A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   72

 
36
gücləndirilməsi məsələsi idi.  
Klavdi xarici siyasət fəaliyyətində Avropanın şimal-qərbinə xüsusi fikir vermiş, 43-45-ci illərdə Roma 
ordusu Britaniyanın işğalını  həyata keçirmişdi.  İngiltərənin siyasi mərkəzlərindən olan Kamulodun  və 
Londininin (London) romalıların dayaq məntəqəsinə çevrilməsi burada Romanın mövqelərini olduqca 
möhkəmlətmişdi.  
Klavdi Dunay boyu məskən salmış tayfaları tabe edərək Romanın hakimiyyətini bütün orta və  aşağı 
Dunay boyunda yaymışdı. Çox keçmədən Bosfor padşahlığı da tabe edildi. Klavdi 47-ci ildə  sərkərdə Didi 
Pallın başçılığı ilə Qara dənizin şimalındakı Pantikapeyə ordu göndərdi ki, nəticədə  Bosfor şahı III Mitridatın 
qoşunları  məğlub edildi, özü isə  əsir düşdü. Iberiya şahı Farasman da özünü Romanın vassalı elan etdi. 
Yəhudilərin ərazisi və Afrikadakı Mavritaniya da Romanın alətinə çevrildi.  
Klavdinin yəhudilərin təqib olunmasına son qoyması ilə bağlı siyasəti öz əksini  “İskəndəriyyəlilərə 
məktub” da tapmışdı. Klavdi qallara da seçki hüququ vermişdi. Görülmüş tədbirlər imperiyada daxili sabitliyin 
yaradılmasına xidmət edirdi ki, bununla da yeni işğallara başlanması üçün şərait yaradılırdı. Ümumiyyətlə, 
Klavdinin imperatorluğu zamanı Roma imperiyasının ərazisi Aralıq dənizi hövzəsindən xeyli kənara çıxmışdı.  
Roma imperiyasının Şərq siyasəti, burada aparılan hərbi əməliyyatlar çoxlu sərvət vəd etməklə, həmişə 
Roma əyanlarının diqqət mərkəzində idi. 55-58-ci illərdə görkəmli sərkərdə Domisi Korbulon böyük ordu ilə 
Şərqə göndərilmiş, nəticədə  Pont şahlığı və İberiya Romanın əyalətlərinə çevrilmişdi.  
Roma ordusunun başqa bir qolu  Qara dənizin şimal sahillərində əməliyyat aparırdı. Burada Dunayboyu 
tayfaları Romaya tabe edilmiş, Krım yarımadası  işğal olunmuşdu ki,  bununla da Qara dəniz Roma 
imperiyasının daxili dənizinə çevrilmişdi.  
Qney Pompeyin  e.ə.66-cı il Cənubi Qafqaz yürüşündən etibarən Roma imperatorları Şərq siyasətində 
bu istiqamətə xüsusi fikir verməyə başlamışdılar. Böyük İpək yolunun üzərində yerləşən Qafqaz Hindistan və 
Çinlə  əlaqələrdə mühüm əhəmiyyətə malik idi. Trayanın  Şərqə  səfəri nəticəsində (113-117-ci illər) Roma 
imperiyasının nüfuzu İran körfəzinə  qədər yayılmışdı. Trayandan bir qədər  əvvəl isə imperator Neron Xəzər 
dənizindən Hindistana gedən yolu ələ keçirmək üçün hərbi səfər planı hazırlamışdı. Tarixçi Svetoni yazırdı ki, 
Neron “Xəzər darvazalarına səfərə də hazırlaşırdı”.                                                                                                                  
Roma imperatorlarından Diokletianın (285-305-ci illər) xarici siyasəti imperiyanın sərhədlərinin 
möhkəmləndirilməsindən, barbarlara, allemanlara, franklara və burqundlara qarşı mübarizədən ibarət olmuşdu. 
Diokletian hakimiyyəti qəsb etmək arzusunda olanlara qarşı Afrikada və Misirdə müharibələr aparmış, 
imperiyanın bütövlüyünü qoruyub saxlamışdı.  
Lakin  305-ci ildə Diokletian əvvəlcədən verdiyi sözə  əməl edərək 20 il tamam olan kimi 
imperatorluqdan əl çəkmiş  və Maksimianı da buna məcbur etmişdi. Hər ikisi hakimiyyətə öz köməkçilərini - 
Qalerini Şərqdə, Konstansini isə Qərbdə imperator təyin etdilər. Tarixçilər bununla da imperyanın iki hissəyə 
parçalanmasının əsasının qoyulduğunu göstərirdilər. Konstansi qısa müddət imperator oldu və onun ölümündən 
sonra oğlu Kosntantin hakimiyyətə keçdi. Qaynaqlar  mömin təbiətli Konstantinin həm də kifayət qədər 
qətiyyətli  şəxsiyyət olduğunu qeyd edirdilər. Təsadüfi deyildi ki, hakimiyyətə  gəldikdən az sonra Konstantin 
bütün rəqiblərini aradan götüirmüş və təkhakimiyyətliliyə nail olmuşdu. Konstantin rəqiblərinin əksinə olaraq 
xristian dininə meyilli adam idi, çünki xristianlıq bu zaman qüvvətli ictimai təşkilata çevrilmiş və onun  icmaları 
imperiyanın hər yerinə yayılmışdı. Ordu, imperator məmurları, hətta imperator sarayında belə xristianlığa 
rəqabət bəsləyənlər çox idi. Konstantn öz sosial dayaqlarını möhkəmləndirmək üçün xristianlıqan bir vasitə kimi 
istifadə etmək qərarına gəlmişdi. Belə bir dayağın əldə orlunması ona müstəqil daxili və xarici siyasət yeritməyə 
imkan verərdi. Roma papaları isə Konstantinin xristianlığa belə münasibətindən istifadə edərək saxta 
«Konstantin bəxşişi» aldı sənəd uydurmuşlar.  
İmperator Konstantinin 313-cü ildə verdiyi fərmanа  əsasən bütün dinlərə, o cümlədən də xristianlığa 
ibadət azadlığı verilirdi. Xristian kilsələri bir sıra imtiyazlar alır,  xristian icmalarına vurulan zərərlərin dövlət 
tərəfindən ödənilməsi qanuniləşdirilirdi. Xristianlığın dövlət dininə çevrilməsi imperiya daxilində baş vermiş 
ciddi iqtisadi-siyasi dəyişikliklərlə əlaqədar idi. İmperiyanın iki hissəsi qısa müddətdə Feodosinin (379-395-ci 
illər) imperatorluğu dövründə birləşdirildi, lakin 395-ci ildə onun ölümündən sonra imperiya iki oğlu arasında 
bölüşdürülmüş, Arkadi şərqi imperiyanı, Honori isə qərbi imperiyanı almışdı. Hər iki imperator azyaşlı olduğu 
üçün imperator sarayında və dövlət işlərində barbarlardan ibarət məmurlar və sərkərdələr böyük nüfuza malik 
idilər. Belə ki, vandal Stilixon dövlətin daxili və xarici işlərində ciddi rol oynayırdı. Feodosi özü sağlığında 
Stilixonu bacarıqlı sərkərdə və köməkçi kimi oğlu Arkadiyə təqdim etmişdi. Arkadinin sarayında qalliyalı Rufin 
də böyük nüfuza malik idi. 
IV  əsrin sonlarından etibarən Qərbi imperiyanın  ərazisinə soxulan barbarlar ölkəni tamam talan edir
Roma şəhərinə təhlükə yaradırdılar. Vestqotların başçısı Alarix 401-ci ildə İtaliyaya soxuldu, lakin Stilixonun 
işə qarışması  nəticəsində onunla sülh bağlandı. Lakin 406-cı ildə vestqotlar yenidən Romanı mühasirə edib 
tutdular və 3 gün müddətində  şəhəri qarət edib yandırdılar. Törətdikləri dağıntılara görə, bundan sonra 
vestqotlar və  səndəl tayfaları vandal adlandırılmağa başladı. 420-ci ildə isə digər tayfalarla birlikdə vandallar 
əvvəlcə İspaniyaya, sonra  Şimali Afrikaya soxuldular.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə