaktəsi altında. B., 1986, I cild. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə