51
geniş olduğundan müdafiə bürclərini xatırladır. Lakin memar minarənin gövdəsini
memarlıq qanunları ilə incələdir, onun şərəfəsinin oturacağını təşkil edən
stalaktitləri diqqətlə işləyir, şərəfənin balkon sürahisini daşdan oyma həndəsi orna-
mentlə örtür. Nəticədə dolğun və klassik bir tikinti yaranmış olur. Bu yeni memarlıq
tikintisinin memar tərəfindən belə mükəmməl şəkildə yaradılması bizə Abşeron və
Şirvanda Sınıqqaladan daha əvvəl də minarələr tikildiyini irəli sürməyə haqq verir.
Görünür ki, Şirvanda minarə inşaatı müəyyən inkişaf yolu keçmiş və nəticədə XI
əsrdə Sınıqqala kimi mükəmməl bir minarə yaratmaq mümkün olmuşdur.
Kitabədə abidənin ustad Əbubəkr oğlu Məhəmmədin
sifarişi ilə tikildiyi
bildirilir. Burada ustad Məhəmməd binanın sifarişçisi kimi göstərilmişsə də, ehtimal
etmək olar ki, binanın memarı da bu şəxsin özüdür. Çünki "ustad" sözü
Məhəmmədin sənətkar olduğunu aydın göstərir. O biri tərəfdən ustad adlanan bir
sənətkarın abidənin sifarişçisi olaraq çıxış etməsi bu sənətkarın yüksək ictimai
(dini) mövqe tutduğunu da göstərir.
Qız qalası.
Nəzərdən keçirdiyimiz dövrün və ümumiyyətlə, Azərbaycan
memarlığının ən görkəmli abidələrindən biri Bakıda, İçərişəhərdəki Qız qalası adı ilə
şöhrət tapmış binadır. Bu abidə İçərişəhərdə orta əsr Bakısının
bir simvolu kimi
yüksəlir. Eyni zamanda yaradıldığı dövrdə müdafiə inşaatının yüksək səviyyədə
olduğunu aydın göstərir. Qız qalası qüdrətli, əzəmətli bir müdafiə tikintisi olmaqla
bərabər ümumi həcm quruluşunun, nisbətlərinin və nəhayət, hörgüsünün
düşünülmüş şəkildə işlənməsi cəhətdən də yüksək səviyyəli memarlıq
bədii
qiymətə malik bir tikintidir.
Qalanın adının əfsanəvi hadisələrlə əlaqələndirilməsi haqqında müxtəlif
mülahizələrə burada yer verməyə ehtiyac yoxdur. Orasını qeyd etməklə
kifayətlənmək lazım gəlir ki, Qız qalası şəklində
müxtəlif Şərq ölkələrində,
türkdilli xalqların yaşadığı ölkələrdə, xeyli miqdarda qala tikintiləri məlumdur.
Bu ad, şübhəsiz ki, bir mənanı ifadə edir. Qüdrətli, sarsılmaz qalaların
yenilməz, alınmaz olduğu anlayışını xalq çox zaman bakirə mənasında "qız" termini
ilə ifadə edir. Beləliklə, Qız qalası yenilməz, fəth edilməz mənasını daşımışdır.
Qız qalası yerli əhəng daşından hörülmüş qüdrətli bir tikilidir. Abidə iki
əsas hissədən ibarətdir: təxminən 28 m hündürlüyündə olan və yuxarıya
doğru
yüksələn silindrik hissə və ona bitişən çıxıntı qurğu. Qız qalasının əsas silindrik
hissəsi daxildən yastı günbəzlərlə 8 mərtəbəyə bölünmüşdür. Bu mərtəbələrdən
ancaq birincisi hündürdür. Birinci mərtəbədən ikinci mərtəbəyə daxil olmağı çətin-
ləşdirmək üçün birinci mərtəbə ilə ikinci mərtəbə arasında pilləkən yoxdur. İkinci
mərtəbədən başlayaraq pillələr divarın qalınlığında yerləşdirilmişdir. Mərtəbələr
pillələr vasitəsilə əlaqələndirilmişdir.
Hesab edilmişdir ki, Qız qalasının səkkiz
mərtəbəsində 250-yə qədər adam yerləşdirmək olar. Qız qalasının daxili
quruluşunda diqqəti cəlb edən bir xüsusiyyət mərtəbələrin saxsı boru vasitəsilə ver-
tikal istiqamətdə əlaqələndirilməsidir. Bu saxsı borunun kürəbənd məqsədi üçün və
yaxud mərtəbələr arasında danışıq üçün istifadə edilməsi haqqında fikirlər vardır.