A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   72

 
33
edirdi.Qaynaqlar Roma şəhərinin e.ə.753-də Palatin və Kapitoli təpələri üzərində salındığını göstərir. Eramızın 
əvvələrində Roma 2 mln.yaxın əhalisi olan şəhərə çevrilmişdi. Şəhərin ətrafına uzunluğu 30 min metrdən çox 
olan qala divarları  çəkilmişdi.  Şəhərin Tibr çayı ilə ayrılmış  2 hissəsi bir-birilə 6 körpü vasitəsilə    ilə 
əlaqələndirilmişdi.  
Mənbələrin yazdığına görə, İtaliyanın ərazisində etrusklar da daxil olmaqla  12 latın tayfası yaşayırdı. 
Tayfalar arasında müharibə  və ticarət  əlaqələri mütəmadi davam etmiş  və yalnız e.ə.V  əsrdən etibarən Roma 
respublikası bu ərazilərin işğalına başlamışdı. Romanın  şahlıq dövrü ilə bağlı  məlumatlar çox deyil, əsasən 
yunan qaynaqlarındadır.  İcma münasibətlərinin dağılması başqa yerlərdə olduğu kimi, Romada da hərbi 
demokratiya dövrünün meydana gəlməsi ilə  nəticələndi. Bu dövrdə reksin hakimiyyəti hamı  tərəfindən qəbul 
olnmasa da, hərbi demokratiya e.ə.VI  əsrdə Roma dövlətinin yaranmasını  şərtləndirdi. Romanın ilk sakinləri 
şəhərin müdafiəsini təşkil etmək üçün qarşılıqlı müqavilə əsasında buraya kənardan gəlmələri dəvət edirdilər ki, 
qeyd etdiyimiz kimi, bunlar sonralar plebey adını almışdı. Məlum olduğu kimi, Roma tarixinin bütün 
dövrlərində idarəçilik məsələləri ilə tiran və imperatorla yanaşı senat da məşğul olurdu. Senat patrisilərin 
qocalarından təşkil olunmuşdu və əvvəllər 300 nəfərdən ibarət idi. 
         Qədim Romada daxili və xarici siyasət məsələləri ilə bağlı  qərarlarının qəbul edilməsi 2 yolla–xalq 
yığıncağı və senat vasitəsilə həyata keçirilirdi. Respublika  dövrünün əvvəllərində senat daha böyük hakimiyyət 
əldə etmişdi. Xalq yığıncağı tərəfindən seçilmiş 2 konsuldan biri quru qoşunlarına, o biri donanmaya rəhbərlik 
edirdi. Konsullar senatın tabeliyində idi. Ancaq müharibə dövründə konsullar müstəqil qərar qəbul edirdilər. 
Romada diplomatiya ənənələrinə  əsaslanan  əlaqələr formalaşırdı ki,bu beynəlxalq  əlaqələr hüququ –xalqlar 
hüququ adlanırdı. 
        Roma  respublikası yaxın və uzaq qonşularla, Romanın dostları  və düşmənləri ilə  fərqli  əlaqələrə malik 
idi.Dost  ölkələrdən gələnlər Palantin təpəsində, düşmən və dost olmayan ölkələrdən gələnlər Kapitoli təpəsində 
yerləşdirilirdi və onlara Roma ictimaiyyəti ilə əlaqə saxlamağa imkan verilmirdi. Roma imperiyası gücləndikcə 
bir tərəfdən adət-ənənələrə  əsaslanan diplomatiya hüququ təşəkkül tapır, digər tərəfdən isə dost olmayan və 
düşmən ölkələrdən gələnlərə qarşı münasibətlər kəskinləşirdi. Belə ki, bir qayda olaraq səfirlər senat tərəfindən 
qəbul edilməli idi. Lakin düşmən ölkələrdən gələnləri senat qəbul etmirdi. Belə halda onlar dərhal ölkəni tərk 
etməli idilər. Həmin ölkənin nümayəndəsinin təkrar gəlişinə isə əvvəldən razılıq alınmalı idi. Beləcə, «persona-
qrata», «persona-non-qrata» və «aqreman tələbi» adət-ənənəyə çevrilirdi. 
Persona-qrata- arzu edilən  şəxs, persona-non-qrata- arzu edilməyən  şəxs, aqreman  tələbi-səfirin 
gəlməsinə və onun yerləşəcəyi ölkə rəhbərinin əvvəlcədən razılığı kimi mənalandırılırdı. 
Roma respublikasının və imperiyasının dövründəki xarici siyasətlə bağlı olan həm orqanlar, həm də 
fəaliyyətlər fərqlidir. Respublika dövründə  səfirin, natiqin, oratorun və  xəbərçinin səlahiyyətləri fərqlənirdi. 
Lakin imperiya dövründə əsasən 2 institut-səfir və indiki müvəkkil vəzifəsinə uyğun olan vəzifə formalaşırdı. 
Respublikanın ən qüdrətli dövrü e.ə.III-II əsrlər idi.  
Həmin dövrdə  əvvələr istifadə olunan müttəfiqlərlə bağlanmış sazişlərə ehtiyac itsə  də, pun və 
Makodoniya müharibələri dövründən etibarən Romada ənənəvi formaya qayıdılır. Məsələn, II pun müharibəsi 
dövründə Roma Nubiyadakı 2 çarlıqla müttəfiqlik münasibətləri qurmuş, Makedoniya müharibəsi dövründə isə 
Yunanıstana qarşı mübarizədə V Filiplə dostluq münasibətlərinə malik olmuşdur. Halbuki zərurət aradan 
qalxdıqdan sonra Romanın keçmiş müttəfiqlərinin hamısı onun əsarəti altına düşmüşdü.  
Səfirin seçilməsi respublika dövründə ancaq senatın prereqativi idi və püşk yolu ilə müəyyənləşirdi. 
Püşkdə ancaq senatorlar iştirak edə bilərdilər. Heç kəsin səfir titulundan imtina etmək ixtiyarı yox idi. İmtina 
etsəydi senator vəzifəsindən məhrum olardı. Yunanıstandan fərqli olaraq Romada heç vaxt 1 nəfəri səfir 
göndərmirdilər. Məqsəd xəyanətin və informasiyanın saxtalaşdırılmasının qarşısını almaq idi. Səfirlə birlikdə 
böyük personal hərəkət edirdi ki, bunlar texniki işçilər idi. Səfir göndərilən  şəxs qısa müddət üçün nəzərdə 
tutulurdu. 
 O  dövrdə daimi səfirlik və ya konsulluq institutu yox idi. Səfir göndərilən adamların yerləşəcəyi 
ölkənin siyahısı tez-tez dəyişilirdi. Roma xüsusən Makedoniya müharibəsi dövründə “parçala və hökm sür” 
siyasətindən  geniş istifadə etsə də, 3 yunan şəhərinin muxtariyyətini  ləğv etməmiş, lakin müttəfiqlik məsələsi 
aradan götürülmüşdü. Romada respublikadan imperiyaya keçid dövrünün maraqlı hadisələri Qay Yuli Szarın 
Qalliyaya müharibələri dövrü ilə bağlıdır.  
Məlum olduğu kimi, e.ə. I yüzilliyin ortalarında seatın hakimiyyəti zəifləmiş, sərkərdələrin hakimiyyəti 
güclənmişdi. Sayılıb-seçilən sərkərdələrdən Qay Yuli Sezar, Qney Pompey və Mark Publi Kras e.ə.61-ci ildə I 
triumviratı yaratmışdılar ki, onların qəti əlehdarları olan Varron bu triumvratı «senatı yeyəcək 3 başlı əjdaha» 
adlandırmışdı. Triumviratın yaranması Yuli Sezarın e.ə.60-cı ildə Romanın konsulu seçilməsinə gətirib çıxardı. 
O, e.ə.59-cu ildə öz tərəfdarlarının köməyilə Qalliyaya prokonsul təyin olundu. Sezarın Qalliyada canişinliyi 
e.ə.59-e.ə.51-ci illəri əhatə edir. Prokonsulluq müddəti 4 il davam edirdi. Konsul seçilən şəxs iki dəfə prokonsul 
təyin edilə bilərdi. Sezarın Qalliyanı seçməsi təsadüfi deyildi. O dövrki Qalliya üç hissəyə bölünürdü və 
bugünkü bütün Avropanı əhatə edirdi. Y.Sezarın Qalliyaya verdiyi diqət iki amillə bağlı idi: 
- Qal tayfaları mütəmadi olaraq Romanın ərazilərinə hücum etdikləri üçün, daimi narahatlıq mənbəyinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə