A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   72

 
42
3.
 
История Византии, т.1, М., 1963 
4.
 
История Заподной Европы. М., 1947 
5.
 
История Италии. т.1. М., 1970 
6.
 
История средних веков. Хрестоматия.  М., 1982, т.1 
7.
 
Межгосударственное отношения и дипломатия в средних веках. М.,  1970 
8.
 
Сиротенко В.Т. Истории международной отношений в Европе в IV-VIвв. Перм, 1975 
9.
 
Сказкин И.В. История средных веков. В 2-х тт. М., 1972, т.1 


 
43
VIII Mövzu 
Ərəb xilafəti diplomatiyası 
 
Məlum olduğu kimi Sasanilər imperiyasının feodallaşma dövrünə  qədəm qoyması imperiyanın 
hüdudlarının genişləndirilməsi ilə paralel baş vermişdir. Bizim eranın V-VI əsrlərində imperiyanın sərhədləri 
şimalda Mərkəzi Asiyanın ortalarına, Qafqaz dağlarının ətəklərinə, qərbdə Aralıq dənizinin sahillərinə, cənubda 
Səudiyyə Ərəbistanının ərazisi də daxil olmaqla Asiyanın cənubuna, şərqdə Çinə qədər uzanırdı. Eramızın 570-
ci ilində Sasani qoşunları Həbəşləri Yəsrib və Məkkədən qovaraq buranı öz hakimiyyəti altına aldı. Həmin ildə 
də Məhəmməd peyğəmbər anadan olmuşdur. 
Sasanilər imperiyasının qüdrəti uzun sürmədi. Hələ qədimdən ticarət karvanlarının yönəldiyi bu yerlər 
Bizans imperiyasının da diqqətində idi. I Xosrovun Hicazda ağalığı uzun sürmədi. Eramızın 575-579-cu 
illərində hərbi əməliyyatlar nəticəsində Səudiyyə  Ərəbistanının ərazisi bölündü.  
Ərəblərdə  nəsli qəbilə quruluşu və bir sıra adətlər aradan qalxmaqda idi. Ərəb qəbilələrinin 
birləşdirilməsi müəyyən ideya hazırlıq mərhələsi keçməmişdi. Bu proses yalnız xarici hərbi təhlükənin 
mövcudluğu və təsiri şəraitində reallaşmışdı. Ərəb qəbilələri tərkibcə yekcins deyildi. 
Məlum olduğu kimi, ərəblər quldarlıq quruluşunu yaşamayıb və bu onların sonrakı ictimai inkişafına öz 
təsirini göstərmişdi.  Ərəb dövlətçiliyi öz başlanğıcını VII əsrin  əvvəllərindən götürür. Lakin bu dövlətçilik 
ictimai inkişafın hərbi demokratiya dövrünə uyğundur. Tədricən qəbilə  və tayfalararası münasibətlər erkən 
ittifaqların yaranmasını  şərtləndirmiş,  Ərəb xilafəti bu zəmində  təşəkkül tapmışdır.  Ərəb dövlətçiliyi 610-cu 
ildən etibarən islamı yeni din kimi təbliğ etməyə başlamış  Məhəmməd peyğəmbərin adı ilə bağlıdır.  Ərəb 
xilafəti 630-cu ildən tarix səhnəsinə  qədəm qoymuşdu. Məhəmməd peyğəmbər üç daxili və xarici qüvvəni 
neytrallaşdırmaq və ya kənarlaşdırmaq məcburiyyətində qalmışdı: 
 I qüvvə-Sasanilər imperiyası, 
 II qüvvə-Bizans imperiyası,  
III qüvvə-özünün içərisindən çıxdığı Qüreyşilər nəsli. 
İslamın təbliği gedişində müsəlman icması  və ya ümmənin böyük rolu olmuşdu. Peyğəmbərin  anası 
Mədinə qızı Əminə, atası Abdulla isə məkkəli idi. Məkkə və Yəsrib şəhərləri ticarət birinciliyi uğrunda rəqib 
idilər və  yəsriblilər islamın təbliğinə  Məkkənin nüfuzuna zərbə endirmək üçün vasitə kimi baxırdılar. Qəbilə 
qanunlarını yaxşı bilən Məhəmməd peyğəmbər bu faktorun təsiri ilə 622-ci ilin 20 sentyabrında Mədinəyə hicrət 
edir və Mədinə icmasının- ümmənin başçısı kimi qəbul olunur. 
Quranın surələrinin təhlili göstərir ki, onu iki və ya üç qrupa bölmək olar. Məkkə surələri loyallığı, 
Mədinə surələri dramatizmi və dinamizmi ilə  səciyyələnir.Tədqiqatçılar göstərirlər ki, peyğəmbərin həyatının 
Mədinə dövrü olmasaydı,  Ərəb xilafəti də yaranmazdı. Məhəmməd hələ 620-622-ci illərdə gizli şəkildə 
Mədinədə olan aus və  həzrəc qəbilələrinin başçıları ilə görüşmüş, Mədinədə islamın qəbulu  şərtləri 
müəyyənləşmişdi.  
Mədinəyə köçdükdən sonra Məhəmməd 624 –cü il Bədr, 627-ci il Mədinə döyüşlərində  məkkəliləri 
məğlub etmiş, sonra hakimiyyətini Məkkəyə qədər ərazilərə yaymağa müvəffəq olmuşdu.  Məlum olduğu kimi
Kəbə  qədim zamanlardan ziyarət yeri idi. Bütpərəstlik dövründə burada 360 büt saxlanılmışdı.  Ərəblərlə  hər 
günün öz allahı mövcud idi.  628-ci ildə peyğəmbər 1500 əsabəsi ilə birlikdə  zəvvar adı altında Məkkəyə 
yaxınlaşdı, lakin şəhər başçısı Əbu Sufyan onu güclü qoşunla qarşıladı. Yaranmış şəraitdə peyğəmbərin əmisi 
Abbas müharibənin başlanmasına imkan vermədi.  Aparılmış danışıqlar nəticəsində  şərtləri iki ildən sonra 
məlum olan Xudeybə müqaviləsi imzalandı.  
Məlum olduğu kimi, Məhəmmədin peyğəmbərliyi ilk vaxtlar nəinki məkkəlilər, hətta qohumları 
tərəfindən də  qəbul edilmirdi. Təsadüfi deyildi ki, Xudeybə müqaviləsində  də  Məhəmmədin peyğəmbərliyi 
tanınmırdı. Lakin bu müqavilə hüquqi baxımdan  mədinəlilərin üstünlüyünü göstərirdi. Çünki müqavilənin 
ruhuna görə, Məhəmməd tərəf-müqabil kimi tanınırdı.  
Müqavilənin şərtinə görə, Mədinə ilə Məkkə arasında hərbi əməliyyatlar dayandırılır və onillik barışıq 
elan olunurdu. Müsəlmanlara silahsız  şəkildə  Kəbəni ziyarət etməyə imkan verildi. Müqavilənin sonuncu 
bəndinə görə, Məhəmməd Məkkə karvanlarına hücum etməmək öhdəliyi götürürdü.  
Müqavilə hüquqi sənəd olduğu üçün Məhəmmədin tanınması Məkkə tərəfindən etiraf olunurdu. Əslində 
Məhəmməd bununla iki məqsədə nail olmuşdu: həm vaxt qazanmış və öz qüvvələrini möhkəmləndirmiş, həm 
də  İslam dininin dinc yolla yayılması imkanı  əldə etmişdi. Təsadüfi deyil ki, sonrakı iki il ərzində  Məkkəyə 
düşmən ərəb qəbilələri Məhəmmədlə müqavilə bağlayaraq İslam dinini qəbul etmişdilər.  
Məhəmməd peyğəmbər ciddi hazırlıqdan sonra 630-cu ilin yanvarında on minlik Mədinə ordusu ilə 
Məkkəni mühasirəyə aldı. Lakin əmisi  Abbasın vasitəsilə Əbu Sufyanla Məhəmməd arasında barışıq imzalanır. 
Məkkə Məhəmməd peyğəmbərə təslim olur. Müqavilənin şərtləri açağıdakılardan ibarət idi: 
- Müqavimət göstərməyən məkkəlilərin təhlükəsizliyinə təminat və aman verilir; 
- Ümmənin olmasına baxmayaraq, məkkəlilər hamılıqla islamı qəbul etməli idilər; 
- Kəbədəki bütün bütlər məhv olunmalı idi; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə