45
memarlıq - bədii məktəb yaradır. İndi demək olar ki, Naxçıvan memarlıq məktəbinin
yaranmasının mənbələrindən biri də yuxarıda qeyd etdiyimiz Aran memarlığı
daxilində əmələ gələn xüsusiyyətlər idi. Qısa bir müddət ərzində naxçıvanlı
sənətkarlar nəinki qarşılarında duran memarlıq - inşaat problemlərini
müvəffəqiyyətlə həll etmək səviyyəsinə qalxırlar və
hətta o dövrdə Azərbaycan
memarlığının ən yüksək zirvələrini təşkil edən əsərlər yaratmağa nail olurlar.
Naxçıvan memarlıq məktəbi üçün kərpic hörgüsü, kərpicdən quraşdırılmış
inşaat quruluşları, müxtəlif biçimli kərpicin məharətlə tətbiqi və kərpicin birrəngli
yeknəsəqliyindən uzaqlaşmaq üçün rəngli kaşı və gəc ünsürlərinin memarlıq
bəzəyinə daxil edilməsi səciyyəvidir.
Binaların kompozisiya və həcm quruluşunda da Naxçıvan memarları
ümumşərq memarlığında görkəmli yer tuta bilən üsullar yaradır və tətbiq edirlər.
Naxçıvan memarlıq kompozisiyaları üçün monumentallıqla bərabər zəriflik də diqqəti
cəlb edən bir xüsusiyyətdir. Naxçıvan sənətkarlarının
həndəsi ornament quruluşu
yaratmaq məharətləri və inşaatda ondan çox səmərəli yollarla istifadə edilməsi də bu
məktəbin daxilində yaradılan memarlıq-inşaat üsullarına daxildir.
Böyük memar Əcəmi Əbubəkr oğlu Naxçıvani Naxçıvanda anadan olmuş,
orada yaşamış və yaratmışdır. Naxçıvan memarlıq
məktəbinin banisi və ən
görkəmli siması olaraq Əcəmi Naxçıvani orta əsr Azərbaycan memarlığının
inkişafında dərin və silinməz izlər buraxmış, özündən sonrakı Azərbaycan memarlıq
sənətinə istiqamətverici təsir göstərmişdir. Görkəmli sənətkarın Yaxın Şərq
ölkələrindəki memarlıq fəaliyyətinə də təsir olduğu asanlıqla izlənir.
Qərbdə memarlıq əsərlərinin hələ anonim şəkildə yaradıldığı vaxtda
Əcəmi Əbubəkr oğlu bariz fərdi yaradıcılıq siması olan
nəhəng bir sənətkar kimi
yüksəlir.
Dostları ilə paylaş: