A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   72

 
31
məşğul olmağa başlayır. Babil şəhəri paytaxt seçilir. Iskəndər yunan-makedoniyalıları yerli tayfalarla, xüsusilə 
Əhəmənilər imperiyasında hakim olmuş farslarla qarışdırıb-qovuşdurmaq siyasətini yeridir. Məhz bu məqsədlə 
İsgəndər Orta Asiya satrapı Oksiartın qızı Roksananı  (İskəndərin ondan bir oğlu olmuşdur), III Daranın qızı 
Statiranı  və III Artakserkin qızı Parisatidanı almışdı. Mənbələrin yazdığına görə,  İsgəndər öz yaxın 
silahdaşlarından 80 nəfərinə, habelə 10 min nəfər yunan-Makedoniya əsgərinə iranlı  qızları almış  və onların 
toyunu bir gündə etmişdi. Bu məhşur Suz şənlikləri zamanı baş vermişdi. 
 Makedoniyalı  İsgəndərin on il ərzində yaratmış olduğu böyük imperiyanın sərhədləri Dunay çayı  və 
Qara dənizdən tutmuş Pəncaba qədər olan geniş əraziləri əhatə edirdi. Bu dövlətin yaranması ilə qədim dünyada 
ellinizm dövrü başlayır. İsgəndər monarxiyasının qısa müddətə bir sıra dövlətlərə parçalanmasına baxmayaraq, 
onun işğalları  nəticəsində  qərb və  şərqdə sivilizasiyanın gələcək inkişafına uyğun gələn yeni siyasi quruluş 
yaranır. Bu isə yunan və  şərq mədəniyyətləri ünsürlərinin qarşılıqlı  təsirindən ibarət olmuş  və ellinizm adını 
alımışdı. Makedoniyalı İskəndər e.ə. 323-cü il iyunun 13-də vəfat etsə də onun qərb və şərq mədəniyyətlərinin 
sintezindən ibarət yaratdığı yeni quruluş ellinizm dövrü kimi e.ə. III-I əsrlərdə mövcud olmuş  və ictimai 
inkişafın sonrakı gedişinə böyük təsir göstərmişdi.  
 
Mövzuya dair suallar
1.
 
Qədim yunan şəhər-dövlətləri arasında əlaqələr 
2.
 
Məbəd ittifaqlarının polislərarası münasibətlərdə rolu 
3.
 
Prokseniya və amfiktoniya institutları 
4.
 
 Diplomatiya anlayışının meydana gəlməsi. Yunan səfirləri-pilaqarlar  
5.
 
Ritorik- diplomatiya məktəbinin yunan diplomatlarının hazırlanmasında rolu 
6.
 
Perikl və Demosfen qədim Yunanıstanın görkəmli diplomatı və dövlət xadimləridir.  
7.
 
Panellin konqreslərinin çağırılması və Yunanıstanın birləşdirilməsi uğrunda diplomatik-siyasi və hərbi 
mübarizə 
8.
 
Makedoniya çarlığının yaranması və II Filippin xarici siyasəti 
9.
 
II Filippin hakimiyyəti illərində Yunanıstanın birləşdirilməsi 
10.
 
Yunan şəhər-dövlətlərinin İranla münasibətləri 
11.
 
Yunan-İran müharibələri və beynəlxalq nəticələri 
12.
 
Makedoniyalı İskəndərin şərq yürüşü. 
13.
 
Şərq yürüşünün beynəlxalq nəticələri 
14.
 
Ellinizm dövründə dövlətlərarası münasibətlər 
 
Ədəbiyyat: 
1.
 
Вестник Древней Истории. М., 1952 -1970 
2.
 
Геродот. История в девяти книгах. Л., 1972 
3.
 
История Александра Македонского. М., 1971 
4.
 
История Дипломатии, изд. II, т.1. М., 1959 
5.
 
История Древнего Мира. В 3-х т.2. М., 1989 
6.
 
История Древней Греции / Под ред.  В.И.Авдиева, А.Г. Бокщанина, Н.Н.Пикуса. М., 1971 
7.
 
Программа курса «История Древнего Мира». М., 1981 
8.
 
Хрестоматия по истории Древнего мира / Под редакции В.Г.Боруховича. Саратов, 1973 
 


 
32
VI Mövzu 
Qədim  Roma  diplomatiyası 
 
6.1. Qədim  Romada diplomatiya və səfir işi 
Avropanın cənubunda Aralıq dənizinə doğru uzanan Appennin yarımadasını qədim dövrlərdən yunanlar 
İtaliya adladırmışlar ki, tərcümədə «Buzovlar ölkəsi» deməkdir.  Yarımada İoniya, Tirren və Adriatik dənizləri 
ilə əhatə olunur, Italiyaya Siciliya, Sardiniya və Korsika kimi böyük adalar da buraya daxil edilir.   
Romanın hərbi demokratiya və padşahlıq dövrü sinfi cəmiyyətə xas amillərin meydana gəlməsi ilə 
xarakterizə olunur. Bununla bərabər, nəsli quruluşun qalıqları da uzun müddət davam etmişdi ki, bu özünü xalq 
yığıncağı vasitəsilə idarəçilikdə  əks etdiridi.  Romada 300 qədim nəslin olduğu məlumdur. Hər 10 nəsil bir 
kuriyada birləşirdi. 10 kuriya isə bir tribanı (tayfanı) təşkil edirdi. Beləliklə, Romada 3 triba olmuşdu ki, hər 
triba bir tayfanı  təşkil edirdi. 300 qəbilə (üç tayfa ittifaqı) Roma xalqını (populus Romanus) təşkil edirdi. 
Romanın idarəçiliyi xalq yığıncağı (komissiyalar), senat və reks (padşah) tərəfindən həyata keçirilirdi ki, ən 
qədim Romada bu üç hakimiyyət orqanı mövcud idi. Romalılar hələ qədim  dövrlərdən bütün mühüm işləri xalq 
yığıncaqlarında (comitia) həll edirdilər. Senatda əvvəlcədən baxılan məsələlər rəsmən xalq yığıncağında qəbul 
olunurdu. 
Romada quldarlıq münasibətlərinin və dövlətin yaranması  nəticəsində  tədricən keçmiş  qəbilə 
quruluşuna əsaslanan idarə sistemi də öz formasını dəyişərək dövlət hakimiyyətini idarə sisteminə çevrilmişdi. 
Romaya gəlmələrin - plebeylərin vətəndaş icmalarına daxil edilməsi və etrusk hakimiyyətinə qarşı mübarizə 
Romada şah hakimiyyətinin devrilməsinə, təxminən e.ə. VI əsrin sonlarına (e.ə.510-cu ilə) aid edilir. Bununula 
da sonuncu - yeddinci Roma padşahı Tarkvini (o etrusk idi)  Romadan qovulmuşdu. 
Romanın respublika elan olunması ilə etrusk hakimiyyətinə son qoyuldu və bu mübarizədə  zəifləmiş 
romalılar qonşu tayfaların hücumlarını da dəf etməli olmuşdular. Romanın zəifliyindən istifadə edən bir sıra 
latın tayfaları Romaya qarşı  çıxdılar. Lakin romalılar bu müharibələrdən qalib çıxmış  və latın  şəhərlərinin 
federasiyasına daxil olmuş, hətta 498-ci ildə latınlar ilə qarşılıqlı yardım haqqında müqavilə də bağlamışdılar. 
Bu ittifaq nəticəsində Roma öz müstəqilliyini qoruyub saxlamışdı. Tezliklə Roma öz düşmənlərinə qalib gələrək 
federasiya şəhərləri üzərində üstünlük qazanmağa nail olmuşdu..  
E.ə.V-IV  əsrlərdə yeridilən fəal xarici siyasət Romanın Appenin yarımadası üzərində  ağalığını  təmin 
etmişdi. Ələ keçirilən torpaqların çoxu Romanın icma torpaqlarına qatılaraq patrisilərin sərəncamına verilmişdi. 
Belə ki, veylərin torpaqları tutulduqdan sonra orada 4 kənd tribası, e.ə. 537-ci ildə volskların yerində iki kənd 
tiribası yaranmışdı. Roma bununla da İtaliyanın işğalına başlamışdı 
Romanın əsas qüvvəsi ordu idi. Roma ordusunda əsasən plebeylər xidmət edirdilər. Onlar öz xərcləri ilə 
silahlanırdılar. Roma ordusunun qələbələri eyni zamanda plebeylərin siyasi nüfuzunu möhkəmləndirirdi. 
Təsadüfi deyildi ki, e.ə. V əsrdə plebeylər Roma vətəndaşlığı qazanmış  və tribun seçmək hüququ əldə 
etmişdilər. Tribun isə Romanın həm daxili həyatında,həm də xarici siyasətində mühüm rol oynayırdı. Belə ki, 
plebeylərlə bağlı hər hansı qanun və ya fəaliyyət onun razılığı olmadan həyata keçirilə bilməzdi. 
Romanın  xarici siyasətdə qələbələri və yüksəlməsi onun intizamlı orduya malik olması hesabına əldə 
edilmişdi. Çoxlu müharibələr ordunun döyüş bacarığının artmasına səbəb olurdu. Orduda xidmət vəzifə deyil
böyük şöhrət idi. Bunsuz heç bir dövlət vəzifəsi tutmaq olmazdı. Qrakx qardaşları məhz orduda xidmət etdikdən 
sonra xalq tribunu seçilmişdilər.   
Romanın ordu vahidi olan hər bir legionda 4500-6000 nəfərə  qədər döyüşçü olurdu. Legion 30 
manipuladan, manipula isə 2 senturiondan ibarətdir. Manipulani döyüşə aparan senturionların biri manipulaya 
sağdan, o biri soldan əmr verirdi. Atlı qoşun isə hərəsi 30 atlısı olan 30 turmdan ibarət idi. Qobustan kitabəsində 
(b.e. I əsri) senturionlardan birinin başçısının adı çəkilir.  
Roma ordusunda müttəfiqlərdən təşkil edilmiş legionlar da iştirak edirdilər. Bunlar müttəfiq 
şəhərlərdən, tabe edilmiş  İtaliya tayfalarından düzəlirdi. Müttəfiq legionlar 5000 piyada və 900 atlıdan ibarət 
olurdu. Müttəfiq qoşunların başında hərbi triubunu (tribunu militum) əvəz edən 12 prefekt dururdu ki, bunlar 
romalı olub, konsullar tərəfindən təyin olunurdular. Hər 400 müttəfiq əsgər bir kaqorta təşkil edirdi. Ordunun 
belə quruluşu bir neçə  məqsədə xidmət edirdi. İlk növbədə, orduda Roma əleyhinə  hər hansı qiyamın qarşısı 
alınırdı. Digər tərəfdən, belə ordu ilə uzaq səfərlərə çıxmaq, xüsusilə Parfiya, Sasanilər və Selevkilər dövlətləri 
ilə  uğurlu müharibələr aparmaq və Romanın nüfuzunu Yaxın  Şərqdən tutmuş Aralıq dənizinin  Şimali Afrika 
sahillərinədək olan ərazilərə yaymaq mümkün olmşudu. 
      Mövcud tədqiqatlarda  qədim Romanın tarixi və xarici siyasəti   üç dövrə bölünür. 
- tiranlıq dövrü-e.ə.510-cu ildə başa çatır. 
            - respublika dövrü-e.ə.510-e.ə.30-cu illəri əhatə edir. 
 
- imperiya dövrü-e.ə.30 və eramızın 476-cı illərini əhatə edir. 
      Əgər I dövrdə daxili və xarici siyasət məsələləri ilə reks (tiran) məşğul olurdusa, II dövrdə bu senatın 
prerativinə çevrilmişdi.İcra orqanı xalq yığıncağı  tərəfindən seçilmiş 2 konsuldan  birinə verilmişdi. İmperiya 
dövründə diplomatik əlaqələr imperatorun əlində cəmlənmişdi. Təşkilati məsələləri imperator dəftərxanası həll 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə