43
MEMARLIQ
Bu dövrdə Azərbaycan memarlığı artıq özünə xas olan bir görkəm almışdı.
Qədim dövrlərdən gələn inşaat ənənələri islamiyyət
dövründə köklənmiş yeni
yaradıcılıq ənənələrilə birləşərək yerli memarlıq məktəbinin yaranmasına imkan
yaratdı.
Ölkədə memarlıq məktəblərinin əmələ gəlməsi, ümumiyyətlə,
memarlığımızın yüksək inkişafını göstərən tarixi bir faktdır. Ona görə ki, memarlıq
məktəblərinin əmələ gəlməsi üçün uzun müddət təcrübə qazanmaq dövrü və
ənənələrin formalaşması dövrü keçilməlidir. Memarlıq
məktəblərinin əmələ
gəlməsi, eyni zamanda görkəmli sənətkarların yetişməsi ilə bağlıdır. Dediyimiz bu
amillər X əsrin axırından başlayaraq yerli memarlıq məktəblərinin əmələ gəlməsi və
formalaşması üçün şərait yaradır.
Bu dövrdə formalaşmış Aran, Naxçıvan, Şirvan, Abşeron memarlıq
məktəblərindən bəhs etmək olar.
Aran memarlıq məktəbi.
Bu memarlıq məktəblərinin içərisində ilk
memarlıq məktəbi Aran memarlıq
məktəbi olmuşdur. Azərbaycan
Ərəb xilafətinin tərkibinə daxil
olduğu zaman Bərdə hələ məşhur
bir şəhər idi.
Burada görkəmli
memarlıq
abidələrinin
tikildiyi
haqqında mənbələr məlumat verir.
Yuxarıda qeyd etdiyimiz kimi,
qədim memarlıq ənənələri ilə
islamiyyətdən gələn tipoloji xüsu-
siyyətlərin birləşməsi nəticəsində
formalaşan
orta əsr Azərbaycan
memarlığının ilk rüşeymləri burada
özünü göstərir. Bir sözlə, Bərdə
islamiyyətin təsiri ilə yeni isti-
qamətdə inkişaf edən Azərbaycan
memarlığının
təşəkkül tapmağa
başladığı mərhələ idi. Bərdədə
əmələ gələn memarlıq istiqaməti, ölkədə feodal dövlətlərinin müstəqilləşməsi
prosesində, yerli ənənələrin güclənməsi ərəfəsində başlayır. Məhz bu şəraitdə Aran
memarlıq məktəbi əmələ gəlməkdə idi. Bərdədəki inşaat texnikası, şəhərsalma
ənənələri
daha sonra, şübhəsiz ki, Gəncədə davam etdirilir. X əsrdə Gəncədə
Şəddadilərin apardığı geniş inşaat bu şəhəri Azərbaycanın görkəmli memarlıq
mərkəzinə çevirir. Hələ Bərdədə əmələ gəlməyə başlayan üslub cəhətləri Gəncədə
daha bariz şəkildə formalaşır.
Bərdə və Gəncə ətrafında formalaşmış Aran memarlıq məktəbi öz təsir
44
dairəsini genişləndirərək demək olar ki, Azərbaycanın bütün orta hissəsinə yayılır.
XI
əsrdən başlayaraq, Beyləqan və daha sonra Şəmkir şəhərləri də
əhəmiyyətli memarlıq mərkəzinə çevrilir. Beləliklə, Aran memarlıq məktəbinin
əhatə dairəsi xeyli genişlənmiş oldu.
Məlumdur ki, Aran memarlıq məktəbinin bu zaman əsas mərkəzlərindən
olan Şəmkir və Gəncə monqol işğalından sonra tamamilə dağıdılmış və sonralar bir
daha əvvəlki vəziyyətinə qayıda bilməmişdi. Təəssüf ki, Aran memarlıq məktəbinə
daxil olan şəhərlər və onların abidələri tamamilə dağıdıldığı üçün əlimizdə kifayət
qədər faktik material və kitabələr yoxdur. Lakin Aran memarlıq məktəbinə daxil
olan memarların fəaliyyəti haqqında əlimizdə maraqlı bir fakt vardır.
Türkiyənin
Amasiya şəhərindəki məscidin hasarı üzərindəki kitabədə onun 1236-1246-cı
illərdə aranlı sənətkar tərəfindən tikildiyi qeyd edilmişdir. Azərbaycan memarlığı
üçün son dərəcə əhəmiyyətli olan bu fakt, eyni zamanda kitabədə göstərilən il
etibarilə də olduqca əhəmiyyətlidir. Adı Mahmud oğlu Məhəmməd olan bu sənətkar
məhz monqol işğalından sonra vətənini tərk edərək Türkiyəyə köçmüş və orada öz
sənətkarlıq fəaliyyətini davam etdirmişdir. Deməli, mahiyyəti etibarilə Aran memarlıq
məktəbi monqol istilasından sonra öz əvvəlki böyük əhəmiyyətini itirir və burada
yetişmiş memarlar Azərbaycanın başqa yerlərinə və gördüyümüz kimi, hətta başqa
ölkələrə köç edirlər.
Aran məktəbinin səciyyəvi xüsusiyyətlərini belə ümumiləşdirmək olar:
Arran memarlıq məktəbi bir sıra cəhətlərilə yaxşı öyrənilmiş Naxçıvan memarlıq
məktəbinə oxşardır. Bu yaxınlıq çox ehtimal ki, Aran məktəbinin Naxçıvan
memarlıq məktəbinə təsiri ilə izah edilməlidir. Bu yaxınlıq hər şeydən əvvəl eyni
inşaat materialının tətbiqilə izah edilməlidir. Hər iki memarlıq
məktəbində inşaat
materialı kərpic idi. Aran memarlığımızın əhəmiyyətli xüsusiyyətlərindən biri divar
hörgüsünün səciyyəvi cəhətləridir. Memarlıq tarixində Gəncə hörgüsü adı ilə
tanınan bu hörgünün əsas xüsusiyyəti çaydaşı ilə kərpici birlikdə müəyyən naxış
şəklində işlədilməsidir. Gəncədə bu hörgü çaydaşının ətrafını çərçivələyən kərpic
şəklində təzahür edir. Şəmkirdə isə bu hörgü daha əlvan şəkil alır. Burada kərpic və
çaydaşı ilə yanaşı, hörgüyə ağ daş da daxil olur. Beləliklə, Aran hörgüsü rəngarənglik
kəsb edir, polixromik olur. İndi cəsarətlə demək olar ki, Naxçıvan memarlıq
məktəbində XII əsrdən başlayaraq, rəngli kaşı işlədilməsi ilə əlaqədar olan
rəngarənglik daha əvvəl Aran memarlığında ənənə şəklini almışdır.
Dostları ilə paylaş: