A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   72

 
34
çevrilmişdilər. 
- Sezar Qalliyada möhkəmlənməklə hərbi baxımdan güclənə bilər və bu ona Romada hakimiyyəti ələ 
keçirməyə imkan verərdi. 
Bu dövrün öyrənilməsi üçün əsas mənbələrdən biri Sezarın yazdığı 8 kitabdan ibarət  “Qalliya 
müharibələri” adlanan qeydləridir. Bu əsərdə  qədim  dünyanın adət-ənənələrindən tutmuş, o dövrki siyasi 
xadimlərin diplomatik ustalıqlarına qədər materiallar əldə etmək mümkündür. Sezarın apardığı mübarizədə kelt 
tayfalarına qarşı mübarizə  ağır olmuşdur. Bunlar döyüşkən tayfa olsalar da, Sezar onların ram olunmasına 
çalışırdı. Ancaq kelt tayfaları hər şeyi yandırmış və qərbə doğru köç etmişdilər. Kelt tayfalarının qüdrəti bütün 
Qalliyaya məlum idi. Onların tabe edilməsi Sezarın Qalliyadakı fəalliyyətinə uğur gətirə bilərdi. Keltləri izləyən 
Sezar hiss etdi ki bu tayfalar romalılara qarşı döyüşə girməkdən yayınırlar.  
Sezarın kəşfiyyatı müyyənləşdirmişdi ki, kelt kahini öz tayfa başçılarına yeni ay çıxana qədər 
müharibəyə girməməyi tapşırmışdır. Bu, Sezarın kelt tayfalarını ram etməsinə  və  əvvəlki yaşayış yerlərinə 
qaytarmasına imkan verdi. Senat Sezarın Qalliyadakı  uğurları  şərəfinə Romada 15 günlük bayram tədbirləri 
həyata keçirməli olmuşdu. Qalliya müharibələri Sezara elə  şöhrət gətirdi ki, bu ona Romada öz diktaturasını 
yaratmağa imkan verdi. 
E.ə. 49-cü ildə Sezar Romada hakimiyyəti  ələ keçirdikdən sonra (e.ə.49-44) tiranlıq yaratmış  və  qısa 
müddət olsa da xarici siyasətlə bağlı bütün fəaliyyəyləri özündə birləşdirmişdi.Sezarın istəmədiyi adam səfir 
gedə bilməzdi. 
Sezarın ölümündən sonra Romada II triumvrat formalaşdı. Buraya Sezarın varisi Oktavian və etibarlı 
sərkərdələrdən Antoni və Lepid daxil idilər. II Triumvratın fəaliyyəti nəticəsində respublika tərəfdarları e.ə. 42-
ci ildə baş vermiş Filippi döyüşündə darmadağın edilmiş  və e.ə.31-ci ildə Romanın tarixində imperiya dövrü 
başlamışdı. 44 il hakimiyyətdə olan Oktvian Avqust senatın və konsulların fəaliyyətini özündə birləşdirdi və 
onun icazəsi olmadan heç kəs səfir göndərilə bilməzdi. Xarici siyasət məsələləri imperatorun əlində olsa da, 
sənədlərin hazırlanması ilə imperator dəftərxanası  məşğul olurdu. Çox keçmədən dəftərxananın səlahiyyətləri 
(imperatolrun  şəxsi dəfətərxanası  «ərizələr xidməti» adlanırdı)  daxili və xarici siyasət idarələri arasında 
bölündü. 
İmperiyannı sonlarına doğu xarici siyasətdə barbarlarla müttəfiqlik müqavilələri xüsusi əhəmiyyət kəsb 
etməyə başlamışdı. Belə müqavilələr eramızın I-II əsrlərinə təsadüf edirdi. Bu Romanın zəifləməsi ilə bağlı idi. 
Romalılar barbar tayfalarının hücumlarının qarşısını almaq üçün german və ya başqa tayfalarla ittifaqa girməyə 
məcbur olurdular. Müqavilələr 3-4 bənddən ibarət idi. Müqavilələrdə Romanın müttəfiqləri taxılla təchiz etməsi, 
müttəfiqlərin  isə Romanı digər barbarların hücumundan qorunması öz əksini tapırdı. Eramızın 395-ci ilində 
imperator Feodosi Romanı iki oğlu - Qonori və Arkadi arasında bölüşdürdükdən sonra imperiyanın hər iki  
hissəsi o dövrə qədər mövcud olmuş təsisatlarа ayrıldı.   
 
6.2. Romanın respublika və imperiya dövrü diplomatiyası 
İtaliyanın işğalı Romanı Aralıq dənizi regionunun qüdrətli dövlətinə çevirmişdi. Romanın beynəlxalq 
əlaqələrində Misir, Suriya, Parfiya və Karfagen mühüm yer tuturdu.   Karfagen şəhəri ilə iqtisadi əlaqələr hələ 
e.ə. IV əsrdən başlamışdı. Siciliya, Sardiniya və Korsikanı tutduqdan sonra Karfagen tacirləri tez-tez Romaya 
gəlirdilər. Onların gəmiləri Romanın başqa ölkələrlə ticarətində də iştirak edir, Romaya Karfagen tacirləri xəz, 
gön, fil sümüyü, meyvə, şərab, ağac məmulatı, şüşə, güzgü, boya, əlvan parçalar və s. gətirir, Romadan isə mal-
qara, taxıl, duz, yağ, zeytun yağı  və s. aparırdılar. E.ə. 273-cü ildə Misir padşahı Ptolomey Romaya elçi 
göndərərək “İttifaq və dostluq” yaratmağı təklif etmiş, Roma da cavabında oraya nümayəndəlik göndərmişdi.  
İtaliyanın işğalının başa çatması, Kapuya, Tarent, Neapol, Brundiziya və s. liman şəhərlərinin tutulması 
romalılarının dəniz ticarətinin genişləndirməsinə şərait yaratmışdı. Romalılar öz müttəfiqlərinə və tabe edilmiş 
şəhərlərə bilavasitə xarici ölkələrlə iqtisadi əlaqə saxlamağı qadağan etmişdilər. Xarici əlaqələrin saxlanılması 
Roma dövlətinə məxsus idi.   
E.ə. V-III əsrlərdə Romanın  İtaliyanın işğalını başa çatdırması onun Karfagenlə qarşılaşmasına səbəb 
oldu. Karfagen Aralıq dənizindən keçən ticarət yollarını öz nəzarətində çaxlayırdı və dəniz ticarətindən böyük 
gəlir götürürdü. Roma tacirlərinin mənafeyi isə Siciliya, Sardiniya və Korsika adalarının ələ keçirməsini tələb 
edirdi. Təsadüfi deyildi ki, senatın qərarı ilə Romada güclü hərbi dəniz donanmasının yaradılması işinə başlandı. 
Romalılar karfagenliləri punlar adlandırırdılra ki, buna görə də Roma-Karfagen müharibələri Pun müharibələri 
adını almışdı. Birinci (e.ə.264-241) və ikinci (e.ə.218-201) Pun müharibələri gedişində Karafagen ağır 
məğlubiyyətə uğradı və Romanın asılılığına düşdü.   
Qun müharibələri dövründə romalılar  Şərq ölkələri ilə o qədər də maraqlana bilməmişdilər.  Şərqdə 
ellinist dövlətlərin arasında gedən çəkişmələr, xüsusilə Yunan ittifaqları arasındakı müharibələr Romanın 
Yunanıstanda işğalçılıq siyasəti üçün əlverişli şərait yaratmışdı.  
İki Pun müharibəsi, Şərqi Aralıq hövzəsi dövlətləri ilə müharibələr Romanı Aralıq dənizinin ən qüdrətli 
dövlətinə çevirmişdi. Lakin Aralıq dənizində Karfagen dövlətinin qüdrəti hələ tamam sarsılmamışdı. Romanın 
başının Şərq ölkələri ilə qarışmasından  istifadə edən Karfagen yenidən öz iqtisadi və hərbi qüdrətinin artırmağa 


 
35
başlamışdı. Karfagenin iqtisadi tərəqqisi Roma tacirlərini, sələmçiləri, eləcə  də patrisiləri narahat etməyə 
bilməzdi.  
Roma senatında antikarfagen əhval-ruhiyyəli bir qrup Karfagenin tamamilə  məhv edilməsini tələb 
edirdi. Bu qrupun başında senator Mark Porsi Katon (böyük) dururdu. O, həmişə  çıxışlarının «Mən hesab 
edirəm ki, Karfagen mütləq dağıdılmalıdır» sözləri ilə qutarırdı. 
Romanın apardığı müharibələrdə diplomatiyanın rolu  böyük olmuşdur. Bu zaman Roma diplomatiyası 
öz xarici siyasət məqsədlərini pərdələmək və ona bəraət qazandırmaq üçün azadlıq, insanpərvərlik, 
ədalət,sədaqət kimi anlayışlardan geniş istifadə edirdi.  
Diplomatiyada düşmən ölkələr daxilində müxtəlif partiyalar təşkil etmək,  şəhər və dövlətləri 
vuruşduraraq  zəif salmaq, “parçala və hökmranlıq et” üsulları geniş tətbiq edilirdi. 
Roma diplomatiyası onun hegemonluq uğrunda mübarizəsinə xidmət edirdi. Əvvəllər romalıların başqa 
ölkələrdə nümayəndəlikləri olmamışdı. Beynəlxalq əlaqələrin  qurulmasında elçilərdən istifadə edilirdi. Bu işə 
şahlıq dövründə olduğu kimi, beynəlxalq qayda-qanunların gözlənilməsinə  nəzarət edən kahinlər kollegiyası 
baxırdı. Sonralar bu iş xüsusi elçilərə- leqatlara tapşırıldı. Elçi senat tərəfindən təyin edilir və ona xüsusi 
imtiyazlar verilirdi. Tədricən elçiləri qəbul etmək və danışıqlar aparmaq qaydaları protokollaşır və  ənənəyə  
çevrilirdi.  
Romanın xarici siyasətində Parfiya dövləti ilə münasibətlər mühüm yer tuturdu. Parfiya və Roma 
arasında diplomatik əlaqələr e.ə. I əsrin əvvəllərindən başlayır. Hələ e.ə. 92-ci ildə Sualla Kappadokiyada olan 
zaman onun yanına gəlmiş Parfiya elçiləri Pont padşahı VI Mitridat Yevpatora qarşı Romaya ittifaq təklif 
etmişdilər. O, zaman Parfiya padşahı II Mitridat idi və beynəlxalq vəziyyət Parfiyanın xeyrinə idi.  
Bununla belə, Pompeyin e.ə.6-65-ci illər Cənubi Qafqaz yürüşü və burada qazandığı  uğurlar Parfiya-
Roma münasibətlərini pisləşdirdi və Roma ilə ilk toqquşmaya gətirib çıxardı. 
Parfiyanın vəziyyətini mürəkəbləşdirən məsələlərdən biri də ölkə daxilində  hakimiyyət uğrunda gedən 
mübarizə idi. Ölkədə yaramış iki güclü qruplaşma arasında gedən bu mübarizədə taxt-tacın bir neçə varisi 
öldürülmüş, son nəticədə hakimiyyətə gələn III Orod isə Romanın tələblərini qəti olaraq rədd etmişdi. Bu isə 
Roma-Parfiya münasibətlərinin tamamilə pozmuş, iki ölkə arasında müharibə vəziyyəti yaranmışdı.   
I triumvirat üzələrinin hamısı Parfiyaya qarşı mübarizədə maraqlı idilər. Bu müharibə Krassı xüsusilə 
cəlb edirdi. O, Parfiyada şöhrət və çoxlu sərvət  əldə edəcəyi xəyalında idi. E.ə. 54-cü ildə Krass 
Mesopotamiyaya soxuldu. Lakin Karr yanında döyüşdə (e.ə.53-cü il) əvvəlcə oğlu, sonra isə özü həlak oldu. Bu 
müharibədə 2000 Roma əsgəri öldürüldü, 10000 nəfəri isə  əsir düşdü. Bütün Mesopotamiya parfların  əlinə 
keçdi. Parfiya qüdrətli dövlət oldu və  Şərqdə Romanın  ən böyük rəqibinə çevrildi. Əsir düşmüş Roma 
əsgərlərini isə diplomatik yollarla Avqust  geri qaytarmışdı. 
Oktavian Avqust hakimiyyətinin ilk dövrlərindən imperiyanın sərhədlərini “təbii sərhədlərə” çatdırmağa 
çalışırdı. Bunun üçün İspanıyanın işğalı başa çatdırılmalı idi. Halbuki orada yerli kantabrilər qonşu tayfalara 
birləşərək Romaya qarşı kəskin müqavimət göstərmiş, astur tayaları romalılara böyük tələfat vermişdilər. E.ə. 
26-25-ci illərdə Oktavian İspaniya əməliyyatına şəxsən rəhbərlik etməli olmuşdu. İspaniyanın işğalı e.ə. 19-cu 
ildə  gərgin mübarizədən sonra başa çatdı. Məhz bu Qalliyanın işğalını başa çatdırmağa imkan etdi. Bütün 
Qalliya tutularaq 3 böyük əyalətə (Akvitaniya, Luqudun Qalliyası  və Belgika) parçalandı. Qallar üzərinə  ağır 
vergi qoyuldu.  
Şərqə münasibətdə xüsusilə, Parfiya ilə ziddiyyətlər danışıqlar yolu ilə nizama salınmışdı. Avqust öz 
sələflərinə nisbətən  Şərqdə, xüsusən Parfiya ilə münasibətlərində çox ehtiyatlı olub, açıq döyüşlərdən uzaq 
durmağı  və danışıqlar yolu ilə münasibətləri nizama salmağı üstün tuturdu. Daxili çəkişmələrdən, hakimiyyət 
uğrunda gedən mübarizədən ehtiyat edən Parfiya şahı IV Fraat da açıq döyüşlərə girməkdən çəkinirdi.  
Parfiya-Roma münasibətlərində ziddiyyətli məsələlərdən başlıcası  Cənubi Qafqaza münasibət idi. Bu 
məsələ sonralar sasanilərin də Bizans imperiyası ilə münasibətlərində  mərkəzi yerlərdən birini tuturdu.  
Aralıq dənizi regionu dövlətlərinə münasibətdə Roma imperatorları  ənənəvi  ehtiyatlı siyasət 
yeridirdilər. Buranı  ələ keçirmək asan, möhkəmlənmək isə olduqca  çətin idi. Təsadüfi deyildi ki, yalnız 
uzunmüddətli hazırlıqdan sonra İudeya və Suriya da Roma imperiyasının tərkibinə qatılmışdı. Roma Hindistan 
ilə  də ticarət  əlaqələri saxlayırdı.  Avqust özü iki dəfə Hindistan elçilərini qəbul etmiş, Cənub  Şərqi Asiya 
ölkələri, xüsusilə  Çinlə maraqlanmışdı. 
Aqustun yaratdığı siyasi quruluş bir neçə  əsr davam etmişdi. Lakin hakimiyyətin irsən nəsildən-nəslə 
keçməsi haqqında hələ xüsusi qanun verilməmişdi. Buna baxmayaraq, onun nəslindən olan adamlar uzun 
müddət hakimiyyəti öz əllərində saxlamışdılar.  
Klavidinin imperatorluğu zamanı dövlət aparatının formalaşması prosesi əsasən başa çatdırılmışdı. 
İmperiya dəfətərxanasında bir sıra yeni idarələr yaranmışdı ki, bunlardan “buyuruqlar xidməti”idarəsi mühüm 
əhəmiyyətə malik idi. Onun başında Klavdinin şəxsi katibi, keçmiş qul, sonradan azadlığa buraxılmış Narsis 
dururdu. Dövlətin mühüm işləri, daxili və xarici siyasət, hərbi işlərə  nəzarət bu idarəyə məxsus idi. Romanın 
Şərq siyasətinin istiqamətləri, Şərq ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsi, dəniz ticarəti kimi ideyalar 
məhz  Narsisə  məxsus idi. Narsisin fəaliyyətində xüsusi yer tutan məsələlərdən biri də Roma ordusunun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə