|
A z ə r b a y c a n diLİ VƏ t a r I x IXI-XV YÜZİLLİKLƏRDƏ İNCƏSƏNƏTid55880XI-XV YÜZİLLİKLƏRDƏ İNCƏSƏNƏT
XI yüzillikdə Azərbaycanda gedən feodal toqquşmalarından sonra, XII
yüzillikdə ölkədə xeyli sabitləşmə prosesi başlanır. Səlcuq dövlətinin tərkibində olan
Azərbaycanda bu zaman Atabəylər və Eldəgizlər hakimiyyəti çərçivəsində qüvvətli
yerli dövlət yaranır. Eldəgizlər dövlətinin şimal sərhədi Kür çayına qədər uzanır,
cənubda isə bütün Azərbaycan ərazisi və İraqın bir hissəsi onların hökmranlığına daxil
olur. Beləliklə, XII yüzillikdə Azərbaycanda iki yerli müstəqil dövlət sabitləşir. Siyasi
cəhətdən bu sabitləşmə iqtisadiyyat sahəsinə də müsbət təsir göstərir.
Ölkənin iki dövlətə bölünməsinə baxmayaraq, mədəni inkişafda ümumi bir
cərəyan, ümumi bir xətt nəzərə çarpır. Bu, əlbəttə, hər şeydən əvvəl, xalqın bədii
ənənələri ilə bağlı idi. Siyasi cəhətdən də Eldəgiz və Şirvan dövləti arasında yaxınlıq
var idi. Atabəylər dövləti o zaman Yaxın Şərqin ən qüvvətli dövlətlərindən biri kimi
Şirvanşahlar dövlətinə də öz nüfuzunu qəbul etdirmişdir.
XI-XV yüzilliklər Azərbaycan tarixinin mürəkkəb və zəngin dövrlərindən
sayılır. Bu müddətdə Azərbaycanda müxtəlif xarakterli ictimai-iqtisadi, siyasi,
mədəni, etnik və s. proseslər baş vermişdir. Həmin dövrlərdə Azərbaycan torpağı alim
Nəsirəddin Tusi və Xətib Təbrizi, dahi şair Nizami Gəncəvi, Xəqani Şirvani,
İmadəddin Nəsimi, memar Əcəmi Əbubəkr oğlu Naxçıvani və başqa görkəmli simalar
yetişdirmişdir.
Məlumdur ki, Azərbaycan XII əsrdə mədəniyyətin hər sahəsində olduğu kimi
memarlıq sahəsində də nailiyyətlər əldə etmiş, yerli memarlıq məktəbləri formalaşmış,
yüksək məharətə malik memarlar ölkənin böyük şəhərlərində yüksək bədii
keyfiyyətli memarlıq əsərləri yaratmışdılar. XII əsrin sonlarında və XIII əsrin
əvvəllərində şəhərsalma sənəti yüksək səviyyədə idi. Şübhəsiz ki, şəhərsalmanın və
memarlığın inkişafı eyni zamanda Azərbaycanda inşaat texnikasının yüksək
tərəqqisinin nəticəsi idi.
Bu zaman Azərbaycanın görkəmli mədəni mərkəzləri və böyük şəhərləri
kimi ilk növbədə Şamaxı, Şəmkir, Gəncə, Naxçıvan, Beyləqan, Təbriz qeyd
edilməlidir. Bıı şəhərlərdə görkəmli sənətkarlar toplaşır və memarlıq, təsviri sənət
sahəsində fəaliyyət göstərirdilər. X əsrə qədər Azərbaycanın ən görkəmli şəhəri
hesab edilə bilən Bərdə artıq öz əhəmiyyətini itirmişdi. Qeyd etdiyimiz şəhərlərdən
başqa, bu zaman Şirvanşahların ikinci mərkəzi və Şirvan dövlətinin liman şəhəri kimi
Bakının da əhəmiyyəti xeyli artır.
Dostları ilə paylaş: |
|
|